Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-889/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 150 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2021-ci il tarixli müqavilənin məhkəmə qaydasında ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 150 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2021-ci il tarixli müqavilənin məhkəmə qaydasında ləğv edilməsi və həmin qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR ƏMDK DƏDRX-in ******* saylı, xx.xx.2013-cü il tarixli Çıxarışına əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 150, kv. qeyri-yaşayış sahəsi şəxsi mülkiyyət hüquqları əsasında iddiaçıya məxsusdur. O, həmin sahənin icarəyə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC ilə 5 il müddətinə xx.xx.2026-cı il tarixə qədər müddəti olan icarə müqaviləsi bağlamışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən “Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Onun adından etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh MMC-yə müraciət edərək, icarə müqaviləsinə vaxtından əvvəl xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada icarəyə verən tərəfindən xitam verilməsini müqavilə tərəfinə bildirmişdir. Lakin Cavabdeh MMC müqaviləyə xitam verilməsinə etiraz edərək, xx.xx.2022-ci il tarixli bildirişə cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC tərəfindən müqavilənin xitamına səbəb ola biləcək heç bir xoşagəlməz hal və pozuntuya yol verilməmişdir, həmin obyektdə olan avadanlıqlar həmin Cəmiyyətə məxsusdur, guya ki, “DOKTA'’ MMC öz yüksək səviyyəli fəaliyyəti nəticəsində obyektin dəyərini artırmışdır, reklam və marketinqə kifayət qədər vəsait xərcləmiş, icarə müqaviləsinin ləğvi işsizliyə səbəb olacaq və Şirkətin nüfuzunun azalmasına səbəb olacaqdır. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli cavab məktubunda isə bildirir ki, müqavilənin ləğvi ya hər iki tərəfin iştirakı ilə notarial qaydada, ya da məhkəmə qaydasında həll olunmalıdır. Hər iki məktub hədə və təhdid xarakterli yazılmış, onlardan müqavilədə və qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etsələr də iddiaçıdan bildirişi geri götürmək tələb olunmuş, əks təqdirdə onlara ziyan vurulması ilə bağlı hədə gəlinmişdir. Hər iki məktubda göstərilən məsələlərlə bağlı ‘‘obyektin dəyərinin artması”, reklama və marketinqə vəsait yatırılması və s. məsələlər nə müqavilədə öz əksini tapmış, nə şifahi qaydada razılaşdırılmış, nə də qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Avadanlıqlar və əşyalar Cavabdeh MMC”-yə məxsusdur və onların iddiaçının mülkiyyətində olan obyektdən geri götürülməsi ilə bağlı hər hansı bir maneə yoxdur, reklam və marketinq işləri onun adı üçün deyil, Cavabdeh MMC-nin adına aparılmışdır və qeyri-maddi dəyər kimi elə həmin Cəmiyyətin adında da qalır, bunun mülkiyyətçiyə heç bir aidiyyatı və təsiri yoxdur. Müqaviləyə bir tərəfli qaydada xitam verilməsi müqavilədə nəzərdə tutulduğu üçün və qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericilik normalarına uyğun olduğu üçün tam haqlı tələbdir və məhkəmə tərəfindən təmin edilməlidir. O, həmin obyektin icarəyə verilməsi ilə bağlı digər bir sahibkarla 5000 (beş min) manat məbləğində icarə haqqı ilə bağlı razılığa gəlmiş, odur ki, Cavabdeh MMC tərəfindən müqaviləyə xitam verilməməsi ona maddi ziyan vurur və bu barədə ayrıca iddia tələbi irəli sürüləcəkdir. Göründüyü kimi, müqaviləyə, onun şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən xitam verilməməsinə görə, o, mülkiyyət hüquqları əsasında olan ona məxsus olan obyektindən öz mülahizəsinə uyğun istifadə edə bilmir, sərbəst müqavilələr bağlaya bilmir, öz mülkiyyətindən öz istədiyi kimi bəhrə götürə bilmir və bütün bunlar cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının kobud surətdə pozulmasını sübut edir. Cavabdeh MMC-nin direktoru X3 iddia ərizəsinə 03 mart 2023-cü il tarixdə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında 5 il müddətinə xx.xx.2026-cı il tarixə qədər müddəti olan icarə müqaviləsi bağlanılmışdır. İddiaçı etibarnamə ilə nümayəndəsi Nümayəndə Bayram qızı xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə müraciət edərək, icarə müqaviləsinə vaxtından əvvəl xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada icarəyəverən tərəfindən xitam verilməsini bildirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində İcarə Müqaviləsinin 8-ci bəndinə istinad edərək “Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir bildirmişdir. Bununla bağlı bildirir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə CavabdehMMC arasında bağlanmış İcarə Müqaviləsinin 3-cü bəndində “İcarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir ) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Odur ki, göründüyü kimi icarə müqaviləsində icarə müddəti qeyd olunmuşdur və həmin bəndə əsasən xx.xx.2026-cı il tarixə 1 (bir) ay qalmış yəni xx.xx.2026-cı il tarixi başa düşülür. Bununla yanaşı, icarə müqaviləsində xüsusi müddət yəni xx.xx.2026-cı il tarixi müəyyən olunmuş və bu səbəbdən icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunmasına dair iddia ərizəsinə etiraz edirik. Bundan əlavə bildirir ki, cavabdeh tərəfindən müqavilənin xitamına səbəb ola biləcək heç bir xoşagəlməz hal və pozuntuya yol verilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, başqa şirkət tərəfindən iddiaçıya daha yaxşı təklif edilmişdir. Bu səbəbdən hüquqlarından istifadə edib, icarə müqaviləsinin 8-ci bəndinə əsasən vaxtından əvvəl ləğv edilməsini tələb edir. Həmçinin icarə müqaviləsindən görünür ki, notariat orqanında yazılmış şablon müqavilədir. Sözügedən qeyri-yaşayış sahəsinə artıq "xxxx" MMC ilə icarə haqqı 5500 manat olmaqla ilkin icarə müqaviləsi bağlanılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 etiraz ərizəsində göstərilənləri müdafiə edərək, əlavə olaraq bildirdi ki, ilkin müqavilə bağlayan şəxs onların keçmiş əməkdaşıdır, onu işdən azad etmişlər. O, kommersiya sirrini öyrənərək artıq Cavabdeh MMC tərəfindən müştəri yığılmış apteki mülkiyyətçi ilə razılığa gələrək mövcüd icarə müqaviləsinə vaxtından əvvəl xitam verərək onunla yeni icarə müqaviləsi bağlanılmasına nail olmuşdur. Lakin nəzərə almaq lazımdır ki, Cavabdeh MMC ora müəyyən qədər vəsait qoyub və müştəri cəlb edib. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iştirak edən şəxslərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********30-06301-083001 reyestr nömrəli çıxarışdan görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsinə yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi iddiaçının adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - ** AQ ***5385 nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı bütün əmlakını idarə etməyi və ona sərəncam verməyi Nümayəndə Bayram qızına etibar etmişdir. - Nümayəndə Bayram qızı iilə Cavabdeh MMC arasında bağlanmış 14 oktyabr 2021ci il tarixli icarə müqaviləsinin surətindən və məzmunundan görünür ki, Qənbərova X2 Müslim Bayramoviçə məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsinə yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsini Cavabdeh MMC-nin icarəsinə 14 oktyabr 2022-ci il tarixədək aylıq 1976.76 manat, 14 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2026-cı il tarixədək 2325.60 manat məbləğində icarə haqqı ödəmək şərti ilə vermişdir. Müqavilə 14 oktyabr 2026-cı il tarixədək bağlanmışdır. - İddiaçı nümayəndəsi Nümayəndə Bayram qızının Cavabdeh MMC-yə ünvanladığı 07 dekabr 2022-ci il tarixli bildirişin məzmunundan görünür ki, müqaviləsinin 8-ci bəndinə əsasən icarə müqaviləsinin vaxtından əvvəl bir ay xəbərdarlıq etməklə ləğv olunması şərtindən irəli gələrək, obyektini 1 ayın tamamında yəni, xx.xx.2023 tarixindən gec olmayaraq, boşaldıb ona təhvil verilməsində yardımçı olmasını xahiş etmişdir. - İddiaçı nümayəndəsi Nümayəndə Bayram qızının Cavabdeh MMC-yə ünvanladığı 16 dekabr 2022-ci il tarixli ikinci bildirişin məzmunundan görünür ki, müqavilənin 8-ci bəndinə əsasən icarə müqaviləsinin vaxtından əvvəl bir ay xəbərdarlıq etməklə ləğv olunması şərtindən irəli gələrək, obyektini 1 ayın tamamında yəni, xx.xx.2023 tarixindən gec olmayaraq, boşaldıb ona təhvil verilməsində yardımçı olmasını xahiş etmişdir. Bu obyekt onun şəxsi istifadəsində olacaq və hər ay 5000 manat məbləğində qazanc olacaqdır. Buna görə də xx.xx.2023 tarixindən gec olmayaraq mülkiyyət hüququnu məhdudlaşdırmayıb, onun obyektinin özünə təhvil verilməsini xahiş və tələb edir. - Cavabdeh MMC-nin 09 dekabr 2022-ci il tarixli, 2971-01/D-2022 nömrəli bildirişə etirazından görünür ki, xx.xx.2022-ci il tarixli xitam bildirişinə cavab olaraq bildirilir ki, qeyd olunan bildirişi əsassız və olduqca ədalətsiz hesab edirlər. Belə ki, 14 oktyabr 2021-ci il tarixli İcarə Müqaviləsinin müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmiş, həmin müqavilənin xitamına səbəb olacaq heç bir xoşagəlməz hal və ya pozuntu baş verməmiş, həmçinin “Dokta" MMC 14 oktyabr 2021-ci il tarixindən bu günə qədər sözügedən müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Qeyd edir ki, həmin obyektdə bugünə qədər alınmış bütün əşyalar (mebellər, avadanlıqlar və s.) Cavabdeh MMC-nin hesabına alınmışdır. Nəzərə almaq lazımdır ki, "Dokta” MMC üç (3) ilə yaxın müddət ərzində öz yüksək səviyyəli fəaliyyəti nəticəsində obyektin tanınmasına səbəb olmuş, bu səbəbdən obyektin dəyəri icarəyə verilən tarixdəki qiymətindən xeyli artmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, Cavabdeh MMC həmin obyektdə yerləşən aptekə reklam, marketinq və bu kimi digər xidmətlərin göstərilməsi və əmtəə nişanının alınması üçün kifayət qədər vəsait ayırmış, beləcə özünə yetəri qədər müştəri bazası cəlb etmişdir. Nəzərə alınmalıdır ki, bu cür nüfuzlu Şirkətin Xaçmaz şəhərində yerləşən obyektində fəaliyyət göstərən 5 əməkdaşı məvacib alır. İşçilərin kütləvi ixtisarı baş verərsə, bu hal təkcə işçilərə deyil, eləcə də işsizliyin artmasına və ən əsası Şirkətin nüfuzunun azalmasına səbəb olacaq. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən müqaviləyə təktərəfli xitam verilməsini ədalətsiz hesab edir, müqavilə müddətinin xx.xx.2026-cı il tarixdə bitməsi bir daha diqqətə çatdırılır. Buna görə də, sözügedən müqavilə üzrə xitam bildirişinin geri götürülməsini iddiaçıdan tələb edir. Əks təqdirdə “Dokta" MMC-yə dəymiş zərərin və əldən çıxmış faydanın tələb olunması ilə bağlı tərəflərindən Məhkəməyə müraciət ediləcəkdir. - Cavabdeh MMC-nin 30 dekabr 2022-ci il tarixli, 3819-01/D-2022 nömrəli bildirişə etirazından görünür ki, xx.xx.2022-ci il tarixli xitam bildirişinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 42-ci maddəsinə əsasən, müqavilənin ləğv edilməsinə dair müqavilə istənilən notariat ofisində müqavilə tərəflərinin iştirakı ilə təsdiq edilə bilər. Bu halda həmin məlumat dərhal “Elektron notariat” informasiya sisteminə daxil edilməli, daşınmaz əmlaka münasibətdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestri orqanına ötürülməlidir. İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi notarial qaydada bağlandığı nəzərə alınsa, həmin müqavilə yalnız notarial qaydada və tərəflərin hər ikisinin təsdiqi ilə ləğv edilə bilər. Əks təqdirdə, icarə müqaviləsinə məhkəmə qaydasında xitam verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən müqaviləyə təktərəfli xitam verilməsini ədalətsiz hesab edir, müqavilə müddətinin xx.xx.2026-cı il tarixdə bitməsi bir daha diqqətə çatdırılır. Buna görə də, sözügedən müqavilə üzrə xitam bildirişinin geri götürülməsini iddiaçıdan tələb edir. Əks təqdirdə “Dokta" MMC-yə dəymiş zərərin və əldən çıxmış faydanın tələb olunması ilə bağlı tərəflərindən Məhkəməyə müraciət ediləcəkdir. - Nümayəndə Bayram qızı ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2023-cü il tarixli ilkin icarə müqaviləsinin surətindən və məzmunundan görünür ki, Qənbərova X2 Müslim Bayramoviçə məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsinə yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin icarəsinə 5500 manat məbləğində icarə haqqı ödəmək şərti ilə vermişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə Bayram qızı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 101 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı bütün əmlakını idarə etməyi və ona sərəncam verməyi Nümayəndə Bayram qızın etibar etmişdir. Nümayəndə Bayram qızı ilə Cavabdeh MMC arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsinə yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsini Cavabdeh MMC-nin icarəsinə 14 oktyabr 2022-ci il tarixədək aylıq 1976.76 manat, 14 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2026-cı il tarixədək 2325.60 manat məbləğində icarə haqqı ödəmək şərti ilə vermişdir. Müqavilə 14 oktyabr 2026-cı il tarixədək bağlanmışdır. İddiaçı nümayəndəsi Nümayəndə Bayram qızı Cavabdeh MMC-yə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bildiriş ünvanlayaraq 14 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini və qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsini xahiş etnmişdir. Cavabdeh MMC isə 09 dekabr 2022-ci il və 30 dekabr 2022-ci il tarixlərdə bildirişə etiraz edərək bildirmişdir ki, icarə Müqaviləsinin müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmiş, həmin müqavilənin xitamına səbəb olacaq heç bir xoşagəlməz hal və ya pozuntu baş verməmiş, həmçinin “Dokta" MMC 14 oktyabr 2021-ci il tarixindən bu günə qədər sözügedən müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Nümayəndə Bayram qızı ilə Cavabdeh MMC arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi qüvvədə ola-ola Nümayəndə Bayram qızı "xxxx" MMC ilə 13 mart 2023-cü il tarixdə ilkin icarə müqaviləsi bağlamış. Müqaviləyə əsasən Qənbərova X2 Müslim Bayramoviçə məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsinə yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin icarəsinə 5500 manat məbləğində icarə haqqı ödəmək şərti ilə vermişdir. Hazırda iddiaçı Cavabdeh MMC İddiaçı ilə aralarında bağlanmış Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 150 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2021-ci il tarixli müqavilənin məhkəmə qaydasında ləğv edilməsini və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2-ci maddəsinə əsasən İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. 691.4.2-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Göründüyü kimi Nümayəndə Bayram qızı ilə Cavabdeh MMC arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən “İcarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir ) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 8-ci bəndində isə “Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.” qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi 14 oktyabr 2026-cı il tarixədək bağlanmışdır. İcarəçi Cavabdeh MMC tərəfindən həmin müqavilənin xitamına səbəb olacaq hər hansı qanunazid hal və ya pozuntunun baş verməsi barədə iddiaçı heç bir sənəd təqdim etməmişdir, “Dokta" MMC 14 oktyabr 2021-ci il tarixindən bu günə qədər sözügedən müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Həmçinin "Dokta” MMC üç (3) ilə yaxın müddət ərzində obyektin müştəri bazasını yığmışdır. Bununla yanaşı Cavabdeh MMC həmin obyektdə yerləşən aptekə reklam, marketinq və bu kimi digər xidmətlərin göstərilməsi və əmtəə nişanının alınması üçün kifayət qədər vəsait xərcləmişdir. Mülki Məcəllədə təsbit olunmuş icarə müqaviləsinin ləğvinə dair tələbdən görünür ki, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Lakin 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsində müqavilənin son müddəti 14 oktyabr 2026-cı il tarixi müəyyən edilmişdir. Göründüyü kimi Mülki Məcəllədə qeyd olunan müqavilənin ləğvinə dair altı aylıq xəbərdarlıq müddəti müəyyən edilməyən müqavilələrə aiddir. Sözügedən icarə müqaviləsi isə müddətli müqavilədir. Göründüyü kimi qeyd edilən icarə müqaviləsi şablon xarakterli bir müqavilədir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, icarəyə verən icarə haqqının artırılması ilə bağlı icarəçi Cavabdeh MMC-yə təklif irəli sürməmişdir. İddiaçının vəkili və nümayəndəsi də etiraf etmişdir ki, daha yüksək məbləğdə icarəyə götürmək istəyən olduğundan icarə müqaviləsinə xitam verilməsini xahiş edir. Eyni zamanda icarəçi Cavabdeh MMC tərəfindən icarə haqqının geçikdirilməsi yaxud müəyyən olunmuş məbləğdən az verməsi halı müəyyən olunmadı. İddiaçı tərəfin təqdim etdiyi ilkin icarə müqaviləsindən görünür ki, Nümayəndə Bayram qızı "xxxx" MMC ilə 13 mart 2023-cü il tarixdə 5500 manat məbləğində icarə haqqı ödəmək şərti ilə ilkin icarə müqaviləsi bağlamışdır. Beləliklə işin hallarından görünür ki, yalnız başqa icarəçi daha yüksək məbləğdə icarə haqqı verməsi səbəbindən icarəyə verən formal əsaslarla icarə müqaviləsinin ləğv edilməsini xahiş edir. Həmçinin məhkəmə hesab edir ki, bu hal işgüzar adətlərə ziddir. Belə ki, Cavabdeh MMC qeyri-yaşayış sahəsindən aptek kimi istifadə etmişdir. Təbii ki, hər fəaliyyət növünün özünə məxsus dizaynı və avadanlığı mövcuddur. Cavabdeh MMC həmin qeyri-yaşayış sahəsini uzunmüddətli yəni 2026-cı ilə kimi icarəyə götürdüyündən müvafiq xərclər çəkərək avadanlıqlar almış, reklam quraşdırmış və müştəri cəlb etmişdir. İcarəyə verənin yanaşmasından belə qənaətə gəlmək olar ki, hər dəfə icarə müqaviləsi bağlayıb daha yüksək icarə haqqı verən icarəçi olduqda icarə müqaviləsini ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən Müraciətdə göstərilir ki, Mülki Məcəllənin qeyd olunan maddələrinin məzmununun bu şəkildə ifadə edilməsi təcrübədə tərəflər arasında müqavilənin ləğv edilməsi haqqında razılaşmanın olmadığı təqdirdə müqavilənin yalnız məhkəmə qaydasında ləğv edilməsi fikrini yaratmışdır. Halbuki, mülki qanunvericilik qanunda (Mülki Məcəllənin 411.2, 529.8, 618.2, 622.2, 685, 686, 691, 692, 704, 719.3 və s. maddələri) və ya müqavilədə nəzərdə tutulmuş hallarda müqavilə tərəflərindən birinin müqavilədən birtərəfli imtina etməsini və bununla da müqavilənin ləğv olunmasını mümkün hesab edir. 692.2.3-cü maddəsinə əsasən kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu qeyd olunan hallarda əsaslı sayılır:- kirayə hüquq münasibətlərinin davam etməsi nəticəsində kirayəyə verən torpaq sahəsindən iqtisadi cəhətdən sərfəli istifadə edə bilmədikdə və buna görə xeyli zərərə düşə bildikdə. Bu halda yaşayış otağının başqa şəxslərə kirayəyə verilməsi zamanı əmlak kirayəsi üçün daha yüksək haqq almaq imkanı hesaba alınmır. Kirayəyə verən həmçinin buna istinad edə bilməz ki, kirayəlik otaqlar kirayəçiyə verildikdən sonra nəzərdə tutulmuş və ya həyata keçirilmiş mənzil mülkiyyətinin təsis edilməsi ilə əlaqədar, o, həmin otaqları satmaq istəyir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh MMC ilə bağlanan icarə müqaviləsi ləğv edilməmiş, Nümayəndə Bayram qızı "xxxx" MMC ilə 13 mart 2023-cü il tarixdə ilkin icarə müqaviləsi bağlayaraq İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsinə yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsini 5500 manat məbləğində icarə haqqı ödəmək şərti ilə "xxxx" MMC-yə icarəyə vermişdir. Göründüyü kimi bir əmlaka dair iki icarə müqaviləsinin bağlanması qanunvericiliyə ziddir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 150, kv. qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2021-ci il tarixli müqavilənin məhkəmə qaydasında ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 150, kv. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2021-ci il tarixli müqavilənin məhkəmə qaydasında ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 150, kv. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2021-ci il tarixli müqavilənin məhkəmə qaydasında ləğv edilməsi və həmin qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-889/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-889/2023
01.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver