Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1408/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili X8, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsəpaşa oğluna, Cavabdeh3 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqaviləni doğuran hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsəpaşa oğluna, Cavabdeh3 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqaviləni doğuran hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adından Cavabdeh2 arasında bağlanılmış 21 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi ləğv edilməsi, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və eləcə də Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış 24 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 1119,8 kv.m olan qeyri-yaşayış sahəsi ona məxsusdur. Bu barədə daşınmaz əmlak dövlət reyeyteri xidməti tərəfindən RX serialı, ******* nömrəli çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə təxminən bu ilin ortalarında kənar şəxslər gələrək obyekt ilə maraqlanmağa başlamışlar. Bu barədə ona binanın mühafizəçisi məlumat vermişdir. Həmin şəxsin kimliyi barədə maraqlanan zaman onun adının Faiq olduğunu öyrənmişdir. Faiq adlı şəxs qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Daha sonra o vəkilindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı müəyyən araşdırmaların həyata keçirilməsini xahiş etmişdir. 16 oktyabr 2023-cü il tarixdə axşam saatlarında qeyd olunan qeyriyaşayış sahəsinə kənar şəxslərin daxili olmaları və içəridə olan əşyaların çıxarılması barədə binanın mühafizəçisi ona məlumat vermişdir. O, dərhal bu barədə vəkilinə məlumat verərək müvafiq tədbir görməsini xahiş etmişdir. O, bu barədə 102 xidmət mərkəzinə məlumat verərək tədbir görülməsini xahiş etmişdir. Daha sonra əraziyə Yasamal Rayon polis idarəsinin 28-ci polis bölməsinin əməkdaşları gəlmişlər. Həmin zaman onun qohumu da orda olmuşdur. Polis əməkdaşlarını görən həmin şəxslər gördükləri işi dayandırmışlar. Polis əməkdaşları tərəfindən həmin şəxslər polis bölməsinə dəvət edilmişdir. 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında həmin şəxslər qeyri-yaşayış sahasinə təkrar daxil olaraq içəridəki əşyaları özləri ilə gətirdikləri tır markalı avtomobilə yığmışlar. Onlar təkrarən 102 xidmətinə məlumat vermişlər. Yasamal Rayon Polis idarəsinin 28-ci polis bölməsində bu barədə araşdırma olmuşdur. Belə ki, eyni zamanda 28-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Araşdırma zamanı məlum olunmuşdur ki, qeyri-yaşayış sahəsinə daxil olan şəxs Faiq adlı şəxsdir. Faiq adlı şəxs təkrarən qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu iddia edir. Daha sonra qeyd olunan məsələlərlə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, oğlu Cavabdeh1 onun və həyat yoldaşının ona əvvəllər verdiyi etibarnamələrdən sui-istifadə edərək qeyri yaşayış sahəsini Cavabdeh2 adlı şəxs ilə alqı-satqı etmişdir. Belə ki, onlar oğluna Cavabdeh1 özünə məxsus olan daşınmaz əmlakla bağlı müəyyən hərəkətləri həyata keçrilməsi üçün etibarnamə vermişlər. Onların xəbəri olmadan, eyni zamanda, qanuni maraq və mənafelərinə zidd olaraq oğlu Cavabdeh1 onların birgə mülkiyyətində olan ümumi sahəsi 1119,8 kv.m olan ünvan 1 ünvanda qeyri-yaşayış sahəsini 21 oktyabr 2016-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 müəyyən şərtlərlə satmışdır. Cavabdeh2 isə həmin qeyri-yaşayış sahəsini 24 yanvar 2018-ci il tarixdə Cavabdeh3 satmışdır. O, bu məsələlərdən notariat orqanından aldığı sənədlərdən sonra xəbər tutmuşdur. Həmin qeyriyaşayış sahəsinin satılmasına onun tərəfindən hər hansı bir razılığ olmamışdır. Oğlu Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinin onun illər öncə ona verdiyi etibarnamədən sui-istifadə edərək başqa şəxsə satmışdır. Bu səbəbdən də hesab edir ki, onunla Cavabdeh2 arasında bağlanılmış 21 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 adına verilmiş RX serialı, ******* nömrəli çıxarış və eləcə də Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış 24 yanvar 2018-cil tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Sonradan iddiaçının nümayəndəsinin və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi və ünvan 2 ünvanında sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, hazırki mülki işə baxılan dövrdə məlum olmuşdur ki, Azər X2 qarşı pul tələbinə dair iddia qaldırmışdır. Vəsatət verərək həmin mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoşulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 282/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh X23 (üçüncü şəxs Cavabdeh3 və İddiaçı) qarşı xx.xx.2018-ci il tarixli müqavilə alqı-satqı müqaviləsi üzrə ona ödənilməmiş 1.500.000 manat mələğində pul tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh2, X13 və Cavabdeh3 borc pul almış, onlar arasında borc münasbətləri olmuş, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi borc münasibətlərini pərdələmək məqəsdilə bağlanılmışdır. xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh3 tərəfindən edilmiş ödənişlərin X32 tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübut mövcud deyil. Həmçinin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iş üzrə Cavabdeh1 ilkin izahatında əmlakı Cavabdeh2 satmaq niyyətinin olmadığını, aralarında birlikdə biznes fəaliyyəti ilə məşğul olmaq barədə razılığa gəlindiyini, razılığa əsasən 3 il müddətində Xaçmazda bağ salınacağı, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə yerləşən 1119,8 kv. m sahəsi olan qeyri-yaşayış sahəsini Nikoyl banka girov qoymalı, kredit götürülməli olmuşudur. Bildirməsinə görə Cavabdeh2 bankda müəyyən tanışları olmuş və Azər təsərrüfatla məşğul olduğundan kredit götürə biləcəkmiş və salınmış bağa şərik olacaqlarını, banka olan kredit borcu bağlandıqdan sonra əmlak Azər tərəfindən geri qaytarılacağını razılaşdırmışlar. Sonradan Cavabdeh2 borclu olduğu Vaqif Quliyevə etibarnamə vermiş və əmlak Cavabdeh3 “satılmışdır”. Tərəflər arasında olan borc münasibətləri Nərimanov rayon Məhkəməsinin qətnaməsi, dindirilmiş şahid ifadələri və digər sübutlarla təsdiq olunur. Əqdin etibarlı olması üçün tələb olunan elementlər bunlardır -subyekt tərkibinə dair şərtlər (tərəflərin iştirak etmə qabiliyyətinin olması);-məzmununa dair şərtlər (məzmunun qanunvericiliyin tələblərinə cavab verməsi); -tərəflərin iradəsinə dair şərtlər (əqddə iradə sərbəstliyi, iradənin ifadə oluması və müvafiqliyi) və formaya dair şərtlər (əqdin hansı formada bağlanmalı olduğu) Müqaviləni fərqləndirən başlıca xüsusiyyət isə razılıqdır - onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Göründüyü kimi, xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri yalan əqd olmuş, birinci müqavilə Cavabdeh1lə Cavabdeh2 arasında olan biznes əməkdaşlığı müqaviləsini, ikinci müqavilə Cavabdeh2, Vaqif Quliyev və Cavabdeh3 arasında olan borc münasibətlərini pərdələmək üçün bağlanmış əqd olmuşdur. O da qeyd edilməlidir ki, Cavabdeh2 alq-satqı müqaviləsi ilə pərdələnmiş Xaçmazda bağ sahəsinin salınması ilə bağlı biznes əməkdaşlığına dair razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edən 425- ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İddiaçı mülkiyyətində olan əmlaka dair bağlanmış müqavilələrdən məlumatı olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında qeyd olunan qeyri-yaşayış sahəsi kənar şəxslərin daxil olmaları və işəridə olan əşyaların çıxarılması barədə binanın mühafizəçisi İddiaçı məlumat vermiş və 102 xidmətinə edilmiş şikayətin araşdırılması nəticəsində məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olmuş əmlak hazırda Cavabdeh3 məxsusdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 Cavabdeh1 aldadıb, həmçinin Cavabdeh2lə Cavabdeh3 arasında formal olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Onun dedikləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamə ilə öz təsdiqini tapmışdır. Cavabdeh1lə Cavabdeh2 arasında olan alqı-satqı müqaviləsinin 18-ci bəndindən də məlum olur ki, əgər bu müqaviləyə əsasən həqiqətən də pul məbləği ödənilmişdirsə, bu bənd müqaviləyə əlavə edilməzdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işdən sonradan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra xəbərdar olduğunu bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən də məlum olur ki, Cavabdeh2 Cavabdeh3 sözügedən torpaq sahəsini borc müqabilində vermişdir. Burada heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı mülkiyyətində olan əmlaklar borc məbləğinin ödənilməsi məqsədi ilə sonrakı şəxslərə keçmişdir. Cavabdeh1 də deyir ki, evin qarşılığında pul olmamışdır. Alqı-satqı formaldır. 8 il ərzində həmin qeyri-yaşayış obyekti fəaliyyət göstərməmişdir. İddiaçı sözügedən alqı-satqı müqaviləsidən yalnız xx.xx.2023-cü il tarixdə yəni Cavabdeh3 qeyri-yaşayış sahəsinə daxil olmasından sonra məlumatı olduğunu bildirmişdir. İddiaçı mülkiyyətində bir neçə daşınmaz əmlakı olduğundan və hazırki qeyri-yaşayış sahəsi istifadə edilmədiyindən onun müqavilədən məlumatı olmamışdır. Cavabdeh1 öz izahatında bildirmişdir ki, o əvvəllər Cavabdeh3 tanımamışdır. Lakin digər Cavabdeh2 əvvəldən tanımışdır, birlikdə bir neçə biznes fəaliyyəti ilə məşğul olmuşdurlar. Onunla Cavabdeh2 arasında qeyri-yaşayış sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanarkən, onun anasına məxsus əmlakını Cavabdeh2 satmaq niyyəti olmamışdır. Cavabdeh2 ona Xaçmaz rayonunda bağ sahəsi salacağını, həmin bağ sahəsində alma ağaclarının əkiləcəyini, xarici ölkədən tinglər gətirəcəyini və gəlir əldə edəcəyini bildirmiş, lakin bağ sahəsinin salanması üçün ona ilkin pulun zəruri olduğunu bildirmiş, pulun əldə olnunmasında ondan köməklik isdəmişdir. Belə olan halda o anasına məxsus qeyri-yaşayış sahəsini banka qoyaraq pul götürmək üçün həmin qeyri-yaşayış sahəsini Cavabdeh2 adında olması üçün formal alqı-satqı müqaviləsi bağlamışdır. Qeyri-yaşayış sahəsini Cavabdeh2 adına keçirməkdə məqsədi Cavabdeh2 bankdan tanışlarının olduğundan əmlakın banka qoyularaq pul götürmə prosesinin daha sürətli olacağını və daha tez gəlir əldə edəcəkləri olmuşdur. Götürülmüş kreditin faizlərin və əmlakın qaytarılması yükü Cavabdeh2 öz üzərinə götürmüşdür. Həttə o Azər Abdullyevə o qədər güvənirdiki, o öz tanışı olan Tahir adlı şəxsidə Azər Abdullyevlə tanış etmiş, girov predmenti yetərli olmadığından Tahirdə özünə məxsus evini Azər Abdullyevin adına formal-alqı satqı müqaviləsi bağlayaraq keçirmişdir. X36 arasında olan şifahi razılığa əsasən Azər Abdullyev 3 ilə ərzində bağı salacağdır. Onlar yarıbayarı gəlir əldə edəcəklərdi. Sallnacağ bağın ümumi dəyərini onlar 3-4 milyon manat olmasını nəzərdə tutmuşdurlar. Eyni zamanda bildirmişdir ki, əgər onlar arasında birgə iş görmək ilə bağlı razılığ pozularsa o Azər Abdullyevə bağın dəyərinin yarısını ödəyəcəkdir, alqı-satqı müqaviləsinin 18-ci bəndidə məhz bu məqsədə xidmət etmişdir. Lakin bank tərəfindən Azər Abdullyevə kredit verilməmişdir. Sonradan Cavabdeh2 Faiq və Vaqif adlı şəxlərə borcu olduğunu bilirəək bankın ona kredit verilməsindən imtina etdiyini bildirmişdir. O Azərdən qayri-yaşayış sahəsinin ona qaytarılmasını xahiş etsədə, Azər hər dəfə vaxt isdəyərək məsələni yubatmış sonra isə anası obyektin Azərə satıldığını öyrənmişdir. Onların bağın şərikliyi ilə yazılı razılaşma olmayıb, amm bu məqsədi ilə onlar şirkət yaratmışdır. Həmin şirkətin adını unutsada təsisçisi o, Azər və Elman adlı şəxs olmuşdur. Sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanı Dərəçiçək MTK tikmişdir. Dərəçiçək MTK-nın təsisçiləri isə atası, anası və qardaşı olmuşdur. Onun isə özü faktiki rəhbər olmuşdur. Cavabdeh2 nümayəndəsi və vəkili X14 izahat verərək bildirmişdir ki, mübahisəli qeyryaşayış sahəsi Dərəçiçək MTK tərəfindən inşa edilib, iddiaçı isə Dərəçiçək MTK-nın təsisçisi olmuşdur. Əliyev Rahuf isə həmin MTK-nın rəhbəri olmuşdur. Belə olan hada mümükün deyildir ki, İddiaçı oğlunun onun adından bağlamış müqavilədən xəbərdar olmasın. Bundan başqa Cavabdeh2 sözügedən qeyri-yaşayış sahəsinin pulunu ödəyərək almışdır. Bundan sonra isə Cavabdeh2 Quliyev Vaqifə vermiş olduğu etibarnamə vaistəsi ilə əmlakı Cavabdeh3 satmışdır. Cavabdeh3 isə pulunun ödəyərək qeyri-yaşayış sahəsini almışdır. Doğrudur ki, həmin müqavilə üzrə Cavabdeh3 tərəfindən ödənilən pul Vaqif tərəfindən alınmış, lakin Azərə pul çatmamışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin 18-ci bəndi Cavabdeh1 xahişi ilə salınmışdır. Görünür ki, Cavabdeh1a pulu olmadığından qeyri-yaşayış sahəsini Cavabdeh2 satıb, sonrada xahiş edib ki, 3 il ərzində pulu tapdığı təqdirdə obyekti Raufa qaytaracaklardı. Lakin sonradan görünür ki, Rauf pulu tapmadığından və Azərində pula ehtiyacı olduğundan Azər öz əmlakını Faiq adlı şəxsə satmışdır. Eyni zamanda Cavabdeh2 vəkili X14 alqı-satqı müqavilələrindən əvvəl Cavabdeh2 tərəflərdən hansısa birini tanıyıb tanımadığından məlumatı olmadığını bildirdi. Cavabdeh3 vəkili X27 məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahət verərək bildirmişdir ki, Cavabdeh1 ilkin izahatında əmlakı Cavabdeh2 satmaq niyyəti olmadığını, aralarında birlikdə biznes fəaliyyəti ilə məşğul olmaq barədə razılığa gəlindiyini, 3 il müddətində Xaçmazda bağ salınacağını, qeyri-yaşayış sahəsinin bankdan kredit almaq üçün girov qoyulması üçün “satıldığını”, kredit qaytarılandan sonra obyektin geri veriləcəyini” bildirdiyi göstərilmişdir. Lakin ərizədə birgə bizneslə bağlı heç bir razılaşma, sənəd yoxdur. Eyni zamanda Cavabdeh1 kimi iş adamı üçün bir milyon yarımlıq obyekti Cavabdeh2 heç bir təminat almadan sonuncunun mülkiyyətinə keçirmək heç də inandırıcı deyildir. Bundan başqa müqavilə bağlanan zamandan artıq 3 il yox, 8 il keçmişdir. Xaçmazda bağ salınmadığına görə bu iddia artıq 2019-cu ildə verilməli idi. 21 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin 18-ci bəndində göstərilmişdir ki, tərəflərin razılığına əsasən müqavilənin ləğv edilməsi qaydası, yəni qeyri-yaşayış sahəsinin geri qaytarılması yalnız satıcı İddiaçı 3 il ərzində, xx.xx.2019-cu il tarixədək qeyri-yaşayış sahəsinə görə ödənilən 500000 manatın və əlavə ******* manatınümumilikdə ******* manat ödədikdə baş verə bilər. Eyni zamanda müqavilədə əl ilə yazılmış və dörd nəfər şəxsin, Cavabdeh1 də daxil olmaqla, imzaları ilə təsdiq olunmuş bu məzmunda qeyd vardır: “müqavilədə yazılan ******* manat geri qaytarılan zaman ******* $(bir milyon dollar) kimi qaytarılmalıdır”. Qeyd olunan hallar bir daha təsdiq edir ki, müqavilə bağlanarkən alıcı satıcıya pul vəsaiti ödəmişdir. Hər bir halda kredit alınması üçün girov qoyulacaq daşınmaz əmlaka bu məbləğdə pul vəsaitinin ödənilməsi heç də ağıla batan deyildir. Əvvəlki iddia ərizəsində 21 oktyabr 2016-cı il tarixli və 24 yanvar 2018-ci il tarixli müqavilələrin ləğvi tələbi qoyulmuşdur. Müqavilənin ləğvi və ya dəyişdirilməsi hüquqi təbiətinə görə müqavilənin qanunveruciliyin tələblərinə uyğun bağlanılmasını, lakin müqavilənin icrası prosesində tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişdikdə müqavilənin ləğvini və ya dəyişdirilməsini ehtiva edir. xx.xx.2024-cü il tarixli ərizədə isə iddiaçının nümayəndəsi həmin müqavilələrin etibarsızlığını irəli sürməklə hüquqi baxımdan əvvəlki mövqeyinin tam əksini- müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinin pozulmasını-ifadə etmişdir. Qeyd olunanlar iddiaçı tərəfin səmimi olmamasını, verilmiş iddianın əsaslarının həqiqətə uyğun olmamasını, uydurma olduğunu təsdiq edir. Bu nəticənin əsaslı olmasına digər hal da dəlalət edir: iş üzrə iddia 2023-cü ilin dekabr ayında verilmişdir (iddia ərizəsində tarix göstərilməmişdir, məhkəmə rüsumunun qəbzi xx.xx.2023-cü il tarixdəndir). İş materiallarına Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e- 2(005)-282/2024 saylı iş xx.xx.2024-cü il tarixli qətnaməsi əlavə edilmişdir. Həmin iş üzrə iddia ərizəsi isə bundan 4 ay əvvəl, xx.xx.2023-cü il tarixdə verilmişdir. xx.xx.2024-cü il tarixli ərizədə iddiaçının nümayəndəsi etiraf edir ki, bu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qoşulmuşdur. İşlər üzrə iddia ərizələrinin tarixləri bu qənaətə gəlməyə imkan verir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə səbəb məhz e-2(005)-282/2024 saylı iş olmuşdur: bu hal iddiaçının hansı səbəbdən 8 il ərzində iddia verməməsi sualına cavab verir. Təbiidir ki, İddiaçı nümayəndəsi tərəfindən məlumatlandırılan Cavabdeh1 anasının adından uydurulmuş əsaslarla bu iddianı vermək qərarına gəlir. 21 oktyabr 2016-cı il tarixli müqavilənin etibarsızlığına dair həqiqi faktiki əsaslar olsa idi, həmin müqavilə ilə bağlı iddia ən geci 2019-cu ildə, qeyd olunan 3 il müddətin tamamında verilməli idi. Əvvəl verilən iddia ərizəsində iddianın əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şahverdiyevanm şikayəti üzrə 23 iyul 2013-cü il tarixli qərarına istinad edilmişdir. Lakin qərarda əksini tapmış işin halları ilə hazırkı işin halları çox fərqlidir: qərardan məlum olur ki, İ.İbrahimov və "xxxx" ASC arasında bağlanmış 5 aprel 2010-cu il tarixli kredit müqaviləsi (əsas öhdəlik) İ.İbrahimovun maraqlarına uyğun bağlanmışdır. Belə ki, bu müqavilədə borclu təmsil olunan M.Şahverdiyeva deyil, İ.İbrahimovun özü olmuşdur. M.Şahverdiyevanm mülkiyyətində olan mənzilə dair (öhdəliyi təmin edən) ipoteka müqaviləsi də onun etibarnaməsi əsasında İ.İbrahimov tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında öz öhdəliklərinin təmin olunması üçün bağlanmışdır. Nəzərə alınmalıdır ki, mənzilə dair etibarnamə verilərkən M.Şahverdiyeva (təmsil olunan), İ.İbrahimova bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və İ.İbrahimovun özünün maraqları daxilində deyil, M.Şahverdiyevanm maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, “... aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Əgər İ.İbrahimov krediti almaq üçün M.Şahverdiyevanm etibarnaməsindən istifadə edərək sonuncunun mənzilini ipotekaya qoymuşdursa, başqa sözlə özünü maraqları üçün ipoteka müqaviləsini bağlamışdırsa, Cavabdeh1 anası İddiaçı maraqlarını üçüncü şəxslər qarşısında təmsil edərək iddiaçının xeyrinə sözügedən alqı-satqı müqaviləsini bağlamışdır. Belə ki, iddiaçının Cavabdeh1 verdiyi xx.xx.2015-ci il tarixli etibarnamə üzrə İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, ... “buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq...” digər əqdləri imzalamaq səlahiyyətini Cavabdeh1 verir. Bu etibarnamə səlahiyyətlərlə bağlı məzmununa görə qanunvericiliyin bütün tələblərinə, eləcə də, əqdin subyektinə dair tələb istina olmaqla, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan mövqeyinə cavab verir. Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsində qərara alınmışdır ki, “...bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.” Lakin qərar 2013-cü ildə qəbul edilməsinə baxmayaraq o, onun icrası hələ də baş tutmamışdır. Lakin 11 iyun 2018-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”m 75-ci hissənin dördüncü abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: “Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, nümayəndənin və ya təmsil olunanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi göstərilməlidir...” Yeni redaksiyada yazılmışdır: “Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, etibarnamə verən və etibarnamə verilən şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi, şəxsiyyət vəsiqəsi üzrə digər məlumatlar (seriyası, nömrəsi, hansı orqan tərəfindən və nə vaxt verilməsi, eləcə də şəxsin doğum tarixi, fərdi identifıkasiya nömrəsi), Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka sərəncam verilməsinə (özgəninkiləşdirilməsi, ipoteka və renta ilə yüklü edilməsi) dair etibarnamələrdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilmiş məlumatlar (qeydiyyat tarixi, reyestr nömrəsi və s.) göstərilməlidir...” Sözügedən “Təlimatın” mətnindən görünür ki, yeni redaksiyada əqd bağlanacaq subyektin etibarnamədə göstərilməsi barədə heç bir tələb yoxdur. aidiyyəti dövlət orqanlarının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il tarixli qərarının vaxtında icra edilməməsi səbəbindən 21 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ədalətsiz olardı. iddiaçının adına ünvan 3 ünvanında yerləşən bu yaşayış binasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən başqa digər daşınmaz əmlaklar da vardır. Belə ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı həmin əmlaklara “çıxarışın verilməsi” barədə iddiası təmin edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmədə iddiaçının nümayəndəsi Cavabdeh1 olmuşdur. Bundan başqa, iş materiallarmga olan iddiaçının oğluna verdiyi xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, etibarnamə 50 il müddətinə verilib, xx.xx.2065-ci ilədək qüvvədədir və bu etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. İş materiallarında mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5241/2021 saylı qərarı vardır. Həmin qərardan məlum olur ki, obyektin yerləşdiyi bina "xxxx" MTK tərəfindən tikilmiş, MTK-nın təsisçisi və faktiki sahibi Cavabdeh1dir, MTK-nın bütün işlərini sonuncu özü aparır. Bundan belə nəticə çıxarmaq olar ki, Cavabdeh1 faktiki olaraq ona məxsus olan qeyriyaşayış sahəsini Cavabdeh2 satmışdır. Həmin qeyri-yaşayış sahəsinin və digər mənzillərin sonradan İddiaçı adına rəsmiləşdirilməsi yalnız formal xarakter daşıyır. Etibarnamənin çox böyük müddətə verilməsi, Cavabdeh1 bu etibarnamə üzrə səlahiyyəti başqa şəxsə verə bilməsi hüququnun olması, İddiaçı yaşlı (1948-ci il təvəllüdlü) olması, bu səbəbdən Cavabdeh1 anasının bütün işlərini aparması Cavabdeh1 ilə anası İddiaçı arasında kifayət qədər etibarlı, güvənli münasibətlərin olmasına dəlalət edir. Etibarnamənin bu xüsusiyyətləri və Cavabdeh1 məhkəmədə anasının işlərini aparması təsdiq edir ki, iddiaçının bütün hüquqi işlərini, eyni zamanda iddiaçının adından qeyd edilən əmlaklarla bağlı hər-hansı əqdlərin bağlanmasını faktiki olaraq oğlu icra etmişdir. Belə olan halda İddiaçı oğluna xx.xx.2015-ci ci il tarixli ümumi etibarnamə verməsi və etibarnamədə əqd bağlanacaq subyektin adının göstərilməməsi başa düşüləndir: hər bir halda hər mənzil və digər əmlakla bağlı başqa-başqa etibarnamələrin verilməsi absurd olardı. Bu hal bir daha təsdiq edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şahverdiyevanm şikayəti üzrə 23 iyul 2013-cü il tarixli qərarında təsvir olunan işin halları ilə bu mülki işin halları tam fərqlidir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəkil sorğusuna xx.xx.2024-cü il tarixli 5-18-7/2-264-2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı, xx.xx.1940-cı il təvəllüdlü X33 və xx.xx.1971 ~ci il təvəllüdlü Əliyev X28 qəsəbəsi, Sovxoz-2, S.Cəfərov küçəsi, ev 32 ünvanda qeydiyyatdadırlar və yaşayırlar. Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-5923/24 saylı vəkil sorğusuna cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən hazırkı vaxtadək, onun oğlu Cavabdeh1 xx.xx.2003-cü il tarixdən hazırkı vaxtadək yuxarıda göstərilən ünvanda qeydiyyatdadırlar. Beləliklə, İddiaçı və Cavabdeh1 eyni ünvanda qeydiyyatdadırlar və 2003-cü ildən bir evdə yaşayırlar. Bu səbəbdən oğlu tərəfindən 2016~cı ildə bağlanmış dəyəri ******* manat olan alqı-satqı müqaviləsindən xəbəri olmaması mümkün deyildir və reallığı əks etdirmir. Yuxarıda göstərilən e-2(005)- 282/2024 saylı iş üzrə Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh X23 qarşı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ona ödənilməmiş ******* manat məbləğində pul tələbinə dair iddiası təmin edilməmişdir. Bu qətnamə qanuni qüvvəsini almadığına görə (məhkəmə qərarından apellyasiya şikayəti verilmişdir) iş üzrə müəyyən olunmuş halların hazırkı iş üçün heç bir sübut əhəmiyyəti yoxdur. Eyni zamanda iddianın özü mahiyyət etibarı ilə X39 Nağıyevdən alqı-satqı müqaviləsi üzrə pul vəsaitini almasını təsdiq edir. Mübahisəli qeyri-yaşayış sahəsinə dair alğı-satqı müqaviləsi Cavabdeh2 məhz dövlət tərəfindən verilmiş xx.xx.2016-cı cı il tarixli dövlət reyestrindən çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Sonradan Cavabdeh3 həmin daşınmaz əmlakı Dövlət Reyestri Xidmətində mülkiyyət hüququnda qeydiyyatdan keçirmiş və ona Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış təqdim olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəld qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’1 Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamam lığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, notarial kontorda Cavabdeh2 tərəfindən xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış təqdim olunmuş, notarius tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Bu səbəbdən Cavabdeh3 iş üzrə vicdanlı alıcı qismində tanınması əsaslı və zəruridir. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və AR ƏMDX yanında DƏDK və Reyestri PHŞ 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia tələblərinin heç bir əsası olmadığından iddia təmin edilməməlidir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və AR ƏMDX yanında DƏDK və Reyestri PFİŞ 1 saylı Bakı ərazi idarəsinə qarşı Cavabdeh2 ilə bağlanmış 21 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 24 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bağlanmış müqavilələrin əsasında verilmiş çıxarışların ləğv edilməsi, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 1119,8 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, Cavabdeh3 əvvəllər yəni alqı-satqı müqaviləsindən əvvəlki dövürdə hazırki mülki iş üzrə tərəflərdən yalnız Vaqifi tanımışdır. Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X19 vəkili Vəkil4 izahatında bildirdi ki, onlar Cavabdeh2 Rauf oğlunun sözügedən qeyri-yaşayış sahəsini mülkiyyətinə hansı əsaslar ilə keçirmələrindən məlumatları yoxdur. Lakin Cavabdeh2 sözügedən əmlakı başqalarına girov qoymaqla pul götürmək ilə məşğul olmuşdur. Belə ki, Cavabdeh2 ilk olaraq Yaşar adlı şəxsə borclu olmuşdur, buna görə ilk öncə əmlakı Yaşarın həyat yoldaşının adına keçirmişdir. Sonradan Faiq ilə Vaqif bilmiş və ondan tələb etmişdilər ki, biz sənə pul vermişik ancaq sən əmlakı başqa adamın adına keçirməsi ilə bağlı mübahisə yarandığından, Yaşarın arvadı əmlakı Azərin öz adına qaytarmışdır. Lakin şərt o olmuşdur ki, 500000 pulunu qaytarsın. Belə olandan Faiq öz cibindən 300000 manat pulu ödəmişdir. Lakin 200000 manat borcu qalmışdır. Həqiqətən Faiq pulu ödəmişdir Azərə, lakin alqı-satqı zamanı deyil, alqı-satqıdan əvvəl pul məbləği ödənmişdir, yəni Faiq borc pul vermişdir Azərə, Azərdə borcun qarşılığında əmlakı etibarnamə əsasında Faiqin adına keçmişdir. Notariusda olan qəbzlərdən onların məlumatı yoxdur. 3 dəfəyə ödənilən pulu alqı-satqı zamanı Vaqif götürməmişdir. Buna görədə pulun bankdan çıxmasına dair qəbzdə yoxdur, olada bilməz. Çünki pul əvvəldən verilmişdir. Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirkaını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və AR ƏMDX yanında DƏDK və Reyestri PFİŞ 1 saylı Bakı ərazi idarəsinə qarşı məhkəməyə müraciət edərək Cavabdeh2 ilə bağlanmış 21 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, onun adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və eləcə də, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 24 yanvar 2018- ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 1119,8 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülkiyyətçi İddiaçı oğlu Cavabdeh1 verdiyi xx.xx.2015-ci il tarixli etibarnamə ilə sözügedən qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 ilə 21 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı, iddia ərizəsində qeyd olunduğu kimi, oğlu tərəfindən həmin obyektin satılmasından 2023-cü ilin oktyabr ayında xəbər tutması aşağıdakı səbəblərə görə inandırıcı deyildir: Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəkil sorğusuna xx.xx.2024-cü il tarixli 5-18-7/2-264-2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı, xx.xx.1940-cı il təvəllüdlü X33 və xx.xx.1971-ci il təvəllüdlü Əliyev X28 qəsəbəsi, Sovxoz-2, S.Cəfərov küçəsi, ev 32 ünvanda qeydiyyatdadırlar və yaşayırlar. Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cti il tarixli 18/2-5923/24 saylı vəkil sorğusuna cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən hazırkı vaxtadək, onun oğlu Cavabdeh1 xx.xx.2003-cü il tarixdən hazırkı vaxtadək yuxarıda göstərilən ünvanda qeydiyyatdadırlar. Beləliklə, İddiaçı və Cavabdeh1 eyni ünvanda qeydiyyatdadırlar və 2003-cü il tarixdən bir evdə yaşayırlar. Bu səbəbdən oğlu tərəfindən 2016-cı ildə bağlanmış dəyəri 500 000 manat olan alqı-satqı müqaviləsindən xəbəri olmaması mümkün deyildir və reallığı da əks etdirmir. İddia ərizəsindən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı məlumatı binanın mühafizəçisindən 2023-cii ildə almışdır. Lakin yaşayış binası 2016-cı ildə də mühafizə olunurdu və həmin ildə obyekti alan Cavabdeh2 də mülkiyyətçisi olduğu obyektə gəlib-gedirdi və sahibi olduğu əmlakla bağlı müəyyən hərəkətlər edirdi. Təbiidir ki, mühafizəçilərin həmin vaxt bu xəbəri İddiaçı deməməsi mümkün deyildir. İddiaçının adına Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə ünvanında yerləşən bu yaşayış binasında sözügedən qeyri-yaşayış sahəsindən başqa digər mənzillər və daşınmaz əmlak da vardır. Belə ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı həmin əmlaklara “çıxarışın verilməsi” barədə iddiası təmin edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmədə iddiaçının nümayəndəsi Cavabdeh1 olmuşdur. Həmin yaşayış binasında iddiaçıya məxsus böyük sayda daşınmaz əmlakın olması bu binadakı obyektlərin İddiaçı nəzarətində və diqqətində olması anlamına gəlir. Yuxarıda sadalananlardan belə nəticə çıxarmaq olar ki, İddiaçı 2016-cı ildə onun mülkiyyətində olan qeyri-yaşayı sahəsinin satılmasını bilirdi və hüququ pozulduğu vaxtdan iddia müddətinin axımı başlamış və 2022-ci ildə iddia müddəti bitmişdir. Bu səbəbdən iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edilmiş kimi qiymətləndirilməlidir və iş üzrə iddia müddətinin tətbiq olunması, iddiadan imtina barədə məhkəmə qərarının qəbul edilməsi zəruridir. 2(008)-1408/2024 saylı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina barədə məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə verilmiş iddia ərizəsində tələb kimi həmin müqavilələrin ləğvi qoyulmuşdur, ərizənin təsviri-əsaslandırıcı hissəsində isə 21 oktyabr 2016-cı il tarixli alqısatqı müqaviləsinin etibarsız olması, 24 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması əsaslandırılır. Mülkiyyətçi İddiaçı oğlu Cavabdeh1 verdiyi xx.xx.2015-ci il tarixli etibarnamə ilə sözügedən qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 ilə 21 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı, iddia ərizəsində qeyd olunduğu kimi, oğlu tərəfindən həmin obyektin satılmasından 2023-cü ilin oktyabr ayında xəbər tutması aşağıdakı səbəblərə görə inandırıcı deyildir: Mülki iş üzrə elektron məhkəmə sistemində aşağıdakı sənədlər öz əksini tapmışdır: Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəkil sorğusuna xx.xx.2024-cü il tarixli 5-18-7/2-264-2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı, xx.xx.1940-cı il təvəllüdlü X33 və xx.xx.1971-ci il təvəllüdlü Əliyev X28 qəsəbəsi, Sovxoz- 2, S.Cəfərov küçəsi, ev 32 ünvanda qeydiyyatdadırlar və yaşayırlar. Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2024-cü il tarixli 18/2-5923/24 saylı vəkil sorğusuna cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən hazırkı vaxtadək, onun oğlu Cavabdeh1 xx.xx.2003-cü il tarixdən hazırkı vaxtadək yuxarıda göstərilən ünvanda qeydiyyatdadırlar. 2003-cü il tarixdən bir evdə yaşayırlar. Bu səbəbdən oğlu tərəfindən 2016-cı ildə bağlanmış dəyəri 500 000 manat olan alqı- satqı müqaviləsindən xəbəri olmaması mümkün deyildir və reallığı da əks etdirmir. İddia ərizəsindən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı məlumatı binanın mühafizəçisindən 2023-cü ildə almışdır. Lakin yaşayış binası 2016-cı ildə də mühafizə olunurdu və həmin ildə obyekti alan Cavabdeh2 də mülkiyyətçisi olduğu obyektə gəlib-gedirdi və sahibi olduğu əmlakla bağlı müəyyən hərəkətlər edirdi. Belə ki, Cavabdeh2 söylədiklərinə görə o, Cavabdeh1 ilə müqaviləni bağladıqdan sonra obyektin açarlarını dəyişmiş, obyektdə öz işləri ilə bağlı dəfələrlə müxtəlif şəxslərlə görüşmüş, qeyri-yaşayış sahəsini Cavabdeh3 satarkən dəfələrlə obyektdə alıcı ilə görüşmüş və s. Təbiidir ki, mühafizəçilərin həmin vaxt bunları İddiaçı deməməsi mümkün deyildir. İddiaçının adına Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə ünvanında yerləşən bu yaşayış binasında sözügedən qeyri-yaşayış sahəsindən başqa digər mənzillər və daşınmaz əmlak da vardır. Belə ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə qarşı həmin əmlaklara "çıxarışın verilməsi" barədə iddiası təmin edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmədə iddiaçının nümayəndəsi Cavabdeh1 olmuşdur. Həmin yaşayış binasında iddiaçıya məxsus böyük sayda daşınmaz əmlakın olması buradakı obyektlərin İddiaçı nəzarətində və diqqətində olması anlamına gəlir. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı başqa bir mülki iş də məhkəmələrin icraatında olmuşdur: həmin iş üzrə yekun olaraq qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5241/2021 saylı qərarından məlum olur ki, obyektin yerləşdiyi bina "xxxx" MTK tərəfindən tikilmiş, MTK-nın təsisçisi və faktiki sahibi Cavabdeh1dir, MTK-nın bütün işlərini sonuncu özü aparır. Bu səbəbdən belə nəticə çıxarmaq olar ki, Cavabdeh1 faktiki olaraq ona məxsus olan qeyri-yaşayış sahəsini Cavabdeh2 satmışdır. Həmin qeyri-yaşayış sahəsinin və digər mənzillərin sonrakı rəsmiləşdirilməsi rahat və etibarlı olması məqsədi ilə formal olaraq bu əmlakları anası İddiaçımın adına keçirmişdir. Bundan başqa, iş materiallarınga olan iddiaçının oğluna verdiyi xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, etibarnamə 50 il müddətinə verilib, xx.xx.2065- ci ilədək qüvvədədir və bu etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamənin bu xüsusiyyətləri və Cavabdeh1 məhkəmədə anasının işlərini aparması təsdiq edir ki, iddiaçının bütün hüquqi işlərini, eyni zamanda iddiaçının adından qeyd edilən əmlaklarla bağlı hər-hansı əqdlərin bağlanmasını faktiki olaraq oğlu icra etmişdir. Etibarnamənin çox böyük müddətə verilməsi, Cavabdeh1 bu etibarnamə üzrə səlahiyyəti başqa şəxsə verilə bilməsi hüququnun olması, onun anasının bütün işlərini aparması Cavabdeh1 ilə anası İddiaçı arasında kifayət qədər etibarlı, güvənli münasibətlərin olmasına dəlalət edir. Yuxarıda sadalananlardan belə nəticə çıxarmaq olar ki, İddiaçı 2016-cı ildə onun mülkiyyətində olan qeyri-yaşayı sahəsinin satılmasını bilirdi və hüququ pozulduğu vaxtdan iddia müddətinin axımı başlamış və 2022-ci ildə iddia müddəti bitmişdir. Əgər iddiaçı tələb kimi bu müqavilənin etibarsızlığını qoymuşdursa, iddia müddəti 1 ildən sonra-2017-ci ildə bitmişdir. Bu səbəbdən iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edilmiş kimi qiymətləndirilməlidir və iş üzrə iddia müddətinin tətbiq olunması, iddiadan imtina barədə məhkəmə qərarının qəbul edilməsi zəruridir. 2(008)-1408/2024 saylı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina barədə məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 1119.8 kv. metr olan qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixdən İddiaçı mülkiyyətindədir. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsini “Alıcı” Cavabdeh2 dəyəri 500.000 (beş yüz min) manat satmışdır. İddiaçı oğlu Cavabdeh1 təmsil etmişdir. AR-İ seriyalı, 372566 nömrəli, xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı, Cavabdeh1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, bütün hallarda öz mülahizəısinə görə məbləği, müddəti, digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən almaq, satmaq və sair hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilib və xx.xx.2065-ci il tarixədək etibarlıdır. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin 18-ci bəndindən görünür ki, tərəflər müqavilənin ləğv edilməsi qaydası yəni qeyriyaşayış sahəsini geri qaytarılması, yalnız satıcı İddiaçı 3 il müddəti ərzində, xx.xx.2019-cu il tarixədək qeyri-yaşayış sahəsinə dair ödənilən 500.000 çamatı və əlavə ******* manat ümumilikdə ******* manat ödədikdə ləğv olunaraq geri qayatarmalı olmaları ilə bağlı üzərlərinə öhdəlik gtürmüşlər. xx.xx.2016-cı il tarixli mədaxil qəbzindən görünür ki, 50.000 manat məbləğində pul vəsaiti notariusun hesabına daxil olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 ünvan 6 ünvanında yerləşən 1119.8 kv. metr olan qeyri-yaşayış sahəsinin xx.xx.2016-cı il tarixdən mülkiyyətçisidir. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsini ******* manata “Alıcı” Cavabdeh3 satmışdır. Müqavilə bağlanan zaman Cavabdeh2 nümayəndəsi X32 təmsil etmişdir. xx.xx.2018-ci il tarixli mədaxil qəbzin surətindən görünür ki, Cavabdeh3 200.000 manat məbləğində pul vəsaitini notarisun depozit hesabına ödəmişdir. xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh3 500.000 manat məbləğində pul vəsaitini notarisun depozit hesabına ödəmişdir. xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh3 800.000 manat məbləğində pul vəsaitini notarisun depozit hesabına ödəmişdir. AN-İ seriyalı, ******* nömrəli,xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ilə X9 ünvan 6 ünvanında yerləşən 1119.8 kv. metr olan qeyri-yaşayış sahəsi (1.500.000 manata) satmışdır. Cavabdeh2 X11 etibarnamə əsasında təmsil etmişdir xx.xx.2018-ci il tarixli Alqı-satqıı Müqaviləsinin ləğvi barədə sazişdən görünür ki, xx.xx.2017ci il tarixdə qeydə alınmış X6 ilə X10 arasında bağlanmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 1119.8 kv. metr olan qeyri-yaşayış sahəsinin satılmasına dair müqavilə tərələrin razılığı əsasənda ləğv edilmişdir. xx.xx.2018-ci il tarixli 41 saylı Notariat Kontorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı məktubundan görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 6 ünvanında yerləşən 1119.8 kv. metr olan qeyri-yaşayış sahəsinə görə 4Ə-17 reyestr nömrəsi ilə qeydə alınmış nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh3 ödəyəcəyi olduğu 1.500.000 (bir milyon beş yüz min) manat pul məbləğindən 200.000 (iki yüz min) manat məbləğində pulu xx.xx.2018-ci il tarixdə ödəmişdir və qalan 1.300.000 (bir milton üç yüz min) manat pul məbləğini isə xx.xx.2018-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Kapital Bank ASC-nin Dəmiryol Şöbəsinin xx.xx.2018-ci il tarixli qəbzinə əsasən, Cavabdeh3 borclu qaldığı həmin məbləği bütünlüklə ödəmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X24 izahat verərək bildirmişdir ki, o İddiaçı tanımadığını, lakin Cavabdeh1 və X4 isə tanıdığın bildirmişdir. Bildirmişdir ki, o Cavabdeh1 ilə birlikdə Azərin Xaçmaz rayonunda salmaq isdədiyi bağa baxmağa getmişdirlar. Onların razılığına əsasən Azərə bağ salınması üçün lazım olan pul vəsitinin bir hissəsini ona məxsus evi Azərin adına keçirərək pul götürməli idilər, daha sonra isə bağ salındığıdan sonra isə oda Azər və Raufa şərik olması nəzərdə tutulmuşdur. Lakin Azər üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyindən, o Azərə formal olaraq satdığı əmlakını çox böyük çətinlik ilə geri qaytarmışdır. Onun Azəri ilə razılaşmasına görə Azər ona 800000 manat məbləğində iş görməliidi. Lakin Rauf ilə Azər haqqında razılaşmanın necə olmasından onun məlumatı yoxdur. Cavabdeh X34 tərəfindən təqdim edilmiş flashkartda olan Cavabdeh2 və X19 Cavabdeh1 göndərmiş olduğu səs yazılarından iş üçün əhəmiyyətli olan hər hansı bir hal aşkar edilmədi. Yasamal Rayon Polisİdarəsinin 28-ci PŞ-nin təhqiqiatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasını rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Vəkil1 xx.xx.2023-cü il tarixdə Cavabdeh1aya məxsus Bakı şəhəri Yasamal rayonu, Şərifazdə küçəsi 571-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə bir qrup şəxsin daxil olmasına dair məlumat vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(008)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdeh X23 qarşı Cavabdeh3 və İddiaçı olmaqla pul tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(008)-282/2024 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh2 vermiş olduğu iddia ərizəsinin məzmundundan görünür ki, ünvan 8 ünvanında yerləşən 1119,8kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Cavabdeh2 adına RX seriyalı ******* №-li xx.xx.2016-cı il tarixli reyestrdən çıxarış verilmişdir. Cavabdeh2 Xaçmaz rayonunda müxtəlif sahələrdə biznes layihələri üzrə fəaliyyət göstərmişdir. Bu məqsədlə bəzən Cavabdeh2 pul lazım olurdu. Cavabdeh X25 çoxdan tanıyırdı və bir dəfə onun da iştirak etdiyi işgüzar görüşlərin birində gələcək iş planları üçün nağd pul vəsaitinə ehtiyacının olacağını bildirmişdi. Cavabdeh sonrakı görüşlərin birində onun banklarda yaxşı tanışlarının olduğunu, onların vasitəsilə böyük məbləğdə kredit götürə biləcəyini, amma təminat üçün daşınmaz əmlakı olmadığını bildirdi. Cavabdeh2 təminat üçün daşınmaz əmlakı olduğunu bildirmişdir. O, əmlakın harada olduğunu soruşdu və Cavabdeh2 mülkiyyətində yuxarıda qeyd etdiyi qeyri-yaşayış sahəsinin olduğunu ona bildirdi. Cavabdeh2 bildirdi ki, həmin sahəni ya satmaq, ya da banka girov qoyub pul götürmək üçün ona etibarnamə verilsə, o, həmin əmlak hesabına nağd pul tapa bilər. Cavabdehlə bu söhbətlərdən təxminən 2-3 ay sonra, 2017-ci ilin may ayında Cavabdeh2 Bakı şəhəri 51 saylı notariat kontorunda cavabdehə həmin əmlaka dair etibarnamə verdi. Cavabdeh etibarnaməni alıb ona bildirdi ki, həmin əmlakı girov qoyub bankdan pul götürə biləcək. Bunun üçün ona vaxt lazım olduğunu, münasib şərtlərlə kredit verən bank tapmaq üçün əlaqələrini işə salacağını bildirdi. Cavabdeh2 də ona tam etibar edib öz işləri ilə məşğul oldu. Cavabdeh2 işləri ilə əlaqədar olaraq daha çox Xaçmaz rayonunda olurdu və Bakıya gec-gec gəlirdi. Odur ki, Bakı şəhərindəki həmin qeyri-yaşayış sahəsini tam olaraq cavabdehə etibar edib ondan cavab gözləyirdi. Cavabdeh də Cavabdeh2 qəti əmin etmişdi ki, müsbət xəbərlər olduqda ona məlumat verəcək. Bununla belə, Cavabdeh2 Bakıya gəldiyi vaxtlar özü də cavabdehə xəbər vermədən həmin qeyriyaşayış sahəsinə baş çəkir, vəziyyətlə yerində tanış olurdu. Hər dəfə də görürdü ki, qeyri-yaşayış sahəsi əvvəlki vəziyyətindədir və heç bir dəyişiklik edilməyib, giriş qapılarının qıfılları dəyişilməyib, təmir, yenidənqurma işləri aparılmayıb, üçüncü şəxslərin hər hansı təsirinə məruz qalmayıb. Bununla da müəyyən edirdi ki, ona məxsus sahə satılmayıb. Düşünürdü ki, əgər cavabdeh sahəni başqa şəxslərə satıbsa, o halda yeni mülkiyyətçi sahədə təmir, yenidənqurma işləri aparmış olar, ən azı giriş qapısının qıfıl və açarlarını dəyişmiş olar. Odur ki, cavabdehin sözlərinə və vədlərinə inanırdı. Lakin bu ilin yazında, təxminən may ayında Cavabdeh2 bir nəfər tanışı bildirdi ki, cavabdeh X32 verdiyi etibarnamə əsasında həmin qeyri-yaşayış sahəsini başqa şəxsə satıb. Cavabdeh2 bu deyilənlərə əvvəlcə inanmadı. Amma hər ehtimala qarşı təcili olaraq Bakı şəhərinə gəldi və qeyri- yaşayış sahəsinə baş çəkdi. Orada bir dəyişiklik olmadığını, hər şeyin əvvəlki vəziyyətdə olduğunu gördü. Bununla belə, cavabdehə demədən özü şəxsi əlaqələri hesabına həmin sahənin satılıb-satılmadığını öyrənməyə çalışdı. Məlum oldu ki, həqiqətən cavabdeh X3 Azər Həsənpaşa oğluna məxsus ünvan 1 ünvanında yerləşən 1119,8 kv.m qeyriyaşayış sahəsini 24 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 ******* manata satmışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri, 41 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Cavabdeh2 bütün baş verənləri bildikdən sonra notariat kontoruna müraciət edərək alqı-satqıya dair sənədlərin surətlərini götürdü. Sənədlərdən görünür ki, həm cavabdeh X32, həm də üçüncü şəxs Cavabdeh3 23 yanvar 2018-ci il tarixli ərizə ilə Bakı şəhəri 41 saylı notariat kontoruna müraciət edərək alqı-satqı məbləğinin 200000 manat hissəsinin dərhal ödəniləcəyini, qalan ******* manat hissəsinin isə 30 yanvar 2018-ci ilədək ödəniləcəyini bildirmişlər. Notariat işində olan xx.xx.2018-ci il tarixli ödəniş sənədinə əsasən müəyyən olunur ki, həmin tarixdə 200000 manat pul, xx.xx.2018-ci il tarixli ödəniş sənədinə əsasən 500000 manat pul, xx.xx.2018-ci il tarixli ödəniş sənədinə əsasən 800000 manat pul üçüncü şəxs Cavabdeh3 tərəfindən ödənilmişdir. Qeyd olunan ******* manat pulun X23 verilməsi üçün notarius tərəfindən "xxxx" ASC-nin Dəmiryol şöbəsinə X/O-26 saylı 23 yanvar 2018-ci il tarixli məktub da verilmişdir. Göründüyü kimi, Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmış və satışdan əldə olunan ******* manat vəsaiti qəbul etmişdir. Lakin bu müddət ərzində cavabdeh bu barədə Cavabdeh2 nə yazılı, nə də şifahi formada heç bir məlumat verməmiş, satışdan əldə olunan vəsaiti Cavabdeh2 qaytarmamışdır. Cavabdeh2 bu barədə yalnız 2023-cü ilin may-iyun aylarında xəbər tutmuş və bundan sonra notariat kontorundan müvafiq sənədləri əldə etmişdir. Odur ki, hesab edir ki, cavabdeh X32 həmin qeyri-yaşayış sahəsinin satılmasından əldə olunan vəsaiti Cavabdeh2 verməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(008)-282/2024 nömrəli mülki iş üzrə cavabdeh X19 iddia ərizəsinə vermiş olduğu etirazın məzmundundan görünür ki, Vaqif Quliyev iddiaçını uzun illərdir tanıyır və aralarında pul-borc münasibətləri olmuş, X37 külli miqdarda borca pul götürmüşdür. Aralarında olan yaxın əlaqələrə və inam etibara dayanıqlı olaraq əmlaklarının bəzilərini də onun adında saxlamışdır. ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzil Vaqif Quliyev tərəfindən hər kvadratı 1100 ABŞ dollarına 2017-ci ilin fevral ayında "R S C” MTK- dan müqavilə ilə alınmış eyni zamanda həmin tikinti şirkətindən ümumi sahəsi 116 kv.m olan iki otaqlı və ümumi sahəsi 230 kv.m olan 5 otaqlı mənzilləri müqavilə ilə almışdır. Beş otaqlı mənzili oğlu X15 adına, iki otaqlı mənzili yaxın dostu Hikmətin qızı X7 adına və üç otaqlı mənzili isə yaxın dostu, iş üzrə iddiaçı Cavabdeh2 adına rəsmiləşdirməklə almışdır. Mənzillər eyni mərtəbədə yerləşməklə X1 və proyekti tərəfindən dəyişdirilərək təmir olunurdu. Mənzillər 2017-ci ilin may ayından rəsmən dövlət qeydiyyatından keçirilməklə qeyd olunan şəxslərin adına çıxarış verilmişdir. Bundan əlavə "DərəÇiçək” MTK tərəfindən Bakı şəhəri A.M.Şərifzadə küç.571-ci məhəllə,qapı-1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m qeyri-yaşayış sahəsini də hər kvadratına 1000 manat ödəməklə Azərin adına sənədləşdirmişdir. Mübahisəli obyektlə bağlı illər öncə Azər hansısa digər şəxslərə olan borcları müqabilində ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzil və ünvan 13 ünvanında inşa edilən, ümumi sahəsi 1119,8 kv.m-dan ibarət qeyri yaşayış sahəsini ünvan 14 ünvanında qeydiyyatda olan X5 adına verilmiş xx.xx.2017-ci il tarixli 7E-26704 reyestr qeydli Etibarnamə əsasında "girov qoymuşdur”. xx.xx.2017-ci il tarixdə Bakı şəhər 41 saylı Notariat Kontorunda 4Ə-394 və 4Ə-395 reyestr qeydli alqı-satqı müqavilələri ilə özgəninkiləşdirmişdir. Həmin sənədləşmə ilə əmlaklar Yaşarın yoldaşı X12 adlı şəxsin adına keçirmişdilər. X31 rayon Məhkəməsinə müraciət edərək "ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzilin özgəninkiləşdirilməsinə dair Bakı şəhər 41 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli , 4Ə-395 reyestr qeydli AN-İ 065363 saylı və ünvan 15 ünvanında inşa edilən, ümumi sahəsi 1119,8 kv.m-dan ibarət qeyri yaşayış sahəsini özgəninkiləşdirilməsinə dair 74Ə-394 reyestr qeydli AN-İ ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab olinması, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia qaldırmışdır. Sonradan Nərimanov rayon Məhkəməsinə edilən iddia nəticəsində qarşı tərəf məcbur qalıb əmlakları geri qaytarmış və razılaşma əldə olunmuşdur. Qeyri yaşayış sahəsi isə Cavabdeh2 adında qalmaqla Vaqif Quliyevə etibarnamə verilmişdir. Razılaşmaya əsasən iş üzrə adı keçən Cavabdeh3 borc götürülərək Azərin Yaşara olan borcu bağlanmışdır. Bu pul vəsaitinin qarşılığı olaraq Faiqin təkidinə əsasən A.M.Şərifzadə küç.571-ci məhəllə,qapı-1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m qeyriyaşayış sahəsi müvəqqəti olaraq onun adına sənədləşdirilmişdir. Rəsmiləşmədən Azərin xəbəri olmuş və hətta həyat yoldaşının razılıq ərizəsini də alıb gətirmişdir. Müqaviləyə də Quliyev Vaqif imza etmişdir. Həmin alqı-satqı formal olmuş və görünüş məqsədilə notariatda banka pul qoyulub götürülmüşdür. Birinci müqavilənin sənədləri və vergi ödənişləri əsasında ikinci rəsmiləşmə aparılmışdır. Qeyd olunanlar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə aşkar görünür. İddiaçı bilmədən özü bütün sənədləri aşkar təqdim etmişdir. Hazırda Cavabdeh2 illər sonra haqq etmədiyi pul vəsaitini istəməklə Vaqif Quliyevə ziyan vurmaq, ona olan borclarını qaytarmamaq üçün yalançı iddia vermişdir. Belə ki AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə edilən şikayətdən sonra münasibətlərində soyuqluq yaranmışdır. Orada aparılan araşdırma zamanı Azər özü Vaqif Quliyevə borclu olduğunu izahatında etiraf etmişdir. Hazırda qüvvədə olan AR Mülki Məcəlləsinin 372,373, 375-ci maddələrinin məzmununa əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mövcud mübahisəli işdə iddiaçı şəxs qeyd olunan əsaslar üzrə iddia müddətini də əldən vermişdir. Müqavilə 2018-ci ildə bağlanmışdır. Lakin iddiaçı 2023-cü ildə iddia qaldırıb pul tələb edir. Ona görə də, hazırkı iş üzrə iddia müddətinin tətbiq olunması və iddiadan imtina olunması məhkəmənin vəzifəsi olaraq ortadadır. Hazırda iddiaçı məhkəməyə müraciət edə bilmək hüququndan sui istifadə edərək əsassız tələb irəli sürmüşdür. İddia bu məzmunda tamamilə əsassızdır və təmin oluna bilməz. Ona görə də, hazırkı iddia sübut edilən əsaslara malik deyildir və rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddia tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsi”nə dair xx.xx.2022-ci il tarixli Plenumunun Qərarından görünür ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Məhkəmə ilk öncə iddia tələbinin ilkin hissəsinə yəni-X20 ilə Cavabdeh2 arasında xx.xx.2016-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, sözügedən alqı-satqı müqaviləsini iddiaçının adından oğlu hazırki iş üzrə Cavabdeh1 bağlamışdır. Məhkəmə iclası zamanı Cavabdeh1 anasına məxsus əmlakı digər Cavabdeh2 satılması zamanı onun məqsədi əmlakı özgənləşdirmək olmadığını, birgə biznes fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədi olduğunu, məhz müqavilənin 18-ci bəndinində bu məqsədə xidmət etdiyi bildirmiş, digər Cavabdeh2 isə sözü gedən halı qəbul etməyərək, tərəflərin həqiqi niyyətinin əmlakın özgəninkiləşdirilməsi olduğunu bildirsədə, alqı-satqı müqaviləsinin 18-ci bəndinin hansı məqsəd ilə müqaviləyə əlavə edilməsinə ağılabatan izah verə bilməmiş, ehtimallara söykənərək “ola bilsin cavabdehin başqasına borcu olması səbəbindən əmlakı satmış olduğunu daha sonra isə pul əldə edə bildiyi halda əmlakı geri qaytarmaqda niyyəti olduğunu” bildirmişdir. Lakin belə olduğu halda hansı səbəbdən əmlakın satıcısının alıcıya əmlakın satış dəyərindən artıq 1.125.000 manat əlavə pul ödəməli olduğuna aydınlıq gətirə bilməmişdir. Bundan başqa məhkəmə iclasında da şahid qismində dinlənilmiş X24 da cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 birgə Xaçmaz rayonunda bağ salmaq niyyəti olduğunu, bunun üçün Cavabdeh1 onu Cavabdeh2 ilə tanış etdiyini, bağ sahəsinin salınması üçün zəruri olan pul vəsiti əldə etmək üçün onun özünə məxsus evini banka qoyaraq pul əldə etmək üçün Azər Abdullyevə ilə formal alqı-satqı müqaviləsi bağladığını, qarşılağında isə onun da bağ sahəsinə şərik olacağı ilə razılıq əldə etdiklərini, lakin bağ sahəsinin salına bilməməsi səbəbindən onlar arasında olan razılığın pozulduğunu bildirmiş, cavabdah Cavabdeh2 isə şahidin dediklərini təkzib edəcək hər hansı bir arqumenti məhkəmənin diqqətinə çatdırmamışdır. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, sözügedən alqı-satqı müqaviləsinin 18-ci bəndində tərəflərin satıcının 3 il ərzində müqavilənin ləğv etməsini nəzərdə tutan şərtləri müəyyən edilmiş, lakin müqavilə şərtində satıcının alıcıya müqavilə ləğv edildiyi təqdirdə müqavilə məbləğindən 2 dəfədən çox əlavə pul ödənməsi qeyd edilmişdir ki, buda tərəflər arasında başqa öhdəlik müansibətləri olmasına dələlət verir. Beləliklə məhkəmə qeyd edir ki, yuxarda qeyd edilmiş hallar alqı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin həqiqi niyətlərinin alqı-satqı olmadığına əsas verir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, alqı-satqı müqaviləsinin mühüm şərtlərindən biridə müqavilə bağlanan zaman alıcı əmlakın dəyərini satıcıya ödəməli olduğu halda, məhkəmənin sorğusu əsasənda əldə edilmiş alqı-satqı müqaviləisindən və ona əlavə edilmiş sənədlərdə alqı-satqı müqaviləsi üzrə əmlakın dəyəri olan 500.000 manat məbləğində pul vəsaiti notarisun depozit hesanına köçürülməsinə dair mədaxil qəbzi olsada, sözügedən pul vəsiatinin satıcıya verilməsini təsdiq edəcək məxarici qəbzi mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa məhkəmə onuda qeyd edir ki, Cavabdeh1 hər nə qədər iddiaçının adından etibarnamə ilə çıxış etsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş hallardan aydın olur ki, Cavabdeh2 məhz Cavabdeh1 tanımış, onunla bir neçə biznes fəaliyyətində olmuşdur. Hazırki alqı-satqı müqaviləsi bağlanan zaman hər nə nəqədərdə sözügedən müqavilə tərəflərin başqa bir fəaliyyətinə xidmət etmək məqsədi daşısa da, sözügedən fəaliyyət iddiaçı ilə cavabdehin fəaliyyəti deyildə məhz iddiaçının oğlu Cavabdeh1 başqa bir sahibkarlıq fəaliyyətinə xidmət etmək məqsədi daşımışdır. Yəni Cavabdeh1 ona verilmiş etibarnamə üzrə hərəkət edən zaman iddiaçının marağına uyğun deyildə məhz öz marağına uyğun hərəkət etmiş olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Bundan sonra məhkəmə iddia tələbinin digər hissəsinə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(008)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində iddiaçı kimi çıxış edən Cavabdeh2 vermiş olduğu iddia ərizəsinin məzmunundanda məlum olur ki, mülkiyyətçi Cavabdeh2 öz əmlaklarının idarə edilməsi üçün cavabdeh X23 etibarnamə verərkən, o öz əmlakını Cavabdeh3 satmaq niyyəti olmamışdır, sadəcə ona pul vəsaiti lazım olduğu üçün əmlakının banka qoyularaq pul əldə edilməsini isdəmişdir. Bundan başqa məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 vəkilinin vermiş olduğu etirafedici izahatından, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(008)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində cavabdeh qismində iştirak edən X19 vermiş olduğu etiraz ərizəsindən də məlum olur ki, sözügedən alqısatqı müqaviləsi bağlanan zaman həm satıcı həmdə alıcının niyəti hazırki əqdi bağlamaq olmamışdır, əksinə Cavabdeh2 Yaşar adlı şəxsə olan borcunun Cavabdeh3 tərəfindən ödənməsinin qarşılığı olmuşdur. Bundan başqa məhkəmə onuda qeyd edir ki, məhkəmənin vermiş olduğu sorğusu əsasında əldə edilmiş Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işindən məlum olur ki, sözügedən alqı-satqı müqaviləsi üzrə müqavilə predmentinin dəyəri olan 200.000, 500.000 və 800.000 manat məbləğində pul vəsiti notariusun hesabına daxil olmasına dair mədaxil qəbzi olsada, daha sonra həmin pul vəsitinin satıcıya ödənməsinə dair məxaric qəbzi mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki müqavilə üzrə tərələrində həqiqi niyyəti əmlakın özgəninkiləşdirmə deyildə Cavabdeh2 Cavabdeh3 olan əvvəlki borcunun əvəzləşdirilməsi olduğundan iddia tələbi bu hissədə də təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsinə “müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi və ünvan 2 ünvanında sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, nəqədər ki, sözügedən alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir iddia tələbi bu hissədə də təmin edilməli alqı-satqı müqavilələrindən əvvəlki vəziyyət bərpa edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 adına verilmiş çıxarışlar ləğv edilməli, ünvan 2 ünvanında sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibət bildirərək ilk öncə onu qeyd edir ki, hazırki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi zəruridir. Cavabdehlər məhkəməyə ərizə verərək hazırki tələb üzrə sonuncu müqavilənin bağlanması tarixindən altı ildən çox vaxt keçdiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etsədə, məhkəmə qeyd edir ki, mülkin işin mübahisə olunmayan halı ondan ibarətdir ki, sözügdən alqı-satqı müqavilələri bağlandığdan sonra müqavilə predmenti olan qeyri-yaşayış sahəsi əvvəlki formada qalmış, cavabdehlər tərəfindən müqavilə bağlandığdan sonra müqavilə predmenti olan qeyri-yaşayış sahəsində 2023-cü ilin oktyabr ayınadək hər hansı təmir-quraşdırılma işləri görülməmiş, ümumiyyətlə həmin sahə qeyri-yaşayış sahəsi olsada hər hansı bir fəaliyyət növü kimi istifadə edilməmişdir. Həmçinin tərəflər arasında mübahisə olunmayan hal odur ki, ilk dəfə həmin qeyri-yaşayış sahəsinə Cavabdeh3 tərəfindən 2023-cü ilin oktyabr ayında daxil olunmuş məhz bundan sonra iddiaçı özünə məxsus olduğu zənn etdiyi obyektinə başqasının daxil olduğunu hesab etmişdir və bundan sonra əmlakının 2016-ci il tarixdə satıldığından məlumatı olmuşdur. Həmçinin o halda qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisə predmenti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisini həyata keçirən "xxxx" MTK-nın təsisçilərindən biri olmuş və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi binada bir neçə mülkiyyəti olmuşdur. İddiaçının sözügedən binada bir neçə mülkiyyəti olduğundan və mübahisəli qeyri-yaşyaşı sahəsi iddiaçınınn oğlu tərəfindən 8 il əvvəl satılsada, həmin qeyri-yaşayış sahəsin 2023-cü ilin oktaybr ayınadək iddiaçının mülkiyyətindəki vəziyyətdə qaldığından, yəni həmin sahədə yeni alıcılar tərəfindən hər hansı bir aktiv hərəkət edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı onun müklkiyyətində olan əmlak ilə bağlı hər hansı bir müqavilənin bağlandığından məlumat olması həmin əmlaka kiminsə daxil olduğu anadək məlumatı olması mümkün olmadığından iddia müddətinin axımının başlandığı tarixi 2023-cü ilin oktyabr ayından hesablanmalıdır. Mülki işə dair məlumatlardan görünür ki, iddiaçı hazırki tələbi ilə ilk dəfə məhkəməyə xx.xx.2023-cü il tarixdə yəni 1 illik müddət axımını ötürmədən müraciət etdiyindən cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi təmin edilməməlidir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin axımı 2023-cü ilin oktyabr ayından başlanmış hesab edildiyindən və iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixindən müraciət edtiyindən, əhmiyyətsiz əqdlər üzrə iddia müddəti qanunvericilik ilə 1 il müəyyən edildiyindən iddiaçı iddia müddətini ötürməmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, sözügedən müqavilələr üzrə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına verilmiş çıxarış ləğv edilsin. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1408/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1408/2024
15.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver