Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1145/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçının nümayənədəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh Mirzəyeva (İbrahimova) Leyla Ağacan qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi verərək Sabunçu rayon Məhkəməsi tərəfindən 2(008)-4887 №-li, 22.08.2017-ci il tarixli qətnaməsinə əsasən 10.12.2010-cu il tarixdə doğulmuş X6 və 17.03.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 136,60 manat olmaqla, cəmi 273,20 manat miqdarında alimentin azaldılması və hər ay hər uşağa 70 manat olmaqla, 140 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan hazırda Cavabdeh Mirzəyeva soyadında olduğunu müəyyən etmiş və cavabdehi X2 qəbul etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci dəfə ailə qurmuş, bir övladı var. Uzun zamandı ağ ciyərin vərəm xəstəliyinə qarşı müalicə almışdır. Hazırda «X14» MMCdə işləyir və vəzifə maaşı 250 manat təşkil edir. Digər gəlir yeri yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənədəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Sabunçu rayon Məhkəməsi tərəfindən 2(008)-4887 №-li işi üzrə qəbul edilmiş 22.08.2017-ci il tarixli qətnamə ilə İddiaçı və Cavabdeh aralarındakı nikah pozulmuş, uşaqlar analarının yanında qalmış, 10.12.2010-cu il tarixdə doğulmuş X6 və 17.03.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 136,60 manat olmaqla, cəmi 273,20 manat miqdarında aliment tutulmuşdur. İbrahimov X3 Gülşən İVilayət qızı ilə 28.04.2020-ci il tarixdə nikahlarının bağlamışlar. Onların 28.12.2018-ci il tarixdə Vilayət adlı uşaqları doğlumuşdur (395860 №li nikah haqqında və 497088 №-li doğum haqqında şəhadətnamələr). İddiaçı X14-ndə işləyir və vəzifə maaşı 250 manat təşkil edir (20.10.2021-ci il tarixli arayış). Ambulator kibaçadan Çıxarışdan görünür ki, iddiaçı qapalı kəllə beyin travması kimi əsas xəstəliyi var, ağ ciyərin vərəm xəstəliyini keçirmiş. Hazırda iddiaçı ondan tutulmuş aliment məbləğinin hər uşaq üçün 70 manata qədər azaldılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəllmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, iddiaçının ailə və maddi vəziyyətində pisləşmə baş vermişdir, lakin ondan tutulması qət edilmiş alimentin məbləği 2022-ci il üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan xeyli azdır. Belə ki 23.12.2021-ci il tarixdə qəbul edilmiş və 01.01.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə iddiaçının maddi cəhətdən çətinlik çəkməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən səbəb valideyni öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Cavabdeh qətnamə qəbul ediləndən sonra alimentin artırılması barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1145/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1145/2022
10.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver