Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1072/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdehin nümayəndəsi (anası) X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanına köçürülməyi və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-ci ildə cavabdehlə rəsmi qaydada ailə qurmuş və 2014-ci ildə boşanmışdır. Həmin nikahdan 07.05 2012-ci ildə X2 anadan olub. Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi Tramvay küçəsi, 17, mən. 4-ü cavabdehlə birgə nikah dövründə 2014-cü il tarixdə atası Rüstəmov Müzəffər ilə birlikdə Sabunçu rayon XDS-nin xx.xx.1991-ci il tarixli 1/46 saylı qərarına əsasən X8 verilmiş torpaq sahəsini etibamanə əsasında alaraq tikmişdilər. Cavabdeh həmin ünvana iddiaçını buraxmır və o, kirayələrdə yaşayır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il 2(103)-4545/2019 №-li qətnməsinə əsasən 30000 manat iddiaçıdan və qardaşı X3 tutularaq X6 ödənilməsi qət olunmuşdur. İddiaçı həmin ünvanda 2010-cu ildən 2015-ci ilə kimi yaşamışdır. 2015-ci ildən cavabdeh iddiaçını həmin evinə buraxmır, özünə məxsus olsa da, həmin mənzilə gedə bilmir və yaşamağına cavabdeh tərəfindən imkan verilmir. Hal-hazırda kirayə evdə ailəsi ilə birgə yaşayır. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, iddia şəxsi mülahizələrə əsaslanan iddiadır. Belə ki, İddiaçı təqdim etdiyi iddia ərizəsində ünvan 3 ünvanında yerləşən mənzildə 2010-cu ildən 2015-ci ilə qədər yaşamasını qeyd etməsinə baxmayaraq o, məhkəmə iclasında açıq şəkildə etiraf etmişdir ki, heç vaxt bu mənzildə yaşamamışdır. Əvvəla işdən görünür ki, iddiaçı nə iddia ərizəsində, nə də birinci instansiya məhkəməsində iddiaçının mübahisəli mənzildə 2015-ci ilədək yaşaması barədə hər hansı dəlil irəli sürməyib. Üstəlik iddiaçı özü də birbaşa mübahisəli mənzildə yaşamadığını məhkəmədə etiraf etmişdir. İddiaçı əsla həmin mənzildən zorla çıxarılmayıb. Şəxs həmin mənzili öz iradəsi ilə satmış və əldə edilən gəlirdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 4545/2019 nömrəli qətnaməsinə əsasən X6 30000 AZN ödəmişdir. İddiaçı mənzildən zorla çıxarılması barədə də məhkəməyə sübut təqdim edə bilməmişdir. Açıq şəkildə görünür ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün nəzərdə tutulan əsaslardan yalnız onun həmin mənzilə köçməklə bağlı iradə ifadəsi mövcuddur. Digər hallar isə mövcud deyil və bu səbəbdən sözügedən iddia rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, 2015-ci ildə evi 30000 manata satmış, sonradan məhkəmə qətnaməsi əsasında həmin pulu qaytarmaq məcbuiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (anası) X4 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdeh keçmiş ər-arvaddılar. Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuşdur. Mübahisəli ev özbaşına tikilidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək, onun qızı ilə birlikdə mübhisəli evə köçürülməsi qət edilmişdir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı həmin ildə evi satmış və tərk etmiş, özünə başqa ailə qurmuşdur. Hazırda iddiaçı mübahisəli evə köçürülməyi və maneələrin aradan qaldırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Mənzilə köçürülməsi üçün üç əsas mövcud olmalıdır: şəxsin həmin mənzildə yaşaması, onun mənzildən zorla çıxarılması və son olaraq mənzilə qayıtmaq istəməsi faktı. Qeyd edlidiyi kimi, iddiaçı həmin evdə yaşamamış, 2015-ci ildə evi satmış, həmin ildə evi tərk etmiş, özünə yeni həyat qurmuş, o həmin evdən zora çıxarılmamışdır. Göründüyü kimi, hazırki mübahisədə yalnız bir əsas mövcuddur – iddiaçının mənzilə qayıtmaq istəməsi faktı, bu hal da digər əsasların olmadığı təqdirdə yetərli hal deyil. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1072/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1072/2023
06.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver