Məhkəmə qərarları › İş №2(007)-934/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-934/2023

05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-934/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X12 qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4, X1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cəlb edilməklə Cavabdeh qarşı "qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cəlb edilməklə Cavabdeh qarşı "qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ümumi dəyəri 10000 manat olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qızı X2 Sergey Sergeveviç ilə 2009-cu ildə ailə qurmuşlar. Qızı ailə quranda bütün qızıl əşyalarını ona verdi ki, saxlasın. Qızı isə həmin qızılları ara bir taxırdı. Qızının həyat yoldaşı olan Cavabdeh Sergeveviç ona məxsus bütün qızıl-zinət əşyalarını aparıb lombarda verərək pul götürmüşdür. O, Rusiya Federasiyasına getmişdi ki, geri qayıdanda isə Sergey ona bildirmişdir ki, pul lazım olduğu üçün qızıllarını lombarda qoyub, lakin bütün qızıllarını geri qaytaracaqdır. X3 ilə Cavabdeh Sergeveviç arasında yaranmış narazılıqlar əsasında qızı nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş hakim F.Mirzəyevin icraatındadır. O, qızıl-zinyət əşyalarını Cavabdeh tələb etsə də o, nə lombardın pulunu ödəyir, nə də qızıllarını qaytarır. Həmin qızı-zinət əşyaları aşağıdakılardır: 1. üzük 2 ədəd- 7.9 qram, qolbaq 3 ədəd- 20.4 qram, 2. sırğa 1 cüt- 8.9 qram, 3. Qolbaq- 14.8 qram, 4. qolbaq kardinal- 7.9 qram, 5. Qolbaq- 7.4 qram, 6. sep kardinal- 6.6 qram, 7. üzük kişi- 4.3 qram, 8.qolbaq 2 ədəd- 14.5 qram. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etdi və ərizəyə uyğun izahat verdi, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq lombarda qoyulmuş qızıllarının qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Samirə ilə birlikdə Alla xanımın evində yaşayıblar. Qızılları ona Samirə xanım vermişdir. Lakin o, bilməyib ki, lombarda qoyduğu qızıllar Samirənindi, ya Alla xanımındır. Samirə xanıma onun aldığı qızılları və özünün qızıllarını da pul lazım olanda lombarda qoymuşdur. Qızıllar hazırda lombardadır. Həmçinin lombarda faiz də ödəmişdir. O, həmin qızılları özbaşına qoymayıb Samirə nə verib onu da qoyub, götürduyü pulları isə evə, ailəyə xərcləyib. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 bildirmişdir ki, Cavabdeh ilə 2 aydır ki, boşanıblar. 2016-cı il tarixdə ona inanıb qızılları verib ki, lombarda qoysun pul götürsün. Lakin indi qızıllar lombarddadı Sergey pulu ödəmir qızıları da qaytarmırlar lombarddan. Cavabdeh qızılları lombarda qoyub, pul götürmüşdür. Hər dəfə qaytaracağını bildirsə də, qaytarmamışdır. O qızılların içində boyunbağı, sırğalar, qolbaq və üzük vardı. Cavabdehin pulları hara xərclədiyini bilmir. O, cavabdehə anası qayıdanadək qızılların qaytarılmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 16 iyul 2018-ci il tarixli, 328175 nömrəli girov biletindən görünür ki, 2 ədəd 0.7 qram üzük lombarda qoyulmuşdur. - 12 yanvar 2019-cu il tarixli, 387144 nömrəli girov biletindən görünür ki, 3 ədəd 20.4 qram qolbaq lombarda qoyulmuşdur. - 11 iyul 2018-ci il tarixli, 218152 nömrəli girov biletindən görünür ki, 8.9 qram sırğa lombarda qoyulmuşdur. - 30 iyun 2018-ci il tarixli, 328099 nömrəli girov biletindən görünür ki, 14.8 qram qadın qolbağı lombarda qoyulmuşdur. - 02 mart 2016-cı il tarixli, 897391 nömrəli girov biletindən görünür ki, 7 qram qolbaq kardinal lombarda qoyulmuşdur. - 08 iyul 2018-ci il tarixli, 328142 nömrəli girov biletindən görünür ki, 7.4 qram sırğa, 1 ədəd qolbaq lombarda qoyulmuşdur. - 29 sentyabr 2018-ci il tarixli, 386067 nömrəli girov biletindən görünür ki, 6.6 qram boyunbağı kardinal lombarda qoyulmuşdur. - 11 iyun 2018-ci il tarixli, 328017 nömrəli girov biletindən görünür ki, 4.3 qram üzük lombarda qoyulmuşdur. - 24 avqust 2018-ci il tarixli, 385870 nömrəli girov biletindən görünür ki, 14.5 qram qolbaq lombarda qoyulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, 2016-cı ildə İddiaçı Moskva şəhərində olan zaman qızı və kürəkəni İddiaçı, X8 və Cavabdeh məxsus qızıllar qızı Samirə Həsənova tərəfindən Cavabdeh verilmiş, Sergey da lombarda qoyub pul götürmüşdür. İllər ərzində mütəmadi olaraq ailə ehtiyaclarını təmin etmək məqsədilə bir neçə dəfə lombarda qızıl qoyub pul götürüblər. Hazırda qızılların bir qisminin lombardda olmasını tərəflər etiraf edir. Lakin lombardda qalan qızılların kimə məxsus olması və hansı qızıllar olması müəyyən oluna bilmədi. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qeyd olunan qızıl-zinət əşyalarının cavabdehdə mövcud olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə girov biletləri təqdim edilmişdir. Həmin biletlərdə müxtəlif çəkidə qızıl-zinət əşyalarının girov qoyulması və hissə-hissə pulların ödənilməsi qeyd olunmuşdur. Lakin hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi qızılzinət əşyalarının məhkəməyə təqdim olunan girov biletlərindəki qızı-zinət əşyaları ilə eyni olması sübuta yetirilmir. Çünki tərəflərin də qeyd etdiyi kimi müxtəlif illərdə hər üçünə məxsus qızılları lombarda qoyaraq pul götürmüşlər ailənin saxlanılması üçün. Hissə-hissə lombarddan alınan pulu verib qızılları götürmüşlər. Lombardda qalan qızı-zinət əşyalarının məhz iddiaçıya məxsus olması müəyyən olunmur. Həmçinin qızı-zinət əşyalarının əyyarları nə iddia ərizəsində nə də girov biletlərində qeyd edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının bu barədə dəlillərini inandırıcı və ağlabatan hesab etmir. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı ona məxsus ümumi dəyəri 10000 manat olan qızılzinət əşyalarının Cavabdeh alınaraq iddiaçıya qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ona məxsus ümumi dəyəri 10000 manat olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq iddiaçıya qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar