Məhkəmə qərarları › İş №2(007)-883/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-883/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-883/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin,onun qanuni nümayəndəsinin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı ilə 22 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olub ailə qurub və onların birgə nikahlarından 25 sentyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları doğulub.Tərəflər ailə həyatlarının ilk vaxtlarında normal yaşasalar da, sonradan aralarında münasibətləri kəskin pisləşib və nəticədə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 mart 2016- ci il tarixli, İş № 2(007)-262/2016 saylı qətnaməsi ilə aralarında bağlanan nikah pozulub, azyaşlı uşaqları X3 yetkinlik yaşına çatana qədər iddiaçının himayəsində saxlanılması və Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilib. Sonradan iddiaçının iddia tələbi üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, İş № 2(007)-1629/2018 saylı qətnaməsi ilə azyaşlı uşaqları X3 yetkinlik yaşına çatana qədər saxlanılınası üçün Cavabdeh tutulacaq alimentin məbləği artırılaraq, hər ay 154 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrimə ödənilməsi qət edilib, daha sonra isə Bakı Apelliyasiya Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan alimentin tutulma forması dəyişdirilərək hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilib. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, hazırda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dülgər vəzifəsində işləyən və işdən asudə vaxtlarında, daim Netbookların və Kompüter avadanlıqlarının satışı, formatı və təmiri ilə məşğul olub, yaxşı qazanc-gəlir əldə edən Cavabdeh mübahisənin mediasiya qaydasında həlli üzrə 28.12.2021-ci il tarixdə, saat 12.00 dan 13.00-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında da iştirak etməməklə yanaşı, məhkəmə qətnaməsi əsasında iddiaçının xeyrinə ödənilməli olan alimenti də qəsdən olaraq, vaxtı-vaxtında ödəmir, həmçinin uşağın gündəlik və s. tələbatlarının qarşılanmasında da ümumiyyətlə iddiaçıya heç bir maddi köməklik də göstərmir. Hesab edir ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-cü il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyindən, həmçinin, Cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dülgər vəzifəsində işləməklə, işdən asudə vaxtlarında daim Kompüter avadanlıqlarının satışı, formatı və təmiri ilə məşğul olub yüksək qazanc-gəlir əldə etdiyindən cavabdehdən iddiaçının xeyrinə tutulması müəyyən olunan "hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında'’ alimentin miqdarı hədsiz olaraq çox azdır və Respublikanın hazırki iqtisadi vəziyyətinə qəti olaraq uyğun deyildir.Həmin məbləğ, nəticə etibarı ilə azyaşlı uşağın fiziki, əqli, mənəvi və sosial nöqteyi nəzərdən inkişafı və layiqli həyat tərzinə olan hüquqlarını kəskin pozur.Odur ki, qeyd olunanları nəzərə alıb Cavabdeh ilə iddiaçının birgə nikahlarından doğulan, 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə tutulması müəyyən olunan hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və 108 manat 50 qəpik sabit pul məbləğində alimentin dəyişdirilərək ümumilikdə 193 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin və onun qanuni nümayəndəsinin vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, işin faktiki halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə Cavabdeh azyaşlı uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 154 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilib. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib və atası Qanuni nümayəndə onun qəyyumu təyin edilib. Bundan sonra Qanuni nümayəndə Namiqin İİ qrup əlilliyə görə pensiyaçı olduğunu və ayda 233,20 manat məbləğində pensiya aldığını bildirərək, Cavabdeh X1 xeyrinə tutulan 154 manat sabit pul məbləğində aliment miqdarının dəyişdirilərək, onun 2-ci qrup əlilliyə görə təyin edilən aylıq 233,2 manat pensiyasının dörddə bir hissəsi həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(006)-1927/2020 saylı qətnaməsinə əsasən iddiaçı Qanuni nümayəndə cavabdeh X2 qarşı “alimentin azaldılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1929/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilib və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(006)-1927/2020 saylı qətnaməsi ləğv edilib və məhkəmənin 03.03.2016-cı və 19.03.2018-ci İl tarixli qətnaməsinə əsasən sabit pul məbəğində tutulan alimentin tutulma formasının dəyişdirilməsi, 25.09.2014-cü il təvəllüdü uşaq X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə biri miqdarında aliment tutularaq X2 verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilib. İddiaçı Fərzəliyevə Sevda srail qızının Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası aşağıda şərh olunanlara əsasən təmin edilə bilməz, rədd olunmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib və atası, Qanuni nümayəndə onun qəyyumu təyin edilib. Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildikdən sonra ondan aliment tutulması qanuni deyildir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəllənin 28.1 -ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən Cavabdeh özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti olmadığından, onun aliment ödəmək vəzifəsindən də söhbət gedə bilməz. səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia ərizəsində Cavabdeh sabit pul məbləğində aliment tutulması üçün əsas ola biləcək və Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulan halların heç biri mövcud deyildir. Əksinə, Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə, iddiaçının iddia ərizəsində göstərdiyi kimi, o, Mədəniyyət Nazirliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Ktabxanasında dülgər vəzifəsində işləməklə, hər ay müntəzəm olaraq 282 manat məbləğində əmək haqqı alır. Ona görə də, ondan aliment Ailə Məcəlləsinin 76.1. və 76.1.1-ci maddələrində nəzərdə tutulmuş qaydada, yəni 1 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulmalıdır. İddiaçı iddia ərizəsində, guya Cavabdeh işdən asudə vaxtlarında daim kompüter avadanlıqlarının satışı, formatı və təmiri ilə məşğul olub yüksək qazancgəlir əldə etməsi barədə göstərdikləri tam əsassızdır, həmin faktı təsdiq edəcək heç bir sübut növü iddia ərizəsinə əlavə edilməyib. Qeyd olunanlardan əlavə iddiaçı nəzərə almayıb ki, Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər oz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu Məcəllənin 76.1-ci maddəsi ilə uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay tutulmalı olan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Göstərilən maddələrin tələbləri baxımından Cavabdeh hər ay müntəzəm olaraq 282 manat məbləğində əmək haqqı alması, məcburi köçkün olması, başqa qazanc mənbəyinin olmaması, maddi ehtiyac içərisində yaşaması, məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, cavabdeh X1 əmək qabiliyyətli olmaqla işləməsi, onun da öz uşaqlar barəsində Cavabdehlə bərabər hüquq və vəzifələrə malik olması nəzərə alınmalıdır.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki,iddia təmin olunmasın. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə da eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib. X4 həmin qətnaməni mübahisələndirməyib. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 16 oktyabr 2018-ci il tarixli sərəncamına əsasən Qanuni nümayəndə 15.101983-cü il təvəllüdlü Cavabdeh üzərində qəyyum təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1929/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilib və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(006)-1927/2020 saylı qətnaməsi ləğv edilib və məhkəmənin 03.03.2016-cı və 19.03.2018-ci İl tarixli qətnaməsinə əsasən sabit pul məbəğində tutulan alimentin tutulma formasının dəyişdirilməsi, 25.09.2014-cü il təvəllüdü uşaq X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə biri miqdarında aliment tutularaq X2 verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Ktabxanasından verilmiş 14 mart 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin müəssisədə dülgər işləyir və aylıq əmək haqqı 338 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır.Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göründüyü kimi,cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxsdir.Buna baxmayaraq əmək haqqının ¼ hissəsində aliment ödəyir. Bundan başqa alimentin ödənilməsi qaydası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1929/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunub. Ona görə də məhkəmə iddianı əsassız hesab edir. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətlndirib hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar