Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-597/2022 22.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin Quba X1rşı “işdən azad etmə barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin Quba X1rşı “işdən azad etmə barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi əmrinin etibarsız hesab edilərək, onun tutuduğu vəzifəyə bərpa olunması və qanunsuz olaraq işsiz qaldığı müddət üçün əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 04.07.2006-cı il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzində fəhlə olaraq, 15.02.2008-ci il tarixdə Alpan Meşəbəyliyinin gözətçisi kimi fəaliyyət göstərmişdir. 26.10.2021-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru Şahlar Əkbərovun 26.10.2021-ci il tarixli, 264/K nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla mərkəz arasında bağlanmış əmək müqaviləsinə onun xəbəri olmadan xitam verilmişdir. O, uzun illərdir ki, X8 Təsərrüfatı Mərkəzinin əməkdaşıdır və bu zamana qədər daima əsasnaməyə əsasən işlərini tətbiq etmiş, bu zamana qədər müdiriyyət tərəfindən heç bir narazıçılığa səbəb olmamışdır. Onun əsassız yerə işdən çıxarılması Azərbaycan Respublikası tərəfindən ona verilmiş müdafiə və əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəf onun əmək vəzifələrini hansı formada kobud şəkildə pozduğunu ona bildirməmiş, heç bir əsas olmadan müqaviləsinə xitam vermişdir. Sadalananları nəzərə alaraq, həmin faktın məhkəmə qaydasında araşdırılmasını, 26.10.2021-ci il tarixli, 264/K nömrəli əmrin ləğv edilməsini və onun yenidən işə bərpa edilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edərək, işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X3 iddia tələbini qəbul etdiklərini, iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin 21.12.2021-ci il tarixli 993 nömrəli məktubundan görünür ki, X8 X5 meşəbəyliyinin 1 saylı dolayında meşə gözətçisi işlədiyi dövrdə 22.10.2021-ci il tarixdə meşə mühafizə mühəndisi tərəfindən aparılmış qəfləti yoxlama zamanı kütləvi sayda meşə qırıntısına yol verilməsi halları aşkar edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin 26.10.2021-ci il tarixli, 264/k saylı əmrindən görünür ki, mərkəzin Alpan meşəbəyliyinin gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26.10.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Yenə həmin Məcəllənin: - 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; - 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin əsasları dəqiq şəkildə qeyd olunmuşdur. Belə ki, həmin maddənin “a” bəndində tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin xitam olunması əsası qeyd olunmuşdur; - 70-ci maddəsində isə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları qeyd olunmuşdur. Belə ki, həmin maddəyə əsasən bu əsaslardan biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu haldan ibarətdir; - 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi ilə İddiaçı arasında bağlanmış 03.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin 1 saylı dolayısına meşə gözətçisi kimi işinə qəbul edilmiş və bu barədə işəgötürən tərəfindən 03.07.2020-ci il tarixli, 129/k nömrəli əmr verilmişdir. 26.10.2021-ci il tarixli, 264/k saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26.10.2021-ci il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 74.1-ci maddəsinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; - 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı iddaçı İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən ləgv edilsə də, lakin həmin əsaslarla onun işdən azad olunmasına dair sübut məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Qanunvericiliyin təhlilindən görünür ki, qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri və şərtləri pozulmuş, iddiaçının işdən azad edilməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi tərəfindən İddiaçı “əmək müqaviləsinə xitam verilməsi haqqında” 26.10.2021-ci il tarixli, 264/K nömrəli əmri ləğv edilməli, İddiaçı Alpan meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkşafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 26.10.2021-ci il tarixli, 264/K nömrəli əmri ləğv edilsin. İddiaçı Alpan meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi vəzifəsinə bərpa olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-597/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-597/2022
22.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver