Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1232/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər İddiaçı1 və İddiaçı2 maraqlı şəxs qismində Cavabdeh cəlb olunmaqla barışıq sazişinin təsdiq olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər İddiaçı1 və İddiaçı2 maraqlı şəxs qismində Cavabdeh cəlb olunmaqla barışıq sazişinin təsdiq olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında Cavabdeh il iddiaçılar arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, cavabdehdən hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ərizəçilərə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş rəsmi sənədlərdən göründüyü kimi ərizəçilər 1982-ci rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikah münasibətlərindən üç övladları doğulmuş, onlardan biri ailəlidir, işləmir və övladları ilə birlikdə həyat yoldaşının himayəsində yaşayır. Digər övladları xx.xx.1985-ci il təvəllüdlü X1 əmək qabiliyəti olmayan 2-ci dərəcəli əlildir, daima kənar şəxsin baxımına ehtiyacı var. Üçüncü övladları isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs.,Məmmədyarov küçəsi,ev 16-da yaşayan Cavabdehdur. Bir valideyn olaraq ərizəçilər hər üç övladlarını saxlayıb boya başa çatdırmışlar. Hazırda pensiya yaşına çatıblar. Ərizəçilərdən biri 268 manat pensiya, digəri isə 180 manat müavinat alır. xx.xx.1985-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatmış olsa da, əmək qabiliyətinin olmaması, daima kənar şəxsin baxımına ehtiyacı olan 2-ci dərəcəli əlil olması səbəbi ilə ərizəçilərin himayəsində yaşamağa davam edir. Məlum məsələdir ki, ərizəçilərin aldığı pensiya, müavinat və dövlət tərəfindən əlil oğluna ödənilən 180 manat müavinat ərizəçilərə əlil oğlanları ilə vacib ehtiyacların qarşılanmasına yetmir. Bununla əlaqədar onlara maddi köməklik göstərməyə imkanı olan, X2 İdarəsində işləyən yüksək əmək haqqı alan üçüncü oğlu Cavabdeh müraciət ediblər. Cavabdeh ilə mediasiya qaydasında qarşılıqlı razılaşma yolu ilə hər ayın 5-dən 10-nadək olan müddət ərzində ərizəçilərə cəmi 400 manat aliment ödəyəcəyinə dair xx.xx.2022-ci il tarixli,MŞB/2-01363 saylı barışıq sazişi bağlanmış və həmin tarixli və saylı protokol imzalanmış və həmin tarixli protokolla mediasiya prossesinə xitam verilmişdir. Lakin o vaxtdan bu günədək Cavabdeh yənə də vədinə əməl etməyərək barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklərinə əməl etmədiyindən, ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş maraqlı şəxs Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan işə baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 261112 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmış və 314 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mazanov, arvada Mazanova soyadı verilmişdir. - Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 386351 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı1, anası İddiaçı2dır. - Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 357328 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı1, anası İddiaçı2dır. - xx.xx.2022-ci il tarixli MŞB/2-01363 saylı barışıq sazişindən görünür ki, Cavabdeh öhdəsinə götürür ki, hər ayın 5-10 tarixlərində valideyinlərinin hər birinin saxlanması üçün 200 manat, cəmi 400 manat olmaqla aliment ödəyəcəkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Göründüyü kimi, əmək qabiliyyətli övladlar yalnız əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamağa və qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin məcəllənin 355-25.3-cü maddəsinə əsaəsn məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğundan, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, eyni zamanda maraqlı şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq 2(008)-7880/2022 saylı iş üzrə heç bir tələb və etirazı olmadığını bildirdiyindən barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər İddiaçı1 və İddiaçı2 ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Cavabdeh hər ayın 5-10 tarixlərində valideyinlərinin hər birinin saxlanması üçün 200 manat olmaqla, cəmi 400 manat aliment tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1232/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1232/2023
17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver