Məhkəmə qərarları › İş №2(007)-916/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-916/2021

29.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-916/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi,məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi,məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki,20 avqust 2019-cu il tarixdə əmək müqaviləsi əsasında “Cavabdeh-Xəyali Qardaşları” ” MMC-nin satış və ticari marketinq departamentinin daxili satış şöbəsinə promo-merçendayzer vəzifəsinə işə qəbul edilmişdir. “Cavabdeh-Xəyali Qardaşları” MMC-nin 20.07.2020-ci il tarixli 129 K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.Həmin illərdə “Cavabdeh-Xəyali Qardaşları” MMC CavabdehMMC ilə birlikdə fəaliyyət göstərmiş,sonradan həmin şirkətlər ayrılıqda fəaliyyət göstərdikləri üçün “Cavabdeh-Xəyali Qardaşları” MMC-də fəaliyyət göstərən işçilərin bir hissəsi CavabdehMMC-nə keçmişdir.Buna görə də CavabdehMMC-nin 20.07.2020-ci il tarixli 147.3K nömrəli əmrinə əsasən satış departamentinin ticari marketinq şöbəsinin Mingəçevir 1 pərakəndə merçendayzer bölməsinə “merçanda”vəzifəsinə işə qəbul edilmişdir.Lakin buna baxmayaraq,bir müddətdən sonra CavabdehMMC tərəfindən ona məlum olmayan səbəblərə görə ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə,həmçinin 72-ci maddəsinin “a”bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.Mövcud qanunvericiliyə əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyi kobud şəkildə pozulmuşdur.Aşağıda göstərəcəyi əsaslara 23.09.2020-ci il tarixli, 228.2 K nömrəli əmri əsaslı və qanuni hesab etmir:Belə ki,işə qəbul olunduğu gündən işdən azad olunan günə qədər vaxtlı-vaxtında işə gəlmiş,şirkət tərəfindən ona qarşı hər hansı bir irad tutulmamış,əmək kollektivi ilə yaxşı əlaqələr qurmağa nail olaraq,işçi heyəti arasında hörmət qazanmış,iş gedişatında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmişdir.Hər iş gününün başlanğıcında müdiriyyətə yer barədə verdiyi məlumat(konum) buna sübut kimi qəbul oluna bilər.İşlədiyi müddətdə şirkət tərəfindən verilən tapşırıqları heç bir nöqsan olmadan icra etmişdir.Hətta verilən tapşırıqları vaxtlı-vaxtımda dəqiq yerinə yetirdiyi üçün şirkət tərəfindən dəfələrlə mükafatlandırılmışdır.Sonradan buna baxmayaraq,sözügedən şirkət tərəfindən ona bildirilmişdir ki,şirkətdə iş azaldığından müvəqqəti olaraq işə çıxma.Bundan sonra Mingəçevir filialının merçendayzerlər üzrə rəhbəri ona məlum olmayan səbəblərdən onunla əlaqə saxlayaraq işdən çıxma barədə ərizə yazmalı olduğunu bildirsə də,o,işdən azad olunmağı üçün heç bir əsas göstərilmədiyindən sonuncunun tələbinə etiraz etmişdir.Bir-neçə gündən sonra təsadüfü olaraq Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyinin Məşğulluq alt sistemi ilə portala daxil olduqda görmüşdür ki, əmək müqaviləsinə xitam verilmişdir.Bununla bağlı dərhal CavabdehMMC-nin Mingəçevir filialının merçendayzerlər üzrə rəhbəri Zamin Talıbovla əlaqə saxlamış,işdən çıxarılmasının səbəbini soruşmuşdur.O,isə bildirdi ki,heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi üçün işdən azad olunmuşdur.Lakin nə işəgötürənin mübahisələndirilən əmr,nə də əmək kitabçası ona rəsmi qaydada təqdim olunmamışdır.Buna görə də işdən azad olunmağı barədə əmrin,və əmək kitabçasının əslinin ona təqdim olunması üçün şirkətə müraciət etmiş və onları yalnız bu yolla rəsmi şəkildə əldə etmişdir.Hesab edir ki,əmək müqaviləsinə xitam verilməsi tam qanunsuz olmuşdur.Əgər işlədiyi müddətdə həqiqətən də davamiyyəti əmrdə göstərillən kimi olsaydı,qanuna müvafiq olaraq əvvəlcədən şirkət tərəfindən çağırılıb izahatı alınardı,və ya ona yazılı şəkildə xəbərdarlıq olunardı. Hətta əmək müqaviləsi üzrə öhdəliklərini kobudcasına pozmuş olsaydı belə bir sual ortaya çıxır, əmri tərtib edən əməkdaş hardan bilirdi ki, o, üzürsüz səbəbdən işdə olmamışdır? Əmr tərtib edilməmişdən əvvəl şirkət tərəfindən bunlar araşdırılmışdırmı,yəni rəsimləşdirildimi? Xeyr ona görə də, hesab edir kı, əmrdə qeyd edilənləri həqiqətə uyğunlaşdırmaq qeyri mümkündür. Göründüyü kimi işdən azad olunmağı təsadüfü deyil. Düşünür ki, onun işdən azad olunmağı qərəzi şəkildə olmuşdur. Buna görə də, əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəyə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi X3 oğlu iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddiaçının izahatından belə çıxır ki,Cəmiyyət tərəfindən ona bildirilmişdir ki, şirkətdə iş azaldığından müvəqqəti olaraq işə çıxmasın. Daha sonra isə onun məlumatı olmadan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd edilən iddialarını təsdiq edən hər hansı sübut təqdim edə bilmir, iddia ərizəsinə qoşma kimi əlavə də etməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, müvafiq region üzrə şirkətin müntəzəm fəaliyyətimi olmuşdur. İddiaçı ilə bərabər qeyd edilən vəzifədə çalışan bütün işçilər müntəzəm şəkildə fəaliyyətlərinə davam etmişlər.Həmçinin iddiaçı özü öz ifadələrində qarışıqlığa yol verir. Bir tərəfdən, əvvəlcə bildirir ki, işdən çıxarıldığı ana kimi işə gəlmişdir, daha sonra isə bildirir ki, guya ona cavabdeh Cəmiyyət tərəfindən bildirilib ki, “ iş yoxdur deyə işə gəlməsin”. Bu da iddiaçının yalan danışdığını və beləliklə, iddiasının tamamilə əsassız olduğunu göstərir. İddia ərizəsində göstərilmişdir ki, “İddiaçı hətta öhdəliklərini kobudcasına pozmuş olsa da,işəgötürən onun işə gəlməməsini üzrsüz səbəbdən olduğunu haradan bilmişdir? İşəgötürən bunu araşdırmışdırmı?” İlk olaraq bildirmək istəyir ki, işə vaxtında gəlinək və iş vaxtı iş yerində olmaq Əmək Məcəlləsinin və iddiaçı ilə cavabdeh arasında imzalanan Əmək Müqaviləsinə əsasən işçinin əsas vəzifə öhdəliklərindəndir. İddiaçının imzaladığı vəzifə təlimatına əsasən, işçi (iddiaçı) daxili intizam qaydalarının pozulmasına görə məsuliyyət daşıyır. İddiaçı ilə əmək müqaviləsi 20.07.2020-ci il tarixində bağlanmışdır. Əmək müqaviləsinə əsasən, iddiaçı ilə həftəlik 40 saatlıq iş rejimi müəyyən edilmiş və iş saatının 08:00-da başlaması müəyyən edilmişdir. İddiaçı ilə imzalanmış vəzifə təlimatında da iddiaçının müəssisə daxili intizam qaydalarına riayət etməsi öhdəlik kiıni onun üzərinə qoyulmuşdur. İddiaçı ilk dəfə 21 avqust 2020-ci il tarixində heç bir xəbər vermədən, əsas göstərmədən işə gəlməməyə başlamışdır. Bu barədə iddiaçının üst rəhbəri tərəfindən Cəmiyyətin aidiyyəti şöbələrinə məlumat verilmiş və bundan sonra iddiaçının işə gəlməməsi faktını təsdiq edən AKT tərtib edilmişdir. Daha sonra iddiaçı ilə əlaqə saxlanılmağa çalışılsa da, iddiaçı işə gəlməməsinin səbəbləri barədə hər hansı üzürlü səbəb bildirməmişdir. Qeyd edilən məsələ ilə bağlı olaraq cavabdeh cəmiyyətin İnsan Resurları (HR) şöbəsi tərəfindən 24 avqust 2020-ci il tarixində iddiaçının hüquqi ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda iddiaçıya işə gəlməməyə davam edəcəyi təqdirdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə xitam veriləcəyi nəzərinə çatdırılmışdır.Göründüyü kimi,Cəmiyyət hətta iddiaçının işə gəlməmə səbəblərini araşdırmalı olmasına dair öhdəliyə malik olmasa da (qanunla bu vəzifə işəgötürənin üzərinə qoyulmur), bu barədə geniş araşdırma etmiş və edə biləcəyi cəhdləri layiqincə yerinə yetirmişdir. Cəmiyyət tərəfindən müxtəlf rabitə vasitələrindən istifadə edilərək, işçi ilə əlaqə saxlanılmış, hətta iddiaçının mənzilinə 2 dəfə xəbərdarlıq məktubları göndərilmişdir. Bildirmək istəyir ki, iddiaçı özü işə gəlmədiyini bir başa etiraf edir və işə gəlməməsi ilə bağlı hətta məhkəməyə yazdığı iddia ərizəsində belə hər hansı üzürlü səbəb göstərə bilmir. İddiaçının bildirdiyi digər hallar isə ümumiyyətlə bir-biri ilə əlaqəli deyil. Belə ki, iddiaçı iddia ərizəsinin hüquqi əsaslarından biri kiıni Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini sadalasa da, bu normaya istinad etməklə məhz hansı iradının olduğunu göstərə bilmir. Bu amillər iddianın hüquqi əsaslarının boşluğunu və iddia tələbinin əsassızlığını göstərir. İddiaçı ilə Cəmiyyət arasında bağlanan əmək müqaviləsi zatən 20.10.2020-ci il tarixində başa çatırdı, iddiaçıya qarşı hər hansı haqsız addım atmaq istəsəydilər 1 ay sonra müqavilənin müddəti bitməsi səbəbi ilə də Əmək Müqaviləsinə xitam verə bilərdilər. Əmək Məcəlləsinə əsasən, işçi üzrlü səbəbdən işə gəlmədikdə işəgötürənə məlumat verməlidir. Hazırki iş üzrə iddia ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçı işə gəlmədiyini etiraf edir, bu səbəbdən hesab edir ki, iddiaçının iş yerində olmaması ümumiyyətlə sual doğurmayan faktdır. İddiaçı iş yerində olmaması ilə bağlı hər hansı üzrlü səbəb göstərə bilmir. Yalnız Cəmiyyətin onu evə göndərdiyini bildirir lakin bu halı təsdiq edən hər hansı sübut təqdim etmir. İddiaçı artıq cəmiyyətdən məhkəməyə və Əmək Müfəttişliyinə şikayət edibdir, necə olur ki, heç bir hüquqi əsas olmadan iddiaçı evə göndəriilibsə bu barədə vaxtında aidiyyatı qurumlara heç şikayət etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiamım rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı məxsus əmək kitabçasın surətindən görünür ki,o, “Cavabdeh-Xəyali Qardaşları” MMC-nin 121K saylı,20 avqust 2019-cu il əmri ilə “Cavabdeh-Xəyali Qardaşları” MMC-nin satış və ticari marketinq departamentinin daxili satış şöbəsinə promo-merçendayzer vəzifəsinə işə qəbul edilmişdir. “Cavabdeh-Xəyali Qardaşları” MMC-nin 20.07.2020-ci il tarixli 129 K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. CavabdehMMC-nin 20.07.2020-ci il tarixli 147.3K nömrəli əmrinə əsasən satış departamentinin ticari marketinq şöbəsinin Mingəçevir 1 pərakəndə merçendayzer bölməsinə “merçanda”vəzifəsinə işə qəbul edilmişdir. CavabdehMMC-nin 228.2K saylı,23.09.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə,həmçinin 72-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 24 avqust 2020-ci il tarixli məktubundan görünür ki,İddiaçı üzürlü səbəb olmadan işə gəlməməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə müdiriyyətin təşəbbüsü ilə xitam verilə biləciyi barədə xəbərdarlıq olunmuşdur. 21.08.2020-ci il tarixli aktın məzmunundan görünür ki, İddiaçı 21 avqust 2020-ci il tarixdə bütün iş günü işdə olmamışdır. 23.08.2020-ci il tarixli aktın məzmunundan görünür ki, İddiaçı həmin tarixdə bütün iş günü işdə olmamışdır. 24.08.2020-ci il tarixli aktın məzmunundan görünür ki, İddiaçı həmin tarixdə bütün iş günü işdə olmamışdır. Ticari market bolməsinin müdiri tərəfindən Cavabdeh MMC-nin baş direktoru N.Süleymanlıya ünvanlanmış xidməti yazının məzmunundan görünür ki, İddiaçı 21.08.2020-ci il tarixdən 23.08.2020-ci il tarixinədək bütün iş günləri işdə olmamışdır. Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 03.11.2020-ci il tarixli məktubundan görünür ki,İddiaçı şirkətə gəlib əmək kitabçasını rəsmən qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70 maddəsinin “ç”bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bulər. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir Məhkəmə mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına diqqət çəkərək qeyd edir ki, ümumilikdə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, müvafiq hüquq münasibətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzimlədiyi kimi, hazırkı işdə tərəf olan Cavabdeh MMC-nin İddiaçı arasında olan əmək və hüquq münasibətləri də həmin Məcəllə ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Göründüyü kimi,İddiaçı onunla bağlanmış əmək müqavilənin şərtlərini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bir-neçə gün ərzində işə gəlməmişdir. Bu isə işəgötürən tərəfindən əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, cavabdeh Cavabdeh MMC isə qəbul etdiyi mübahisələndirilən əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi,məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmrin ləğv edilməsi,məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa tələbinə iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar