Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-963/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı 24 yanvar 2011-ci il təvəllüdlü X2 üçün ödənilən alimentin miqdarının azaldılması, aliment qazancının 1/6 hissəsi miqdarında tutulmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Həmin məhkəmənin qətnaməsi ilə eyni zamanda yetkinlik yaşına çatmayan qızları X12 anasının himayəsində saxlanılmış və onun saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay qazancının və digər gəlirlərimin ¼ nisbətində alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan etibarən aliment ödənişləri vaxtı-vaxtında edilmişdir. Hal-hazırda ailə vəziyyətim dəyişmişdir. O, ikinci dəfə ailə həyatı qurmuş və həmin bu nikahdan 17.03.2020-ci il təvəllüdlü X15 adlı övladı anadan olmuşdur. Artıq himayəsində həm yeni həyat yoldaşı və azyaşlı oğlu var. Eyni zamanda 2032-ci ilədək hər ay 302 manat kredit ödəməlidir. Lakin hazırda vəziyyət kəskin olaraq dəyişmişdir və onun artıq 2 övladı var və hər bir övladının qayğısına qalmalıdır. 2 uşağa görə alimentin məbləği qazancın 1/3 hissəsində qanunvericilik tərəfindən müəyyən edilmişdir. Ailələrin fəqli olduğunu nəzərə alsa, bu zaman qızı X2 üçün tutulan alimentin miqdarı azaldılmalı və aliment qazancının 1/6 hissəsi (1/3/2 = 1/6) kimi müəyyən edilməlidir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Həmin məhkəmənin qətnaməsi ilə eyni zamanda yetkinlik yaşına çatmayan qızları X12 anasının himayəsində saxlanılmış və onun saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi nisbətində alimentin tutulması qət edilmişdir. Hal-hazırda ailə vəziyyəti dəyişmişdir. O ikinci dəfə ailə həyatı qurmuş və həmin bu nikahdan 17.03.2020-ci il təvəllüdlü X15 adlı övladı anadan olmuşdur. Artıq himayəsində yeni həyat yoldaşı və azyaşlı oğlu var. Eyni zamanda 2032-ci ilədək hər ay 302 manat kredit ödəməlidir. Buna görə də qızı X2 üçün tutulan alimentin miqdarı azaldılmalı və aliment qazancının 1/6 hissəsi məbləğində müəyyən edilməlidir. Bununla əlaqədar olaraq bildirir ki, iddia tələbi ilə razı deyil. Belə ki, birgə nikahlarından olan övladları Oxford Məktəbində oxuyur, bununla bağlı müqavilə və illik ödənişlər barədə sənədləri məhkəməyə təqdim edir. Həmin sənədlərdən də görünür ki, uşağa görə həm təhsil haqqı ödənilir, həm də ki, nəqliyyat xərcləri. Bu səbəbdən də iddiaçı tərəfindən ödənilən aliment heç uşağın illik təhsil və digər xərclərinin yarısını da qarşılamır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı bundan əvvəl də eyni əsaslarla ona qarşı Nizami rayon Məhkəməsinə müraciət edərək X1 görə tutulan alimentin miqdarının qazancının 1/6 hissəsi məbləğinə uyğun sabit pul şəkilində hər ay 330 manat müəyyən edilməsini Məhkəmədən xahiş etmişdir. Nizami rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(007)-2327/2020 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir (X16). Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, hazırki iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-963/2021 saylı iş üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X9 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 16 aprel 2020-ci il tаriхdə vеrilmiş AZ-İV № 421834 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1517 mart 2020-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 16 aprel 2020-ci il tarixdə 38 № ilə qeyd edilmişdir. Atası İddiaçı оğlu, anası X4r. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İ № 277831 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24 oktyabr 2017-ci il tarixdə 303 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Əliyev soyadı verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2383/2016 saylı 27 aprel 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Əliyeva (İlyina) Yevgeniya Georgiyevna arasında 09 fevral 2010-cu il tarixdə Bakı şəhəri Nizəmi rayon qeydiyyat şöbəsində bağlanmış 90 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 24 yanvar 2011-ci il təvəllüdlü X8 anası Cavabdeh himayəsində qalması, 24 yanvar 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07.04.2016-cı il tarixdən başlayaraq Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulması qət edilmişdir. - “xxxx” MMC-nin 10.08.2020-ci il tarili 04-08-2020 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 01.05.2019 tarixindən indiyədək “xxxx” MMC-nin işçisidir. Hal-hazırda İddiaçı qazma məhlulu operatoru köməkçisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2495,88 AZN (iki min dörd yüz doxsan beş manat səksən səkkiz qəpik) təşkil edir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2327/2020 saylı 05.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehə Cavabdeh Gerogiyevnaya qarşı “alimentin azaldılması” tələbinəda dair iddiası təmin olunmamışdır. - Təhsil Xidmətlərinin Göstərilməsi barədə 09.07.2019-cu il tarixli OXF05711 saylı müqavilədən görünür ki, Bakı-Oksford məktəbi X10 məktəbin şagirdi kimi 2019/2020 tədris ilində 3-cü sinfinə qəbul edir. Təhsil haqqı 9 (doqquz) bərəbər hissələrə bölünməklə həyata keçirilir və 2019/2020 təhsil ilin üçün 4000 (dörd) AZN təşkil edir. - Təhsil Xidmətlərinin Göstərilməsi barədə 11.08.2020-ci il tarixli OXF06315 saylı müqavilədən görünür ki, Bakı-Oksford məktəbi X10 məktəbin şagirdi kimi 2020/2021 tədris ilində 4-cü sinfinə qəbul edir. Təhsil haqqı 9 (doqquz) bərəbər hissələrə bölünməklə həyata keçirilir və 2019/2020 təhsil ilin üçün 4000 (dörd) AZN təşkil edir. - Bakı-Oksford məktəbinin 10.09.2020-ci il tarixli arayışından görünür ki, 24.01.2011ci il təvəllüdlü X12 Bakı-Oksford məktəbinin tələbisidir, o, 2019-2020-ci il dərs ilində Abtobus servisi üçün 600 manat ödəniş etmişdir. - “xxxx” ASC-nin 08 iyul 2014-cü il tarixli **********33914 saylı kredit müqaviləsinə dair əlavədən görünür ki, Bank tərəfindən İddiaçı illik 6 faizlə 212 ay müddətinə 39315,77 manat kredit verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahından 24 yanvar 2011-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında qalmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2383/2016 saylı 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə 24 yanvar 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07.04.2016-cı il tarixdən başlayaraq Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin azaldılması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı 24 yanvar 2011-ci təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2383/2016 sayllı 27.04.2016-cı nömrəli qətnaməsi ilə aliment tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ikinci dəfə X5 ilə ailə həyatı qurmuş və bu nikahdan da 17.03.2020-ci il təvəllüdlü X15 adlı övladı anadan olmuşdur. Həmçinin hazırda kredit ödənişləri mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının ikinci dəfə ailə qurması, onun himayəsində uşağının olması və kredit borcunun olması halları onu valideyinlik, o cümlədən uşağının yaşayış səviyyəsinin mümkün qədər maksimal dərəcədə təmin etmək öhdəliklərindən azad edə bilməz, onun iddia tələbində qeyd etdiyi hallar heç cür uşağın təminatına təsir etməməli, onun təminatı əvvəlki yaşayış səviyyəsinə uyğun olaraq qorunub saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “24 yanvar 2011-ci il təvəllüdlü X2 üçün ödənilən alimentin miqdarının azaldılması, aliment qazancının 1/6 hissəsi miqdarında tutulmasının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “24 yanvar 2011-ci il təvəllüdlü X2 üçün ödənilən alimentin miqdarının azaldılması, aliment qazancının 1/6 hissəsi miqdarında tutulmasının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-963/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-963/2021
29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver