Məhkəmə qərarları › İş №2(012)-3602/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3602/2021

11.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3602/2021 11.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, iddia ərizəsində göstərilən imza, o cümlədən icraatın təzələnməsi barədə ərizədəki imza ona məxsus deyildir. Həmin imzalar onun oğlu X1 tərəfindən imzalanmışdır. Oğlunun etibarnaməsi olsa da, hazırda məhkəməyə təqdim etmək üçün gətirməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi X1 tərəfindən imzalanmış, lakin onun iddia ərizəsini imzalamaq səlahiyyətinin olmasına dair iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələbinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar