Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-109/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə xx.xx.2023-cü il tarixə, saat 11:15-ə təyin edilmiş məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh isə, məhkəməyə ərizə təqdim edərək iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda, məhkəmə cavabdehin iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-109/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-109/2023
01.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver