Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-98/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Mirzəyevin sədrliyi, X5 Qurbanovun katibliyi, İlk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk iddia, İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşağın himayə verilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 iyun 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladları var. X3 13 mart 2020-ci ildə, X4 12 yanvar 2022-ci ildə anadan olublar. Hal-hazırda uşaqlar onun himayəsindədir. Uşaqların normal saxlanması üçün normal vəsait lazımdır. Buna görə də rəsmi olaraq cavabdehdən uşaqların saxlanması üçün aliment tələb edir.Qeyd olunanlara əsasən 13 mart 2020-ci il təvəllüdlü X1 və 12 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 193 manat,cəmi 386 manat sabit pul məbləğində alimentin və uşaqlar üç yaşına çatanadək ona hər uşağa görə 100 manat, cəmi 200 manat yardım aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşağın himayə verilməsi tələbinə dair qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, uşaqların anaları ilə qalmalarına razı deyil.Hesab edir ki, tərəflər arasında olan ailə münasibətlərinin davamı üçün heç bir əsas yoxdur. Onların bundan sonra barışıb yaşamaları mümkün deyil.Qeyd olunanlara əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 3247 saylı nikah qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması,nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 13 mart 2020-ci il təvəllüdlü X1 və 12 yanvar 2022-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Qarşılıqlı iddianı qismən,nikahın pozulması hissəsində qəbul etdiyini bildirdi.İlk iddianın təmin,qarşılıqlı iddianın qismən təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini qəbul etmədi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd olunmasını,qarşılılı iddianın isə təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,həm ilk iddia,həm də qarşılıqlı iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 3247 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki,tərəflərin birgə nikahından 13 mart 2020-ci il təvəllüdlü X3 və 12 yanvar 2022-ci il təvəllüdlü X4 doğulmuşlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyrimümkündür.Belə ki,hər iki tərəf nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan 13 mart 2020-ci il təvəllüdlü X1 və 12 yanvar 2022-ci il təvəllüdlü X2 hal-hazırda anaları ilə qaldıqlarını,onların yaşlarının az olmasını,daha çox ana qayğısına ehtiyac hiss etdiklərini,eləcə də qəyyumluq və himayəçilik orqanının rəyini nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 13 mart 2020-ci il təvəllüdlü X3 və 12 yanvar 2022-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat həddində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,ilk iddia uşaqlar üçün alimentin tələb olunması hissəsində tam, hər uşağa görə hər ay 193 manat tutulmaqla təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə ilk iddia üzrə cavabdehin qazancı və əlavə gəlirləri barədə məlumatın olmadığını nəzərə alaraq hesab edir ki, uşaqlar 3 yaşına çatanadək iddiaçının tələb etdiyi aliment qismən, hər birinə 50 manat olmaqla cəmi 100 manat hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki, həm ilk iddia,həm də qarşılıqlı iddia qismən təmin olunmalı, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 3247 saylı nikah qeydi pozulmalı,nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 13 mart 2020-ci il təvəllüdlü X3 və 12 yanvar 2022-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmalı,13 mart 2020-ci il təvəllüdlü X1 və 12 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat,cəmi 386 manat sabit pul məbləğində aliment,eləcə də uşaqlar 3 yaşına çatanadək saxlanması üçün hər birinə 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.Qalan hissədə ilk iddia və qarşılıqlı iddia təmin olunmamalıdır. Aliment tutulması hissədə qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və 3247 saylı nikah qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 13 mart 2020-ci il təvəllüdlü X3 və 12 yanvar 2022-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılsınlar. 13 mart 2020-ci il təvəllüdlü X1 və 12 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment, eləcə də uşaqlar 3 yaşına çatanadək saxlanması üçün hər birinə 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə ilk iddia və qarşılıqlı iddia təmin olunmasın. Aliment tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-98/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-98/2023
08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver