Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-94/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək haqqının, iş vaxtından artıq işə görə haqqın, məcburi iş buraxma müddəti üçün əmək haqqının, xəstəlik vərəqəsi üzrə müavinətin, sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək haqqının, iş vaxtından artıq işə görə haqqın, məcburi iş buraxma müddəti üçün əmək haqqının, xəstəlik vərəqəsi üzrə müavinətin, sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2023-cü ilin iyul ayının 7-dən 26-dək əsas iş vaxtında 236 manat 34 qəpik, iş vaxtından artıq 162 saat müddətində işlədiyinə görə 736 manat 12 qəpik əmək haqqının, 26-28 iyul 2023-cü il tarixlərdə xəstəlik vərəqəsi üzrə 54 manat 54 qəpik müavinətin, cəmi 1027 manat məbləğin hesablanib, sosial sığorta haqqı çıxılmaqla 938 manat 30 qəpik əmək haqqının, habelə 2023-cü ilin avqust-noyabr aylarında 1426 manat 67 qəpik əmək haqqı hesablanaraq və həminməbləğdən sosial sığorta haqqı çıxılmaqla 1340 manat, istifadə etmədiyi 7.58 gün məzuniyyətə görə 137 manat 80 qəpik məbləğin hesablanaraq, cəmi 2416 manat 10 qəpik məbləğin ödənilməli olduğu, faktiki 613 manat məbləğin ödənildiyi nəzərə alınmaqla, 1803 manat 10 qəpik əmək haqqının və 72 manat 50 qəpik məhkəmə xərclərinin Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq (alınaraq) ona ödənilməsi (verilməsi), habelə onun fərdi sığorta hesabına məcburi sosial sığorta ödənişi kimi 542 manat 64 qəpik sosial sığorta haqqının ödənilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir. İşdə iştirak edən tərəflər:
3. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə verərək, iddia ərizəsinin baxılmadan sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini baxılmadan sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinin geri qaytarılması barədə ərizənin təmin edilməsinə etiraz etmədi. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
7. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı:
“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmənin mövqeyi:
8. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baılmadan geri qaytarılmalıdır.
9. Beləliklə, məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır.
Nəticə:
10. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək haqqının, iş vaxtından artıq işə görə haqqın, məcburi iş buraxma müddəti üçün əmək haqqının, xəstəlik vərəqəsi üzrə müavinətin, sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.
11. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
Qərara aldı:
İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək haqqının, iş vaxtından artıq işə görə haqqın, məcburi iş buraxma müddəti üçün əmək haqqının, xəstəlik vərəqəsi üzrə müavinətin, sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova