Məhkəmə qərarları › İş №2(008)-1356/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1356/2025

01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1356/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X18 qızının katibliyi, Cavabdeh nümayəndəsi Abdullayeva Aygün Ehtibar qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçəlik Komissiyası olmaqla) “birgə mülkiyyətdə olan avtomaşının üzərində olan payların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan avtomaşının üzərində olan payların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Renault Megane minik markalı, ** SE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X7 ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2020-ci il tarixdə X14 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X7 qəfil vəfat etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsələri-arvadı İddiaçı və qızı X14 və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbayçan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD368538 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VF1KMSE**********, buraxılış ili 2006-ci il olan Renault T Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Renault T Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi hal-hazırda cavabdehin sahibliyindədir. O, miras qalmış Renault Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ona və qızına düşən 2/3 payının dəyərinin cavabdehdən tutulması, yaxud həmin avtomobilin açıq hərracdan satılması qərarına gəlmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X9 iddiaçı kimi qəbul edilərək, buraxılış ili 2006-ci il olan Renault Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyət vasitəsinin açıq hərracdan satılaraq əldə edilən vəsaitin iddiaçılar İddiaçı 1/3 hissə, X14 1/3 hissə və Cavabdeh 1/3 hissədə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD368538 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VF1KMSE**********, buraxılış ili 2006-ci il olan Renault Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyət vasitəsinin dəyərinin 2/3 hissəsi, yəni 5000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair yenidən ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AD368538 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VF1KMSE**********, buraxılış ili 2006-ci il olan Renault Megane minik markalı, ** SE *** dövlət nömrə nişanlı nəqliyyət vasitəsinin dəyərinin 2/3 hissəsi, yəni 9000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, iddia tələbi 9000 manatın 2/3 hissəsi olan 6000 manat kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə məhkəmə iclasında iştirakı səhhəti ilə bağlı olaraq qeyrimümkün olduğunu, eyni zamanda icraatda olan digər mülki iş üzrə məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edildiyini, həmin ekspertizanın rəyi hazırki işdə də mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini və iddanın rədd edilməsini xahiş etdi. 18 fevral 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, cavabdeh tərəfə təklifləri ondan ibarətdir ki, nəqliyyat vasitəsinin dəyərinin 2/3 hissəsini ödədikləri təqdirdə onlarda qalması, iddiaçının 1/3 hissədə ödəniş etmək imkanı olmadığı, əks halda nəqliyyat vasitəsinin dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. 18 fevral 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahatında qanuna uyğun olaraq payların müəyyən edilməsinə etiraz etmədiklərini, hal-hazırda iddiaçının təklifinə uyğun olaraq 2/3 hissədə nəqliyyat vasitəsinin dəyərini ödəyə bilmədiklərini bildirmişdir. 29 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, məhkəmənin təşəbbüsü ilə keçirilmiş məhkəmə ekspertizası zamanı və məhkəmənin son iclası zamanı müəyyən edilmişdir ki, qeyd edilən mübahisəli nəqliyyat vasitəsi cavabdehlərin təşəbbüsü və göstərişi ilə sökülmüş və yararsız hala salındığını, belə olan halda mübahisəli əmlakın hərracdan satılması və onun real dəyərinin tələb edilməsi zərurəti aradan qalxdığını, cavabdehlər məhkəmə mübahsisəsi gedişatı zamanı qanunsuzluğa yol verərək, qərəzli şəkildə mübahisə predmetinə zərər vurulduğunu və onun dəyərinin aşağı salınmasına çalışdıqlarını, bütün bunların təşəbbüskarı da X3 olduğunu deyərək, onun da mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi zəruri olduğunu bildirmişdir. 29 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 məhkəmə tərəfindən avtomobilin real bazar dəyərinin müəyyən olunması üçün təyin edilmiş ekspertin qiymətləndirmə rəyinə etiraz etdiyini, iddiaçı ekspertizaya müvafiq təyziqlər göstərdiyini, iddiaçı ilə qarşılıqlı razılığa gələcəklərini düşündüyündüklərindən avtomobili təmir etdirmək üçün ustaya apardıqlarını, avtomobilin 3 ildən artıq istifadə edilmədiyini, müvafiq problemləri olduğunu, avtomobilin ekspert müəyyən edən qiymətə satılmasının mümkün olmadığını, rəyin sübut qismində qəbul edilməməsini və təkrar ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. 15 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin qiymətləndiricisi X8 izahatında sifariş alındıqdan sonra İddiaçılə əlaqə saxlayan zaman nəqliyyat vasitəsinin qarşı tərəfdə olduğunu bildirdiyini, nömrə tapa bilmədikləri üçün ünvana getdiyini, vəziyyəti izah etdikdən sonra Abdullayev Gülbala baxış keçirməyi üçün nəqliyyat vasitəsinin yerini dediyini, nəqliyyat vasitəsi “Elit” Ticarət Mərkəzində avtoservisdə olduğunu, ustanın da əlaqə məlumatlarını bildirdiklərini, həmin ünvana yaxınlaşıb nəqliyyat vasitəsinə baxış keçirtdiyini, nəqliyyat vasitəsinin motoru sökülmüş, baqaj hissədə olduğunu, usta isə ona nəqliyyat vasitəsinin qiymətinin “heç neçə” olduğunu bildirdiyini, ustadan motorun işləyib-işləmədiyini soruşanda bilmədiyini bildirdiyini, cavabdeh isə nəqliyyat vasitəsini işlək vəziyyətdə olduğunu, dayanmış nəqliyyat vasitəsi olduğu üçün avtoservisə apardıqlarını bildirdiyini, “Renault Megane” minik markalı ** SE *** dövlət nömrə nişanlı avtomobilin real bazar dəyəri 7.500 manat müəyyən olunduğunu, nəqliyyat vasitəsinin mühərriki, sürət qutusu, motoru yerində olsaydı, avtomobilin real bazar dəyəri 8.500-9.000 manat arası müəyyən edilə biləcəyini bildirmişdir. 18 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, məhkəmə tərəfindən qiymətləndirmə də aparıldığını, nəqliyyat vasitəsinə zərər vurulduğu da təsbit edildiyini, bu da nəqliyyat vasitəsinin qiymətinin kifayət qədər aşağı düşməsinə səbəb olduğunu, hal-hazırda nəqliyyat vasitəsi cavabdehin sahibliyində olduğunu, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD368538 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VF1KMSE**********, buraxılış ili 2006-ci il olan Renault Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyət vasitəsinin dəyərinin 2/3 hissəsi, yəni 6000 manat pul cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 18 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini, nəqliyyat vasitəsinin mühərriki işlək vəziyyətdə olmadığını, iddiaçı ilə qarşılıqlı razılığa gələcəklərini düşündüyüklərindən avtomobili təmir etdirmək üçün ustaya apardıqlarını, avtomobil 3 ildir istifadə edilmədiyini, nəqliyyat vasitəsi əvvəlki vəziyyətinə qaytarıldığını, iddia edilən məbləği ödəməyə imkanlarının olmadığını, nəqliyyat vasitələrinin paylara uyğun bölünməsini məhkəmədən xahiş etmişdir. 18 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində Renault Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyət vasitəsini Gülbala adlı şəxs 2025-ci il yanvar ayının 10-15-i işləmədiyi üçün təmir məqsədilə Elit ticarət mərkəzinə gətirdiyini, nəqliyyat vasitəsini söküb baxış keçirtdiyini, motorunda nasazlıq olduğundan, zəng vurub bildirdiyini, ondan sonra onunla əlaqə yaradan zaman hələ təmir etməməyini, mübahisə olduğunu bildirdiklərini, bir müddət sonra tanımadığı bir xanım, ardınca da bir kişi zəng vurub onu şikayət edəcəyini bildirdiklərini, nəqliyyat vasitəsini sonradan eyni vəziyyətə gətirdiyini, hal-hazırda da eyni yerdə, sexdə qaldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 403922 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında xx.xx.2020-ci ildə 996 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, ərə Əliəsgərov, arvada Əliəsgərova soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 521721 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 264086 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 05 ayının 23 günündə 582 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X6 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı İddiaçı, qızı X14 və onların hər biri miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbayçan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD368538 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VF1KMSE**********, buraxılış ili 2006-ci il olan Renault Megane minik markalı ** SE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci Polis şöbəsi xx.xx.2024-cü il tarixli, 3-13- 54-2/2-Ə-56890/11/24 nömrəli məktubla İddiaçı mərhum həyat yoldaşı Ayazın maşını və evini sizə verilməməsi barədə yazdıqları ərizələri əsasında araşdırma aparılan zaman toplanmış material mülki xarakterli olduğu üçün işı alınmışdır. Bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə nüraciət etməyi tövsiyə edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi 3-13-16/2-16312/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda, DİN Baş Dövlət Yol Polisi idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən «RENAULT MEGANE» markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olan, xx.xx.1987-ci il təvəllüdlü X2 adında qeydiyyatda olduğunu, eyni zamanda «RENAULT MEGANE» markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X2 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyi bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 11 nömrəli rəyinə əsasən “Renault Megane” minik markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobilin real bazar dəyərinin 7500 (yeddi min beş yüz) manat təşkil etdiyini, həmçinin Renault Megane” markalı 2006-cı il buraxılışlı istifadəyə yararlı və işlək vəziyyətdə olan avtomobilin bazar dəyəri 8500-9000 manat arasında dəyişdiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qanunun tələbindən göründüyü kimi iddiaçı haqlı olaraq öz payının ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. 220.5-ci maddəsinə əsasən Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. İşin araşdırılan hallarından göründüyü kimi tərəflər arasında kompensassiya məbləğinin verilməsi ilə bağlı heç bir razılıq əldə olunmamışdır. 220.6-ci maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müdəallarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadında aşağıdakılar göstərilmişdir: Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan suiistifadəyə yol verilməməlidir. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. İddiadan imtina edildiyi halda isə məhkəmə tərəfindən iddiaçıya yenidən eyni əşya barəsində eyni əsaslarla digər həmmülkiyyətçilərə qarşı payın naturada ayrılması, habelə payının dəyəri kimi kompensasiya ödənilməsi və ya əşyanın açıq hərracdan satılması barədə iddia qaldırmaq hüququnun olmadığı izah edilməlidir. İddiaçı qeyd edilən tələblərlə və ya onlardan biri ilə məhkəməyə müraciət edərsə, MPM-in 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.2- ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmaması bu mərhələ üzrə araşdırmanın yekunlaşması və növbəti mərhələyə keçid edilməsi üçün əsas deyil. Məhkəmə hər bir halda cavabdehlərə iddiaçının payının dəyəri kimi müəyyən edilmiş kompensasiyanın ödənilməsini təklif etməlidir. Əks yanaşmada ayrılan mülkiyyətçi hüquqdan sui-istifadə edərək payına görə tənasübsüz yüksək kompensasiya tələb etməklə qalan mülkiyyətçiləri ağır vəziyyətə sala, yaxud əşyanın məcburi şəkildə hərraca çıxarılmasına nail ola bilər ki, bu da payın dəyərini ödəməyə razı olan cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. Məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. İddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. İşdən göründüyü kimi mübahisəli nəqliyyat vasitəsi bölünməz əşya olmaqla tərəflərin paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən, əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. İlk növbədə məhkəmə qeyd edir ki, “Renault Megane” minik markalı, ** SE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi bölünməz əşyadır və onun naturada bölünməsi mümkün deyildir. Göründüyü kimi payın naturada ayrılması mümkün olmadığından, məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. Məhkəmə tərəfindən daşınar əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etmək məqsədilə qiymətləndirmə ekspertizası təyin edilmiş, və iş üzrə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 11 nömrəli rəyinə əsasən, “Renault Megane” minik markalı **-SE-*** dövlət nömrə nişanlı avtomobilin real bazar dəyəri 7500 (yeddi min beş yüz) manat, istifadəyə yararlı və işlək vəziyyətdə olan avtomobilin bazar dəyəri 8500-9000 manat arasında dəyişdiyi bildirilmişdir. Məhkəmə maşının normal bazar qiyməti olan 9000 manatı qəbuıl edir. Tərəflərdən heç biri kompensasiya ödəmək istəmədiyindən, məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını təklif etmişdir. Lakin iddiaçı əşyanın açıq hərracdan satılmasını tələb etmədiyindən məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçəlik Komissiyası olmaqla) “birgə mülkiyyətdə olan avtomaşının üzərində olan payların dəyərinin ödənilməsi” barədə iddiası rədd edilməlidir. Eyni zamanda sonradan iddia tələbinə dəqiqləşdirmə verərək, nəqliyyat vasitəsinin mühərrik hissəsinin sokülməsi əsası ilə maşına ziyan dəydiyini onun bazar qiymətinin aşağı düşdüyü əsası ilə nəqliyyat vasitəsinin bazar qiymətinin yəni 9000 manatın 2/3 hissıəsinin yəni 6000 manat ziyanın cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi ilə bağlı da məhkəmə qeyd edir ki, bu barədə yəni nəqliyyat vasitəsinə hər hansı ziyan dəyməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmiş, eləcə də nəqliyyat vasitəsinin ekspert rəyində dəyərinin hazırki vəziyyətdə 7500 manat, istifadəyə yararlı və işlək vəziyyətdə olan avtomobilin bazar dəyəri 8500-9000 manat arasında olmasını nəzərə alaraq məhkəmə maşının qiymətinin 9000 manat kimi qəbul etmişdir. Məhkəmə nəticə olaraq iddiaçı tərəfindən maşının dəyərinin 9000 manat olduğunu və həmin dəyərin 2/3 hissəsinin 6000 manatın cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı tələbini qanuni və əsaslı hesab etmir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla) “birgə mülkiyyətdə olan avtomaşının üzərində olan payların dəyərinin ödənilməsi” barədə iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar