Məhkəmə qərarları › İş №2(007)-927/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-927/2022

08.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-927/2022 08.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək kitabçasında düzəliş edilməsi, ödənilməmiş əmək haqlarının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək kitabçasında düzəliş edilməsi, ödənilməmiş əmək haqlarının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC-nin direktoru Faiq Əliyev arasında 05.08.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə qəbul edilmişdir və işə başlama tarixi 05.08.2010-cu il olmaqla, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Əmək müqaviləsi bağlandığı vaxtdan, 05.08.2010-cu il tarixdən 05.05.2021-ci il tarixədək fasiləsiz olaraq işləsə də, 05.05.2021-ci il tarixdə iş yerinin rəhbərliyi tərəfindən ona və ondan başqa 3 işçiyə tullantıları toplamaq üçün Bakıxanov qəsəbəsinə getməli olduqları bildirilmişdir. O və digər işçilər verilən tapşırığı yerinə yetirdikdən sonra, iş yerlərinə qayıtmışlar. İşə qayıdandan sonra onlara guya verilmiş tapşırığı yerinə yetirməmələri və işdən azad olunmaları barədə ərizə verməli olduqları bildirilmişdir. Onunla işləri yerinə yetirməyə gedən digər işçilər işdən azad olunmaq barədə könüllü ərizə versələr də, o, əsassız səbəbdən işdən azad olunmasına etiraz edərək, ərizə yazmaq istəmədikdə, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə heç bir məlumat verilməmiş, səbəb kimi isə guya ona 05.05.2021-ci il tarixdə 08/D saylı “Töhmət əmri” və Cavabdeh MMC-nin direktor müavini Əhməd Əhmədovun 05.05.2021-ci il tarixli təqdimatının əsas olmasından, 31 may 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini alan zaman məlumat almışdır. Ona 05.05.2021-ci il tarixdə 08/D saylı “Töhmət əmri”nin verilməsindən məlumatı olmamış, əvvəllər barəsində hər hansə intizam tənbehi tətbiq edilməməsinə baxmayaraq, 05 may 2021-ci il tarixdə formal olaraq töhmət əmri daha sonra isə, 3 gün sonra işdən azad olunmağı barədə əsassız əmr verilmişdir. O, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrini yəni onun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə işdən azad edilməsi barədə 08.05.2021-ci il tarixli 29/K saylı, 05.05.2021-ci il tarixli 08/D saylı “Töhmət əmri”nin ləğv edilməsi, onun yenidən Cavabdeh MMC-yə fəhlə vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(007)-2704/2021 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrinin ləğv edilməsi, onun yenidən Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin buna baxmayaraq, qətnamənin icrası təmin olunarkən, əmək kitabçasında onun guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilməsi barədə əmrin ləğv edilməsi barədə qeyd aparılmamış, həmin əmr olduğu kimi əmək kitabçasında saxlanılaraq, onunla 24.08.2021-ci il tarixli 109/K saylı əmrlə yenidən əmək müqaviləsi bağlanmış və 3 aylıq sınaq müddəti ilə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Halbuki, məhkəmə qətnaməsi ilə işə bərpa olunduğu zaman, digər əmək müqaviləsi onunla müddətsiz olaraq bağlanmış, qətnamənin icrasını cavabdeh öz mənafeyinə uyğun şəkildə onunla əmək müqaviləsi bağlayaraq, 3 aylıq sınaq müddəti ilə sanki yenidən işə qəbul etmişdir. Onun isə hüquqi savadı olmadığından, eyni zamanda məhkəmə qətnaməsinin icrası zamanı onu aldada biləcəklərini düşünmədiyindən, ona təqdim edilmiş sənədləri imzalamışdır. Lakin sonradan, ona xəbərdarlıq edilərək, 24.08.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi üzrə sınaq müddətinin başa çatdığı bildirilərək, işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bunun nəticəsində, 24.11.2021-ci il tarixli 146/K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə yenidən işdən azad edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlandığından, ona son haqq-hesab ödənilməmişdir. Bundan başqa, 08.05.2021-ci il tarixdən 24.08.2021-ci il tarixədək əsassız olaraq işdən azad edildiyi müddətdə, ona ödənilməli olan hər ay 650 manat hesablanmaqla 2200 manat ödənilməmiş əmək haqqı, 05.08.2010-cu il tarixdə işə başlaması nəzərə alınmaqla, 11 il müddətinə hesablanmaqla, ödənilməli olan son haqq-hesabın ödənilməsi təmin edilməlidir. Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24 noyabr 2021-ci il tarixli 146/K saylı əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsi barədə əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyev işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni onu əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında Əmrdə Cavabdeh MMC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Əmək Məcəlləsinin 51-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə müəyyən edilməsi nəzərdə tutulsa da, cavabdeh məhkəmə qətnaməsinin icrasını təmin etmək əvəzinə onu 11 il müddətində işlədiyi, əmək funksiyasını və əmək funksiyasını icra etmək qabiliyyətini kifayət qədər bildiyi halda, qanunsuz əmr qəbul etmişdir. Əmək Məcəlləsinin 51.3-cü maddəsinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Cavabdehin 24.11.2021-ci il tarixli əmri ilə sınaq müddətində özünü doğrultmamağı barədə əsaslandırılmış əmr qəbul edilməmişdir. Bundan başqa, həmin Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Buna görə də, ona məxsus əmək kitabçasında düzəliş edilərək, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrini yəni onun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilməsi barədə 08.05.2021-ci il tarixli 29/K saylı əmrinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(007)-2704/2021 saylı qətnaməsi ilə ləğv olunması barədə qeydin aparılması, onun Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24 avqust 2021-ci il tarixli 109/K saylı əmri ilə fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə əmrin qanunsuz olduğundan ləğv edilməsi, onun işə bərpa edilməsinin qeyd edilməsi, 08.05.2021-ci il tarixdən 24.08.2021-ci il tarixinədək işdən qanunsuz azad edilməsi nəticəsində ödənilməli olan aylıq 600 manat olmaqla 2200 manat ödənilməmiş əmək haqqının, 05.08.2010-cu il tarixdən 24.11.2021-ci il tarixədək işlədiyi 11 il müddət hesablanmaqla, son haqq-hesabın hesablanaraq, Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş etdim” hissəsində işdən azad edildiyi tarix olaraq 05.08.2021-ci il kimi qeyd edilmiş tarixin 08.05.2021-ci il kimi oxunmasını və qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 12 il Cavabdeh MMC-də işləmişdir. Zavod ondan əvvəl işdən çıxardığı dörd nəfərdən birini işə geri qaytarıb. 18.05.2021-ci il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi onu zəng vurub işə çağırmış və o, işə gəldikdə ərizəyə imza atmalı olduğu bildirilmiş o, da ərizəni imzalamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin ərizə işdən çıxmağı barədə ərizədir. 2200 manat ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərdi ki, İddiaçı 08.05.2021-ci il tarixdə ilk dəfə Cavabdeh MMC-də vəzifəsindən azad edilmiş, 11.06.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. Daha sonra iddiaçı barəsində qəbul edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi icra olunaraq yenidən işə qəbul olunmuşdur. Belə ki, 24.08.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək 3 aylıq əmək müqaviləsi bağlanmaqla işləmişdir. İddiaçı Cavabdeh MMC-də 24.08.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək işlədiyi 3 aylıq müddət ərzində 3 dəfə bülleten götürmüşdür. Həmin bülletenə dair 14 günün pulu şirkət tərəfindən iddiaçıya ödənilmişdir, digər günlərə görə isə pul DSMF tərəfindən ödənilməlidir. DSMF-dən qalan pulu almaq üçün isə İddiaçı "xxxx" MMC-dən arayış gətirməlidir. 24.11.2021-ci il tarixdə isə müqavilə müddəti bitdiyinə görə işdən azad edilmişdir və işdən azad olunması barədə ərizəni İddiaçı özü yazmışdır. İddiaçıya işdən azad olunması barədə bildiriş 02.11.2021-ci il tarixdə göndərilmişdir. İddiaçı Cavabdeh MMC-də işlədiyi müddətdə 600 manat əmək haqqı almışdır. İddiaçı ilə şirkət arasında ilkin əmək müqaviləsi 1 il müddətinə, sonrakı müqavilə isə 3 ay müddətinə bağlanmışdır. İddiaçıya son haqq hesab verilmişdir yəni işləmədiyi dövr üçün əmək haqqı və məzuniyyət pulları tam verilmişdir. Buna dair bütün sənədləri məhkəməyə təqdim etdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı 10.06.2011-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2010-cu il tarixdən 05.08.2011-ci il tarixədək işlədiyi müddətə görə, 01.07.2011-ci il tarixdən növbəti əmək məzuniyyətinə buraxılmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 24.06.2011-ci il tarixli, 39/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2010-cu il tarixdən 05.08.2011-ci il tarixədək işlədiyi müddətə görə 2011-ci il iyulun 01-dən 33 (otuz üç) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə) əmək məzuniyyətinin verilməsi və İddiaçı 03.08.2011-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - İddiaçı 24.05.2012-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2011-ci il tarixdən 05.08.2012-ci il tarixədək işlədiyi müddətə görə, 01.06.2012-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 24.05.2012-ci il tarixli, 35/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2011-ci il tarixdən 05.08.2012-ci il tarixədək işlədiyi müddətə görə 2012-ci il iyunun 01-dən 35 (otuz beş) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə və 2 gün bayram- 15 iyun- Milli Qurtuluş Günü, 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü) əmək məzuniyyətinin verilməsi və İddiaçı 06.07.2012-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - İddiaçı 02.08.2013-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2012-ci il tarixdən 05.08.2013-cü il tarixədək işlədiyi müddətə görə, 12.08.2013-cü il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 05.08.2013-cü il tarixli, 39/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2012-ci il tarixdən 05.08.2013-cü il tarixədək işlədiyi müddətə görə 2013-cü il avqustun 12-dən 33 (otuz üç) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə) əmək məzuniyyətinin verilməsi və İddiaçı 16.09.2013-cü il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - İddiaçı 16.06.2014-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2013-cü il tarixdən 05.08.2014-cü il tarixədək işlədiyi müddətə görə, 01.07.2014-cü il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 23.06.2014-cü il tarixli, 70/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2013-cü il tarixdən 05.08.2014-cü il tarixədək işlədiyi müddətə görə 2014-cü il iyulun 01-dən 35 (otuz beş) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə və 2 gün bayram- 28 və 29 iyul- Ramazan bayramı) əmək məzuniyyətinin verilməsi və İddiaçı 05.08.2014-cü il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - İddiaçı 27.05.2015-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2014-cü il tarixdən 05.08.2015-ci il tarixədək işlədiyi müddətə görə, 08.06.2015-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 02.06.2015-ci il tarixli, 51/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2014-cü il tarixdən 05.08.2015-ci il tarixədək işlədiyi müddətə görə 2015-ci il iyunun 08-dən 35 (otuz beş) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə və 2 gün bayram- 15 iyun- Milli Qurtuluş Günü, 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü) əmək məzuniyyətinin verilməsi və İddiaçı 13.07.2015-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - İddiaçı 20.06.2016-cı il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2015-ci il tarixdən 05.08.2016-cı il tarixədək işlədiyi müddətə görə, 01.07.2016-cı il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 24.06.2016-cı il tarixli, 64/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2015-ci il tarixdən 05.08.2016-cı il tarixədək işlədiyi müddətə görə 2016-cı il iyulun 01-dən 35 (otuz beş) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə və 2 gün bayram- 06-07 iyul- Ramazan bayramı) əmək məzuniyyətinin verilməsi və İddiaçı 05.08.2016-cı il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - İddiaçı 23.05.2017-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2016-cı il tarixdən 05.08.2017-ci il tarixədək işlədiyi müddətə görə, 05.06.2017-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 31.05.2017-ci il tarixli, 42/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2016-cı il tarixdən 05.08.2017-ci il tarixədək işlədiyi müddətə görə 2017-ci il iyunun 05-dən 37 (otuz yeddi) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə və 4 gün bayram- 15 iyun-Azərbaycan xalqının milli qurtuluş günü, 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və 26-27 iyun- Ramazan bayramı) əmək məzuniyyətinin verilməsi və İddiaçı 12.07.2017-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş 22.06.2017-ci il tarixli, 177 nömrəli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 666.45 manat əmək haqqı köçürülmüşdür. - İddiaçı 29.06.2018-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2017-ci il tarixdən 05.08.2018-ci il tarixədək işlədiyi müddətə görə, 10.07.2018-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 03.07.2018-ci il tarixli, 57/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2017-ci il tarixdən 05.08.2018-ci il tarixədək işlədiyi müddətə görə 2018-ci il iyulun 10-dan 33 (otuz üç) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə) əmək məzuniyyətinin verilməsi və İddiaçı 13.08.2018-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş 01.08.2018-ci il tarixli, 185 nömrəli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 729.66 manat əmək haqqı köçürülmüşdür. - İddiaçı 22.01.2019-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2018-ci il tarixdən 05.08.2019-cu il tarixədək işlədiyi müddətə görə, 04.02.2019-cu il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 28.01.2019-cu il tarixli, 12/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2018-ci il tarixdən 05.08.2019-cu il tarixədək işlədiyi müddətə görə 2019-cu il fevralın 04-dən 34 (otuz dörd) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə və 1 gün bayram- 8 mart Qadınlar günü) əmək məzuniyyətinin verilməsi və İddiaçı 11.03.2019-cu il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş 04.02.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 1118.88 manat əmək haqqı köçürülmüşdür. - İddiaçı 18.02.2020-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2019-cu il tarixdən 05.08.2020-ci il tarixədək işlədiyi müddətə görə, 02.03.2020-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 24.02.2020-ci il tarixli, 17/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2019-cu il tarixdən 05.08.2020-ci il tarixədək olan dövr üçün 2020-ci il martın 02-dən 39 (otuz doqquz) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl- 6 gün əmək şəraitinin xarakterinə görə və 6 gün bayram- 8 mart Qadınlar günü, 20-24 mart- Novruz bayramı) əmək məzuniyyətinin verilməsi və İddiaçı 10.04.2020-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş 11.03.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 1119.23 manat əmək haqqı köçürülmüşdür. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 13.05.2020-ci il tarixli, xxxxxxx000102 nömrəli bildirişin surətindən görünür ki, işçi İddiaçı, işəgötürən Cavabdeh MMC ilə aralarında bağlanmış müddətli əmək müqaviləsinə əsasən 05.08.2010-cu il tarixdə fəhlə olaraq işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış, işçinin aylıq əmək haqqı məbləği 600 manat müəyyən edilmişdir. - İddiaçı 22.01.2021-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək 05.08.2020-ci il tarixdən 05.08.2021-ci il tarixədək işlədiyi müddətə görə, 01.02.2021-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” 27.01.2021-ci il tarixli, 07/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin fəhləsinə 05.08.2020-ci il tarixdən 05.08.2021-ci il tarixədək olan dövr üçün 2021-ci il fevralın 01-dən 27 (iyirmi yeddi) təqvim günü müddətinə (əsas məzuniyyət-21 təqvim günü, üstəgəl-6 gün əmək stajına görə) əmək məzuniyyəti verilmiş və İddiaçı 01.03.2021-ci il tarixindən işə başlamışdır, mühasibatlığa tapşırılmışdır ki, İddiaçı 27 (iyirmi yeddi) təqvim günü məbləğində məzuniyyət pulu ödənilsin. - "xxxx" ASC tərəfindən verilmiş 02.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 1036.29 manat əmək haqqı köçürülmüşdür. - İddiaçı 08.05.2021-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, 08.05.2021-ci il tarixdən Cavabdeh MMC-də fəhlə işindən azad edilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” 08.05.2021-ci il tarixli, 29/K nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, 08 may 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən Cavabdeh MMC-nin fəhləsi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmiş, tam hesablaşma apararaq İddiaçı 16 (on altı) təqvim günü məbləğində kompensasiyanın ödənilməsi mühasibatlığa tapşırılmışdır. - "xxxx" ASC-nin 08.05.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən 08.05.2021-ci il tarixdə İddiaçı bank hesabına 402.78 manat əmək haqqı və son haqq-hesab köçürülmüşdür. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 08.05.2021-ci il tarixli, xxxxxxx0001X0 nömrəli bildirişin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında 05.08.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin 08.05.2021-ci il tarixli 29/K saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə xitam verilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(007)-2704/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin 08.05.2021-ci il tarixli 29/K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMCnə fəhlə vəzifəsinə işə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - İddiaçı 24.08.2021-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, 24.08.2021-ci il tarixdən Cavabdeh MMC-yə fəhlə işinə təyin olunmasını xahiş etmişdir. - Cavabdeh MMC-nin baş direktorunun 24.08.2021-ci il tarixli, 109/K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 24.08.2021-ci il tarixdən fəhlə işinə təyin edilməsi və əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı 24.08.2021-ci il tarixli, xxxxxxx000300 nömrəli bildirişin surətindən görünür ki, işçi İddiaçı, işəgötürən Cavabdeh MMC ilə aralarında bağlanmış müddətli əmək müqaviləsinə əsasən 24.08.2021-ci il tarixdə fəhlə olaraq işə qəbul edilmişdir. Əmək müqaviləsi 24.11.2021-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı məbləği 450 manat müəyyən edilmişdir. - İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 24.08.2021-ci il tarixli, 109 nömrəli Əmək müqaviləsinə əsasən, həmin tarixdə işçi İddiaçı Cavabdeh MMC-yə fəhlə işinə qəbul edilmişdir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən, bu əmək müqaviləsi görülən işlərin həcminin və davamiyyətinin qısa müddətli olduğu səbəbinə görə 24.08.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək 3 (üç) ay müddətinə bağlanmışdır. 2.2-ci bəndinə əsasən, işçi 24.08.2021-ci il tarixdən işə başlayır. 2.3-cü bəndinə əsasən, işin birinci 1 (bir) ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 (üç) gün əvvəl xəbərdarlıq etməklə Əmək Müqaviləsini birtərəfli qaydada poza bilər. 4.2-ci bəndinə əsasən, əmək haqqı gələn ayın 5-ci günündən gec olmayaraq ayda bir dəfə verilir. 4.14-cü bəndinə əsasən, işçinin iş ili 24.08.2021-ci ildən 24.08.2022-ci ilədək olan dövrü əhatə edir və ona növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir. 11.1-ci bəndinə əsasən, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. 11.2-ci bəndinə əsasən, işəgötürən tərəfindən bu Əmək Müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. - 38 nömrəli Şəhər Poliklinikasında 01.09.2021-ci il tarixdə açılmış ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən (bülleten) görünür ki, Cavabdeh MMC-də işləyən İddiaçı “Bronxial astma. İnfeksion Allergik forma” diaqnozu ilə 01.09.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək işdən azad edilmişdir, işə başlamalı olduğu tarix 01.10.2021-ci il qeyd edilmişdir. - 38 nömrəli Şəhər Poliklinikasında 06.10.2021-ci il tarixdə açılmış ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin (bülleten) surətindən görünür ki, Cavabdeh MMC-də işləyən İddiaçı “Bronxial astma İAF. Kəskinləşmiş mərhələ” diaqnozu ilə 06.10.2021-ci il tarixdən 31.10.2021-ci il tarixədək işdən azad edilmişdir, işə başlamalı olduğu tarix 31.10.2021-ci il qeyd edilmişdir. - Cavabdeh MMC tərəfindən işçi İddiaçı ünvanlanmış 01.11.2021-ci il tarixli “müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı” xəbərdarlıqdan (bildiriş) görünür ki, 24.08.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək onunla 3 aylıq müddətli əmək müqaviləsinin bağlanması, bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin 24.11.2021-ci il tarixdə bitməsi və 24.11.2021-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi barədə İddiaçı xəbərdarlıq edilmişdir. - 38 nömrəli Şəhər Poliklinikasında 10.11.2021-ci il tarixdə açılmış ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən (bülleten) görünür ki, Cavabdeh MMC-də işləyən İddiaçı “Bronxial astma. İnfeksion Allergik forma” diaqnozu ilə 10.11.2021-ci il tarixdən 23.11.2021-ci il tarixədək işdən azad edilmişdir, işə başlamalı olduğu tarix 24.11.2021-ci il qeyd edilmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” 24.11.2021-ci il tarixli, 146/K nömrəli əmrinin surətindən görünür ki, 24.11.2021ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən Cavabdeh MMC-nin fəhləsi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmiş, tam hesablaşma apararaq İddiaçı 6 (altı) təqvim günü məbləğində kompensasiyanın ödənilməsi mühasibatlığa tapşırılmışdır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 24.11.2021-ci il tarixli, xxxxxxx0003X0 nömrəli bildirişin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında 24.08.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin 24.11.2021-ci il tarixli 146/K saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə 24.11.2021-ci il tarixdə xitam verilmişdir. - "xxxx" ASC-nin 26.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən 26.11.2021-ci il tarixdə İddiaçı bank hesabına 560.33 manat əmək haqqı və son haqq-hesab köçürülmüşdür. - X2 əksini tapmış “Əmək müqaviləsi üzrə elektron informasiya sistemi”ndən əldə edilmiş çıxarışın surətindən görünür ki, İddiaçı əvvəlki iş yerləri haqqında məlumatlara əsasən o, 11.06.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək "xxxx" MMC-də hörgüçü və suvaqçı işləmişdir. Bundan əlavə, İddiaçı 05.08.2010-cu il tarixdən 08.05.2021-ci il tarixədək Cavabdeh MMC-də fəhlə işləmiş (xitam səbəbi: tərəflərdən birinin təşəbbüsü ilə, 18/K nömrəli əmr), o cümlədən həmin müəssisədə 24.08.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək fəhlə işləmişdir (xitam səbəbi: tərəflərdən birinin təşəbbüsü ilə, 146/K nömrəli əmr). - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 15.12.2021-ci il tarixli, MŞ 2021-002252 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediasiyaya dair xərcini 100%- 0% qaydasında ödəmişlər. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 23.12.2021-ci il tarixli, **********8 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin “mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X5” altsisteminə xitamla bağlı daxil edilmiş X3 xitam maddəsinə dəyişiklik edilməsinə köməklik göstərilməsi” barədə X6 Xidmətinə etdiyi 16.12.2021-ci il tarixli 58/M nömrəli müraciətinə baxılmış və məsələ ilə əlaqədar İddiaçı Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(007)-2704/2021 saylı qətnaməsinin icrası ilə bağlı 05.05.2021-ci il tarixli 29K nömrəli əmrin ləğv edilməsi və işə bərpa haqqında əmrinin, bununla bağlı əmək kitabçasında aparılmış qeydlərin surətinin təqdim ediləcəyi təqdirdə icrasına qanunvericilik çərçivəsində baxılacağı bildirilmişdir. - Cavabdeh MMC-nin 01.03.2022-ci il tarixli, 17/K nömrəli əmrindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2704/2021 nömrəli, 06.07.2021-ci il tarixli qətnaməsini əsas tutaraq, Cavabdeh MMC-də fəhlə işləmiş İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC-nin 08.05.2021-ci il tarixli, 29/K nömrəli əmri ləğv edilməsi və İddiaçı 08.05.2021-ci il tarixdən fəhlə işinə bərpa olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X5” aktivləşdirilmək üçün əmrin surətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilməsi və İddiaçı əmək kitabçasında əmrin müvafiq bəndinə uyğun qeydlərin aparılması əmr edilmişdir. - Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” 01.03.2022-ci il tarixli, 18/K nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, 08 may 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən Cavabdeh MMC-nin fəhləsi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh MMC-nin 08.05.2021-ci il tarixli, 29/K nömrəli əmrinin 2-ci hissəsində qeyd olunmuş 16 (on altı) təqvim günü məbləğində kompensasiya və son haqq-hesab ümumilikdə 402,78 (dörd yüz iki manat, 78 qəpik) manat məbləğ hesablanaraq, İddiaçı əmək haqqı kartına 08 may 2021-ci il tarixdə ödənilmişdir. - Cavabdeh MMC-nin baş direktorunun Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinə ünvanlandığı 01.03.2022-ci il tarixli, 07/M nömrəli məktubun surətindən görünür ki, cəmiyyətdə fəhlə işləmiş İddiaçı ona tapşırılmış işi keyfiyyətsiz yerinə yetirdiyinə, eləcə də buna qədər edilmiş şifahi xəbərdarlıqlara əsasən 05 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “a” bəndinə əsasən ona “töhmət” verilmiş və 08.05.2021-ci il tarixli, 29/K nömrəli əmrə əsasən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özüniin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Vətəndaş İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə “əmrin ləğv edilməsi və işə bərpa” tələbi ilə müraciət etmiş və məhkəmənin 2(007)-2704/2021 nömrəli, 06.07.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-nin 08.05.2021-ci il tarixli, 29/K saylı əmrinin ləğv olunması və onun işə bərpa edilməsi qət edilmişdir. Bildirilmişdir ki, o, növbəti gün şirkətə gələrək ərizə yazaraq işdən azad olunmasını bildirmiş, lakin Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X3 düzəliş etmək mümkün olmadığından, Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinin Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə əvəz etmək mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X5” sistemində müvafiq düzəlişin edilməsinə razılıq verilməsi xahiş edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 16.03.2022-ci il tarixli, xxxxxxx0001X1 nömrəli bildirişin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında 05.08.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin 08.05.2021-ci il tarixli 18/K saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü ilə) əsası ilə 01.03.2022-ci il tarixdə xitam verilmişdir. - Cavabdeh MMC-nin baş direktorunun məhkəməyə ünvanlandığı 16.03.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh rəhbərliyi vətəndaş İddiaçı Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24.08.2021-ci il tarixli 109/k saylı əmrinin ləğv edilməsi, əmək kitabçasında düzəliş edilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Şəhəri Nizami Rayon Məhkəməsində 2(007)-927/2022 saylı, 01 fevral 2022-ci il tarixdə başlanılmış işlə əlaqədar tərəflərindən müvafiq araşdırmalar aparılmışdır. Bildirirlər ki, X6 Xidmətinə ünvanladıqları 01 mart 2022ci il tarixli, 07/M nömrəli məktuba əsasən “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X5” sistemində 16 mart 2022-ci il tarixdə aktivləşmə aparıldığından Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2704/2021 nömrəli, 06.07.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-nin 08 may 2021-ci il tarixli, 29/K nömrəli əmri (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda)) ləğv edilmiş, o, işə bərpa olunmuş və Cavabdeh MMC-nin rəhbərliyinin 01 mart 2022-ci il tarixli 18/K nömrəli əmrinə əsasən onun Kadrlar şöbəsinə təqdim etdiyi işdənçıxma ərizəsini rəhbər tutaraq, 08 may 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Ona çatacaq işdən çıxması ilə əlaqədar hesablanmış son haqq-hesab və kompensasiya 08.05.2021 və 26.11.2021-ci il tarixlərində onun əmək haqqı kartına köçürülmüşdür (Bank çıxarışları əlavə olunur). Vətəndaş İddiaçı 05.08.2010cu il tarixdən 08.05.2021-ci il tarixədək işlədiyi müddətlərdə əmək məzuniyyəti hüququndan tam istifadə etmiş və 24.08.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək işlədiyi 3 (üç) ay müddətində isə ona 6 (altı) təqvim günü kompensasiya hesablamışdır (Məzuniyyət əmrləri və ərizələri əlavə olunur). Vətəndaş İddiaçı əmək kitabçasında müvafiq dəyişikliklər aparılmışdır. - Cavabdeh MMC-nin baş mühasibi tərəfindən təqdim edilmiş Əmək haqqı cədvəllərindən görünür ki, işçi İddiaçı MMC-də 2021-ci ilin may ayında aylıq vəzifə maaşı 600 manat təşkil etmiş, əlavələr və tutulmalardan sonra ona 402.78 manat əmək haqqı ödənilmişdir. İddiaçı 2021-ci ilin noyabr ayında aylıq vəzifə maaşı 450 manat təşkil etmiş, əlavələr və tutulmalar nəzərə alınmaqla ona noyabr ayı üçün 560.33 manat əmək haqqı ödənilmişdir. - Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş 08.04.2022-ci il tarixli, 10/A nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 05.08.2010-cu il tarixdən 08.05.2021-ci il tarixədək Cavabdeh MMC-də fəhlə işləmiş və onun aylıq orta əmək haqqı 600 (altı yüz) manat təşkil etmişdir və dövlət orqanlarına tutulmalardan sonra əmək haqqı kartına 545 (beş yüz qırx beş) manat hər ay köçürülmüşdür. - Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş 08.04.2022-ci il tarixli, 11/A nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 24.08.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək Cavabdeh MMC-də fəhlə işləmiş və onun aylıq orta əmək haqqı 450 (dörd yüz əlli) manat təşkil etmişdir və dövlət orqanlarına tutulmalardan sonra əmək haqqı kartına 412.25 (dörd yüz on iki manat, iyirmi beş qəpik) manat hər ay köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında 05.08.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə qəbul edilmiş, işə başlama tarixi 05.08.2010-cu il olmaqla, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Qeyd olunan əmək müqaviləsinə Cavabdeh MMC-nin baş direktorunun 08.05.2021-ci il tarixli, 29/K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(007)-2704/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh MMC-nin 08.05.2021-ci il tarixli 29/K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. İddiaçı, 11.06.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək "xxxx" MMC-də hörgüçü və suvaqçı işləmişdir. 24.08.2021-ci il tarixdə İddiaçı Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, həmin tarixdən Cavabdeh MMC-yə fəhlə işinə təyin olunmasını xahiş etmiş və işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında 24.08.2021-ci il tarixdə, 109 nömrəli əmək müqaviləsi bağlanmaqla, həmin tarixdə işçi İddiaçı Cavabdeh MMC-yə fəhlə işinə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış 24.08.2021-ci il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən, həmin əmək müqaviləsi görülən işlərin həcminin və davamiyyətinin qısa müddətli olduğu səbəbinə görə 24.08.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək 3 (üç) ay müddətinə bağlanmışdır. 01.11.2021-ci il tarixdə Cavabdeh MMC işçi İddiaçı “müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı” xəbərdarlıq (bildiriş) ünvanlayaraq, aralarında bağlanmış əmək müqaviləsinin müddətinin 24.11.2021-ci il tarixdə bitməsi və əmək müqaviləsinə MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi barədə xəbərdarlıq etmiş və əmək müqaviləsinə Cavabdeh MMC-nin 24.11.2021-ci il tarixli 146/K saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə 24.11.2021-ci il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı, onun əmək kitabçasında düzəliş edilərək onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə 08.05.2021-ci il tarixli 29/K saylı əmrin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(007)-2704/2021 saylı qətnaməsi ilə ləğv olunması barədə qeydin aparılması, onun Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24 avqust 2021-ci il tarixli 109/K saylı əmri ilə fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə əmrin qanunsuz olduğundan ləğv edilməsi, onun işə bərpa edilməsinin qeyd edilməsi, 08.05.2021-ci il tarixdən 24.08.2021-ci il tarixinədək işdən qanunsuz azad edilməsi nəticəsində ödənilməli olan aylıq 600 manat olmaqla 2200 manat ödənilməmiş əmək haqqının, 05.08.2010-cu il tarixdən 24.11.2021-ci il tarixədək işlədiyi 11 il müddət hesablanmaqla, son haqq-hesabın hesablanaraq, cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə İddiaçı iddia tələbinin “ona məxsus əmək kitabçasında düzəliş edilərək, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrini yəni onun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilməsi barədə 08.05.2021-ci il tarixli 29/K saylı əmrinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(007)- 2704/2021 saylı qətnaməsi ilə ləğv olunması barədə qeydin aparılması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt onun əmək kitabçasında sözügedən qeydlər aparılmamış, cavabdeh isə hazırkı məhkəmə araşdırması zamanı verdiyi izahatında bunun səbəbini məhkəmə qətnaməsinə əsasən müvafiq düzəlişlərin aparılması üçün əmək kitabçasını təqdim etməsini iddiaçıdan tələb etmələrinə baxmayaraq, sonuncunun əmək kitabçasını təqdim etməməsi ilə əlaqələndirmişdir. Məhkəmə baxışı zamanı İddiaçı əmək kitabçasını Cavabdeh MMC-nin nümayəndəsinə təqdim etmiş və əmək kitabçasında sözügedən qeydlər aparılmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş İddiaçı məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, əmək kitabçasında Cavabdeh MMC-nin baş direktoru 01.03.2022-ci il tarixli, 17/K nömrəli əmr əsasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2704/2021 nömrəli, 06.07.2021-ci il tarixli qətnaməsini əsas tutaraq, Cavabdeh MMC-də fəhlə işləmiş İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC-nin 08.05.2021-ci il tarixli, 29/K nömrəli əmri ləğv edilməsi və İddiaçı 08.05.2021-ci il tarixdən fəhlə işinə bərpa olunması barədə qeyd aparılmış, müəssisənin möhürü və imza ilə təsdiq edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin icrası əsasında əmək kitabçasında iddiaçının tələb etdiyi qaydada müvafiq qeydlər aparıldığından və həmin hissədə mübahisə həllini tapdığından, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə İddiaçı iddia tələbinin “onun Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24 avqust 2021-ci il tarixli 109/K saylı əmri ilə fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə əmrin qanunsuz olduğundan ləğv edilməsi, onun işə bərpa edilməsinin qeyd edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, İddiaçı 24.08.2021-ci il tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, həmin tarixdən Cavabdeh MMC-yə fəhlə işinə təyin olunmasını xahiş etmiş, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 24.08.2021-ci il tarixli, 109 nömrəli Əmək müqaviləsinə əsasən, həmin tarixdə işçi İddiaçı Cavabdeh MMC-yə fəhlə işinə qəbul edilmişdir. Tərəflər qarşılıqlı iradə ifadəsini əks etdirməklə aralarında müqavilə bağlamaqla, qeyd olunan müqavilədə görülən işlərin həcminin və davamiyyətinin qısa müddətli olduğu səbəbinə görə əmək müqaviləsini 24.08.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək 3 (üç) ay müddətinə bağlamışlar. Hazırkı halda, iddiaçının özünün 24.08.2021ci il tarixdə işə qəbul olunması barədə ərizə ilə müraciət etməsi nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz, o cümlədən iddiaçı isə bunun əksini təsdiq edə biləcək dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 154-cü maddəsinə əsasən, əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Məhkəmə iddia tələbinin “08.05.2021-ci il tarixdən 24.08.2021-ci il tarixinədək işdən qanunsuz azad edilməsi nəticəsində ödənilməli olan aylıq 600 manat olmaqla 2200 manat ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC-nin direktoru arasında 05.08.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-nə fəhlə kimi işə qəbul edilmiş, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08.05.2021-ci il tarixli 29/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(007)-2704/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrinin ləğv edilməsi, M.Q.Mustayevin yenidən Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. 24.08.2021-ci il tarixdə, iddiaçının ərizəsi əsasında yenidən onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, 24.11.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından o, işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının 08.05.2021-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmr, məhkəmə qətnaməsi ilə ləğv edilmiş, lakin ona işdən qanunsuz azad edilməsi nəticəsində ödənilməli olan əmək haqqı ödənilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, İddiaçı işlədiyi müddətdə aldığı əmək haqqı nəzərə alınmaqla, işdən qanunsuz azad edilməsi nəticəsində 08.05.2021-ci il tarixdən 24.08.2021-ci il tarixinədək ödənilməli olan əmək haqqı ona ödənilməlidir. Məhkəmə iddia tələbinin “05.08.2010-cu il tarixdən 24.11.2021-ci il tarixədək işlədiyi 11 il müddət hesablanmaqla, son haqq-hesabın hesablanaraq, Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh MMC-nin 08.05.2021-ci il tarixli əmrinə əsasən işdən azad edilməsi ilə bağlı İddiaçı bank hesabına 402.78 manat əmək haqqı və son haqq-hesab, o cümlədən Cavabdeh MMC-nin 24.11.2021-ci il tarixli əmri ilə, işdən azad edilməsi ilə bağlı onun bank hesabına 560.33 manat əmək haqqı və son haqqhesab "xxxx" ASC vasitəsilə köçürülmüşdür, buna görə də, cavabdeh tərəfindən qeyd olunan məbləğlərin iddiaçıya ödənilməsi nəzərə alınmaqla iddianın həmin hissədə təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı işlədiyi müddətdə aldığı əmək haqqı nəzərə alınmaqla, işdən qanunsuz azad edilməsi nəticəsində 08.05.2021-ci il tarixdən 24.08.2021-ci il tarixinədək ödənilməli olan əmək haqqı Cavabdeh MMC-dən alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı işlədiyi müddətdə aldığı əmək haqqı nəzərə alınmaqla, işdən qanunsuz azad edilməsi nəticəsində 08.05.2021-ci il tarixdən 24.08.2021-ci il tarixinədək ödənilməli olan əmək haqqı Cavabdeh MMC-dən alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar