Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-91/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı hüquqi varisi Orayav Sergeyin vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh1, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı hüquqi varisi Orayav Sergeyin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Bakı şəhəri 30 saylı notariat ofisi cəlb edilməklə “etibarnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın bağışlanması müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, mənzilin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 18 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçı hazırki iş üzrə Cavabdeh1 ilə rəsmi nikahdadır. İş üzrə digər Cavabdeh2 digər Cavabdeh1 başqa nikahdan olan nəvəsidir. Bildirir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.22 kv.m olan 1 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir-biri ilə əlaqəyə girərək, qabaqcadan düşünülmüş şəkildə iddiaçının yaşlı, savadsız, qoca və xəstə olmasından istifadə etməklə ona aid olan mənzili əlindən almışlar. Belə ki, Cavabdeh1 əvvəlcədən İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 53, 62 nömrəli mənzili 23 sentyabr 2021-ci il tarixində Bağışlanma müqaviləsi əsasında öz adına rəsmiləşdirmişdir. Mübahisəli mənzilə dair Bağışlanma müqaviləsi bağlanarkən iddiaçı X4 əvəzindən hazırki iş üzrə digər Cavabdeh2 iştirak etmişdir. Belə ki, Cavabdeh2 İddiaçı əvəzinə Bakı Şəhəri 30 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixində verilmiş 7982 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 Neftçala şəhəri. S.Vurğun küçəsi, (AZE********, xx.xx.2017, Neftçala RPŞ, FİN: xxxxxxx, d/t: xx.xx.1992) imza etmişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2021-ci il tarixində Cavabdeh1 öz adına rəsmiləşdirdiyi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 53, 62 nömrəli mənzili yenidən iş üzrə digər cavabdeh olan nəvəsi Cavabdeh2 bağışlamışdır. Qeyd edilən bu hallardan cavabdehin heç bir məlumatı olmamışdır, onu aldadaraq başqa adla əlaqədar ondan etibarnamə almışlar. Belə ki, İddiaçı yəhudi xalqının nümayəndəsidir, 82 yaşında bir qadındır, heç kimi yoxdur. Ona görə də qeyd edilən bu hallardan istifadə etməklə Cavabdeh2 ona aid olan mənzili onu aldadaraq müxtəlif yollarla öz adına rəsmiləşdirmiş, bundan sonra İddiaçı zəng edərək mənzili tərk etməyi təkid etmişdir. Bundan sonra İddiaçı məlum olmuşdur ki, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 53, 62 nömrəli mənzili Cavabdeh2 onun əlindən almışdır. Daha sonra o, əri iş üzrə digər Cavabdeh1 bu barədə soruşduqda sonuncu ona hər şeyi etiraf etmişdir. Belə ki, ondan Cavabdeh2 adına etibarnamə aldığını, daha sonra isə bağışlanma müqaviləsi əsasında öz adına rəsmiləşdirmiş, sonradan yenidən Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 ona bildirmişdir ki, o, nəvəsi ilə belə razılığa gəlmişdir ki, sonuncu onların hər ikisinə baxacağına vəd vermişdir. Buna baxmayaraq iş üzrə digər Cavabdeh2 vədinə əməl etməmiş, bir gün olsa da belə onlarla maraqlanmamışdır. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə müvafiq ərizə təqdim edərək, tərəfindən Cavabdeh2 Bakı şəhəri 30 saylı notariat ofisi vasitəsi ilə verilmiş 18 sentyabr 2021-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, 18 sentyabr 2021-ci il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair 23 sentyabr 2021-ci il tarixli və həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair 08 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin və bu müqavilələr əsasında verilmiş daşınmaz əmlaka dair çıxarışların etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraatdakı iddiaçı olduğu “ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,122 kv.m olan 1 otaqlı mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 08 oktyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 18 oktyabr 2021ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi barədə” iddia ərizəsi üzrə xüsusilə vurğulayır ki, sözügedən iddia ərizəsində işin halları, tələb qanuni qoyulmamış, belə ki, onu aldadan şəxslərə qarşı hüquqlarının müdafiə edilməsi üçün səlahiyyət verdiyi vəkil də lazımi peşəkarlıq göstərməyərək iddia hazırlayaraq vermişdir. Belə ki, o, mövcud vəziyyəti, işin hallarını bilgili insanlara danışdıqda və onlar iddia ərizəsinə diqqət yetirdikdə dedilər ki, iddia ərizəsi mövcud həqiqəti düzgün şəkildə əks etdirməyib. Yaşlı olduğundan savadı olmadığından, yazıb-oxuya bilmədiyindən sözügedən iddiada işin hallarının necə yazıldığını əsl həqiqətdə bilməmişdir. Belə olan halda da onun həm əmlakından, həm də qanuni müdafiə hüququndan məhrum olduğu aydın olur. Bu səbəbdən də o, hüquqlarının qanunauyğun müdafiə edilməsi, obyektiv araşdırmanın təmin edilməsi üçün onun dediklərini düzgün qeyd etmədiyindən vəkili Vəkil1 imtina edərək hüquqlarının müdafiəsi üçün Vəkil3 ilə müqavilə bağlamışdır. Aşağıda qeyd edilənlərdən, qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər məqsədli şəkildə onun ahıl, savadsız, xəstə olmağından sui-istifadə edərək, onu aldadaraq əmlakını ələ keçiriblər. Belə ki, işin mübahisəsiz halları odur ki, Cavabdeh1 onun əridir və onların övladı olmamışdır. Digər Cavabdeh2 Cavabdeh1 başqa nikahdan olan nəvəsidir. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzil şəxsən ona məxsus olmuş, yəni həmin əmlak cavabdehlə birgə nikah dövründə ətdə edilməmişdir. İşdəki sənədlərdən də göründüyü kimi o, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzildə qeydiyyatda olmaqla orada yaşayır. İşin hallarının aydın olması üçün əlavə olaraq bildirir ki, Cavabdeh1 nəvəsi olan digər Cavabdeh2 keçən il bir neçə dəfə guya babasına baş çəkmək adı ilə gələrək onu da çox istədiyini deyirdi. Onun özü hazırda yeriməkdə çətinlik çəkir və dörd ayaqlı əsa ilə güc-bəla ilə hərəkət edir. Keçən il onun ayaqlarında problem yarandığından, xəstələndiyindən yatağa düşdü və həmin ərəfədə də yenə də Cavabdeh2 onlara gəlib-getdi. Özünü ona mehriban göstərərək, hər zaman qulluğunda durmağa hazır olduğunu deyirdi. O, yəhudi xalqının nümayəndəsi olmaqla cəmiyyətə üzvdür və oradan müəyyən dəstəklər görür. Cavabdeh2 ona xəstə olan zaman dedi ki, “ay nənə sən kommunallara görə ora bura gedə bilmirsən, çətinlik çəkirsən, gəl, sən mənə razılıq ver, sənin adından hansı sənədlər lazımdır, aparım, hara lazımdır, gedim, qoca insansan, qalma yollarda”. O, da vəziyyəti həqiqətən də ağır olduğundan dedi: “Yaxşı, özümə gəlim, qardaşımla məsləhətləşim danışarıq”. O, belə dedikdən sonra bir də gördü, bu evə bir neçə şəxslə gələrək ona bir kağız uzatdı ki, istəmir, çətinliyə düşəsən, ürəyi vəziyyətinə çox ağrıyır, ona görə də sən bura imza at, vəssəlam, çox düşünmə, sənin yaxşılığın üçün edir. O, da ağrılardan özündə deyildir heç, nəyə imza atdırdığını soruşduqda isə dedi: “Heç, adi sənəddir, ki, Yevrey cəmiyyətinə, kommunal üçün harasa gedəndə, hansısa sənəd lazım olanda sənin yerinə gedim verim-götürüm” və ona bir kağız parçası verib imza atacağı yeri göstərdilər ki, bura çək, o da savadsız olduğundan düzü bilmədi hara nə çəkdi. O qədər ağrıyırdı ki, onun bu çarəsiz halından istifadə edəcəyi ağlına da gəlməzdi. O gündən sonra Cavabdeh2 onlara gəlməyi dayandırdı. O, da düşündü, cavan insandır, yəqin başı qarışıq olur. Nə bilərdi ki, onu aldadıb əmlakını ələ keçirib, niyyətinə nail olandan sönra gəlmir. Xeyli müddət keçəndən sonra Cavabdeh2 ona dedi ki, “təcili olaraq evdən çıx, ev artıq mənimdir”, o da məəttəl qalaraq necə, nə danışdığını soruşduqda, onunla kobud danışaraq dedi ki, “yaşlı adamsan elə etmə ki, tutum qolundan çölə atım, özün könüllü çıx, hara gedirsən get, get Yəhudi cəmiyyəti sənə sahib çıxsın”. O, da dərhal qardaşı ilə əlaqə saxlatdı. Bu sahədən anlayışı olan insanlara işin hallarını danışdıqda məlum oldu ki, Cavabdeh2 onu aldadaraq qanunsuz yolla əldə etdiyi xx.xx.2021-ci il tarixli etibarnamə ilə onun adından həmin əmlakı ilkin olaraq xx.xx.2021-ci il tarixində digər Cavabdeh1 bağışlamış, o, da həmin əmlakı xx.xx.2021-ci il tarixində Cavabdeh2 bağışlamışdır. Əri Cavabdeh1 işin vəziyyətini soruşduqda o, ilkin olaraq etiraf etdi ki, guya Cavabdeh2 onu da aldadıb, deyib ki, kimsəyə deməsin, həmin əmlakı bir yolla Cavabdeh1 adına rəsmiləşdirəcək və o, da sonra həmin əmlakı ona bağışlayar ki, gələcəkdə o, babasına baxar. Cavabdeh1 deyir ki, o, da Cavabdeh2 inandığından, ona çoxlu vədlər verdiyindən və bu məsələnin gizli olmağını dediyindən bu barədə ona nəsə deməmişdir. İlk əvvəl Cavabdeh1 o, tərəfdən, yəni qanun tərəfdən olduğunu dediyi, guya sözdə nəvəsini pislədiyini bildirdiyi halda məhkəməyə iddia verəcəyini bilən kimi nəvəsi olan Cavabdeh2 tərəfini tutdu. Bu da baba ilə nəvənin birləşərək onu əmlakından məhrum etdiyinin bariz sübutudur. Bildirir ki, ona qarşı həm notariat orqanı, həm də adları qeyd olunan cavabdehlər tərəfindən oyunlar edilmiş, qanunvericiliyin tələbləri kobud səkildə pozulmuş, aldatma yolu ilə onun iradəsi ziddinə onun əmlakından məhrum ediblər. Bir daha qeyd edir ki, onun 82 yaşı var, o, yeriməkdə çətinlik çəkir, savadı yoxdur, yazıb-oxuya bilmir. Belə olan halda notariat orqanı tərəfindən onun adından məzmununu, mahiyyətini bilmədiyi etibarnamə verilməsi nə dərəcədə qanunidir? Belə ki, Bakı şəhəri 30 saylı notariat ofisi vasitəsilə onun evində tərəfindən Cavabdeh2 guya verilmiş (halbuki həmin etibarnamənin məzmununu bilməmiş, etibarnamə onun iradəsi ziddinə, aldatma yolu ilə verilmişdir) etibarnamə qanuni deyil. Yəni göründüyü kimi, normanın tələblərinə uyğun olaraq onun vəziyyəti nəzərə alınmaqla etibarnamədə bu barədə qeydin edilməsi qanunvericiliyin tələbidir. Amma ondan etibarnamə alan, yəni imza etdirən zaman nəyə qol çəkdiyini bildirməmişlər, etibarnamə isə birbaşa guya onun tərəfindən verilmiş kimi hazırlanmışdır. Odur ki, notariat orqanı da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmiş və nəticədə onun əmlakından məhrum olmasına səbəb olmuş, ona ağır ziyan vurmuşdur. Düzgün araşdırmanın aparılması, obyektiv həqiqətin müəyyən edilməsi üçün Bakı şəhəri 30 saylı notariat ofisi müstəqil tələb irəli süməyən üçüncü şəxs kimi işə cəlb edilməli, o cümlədən onun səlahiyyət verməyi ilə bağlı, ümumiyyətlə əmlakın predmet olduğu bütün notariat işi məhkəmə tərəfindən əldə edilərək məhkəmədə tədqiq olunmalıdır. Onu da qeyd edir ki, Cavabdeh2 sözügedən əmlakını ilkin olaraq babasının, yəni digər cavabdehin adına rəsmiləşdirmiş və sonra da qısa müddət ərzində öz adına keçirmişdir, iş materiallarına baxdıqda adicə proses müddətləri də Cavabdeh2 əsl niyyətini sübut edir. Belə ki, ondan xx.xx.2021-ci il tarixində etibarnamə alaraq 5 gün sonra, yəni xx.xx.2021-ci il tarixində Cavabdeh1 onun əmlakını bağışlamış, o, da 15 gün sonra, yəni xx.xx.2021-ci il tarixində Cavabdeh2 bağışlamışdır. Onu da qeyd edir ki, əldə etdiyi məlumata görə Cavabdeh2 guya onun adından aldığı etibarnamədə əmlakı Cavabdeh1 bağışlamaq səlahiyyətini verdiyini xüsusilə qeyd etdirib və səlahiyyətlərini başqa şəxsə verilməsini də göstərib. Bu faktın özü də sübut edir ki, Cavabdeh2 öz qanunsuz niyyətinə nail olmağı, gələcəkdə özünü şübhələrdən yayındırmaq üçün ərinə bağışlanmaq səlahiyyəti verilməsini xüsusilə vurğulatdırıb. Haqlı sual yaranır: əgər onun əmlakı ərinə bağışlamaq kimi niyyəti var idisə, nə üçün birbaşa ona bağışlamamış və ona bağışlamaq səlahiyyətini Cavabdeh2 vermiş? Yaxud onun əmlakı Cavabdeh2 bağışlamaq fikri var idisə, niyə birbaşa ona bağışlamamış? O da maraqlıdır, o nə üçün əmlakını Cavabdeh2 bağışlamaq niyyətinə düşsün və yaxud da əmlakının hansı yolla olursa, olsun ona bağışlanılmasına şərait yaratsın ki? Onun Azərbaycanda bircə evi, əmlakı var, o da hazırda mülkiyyətindən qanunsuzluqla çıxarılmış, lakin hazırda yaşadığı və qeydiyyatda olduğu evidir. Onun hazırda orada yaşamağı, qeydiyyatda olmağı da baş verən oyunların iradəsi ziddinə olduğunu sübut edir. Onun əmlakı kiməsə vermək, bağışlamaq niyyəti olsa idi qardaşına, onun ailəsinə bağışlayardı da. Göründüyü kimi, ondan aldatma yolu ilə, qanunvericiliyin tələblərinə zidd şəkildə, iradəsi ziddinə əldə edilən qanunvericiliklə etibarsız olan etibarnamə ilə toplamda 20 gün ərzində iki dəfə bağışlama, rəsmiləşdirmə əməliyyatlarının təşkili onun aldadıldığını, əmlakdan məhrum edilməsi məqsədilə qurulan oyunları sübut edir. Cavabdeh2 babası ilə oyun quraraq qanunvericiliyin tələblərini, onun hüquqlarını pozublar. Cavabdeh2 birbaşa əmlakı öz adına keçirə bilmədiyindən, qanunvericilik buna imkan vermədiyindən qısa müddət ərzində babasına və ondan da özünə bağışlanılmasına nail olub. Göründüyü kimi, Cavabdeh2 onun savadsız, ahıl, xəstə olmağından sui-istifadə edərək, notariat orqanı ilə də qanunsuzluğa gedərək (notariat orqanının qanunsuzluğunu yuxarıda normalarla izah etmişdir) onu aldadaraq, iradəsi ziddinə, işin əsl mahiyyətini ona bildirmədən əsl həqiqətdə hüquqi qüvvəsi olmayan etibarsız etibarnamə almış və bununla da onun adından qanunsuz hərəkətlər etmiş və nəticədə onu əmlakından məhrum etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 30 saylı notariat ofisi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.122 kv.m. olan 1 otaqlı mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 23 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.122 kv.m. olan 1 otaqlı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 08 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 18 oktyabr 2021-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının qeyd olunan tələbləri əsassız olmaqla yanaşı absurddur, qanuna ziddir, iddia onun sadəcə olaraq şəxsi mülahizələrindən ibarətdir, heç bir sübutla təsdiq olunmur, əksinə işin həqiqi halları və iş materialları ilə iddia tam təkzib olunur. İddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Məhkəmənin diqqətinə çatdırır ki, əslində Cavabdeh1 hazırki iş üzrə cavabdeh ola bilməz, çünki o, hər zaman iddiaçı ilə birgə hərəkət edir, iddiaçı ilə birlikdə onun da iddiaçı olması mümkündür, əsl iddiaçı kimi əvəz olunması mümkündür, lakin cavabdeh olması qeyri-mümkün sayılır. İddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasındakı bağışlanma müqaviləsinin də ləğvini tələb edir, halbuki onun qanunla buna subyektiv hüququ yoxdur, lakin iddiaçı ərizəsində Cavabdeh1 cavabdeh kimi qoymuşdur. Ehtimal olunur ki, əslində iddiaçı qismində olmalı olan Cavabdeh1 cavabdeh kimi qoyulması, onun iddianı qəbul etməsilə “işini” asanlaşdırmağı zənn edən iddiaçının məkrli tədbiridir. Lakin iddiaçı unudub ki, həqiqətdən qaçmaq olmaz, Ədalət mühakiməsinin isə ta qədimdən əsas prinsipi odur ki, “biz həqiqətin ziddinə heç nə edə bilmərik”. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini xahiş edirlər, Cavabdeh1 hazırki iş üzrə cavabdeh olmasının qeyri-mümkün olduğunun nəzərə alınmasını Məhkəmədən xahiş edirlər. Cavabdeh1 iddiaçı ilə birgə hərəkət edir, onun təlimatları ilə addım atır, onun iradəsinə zidd olan heç bir addımı heç vaxt atmır, atmamışdır. Belə olan halda Cavabdeh1 İddiaçı iddia tələblərini yönəltdiyi cavabdeh olması necə mümkün ola bilər?? Cavabdeh1 əvvəlcədən İddiaçı ilə razılaşdırmadan hərəkət etmir, bu hər kəsə məlumdur. Onlar bütün həyat və fəaliyyətlərində hər zaman birgə hərəkət etmişlər. Ədalət mühakiməsinin həyata keçirilməsi üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İddiaçı iddia tələbinin əsası kimi iki arqument irəli sürmüşdür–iddiaçının guya aldadılmış olması və əmlakın bağışlanma müqaviləsinin hər hansı şərtə bağlanmış olması. Hər iki arqumentin də tamamilə əsassız olduğu işin həqiqi və faktiki halları ilə tam təsdiq olunur. İddiaçının 18 sentyabr 2021-ci il tarixində Cavabdeh2 notariat qaydasında etibarnamə verərkən iddiaçıya müvafiq birtərəfli əqdin məzmunu notarius tərəfindən izah edilmiş, həmçinin həmin əqdin doğuracağı hüquqi nəticələr ona ətraflı izah edilmişdir. Həmin etibarnamədə iddiaçı tərəfindən verilən səlahiyyətlər aşağıdakılar olmuşdur: “mənə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 53 ünvanında yerləşən mənzilə dair müvafiq arayışlar, o cümlədən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara, onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış aldıqdan sonra– sərəncam verməyi, Cavabdeh1 bağışlamağı, buna dair müqavilə imzalamağı, ərizə verməyi, imza etməyi, bununla bağlı bütün dövlət və qeyri dövlət orqanlarında, Azərbaycan Respublikası ƏMDK yanında DƏDR müvafiq Əİ-də, ASAN xidmət mərkəzlərində, notariat ofislərində nümayəndə olmağı, notariusa müraciət etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm”. Göründüyü kimi etibarnamə ilə verilən səlahiyyətlər tamamilə aydın və konkretdir, iddiaçının bunu bilməməsi, başa düşməməsi, dərk etməməsi mümkünsüzdür, iddiaçının aldadılmış olması qeyri-mümkündür. Qeyd olunduğu kimi notarius da öz vəzifə borcu kimi iddiaçıya verdiyi etibarnamənin məzmununu izah etmiş, həmçinin həmin əqdin doğuracağı hüquqi nəticələri ona ətraflı izah etmişdir, iddiaçı da etibarnamədə öz əli ilə imza etmiş və ad soyadını öz xətti ilə yazmışdır. İddiaçının ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.122 kv.m. olan 1 otaqlı mənzilə dair 23 sentyabr 2021-ci il tarixli və 08 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinin də heç bir əsası yoxdur. Tərəflər arasında notariat qaydasında bağışlanma müqaviləsi bağlanarkən bağışlama müqaviləsinin məzmunu notarius tərəfindən tərəflərə izah edilmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-ci (bağışlama ilə bağlı) maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin həmin sazişin doğuracağı hüquqi nəticələr onlara ətraflı izah edilmişdir. Mübahisələndirilən bağışlama müqavilələrinin məzmunundan görünür ki, həmin müqavilə hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Hüquq və vəzifələrin əmələ gəlməsi hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər-hansı məhdudiyyətin olması müəyyən edilməmişdir. Mülki Məcəllənin 389-cu maddəsinə görə müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Müqavilə tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə bağlanmış sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. (Mülki Məcəllənin 399.1 və 405-ci maddələri). Bu normalara əsasən müqavilə, tərəflərin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında qarşılıqlı razılığa gəldikləri şərtlərin məcmusudur. Müqavilənin bağlanması təkcə tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Tərəf bu müqaviləyə istinad etməklə digər tərəfdən müqavilə şərtinin icra (lazımi qaydada icra) olunmasını, şərtin pozulmamasını tələb edə bilər. Başqa sözlə, tərəf müqavilə öhdəliyinə istinadən yalnız müqavilədə nəzərdə tutulmuş vəzifənin icrasını tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçıya baxması, yaxud ona hər hansı şəkildə xüsusi qayğı göstərəcəyi vədi barədə müqavilə şərti nəzərdə tutulmadığına görə, iddiaçı bu şərtə əsaslanan iddia irəli sürə bilməz. Müqavilə şərti üçün xarakterik hal, tərəflərin müqavilə bağlayarkən istək və niyyətlərinin açıqlanması, buna xidmət edən ikitərəfli və ya çoxtərəfli razılaşmanın nəticəsi kimi ortaya çıxmasıdır. Müqavilə bağlanarkən tərəfin açıqlanmamış niyyəti, digər tərəflə razılaşdırılmış olmur və müqavilə şərti üçün zəruri olan əlamətə (“razılaşma” əlamətinə) malik olmur. Buna görə də “cavabdehin üzərinə gələcəkdə iddiaçıya baxmaq vəzifəsini qoymaq niyyəti ilə müqavilə bağlaması” barədə dəlil, müqavilənin ləğvi üçün legitim əsas deyildir. Əqdin şərtlə bağlanması Mülki Məcəllənin 328-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin mənasına görə əqdin şərtlə bağlanmış əqd kimi tanınması üçün onun iştirakçıları arasında bağlanmış müqavilədə həmin şərtlərin qeyd olunması zəruridir. Həmin hal mühüm əhəmiyyət kəsb edir. Tərəflər üçün belə əqd üzrə hüquqi nəticələr yalnız həmin şərtlərin yerinə yetirildiyi hallarda yarana bilər. Hazırda mübahisələndirilən bağışlama müqavilələri üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməyib, bir sözlə bağışlama müqaviləsinin hər hansı, o cümlədən cavabdehin iddiaçıya baxması yaxud onu saxlaması şərti ilə bağlanmış sayılması işin faktiki halları və mülki iş materialları ilə istisna olunur. Göründüyü kimi, iddiaçının 18 sentyabr 2021-ci il tarixində Cavabdeh2 notariat qaydasında verdiyi etibarnamənin, habelə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.122 kv.m. olan 1 otaqlı mənzilə dair 23 sentyabr 2021-ci il tarixli və 08 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqavilələrinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmiş, belə hallar aşkar edilməmişdir, bu səbəbdən qeyd edilən əqdlərin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı ilə cavabdehlər, eləcədə iddiaçı ilə Cavabdeh2 ailə üzvləri çox yaxın, doğma münasibətdə olmuşlar, Cavabdeh2 övladları–xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçıya və əri Cavabdeh1 “nənə”, “baba” demişlər, doğma ailə üzvləri kimi münasibətdə olmuşlar, bir-birilərinə sevgi və şəfqətlə yanaşmışlar. İddiaçı və cavabdeh arasında hər zaman hörmət və ehtiram olmuşdur. İddiaçı və əri Cavabdeh1 birgə nikahdan övladları olmadığına görə iddiaçı mülkiyyətində olan mənzili əri Cavabdeh1 başqa nikahdan olan nəvəsinə-Cavabdeh2 bağışlamaq qərarına gəlmişdir və bu barədə hər kəsə məlumat verərək öz niyyətini nümayiş etdirmişdir. İddiaçı və əri Cavabdeh1 bu barədə qərarı birlikdə vermişlər. Belə ki, onlar bəyan etmişlər ki, artıq xeyli yaşlanmışlar, odur ki, yaşadıqları mənzilin müqəddaratına dair qərar vermək niyyətinə gəlmiş, Cavabdeh2 və onun ailə üzvləri ilə yaxşı münasibətləri olmasını, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 öz nəvələri kimi bildiklərini, onları doğma övladları kimi çox sevdiklərini nəzərə alaraq sözügedən qərarı vermişlər. Bu niyyətlərini onlar cavabdehə və onun ailə üzvlərinə, eləcə də tanıdıqları hər kəsə açıq şəkildə bəyan etmişlər. Buna etiraz edən olmamış və tərəflər buna öz azad iradələri ilə razılıq vermişlər. İddiaçı yaşlı olduğundan, həmçinin hərəkət qabiliyyəti məhdud olduğundan, müvafiq arayışların alınması və digər sənədləşmə işlərində köməklik üçün Cavabdeh2 etibarnamə verilmişdir. Tərəflər mübahisələndirilən əmlakın cavabdehə bağışlanması barədə tam razılığa gəlmiş və daha sonra notariusa müraciət etmişlər. Notariat orqanlarının tələb etdiyi və qanunla zəruri sayılan sənədlər, arayışlar təqdim edilərək müvafiq bağışlanma müqavilələri bağlanmışdır. İddiaçı mübahisələndirilən əmlakı əri cavabdeh A. Kərimova bağışlayan zaman, daha sonra Cavabdeh1 da həmin əmlakı Cavabdeh2 bağışlayacağını əvvəlcədən bilmiş və buna razı olmuşdur, bu onun özünün niyyəti olmuşdur. Lakin iddiaçıya izah edilmişdir ki, cavabdeh A. İbrahimovanın iddiaçı ilə birbaşa qohumluq əlaqəsi olmadığından (onun bilavasitə nəvəsi olmadığından) bağışlanma müqaviləsinin yaxın qohum kimi əri Cavabdeh1la bağlaya bilər, bu xüsusatlar ona ətraflı izah edilmiş, O, da bunu anlayaraq və bilərək bağışlanma müqaviləsini bağlamış, müqavilənin bağlanmasını təmin etmiş, bununla əlaqədar bütün lazımi addımları atmış, bütün zəruri hərəkətləri həyata keçirmişdir. Tərəflər planlaşdırdıqları kimi mübahisələndirilən əmlakın bağışlanmasını həyata keçirdikdən və Cavabdeh2 adına mülkiyyət sənədi rəmiləşdirildikdən sonra–2021-ci ilin oktyabr ayında bunu ailəcə süfrə başında qeyd etmiş, tort və şirniyyatla çay süfrəsi başına toplanmış, mehribançılıq, hörmət, izzət və ehtiramla bunu qeyd etmişlər. Bu tədbiri tərəflər ailə xatirəsi kimi saxlamaq üçün videogörüntü qeydləri də aparmış, fotoşəkillər çəkdirmişlər. Sözügedən tədbirdən videogörüntülər və fotoşəkillər məhkəməyə təqdim ediləcəkdir. Həmin tədbirdə iddiaçı mənzilin bağışlanması ilə bağlı xeyir dua vermiş, öz ürək sözlərini ifadə etmişdir, eləcə də iddiaçının əri Cavabdeh1 öz ürək sözlərini ifadə etmişlər, videogörüntüdə iddiaçı ilə cavabdeh A.İbrahimovun azyaşlı övladları arasında “nənə-nəvə”, “baba-nəvə” münasibətləri olduğu, sevgi və doğmalıq olduğu sezilir, uşaqlar iddiaçını öpür, ona ”nənə” deyə müraciət edirlər, iddiaçın da onları sevdiyi, çox istədiyi görünür. Göründüyü kimi mübahisələndirilən əqdlər (bağışlanma müqavilələri) tərəflərin iradəsinə uyğun olaraq onların tam razılığı ilə bağlanmış, bu əqdlər qarşılıqlı hörmət və ehtiramın nəticəsi kimi onların iradəsinin ifadəsi olmuşdur. Beləliklə, iddia tələblərinin əsassız və qanuna zidd olduğu tam təsdiq olunur. Odur ki, iddianın rədd edilməsini xahiş edirlər. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi) təsbit olunmuşdur Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282) İddiaçının heç bir əsas olmadan qeyri-rasional davranaraq cavabdehə qarşı əsassız və absurd iddia tələbləri irəli sürmüş, hətda ərizəsində yalan danışmaqdan və qarayaxmalardan belə çəkinməmişdir. Belə ki, iddia ərizəsində iddiaçı guya cavabdehin ondan mənzili tərk etməyi tələb etdiyi qeyd olunmuşdur. Halbuki belə hal olmamışdır və olması da mümkün deyildir. Cavabdeh2 və ailəsi hər zaman iddiaçıya nəzakətlə davranmış, ona xüsusi hörmət və ehtiram göstərmişdir, hər hansı şəkildə hörmətsizliyə heç vaxt yol verməmişdir. Tərəflər arasında ümumiyyətlə hər zaman mehribançılıq, sevgi, şəfqət, qarşılıqlı hörmət və ehtiram hökm sürmüşdür. Məhz buna görə də tərəflər sözügedən əqdləri bağlamış, imzalamış və qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirmişlər. Hazırda iddiaçının hazırki iş üzrə iddia tələblərində ifadə olunan qeyri-rasional hərəkətləri anlaşılmazdır. Lakin yayılan sözsöhbətlərə, məlumatlara görə kimsə iddiaçıya mübahisələndirilən mənzilin onun mülkiyyətinə verilməsi müqabilində pul təklif etmiş, bir sıra şirnikləndirici vədlər vermişdir, iddiaçı məhz bu səbəbdən mənzilin bağışlanması müqaviləsini ləğv etməyə cəhd etməkdədir. Əgər bu məlumatlar doğrudursa, o zaman iddiaçı həqiqəti söyləməlidir, həqiqət budursa, bunu desin və belə olan halda məsələ məhkəmədənkənar həllini tapa bilər, daha onlara nə üçün iftira atır? Onların nalayiq davrandığını irəli sürür? Cavabdeh2 guya onu aldatdığını, müqavilə şərtini yerinə yetirmədiyib, ona qarşı hörmətsizlik etdiyini bəyan edir? Ona qarşı irəli sürülən bütün bu ittihamlar yalan və iftira olduğundan qəbuledilməzdir, bununla onun şərəf və ləyaqətinə toxunulduğundan qəti etiraz edir, rədd edir, əmindir ki, məhkəmə araşdırması ilə də əsl həqiqət bir daha müəyyən ediləcək. Yuxarıda qeyd olunanlara və istinad olunan qanun müddəalarına əsaslanaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı qardaşı Orayav Sergey xx.xx.2023-cü il tarixdə ərizə verərək iş üzrə İddiaçı hüquqi varisi qismində tanınaraq işə qoşulmağının təmin edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı qardaşı Orayav Sergeyi onun hüquqi varisi kimi tanımışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh2 onun doğma nəvəsi deyil. Mənzil birinci qaynanasınındır. Cavabdeh1 ikinci həyat yoldaşıdır. Aynur onlara baxacağına söz vermişdi, o, da inanıb evi bağışlamışdır. Lakin o, onları aldadıb onlara baxmayıb. Hətta ona telefon belə almışdır ki, onlarla əlaqə saxlasın. Bir gün Aynur özü zəng vuraraq ona bildirdi ki, “sən yəhudisən, sən öləndə səni İsraildə dəfn edəcəm. Cümə axşamlarını da verəcəm narahat olma”. O təkdir, heç kimi yoxdur. Notarius evə gəlib, ona heçnə izah etmədən, heçnə başa salmadan sənədləri imzalatdırıb. Onun əlindən tutub imzalatdırıb. O, evi bağışlamaq istəməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək bildirmişdir ki, bağışlanma müqaviləsi 23 sentyabr 2021-ci il tarixdə olmuşdur. Müqavilənin rəsmiləşdirilməsi xx.xx.2021-ci il tarixdə baş vermişdir. Cavabdeh1 öz adına rəsmiləşdirdiyi mənzili nəvəsi Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 onların hər ikisinə baxacağına vəd vermişdir. Lakin Cavabdeh2 vədinə əməl etməmiş, bir gün olsa da belə onlarla maraqlanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil3 bildirmişdir ki, iddiaçıya qarşı həm notariat orqanı, həm də adları qeyd olunan cavabdehlər tərəfindən oyunlar edilmiş, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, aldatma yolu ilə, onun iradəsi ziddinə əmlakından məhrum ediblər. İddiaçının 82 yaşı var, yeriməkdə çətinlik çəkir, savadı yoxdur, yazıb-oxuya bilmir. Belə olan halda notariat orqanı tərəfindən adından məzmununu, mahiyyətini bilmədiyi etibarnamə verilməsi nə dərəcədə qanunidir? Belə ki, Bakı şəhəri 30 saylı notariat ofisi vasitəsilə evində tərəfindən Cavabdeh2 guya verilmiş etibarnamə qanuni deyil. Yəni göründüyü kimi, normanın tələblərinə uyğun olaraq vəziyyəti nəzərə alınmaqla etibarnamədə bu barədə qeydin edilməsi qanunvericiliyin tələbidir. Amma etibarnamə alan, yəni imza etdirən zaman nəyə qol çəkdiyini bildirməmişlər, etibarnamə isə birbaşa guya iddiaçı tərəfindən verilmiş kimi hazırlanmışdır. Odur ki, notariat orqanı da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmiş və nəticədə əmlakından məhrum olmağına səbəb olmuş, ona ziyan vurmuşdur. Cavabdeh2 etirazında qeyd edir ki, etibarnamə üzrə bütün hallar guya iddiaçıya izah edilmiş və həmin etibarnaməni şəxsən imzalayaraq qeyd vermişdir. Hətta həmin etibarnamədə xüsusi notarius tərəfindən guya iddiaçının fəaliyyət qabiliyyətinin yoxlanılması, guya şəxsən xüsusi notariusun iştirakı ilə imzaladığı qeyd olunur. Lakin nəzərə alınmalıdır ki, həmin etibarnamədə qeyd edilmiş ad, soyadı notariat orqanın əməkdaşı əlindən tutaraq yazmışdır. Savadsız, xəstə olmağından sui-istifadə edərək əlindən tutaraq etibarnaməyə onun adından qeydlər edilməsi artıq bu etibarnamənin etibarsız olduğunu təsdiq edir. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, iddianı qəbul edir. Nəvəsi 8 ildir ki, onlara gəlib-getmirdi. Qızı isə onu nəvələrinin toyuna belə çağırmamışdır. Yəni aralarındakı qohumluq münasibətləri çox soyuq olub. Sonra qızı rəhmətə getdi. Bundan sonra Aynur adlı nəvəsi onlara gəlib-getməyə başladı. Bir gün onlara bildirdi ki, “sizinlə əlaqə saxlamaq istəyirəm, lakin telefonum yoxdur”. Onlar da ona telefon alıb hədiyyə etdilər. Daha sonra bildirdi ki, “mən sizə baxacam, siz isə evi mənə bağışlayın”. Onlar isə yaşlı və xəstə olduqları üçün razılaşdılar. Çünki həqiqətən köməyə və baxıma ehtiyacları var idi. Lakin nəvəsi sözlərinə əməl etməyərək, onlara yalan vəd verərək aldatdı. O, xəstə və əlildir. 40 il dənizdə işləmişdir. Onların bu illər ərzində övladları olmamışdır. Bu səbəbdən evin nəvəsinin adına keçirilməsini istədi. Yoldaşı da xəstədir və köməksizdir. Nəvəsi sözünü tutub, həqiqətən onlara baxsa idi, mənzili ona bağışlayacaqdı. Lakin o, sözünə əməl etmədi. O, da belə olan halda evi ona bağışlamaqdan imtina edir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. «İddiaçının evin bağışlanması barədə xəbəri olmamışdır. Nəvə vəd verib ki, “sizə baxacam, evi mənə bağışlayın”. Bunlar həqiqətə uymayan hallardır. İddiaçı öz könüllü razılığı əsasında evi bağışlamışdır. Notarius evə gəldikdə və bağışlanma olduqda iddiaçıya müqavilənin məzmunu izah olunmuşdur. Briliand xanım öz iradəsi ilə mənzili bağışlaması və mehriban səmimi ortamda qeyd edərək xeyir-dua verməsi tam şəkildə diskdə öz əksini tapmışdır. O, heç kəsi aldatmamışdır. Cavabdeh2 iddiaçıya baxırdı, hər köməkliyi edirdi. Lakin neçə ildən sonra iddiaçının qardaşı gəlib və onlar həmin evi artiq ona bağışlamaq qərarına gəlmişlər. Bu səbəbdən müqavilənin ləğv olunmasını istəyirlər. Cavabdeh1 iddiaçı ilə eyni tərəfdədir və eyni mövqedədir. İddiaçı 18 sentyabr 2021-ci il tarixdə Cavabdeh2 notariat qaydasında etibarnamə verərkən iddiaçıya notarius tərəfindən etibarnamənin məzmunu izah edilmişdir. Belə olan halda, iddiaçının etibarnamənin məzmununun başa düşməməsi, dərk etməməsi qeyri-mümkündür. İddiaçının ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilə dair 23 sentyabr və 08 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsızlığını tələb etməsinin heç bir əsası yoxdur. Tərəflər arasında notariat qaydasında bağışlama müqaviləsi bağlanarkən müqavilənin məzmunu notarius tərəfindən tərəflərə izah edilmişdir. Həmçinin, mübahisələndirilən bağışlama müqavilələrinin məzmunundan görünür ki, həmin müqavilələr hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Beləliklə, bağışlama müqavilələri qanunvericiliyin tələblərinə əməl olunmaqla tam qanuni şəkildə bağlanmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Bakı şəhəri 30 saylı Notariat Ofisinin səlahiyyətli nümayəndəsi X8 bildirdi ki, o, sifariş əsasında getmişdir. Notarius əməliyyatlarını aparmaq üçün şəxs sifariş verir. Onlara rəsmi sifariş olunmuşdur. Onlar ünvana getmişdilər. Cavabdeh1 müraciət etmişdir. Ünvana o, getmişdi, həmin günü iş çoxluğundan xüsusi notarius gedə bilməmişdir. Lakin, rəislə görüntülü danışıq olmuşdur və ona məruzə olunaraq hərəkət edilmişdir. Reyestr kitabında soyadı olsa da, şəxsin imzası mütləqdir. Mətnin məzmunu Briliand xanıma izah olunmuşdur. Məzmunu bir neçə dəfə izah etdikdən sonra Briliand xanım özü şəxsən imzalamışdır. Sifariş qeyri-iş günü olunsa, belə, ünvana gedirlər. Sifariş əsasında hər bir sənəd öncədən çap olunur və hazır vəziyyətdə mənzilə gedilir. İkinci çağırışa da rəsmi çağırışla getmişlər. İddiaçı öz iradəsi ilə imzalamışdır. Sifarişlə bağlı ödəmələr olub, qəbzlər işin içindədir. Uryayeva azərbaycan dilində danışır, sadəcə tam hamısını başa düşmədiyi üçün məzmunu bir neçə dəfə ona izah edib. İddiaçı etibarnaməni Aynura xanıma verdi ki, sənədlərin toplanması üçün çünki özü yaşlıdır. Əslində Briliand xanımın məqsədi və niyyəti Aynura bağışlamaq olub. Alğısatqı müqaviləsinin rüsumu çox olduğundan öncə yoldaşına sonra Aynura bağışlama oldu. Bağışlama müqaviləsi birbaşa kontora təqdim olunur. Briliand xanım yaşlı və yerimədə çətinlik çəkdiyi üçün mənzilə getmişdi. Hazırda notariuslara evdə oturaraq etibarnamə vermək səlahiyyəti verilmişdir. Aynur doğma nəvəsi olmadığı üçün bağışlama baha başa gəlirdi. 1-ci dərəcəli ailə üzvlərinə bağışlama 28.30 qəpik təşkil edir, başqa şəxslərə isə 320 manat təşkil edir. Briliand xanım etibarnaməni Aynur xanıma verdi, daha sonra Aynur xanım iddiaçının adından Akif müəllimə bağışladı, Akif müəllim isə Aynura bağışladı. İddiaçı hüquqi varisi Orayav Sergey xx.xx.2023-cü il tarixdə çıxışını yazılı şəkildə məhkəməyə göndərək bildirmişdir ki, iddia ərizəsini müdafiə edir, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi tərəfindən təqdim olunmuş CD diskə baxış keçirildi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.22 kv.m. olan 1 otaqlı mənzili Cavabdeh1 bağışlamışdır. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.22 kv.m. olan 1 otaqlı mənzili Cavabdeh2 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********55-05101-093009 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.22 kv.m. olan 1 otaqlı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Mənzil cavabdehin adına xx.xx.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - 84 saylı MKİS tərəfindən verilən 189 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 53 saylı evin 62 nömrəli mənzilində qeydiyyatdadır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 53 saylı evin 62 nömrəli mənzilində qeydiyyatdadırlar. - “Elektron Notariat” X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə vermişdir. Etibarnamədə aşağıdakı səlahiyyətlər göstərilmişdir: “Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 53 ünvanında yerləşən mənzilə dair müvafiq arayışlar, o cümlədən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara, onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış aldıqdan sonra – sərəncam verməyi, Cavabdeh1 bağışlamağı, buna dair müqavilə imzalamağı, ərizə verməyi, imza etməyi, bununla bağlı bütün dövlət və qeyri dövlət orqanlarında, Azərbaycan Respublikası ƏMDK yanında DƏDR müvafiq Əİ-də, ASAN xidmət mərkəzlərində, notariat ofislərində nümayəndə olmağı, notariusa müraciət etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm”. - ÖM 212190 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.22 kv.m. olan 1 otaqlı mənzil İddiaçı 1355 saylı reyestr kitabında 203540 səhifə qeydə alma nömrəli 30/203540 olmaqla xx.xx.2004-cü ildə qeydə alınmışdır. - V-ЖГ seriyalı, 398444 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.1990-cı il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1723 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********55-05101-093009 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.22 kv.m. olan 1 otaqlı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Mənzil cavabdehin adına xx.xx.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 53 saylı evin 62 nömrəli mənzilin Cavabdeh2 bağışlanmasına etiraz etmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1880 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, 2(007)-1909/2022 saylı mülki işin materiallarında İddiaçı ilə Cavabdeh2 adlarından olan 18 sentyabr 2021-ci il tarixli, AR-İİ№ seriyalı 452941 saylı etibarnamənin “İmza:” qrafasında “Уряева Урава Брнад” yazıları və həmin yazıların qarşısındakı imza; Bakı şəhəri 30 saylı notariat ofisinin 7E-10 saylı (xx.xx.2021-xx.xx.2021-ci il tarixli) reyestr jurnalında 7982 nömrə ilə qeyd edilən sırada “Notariat Hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Уряева Урава Брнад..” yazıları - eyni şəxs, İddiaçı tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/718 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli **********710 nömrəli ərizəyə dair 05094 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestr jurnalının 44-cü vərəqində 10710 nömrəsi ilə qeyd olunan “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Уряева Брилианд” yazıları və həmin yazıların yuxarı hissəsində olan imza - İddiaçı tərəfindən icra olunmuşdur. - xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: 1. Ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qardaşı Orayav Sergeyə vəsiyyət edir. 2. Əri Cavabdeh1 ondan miras qalmış əmlaklardan pay alma hüququndan məhrum edir. - AZ-İİ seriyalı, 341442 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 266 nömrə ilə qeyd edilmişdir. - A3 seriyalı 317016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan omuşdur. Ata qarafsında Uryayev Yaşay, ana qarafasında Uryayeva Tamara qeyd edilmişdir. - Bakı Şəhəri 50 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş xx.xx.1940-cı il təvəllüdlü İddiaçı miras qalmış əmlaklara dair onun vəsiyyətnamə üzrə vərəsəsi Orayav Sergey xx.xx.2023cü il tarixli ərizəsinə əsasən Bakı Şəhəri 50 saylı Notariat Ofisində vəsiyyətnamə üzrə vərəsəlik işi başlanılmışdır. - Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nazirliyin məlumat bazalarında İddiaçı təhsil alması ilə bağlı məlumat mövcud deyil. - 06.05.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 53 saylı evin 62 nömrəli mənzili Cavabdeh1 bağışlamış, o, da öz növbəsində həmin mənzili Cavabdeh2 bağışlamışdır. Sözügedən mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmçinin İddiaçı Cavabdeh2 etibarnamə ilə onun əvəzindən mənzilə dair müəyyən hərəkətləri etməyi həvalə etmişdir. Hazırda iddiaçı tərəfindən Cavabdeh2 Bakı şəhəri 30 saylı notariat ofisi vasitəsi ilə verilmiş 18 sentyabr 2021-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, 18 sentyabr 2021-ci il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair 23 sentyabr 2021ci il tarixli və həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair 08 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin və bu müqavilələr əsasında verilmiş daşınmaz əmlaka dair çıxarışların etibarsız hesab edilməsini, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilin ona geri qaytarılmasını xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 668.1-668.1.5-ci maddələrinə görə bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Göründüyü kimi, iddiaçı əvvəlcə bağışlama müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilkin məhkəmə iclaslarında verdiyi izahatlarda iddiasının təmin edilməsinin əsası kimi Cavabdeh2 bağışlama müqaviləsi müqabilində ona və əri Cavabdeh1 baxmasını vəd versə də onlara baxmamasını, onları aldatmasını, onun savadsızlığından, ahıllığından istifadə etməsini bildirmişdir. Daha sonra tələbi dəqiqləşdirərək bağışlama müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmiş və tələbin əsasını notarius evə gələn zaman ona etibarnamənin və bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticələr barədə məlumatlandırmaması olmuşdur. Belə ki, iddia tələbində iddiaçı «Bakı şəhəri 30 saylı notariat ofisi vasitəsilə onun evində tərəfindən Cavabdeh2 guya verilmiş (halbuki həmin etibarnamənin məzmununu bilməmiş, etibarnamə onun iradəsi ziddinə, aldatma yolu ilə verilmişdir) etibarnamə qanuni deyil. Yəni göründüyü kimi, normanın tələblərinə uyğun olaraq onun vəziyyəti nəzərə alınmaqla etibarnamədə bu barədə qeydin edilməsi qanunvericiliyin tələbidir. Amma ondan etibarnamə alan, yəni imza etdirən zaman nəyə qol çəkdiyini bildirməmişlər, etibarnamə isə birbaşa guya onun tərəfindən verilmiş kimi hazırlanmışdır. Odur ki, notariat orqanı da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmiş və nəticədə onun əmlakından məhrum olmasına səbəb olmuş, ona ağır ziyan vurmuşdur. Onu da qeyd edir ki, Cavabdeh2 sözügedən əmlakını ilkin olaraq babasının, yəni digər cavabdehin adına rəsmiləşdirmiş və sonra da qısa müddət ərzində öz adına keçirmişdir, iş materiallarına baxdıqda adicə proses müddətləri də Cavabdeh2 əsl niyyətini sübut edir. Belə ki, ondan xx.xx.2021-ci il tarixində etibarnamə alaraq 5 gün sonra, yəni xx.xx.2021-ci il tarixində Cavabdeh1 onun əmlakını bağışlamış, o, da 15 gün sonra, yəni xx.xx.2021-ci il tarixində Cavabdeh2 bağışlamışdır. Onu da qeyd edir ki, əldə etdiyi məlumata görə Cavabdeh2 guya onun adından aldığı etibarnamədə əmlakı Cavabdeh1 bağışlamaq səlahiyyətini verdiyini xüsusilə qeyd etdirib və səlahiyyətlərini başqa şəxsə verilməsini də göstərib. Bu faktın özü də sübut edir ki, Cavabdeh2 öz qanunsuz niyyətinə nail olmağı, gələcəkdə özünü şübhələrdən yayındırmaq üçün ərinə bağışlanmaq səlahiyyəti verilməsini xüsusilə vurğulatdırıb» qeyd etmişdir. Məhkəmə iddia tələbinin “iddiaçı tərəfindən Cavabdeh2 Bakı şəhəri 30 saylı notariat ofisi vasitəsi ilə verilmiş 18 sentyabr 2021-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, 18 sentyabr 2021-ci il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair 23 sentyabr 2021-ci il tarixli və həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair 08 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı və Cavabdeh1 məhkəmə iclaslarında dəfələrlə bildirmişlər ki, Cavabdeh2 onlara baxacağına söz vermiş, iddiaçı da bu səbəbdən ona məxsus mənzili ona bağışlamışdır. Həmçinin Cavabdeh2 etibarnamə vermək üçün və bağışlama müqavilələrinin bağlanması üçün evə rəsmi müraciət əsasında notarius dəvət edilmişdir. Məhkəmə iclasında iştirak edən notariusun nümayəndəsi bildirmişdir ki, notariusun nümayəndəsi kimi onun və videozəng vasitəsilə notarius tərəfindən İddiaçı etibarnamənin mətni bir neçə dəfə izah edilmişdir və iddiaçının niyyəti mənzili Cavabdeh2 bağışlamaq olmuşdur. Lakin Aynur xanım doğma nəvəsi olmadığından və alqı-satqı müqaviləsinin rüsumu çox olduğundan əvvəlcə mənzili Cavabdeh1, o, da mənzili nəvəsi Cavabdeh2 bağışlamışdır. Bundan başqa iddiaçı ziddiyyətli ifadələr verərək, etibarnaməyə və bağışlama müqaviləsinə özünün imza etmədiyini, daha sonra əlindən tutub imza etdirdiklərini bildirmişdir. Buna münasibətdə notariusun nümayəndəsi bildirdi ki, İddiaçı özü şəxsən imzalamışdır. Etibarnamə və bağışlama müqavilələrində qeyd olunan imzanın İddiaçı məxsus olması barədə mübahisə olduğu üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1880 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 4/718 nömrəli rəylərindən görünür ki, İddiaçı ilə Cavabdeh2 adlarından olan 18 sentyabr 2021-ci il tarixli, AR-İİ№ seriyalı 452941 saylı etibarnamənin “İmza:” qrafasında “Уряева Урава Брнад” yazıları və həmin yazıların qarşısındakı imza; Bakı şəhəri 30 saylı notariat ofisinin 7E-10 saylı (xx.xx.2021-xx.xx.2021-ci il tarixli) reyestr jurnalında 7982 nömrə ilə qeyd edilən sırada “Notariat Hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Уряева Урава Брнад..” yazıları və xx.xx.2021-ci il tarixli **********710 nömrəli ərizəyə dair 05094 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestr jurnalının 44-cü vərəqində 10710 nömrəsi ilə qeyd olunan “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Уряева Брилианд” yazıları və həmin yazıların yuxarı hissəsində olan imzaların İddiaçı tərəfindən icra olunması müəyyən olunmuşdur. Həmçinin, İddiaçı 18 sentyabr 2021-ci il tarixdə Cavabdeh2 verdiyi etibarnamənin məzmunundan görünür ki, “Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 53 ünvanında yerləşən mənzilə dair müvafiq arayışlar, o cümlədən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara, onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış aldıqdan sonra–sərəncam verməyi, Cavabdeh1 bağışlamağı, buna dair müqavilə imzalamağı, ərizə verməyi, imza etməyi, bununla bağlı bütün dövlət və qeyri dövlət orqanlarında, Azərbaycan Respublikası ƏMDK yanında DƏDR müvafiq Əİ-də, ASAN xidmət mərkəzlərində, notariat ofislərində nümayəndə olmağı, notariusa müraciət etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm” etibarnamə məhz mənzili Cavabdeh1 bağışlamaq üçün verilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin hər hansı şərtə bağlanması qeyd olunmamışdır. İddiaçı Cavabdeh2 ona və əri Cavabdeh1 baxacağı təqdirdə evi ona bağışlayacağını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin iş materiallarında olan CD diskdən görünür ki, tərəflər evin bağışlanmasını qeyd edirlər. Tam səmimi və mehriban bir şəraitdə İddiaçı və onun əri Cavabdeh1 nəvəsinə və onun ailəsinə xeyir-dua verirlər. Göründüyü kimi iddiaçı könüllü razılıq əsasında sözügedən mənzili Cavabdeh2 bağışlamışdır. İddiaçının vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı vəsiyyətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qardaşı Orayav Sergeyə vəsiyyət edir. Məhkəmə, vəsiyyətnaməyə münasibət bildirərək qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə mübahisə gedərkən qardaşına vəsiyyətnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, işin hallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli etibarnamənin və xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab olunması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulan hallar mövcud deyil. Qeyd olunan etibarnamə və bağışlama müqavilələri Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmadığından etibarsız hesab oluna bilməz. Məhkəmə iddiaçının iddia tələbinin “müqavilələr əsasında verilmiş daşınmaz əmlaka dair çıxarışların etibarsız hesab edilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bağışlamaq müqavilələri etibarsız hesab edilmədiyindən həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci i tarixli çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilin ona geri qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı heç bir təsir olmadan öz iradəsi əsasında qanunun tələblərinə riayət olunmaqla mənzili Cavabdeh2 bağışlamışdır. Bağışlama hər hansı şərt daxilində baş verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı hüquqi varisi Orayav Sergeyin “tərəfindən Cavabdeh2 Bakı Şəhəri 30 saylı Notariat Ofisi vasitəsi ilə verilmiş 18 sentyabr 2021-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, 18 sentyabr 2021-ci il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,122 kv.m olan 1 otaqlı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair 23 sentyabr 2021-ci il tarixli və həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair 08 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin və bu müqavilələr əsasında verilmiş daşınmaz əmlaka dair çıxarışların etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,122 kv.m olan 1 otaqlı mənzilin ona geri qaytarılması” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bununla yanaşı iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 324 manat məbləğində pul İddiaçı hüquqi varisi Orayav Sergeydən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı hüquqi varisi Orayav Sergeyin “tərəfindən Cavabdeh2 Bakı Şəhəri 30 saylı Notariat Ofisi vasitəsi ilə verilmiş 18 sentyabr 2021-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, 18 sentyabr 2021-ci il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,122 kv.m olan 1 otaqlı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair 23 sentyabr 2021-ci il tarixli və həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair 08 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin və bu müqavilələr əsasında verilmiş daşınmaz əmlaka dair çıxarışların etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,122 kv.m olan 1 otaqlı mənzilin ona geri qaytarılması” tələbi təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 324 manat məbləğində pul İddiaçı hüquqi varisi Orayav Sergeydən tutularaq X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-91/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-91/2023
29.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver