Məhkəmə qərarları › İş №2(008)-1066/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1066/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1066/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə 3 uşağın saxlanılması üçün məhkəmə tərəfindən tutulması müəyyən edilən alimentlərin miqdarının qazancının (başqa gəlirlərinin) yarısı miqdarınadək azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamələri ilə Cavabdeh1 bir uşağa görə 160 manat məbləğində alimentin, Cavabdeh2 iki uşağa görə aylıq qazancının 1/3 hissəsi qədər alimentin tutulması qət edilmişdir. Bu alimentlər ödəniləndən sonra onun özünə 149,94 manat pul qalır. Cavabdeh1 anası ilə qalır və anasının adına Bakı şəhərində bir neçə mənzil vardır. Hər iki cavabdeh əmək qabilliyətlidilər və uşaqlarının yaşı onlara işləməyə imkan verir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçının Cavabdeh1 və Cavabdeh2 ilə nikahı pozulmuş, iddiaçıdan Cavabdeh1 30.07.2011-ci il tarixdə doğlulmuş X1 görə 160 manat məbləğində alimentin, Cavabdeh2 01.07.2015-ci il tarixdə doğlulmuş ekiz qızlar Seyfullayeva Səidə və Aidəyə görə aylıq qazancının 1/3 hissəsi qədər alimentin tutulması qət edilmişdir. Hər iki iş üzrə İddiaçı şikayəti üzrə apellyasiya məhkəməsi instansiaylırı tərəfindən qətnamələr dəyişdirlmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsində İddiaçı aylıq əmək haqqının 466 manat, vergilər və sığorta ayırmaları çıxıldıqdan sonra 407,79 manat olması müəyyən edilmişdir. Hazırda iddiaçı 3 uşağın saxlanılması üçün məhkəmə tərəfindən tutulması müəyyən edilən alimentlərin miqdarının qazancının (başqa gəlirlərinin) yarısı miqdarınadək azaldılması barədə qətnamə qəbul edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 31.12.2020-ci il tarixdə qəbul edilmiş və 01.01.2021-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd edildiyi kimi, Cavabdeh1 aliment məbəlğinin 175 manata qədər artırılması barədə idda qaldırmamış, elə 160 manatla qane olmuşdur. Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin tutulması üçün əsasların biri aliment verməyə borclu olan valideynin qazancının və ya sair gəlirinin olmamasıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddaçı hər iki cavabdəhə dair bir alimenti məbləğinin tutulması barədə iddia qaldıra bilməz, yəni hər cavabdehə qarşı konkret aliment məbləği göstərilməlidir. İki arvaddan olan üç aşağa dair bir məbləğ tutula bilməz, belə ki, uşaqların arasında həmin məbləğin bolünməsi mümkünsüz olacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı 3 uşağın saxlanılması üçün məhkəmə tərəfindən tutulması müəyyən edilən alimentlərin miqdarının qazancının (başqa gəlirlərinin) yarısı miqdarınadək azaldılması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar