Məhkəmə qərarları › İş №2(008)-1499/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1499/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1499/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, cavabdeh "X5" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "X5" ASC-yə, "xxxx" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "X5" ASC-yə, "xxxx" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, etibarnamə əsasında cavabdehlər "X5" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinin və "xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında" xx.xx.2014-cü il tarixli Sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci ildə Bakı şəhərinin notariusu K.A.Rəhmanovun iştirakı ilə 7E-07/190 nömrəsi ilə reyestrə daxil edilməklə Cavabdeh1 əmlakının idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin etibarnamə əsasında Cavabdeh1 "X5" ASC arasında onun adından müqavilə bağlayaraq kredit götürmüşdür. Bundan başqa həmin etibarnamə əsasında onun adından "X5" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 124 nömrəli evin 34 nömrəli mənzili xx.xx.2012-ci il tarixli 32U/12 nömrəli kredit müqaviləsi üzrə 120000 manat kredit məbləğinin təminatı kimi ipotekaya qoymuşdur. "X5" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli Sazişdə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 34 saylı mənzil həmin Sazişdən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə banka ipoteka qoymuşdur. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etmədiyi üçün onun mənzilin hərracda satışa çıxarılmışdır. Bununla bağlı "xxxx" MMC-dən ona məktub gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "X5" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ipoteka müqaviləsini iddia etdiyi kimi etibarnamə əsasında başqa şəxs deyil, şəxsən özü imzalamışdır. Ona görə iddia əsasız olduğundan rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, bu səbəbdən də işə iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan AR-İ seriyalı 120396 nömrəli "Etibarnamə"dən görünür ki, iddiaçı Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı etibar etmişdir. Etibarnamə xx.xx.2011-ci ildə 20 il müddətinə verilmişdir. - xx.xx.2012-ci il tarixli 32U/12 nömrəli "Əsas kredit müqaviləsi"ndən görünür ki, "X5" ASC iddiaçıya 120000 manat məbləğində 60 ay müddətinə xx.xx.2017-ci ilədək müddət ərzində kredit vermişdir. - xx.xx.2012-ci il tarixli 32U/12 nömrəli "İpoteka müqaviləsi"ndən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 34 saylı mənzili "X5" ASC-yə ipoteka qoyur. - xx.xx.2014-cü il tarixli 32U/12 nömrəli "xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər Saziş"dən görünür ki, iddiaçı ilə "X5" ASC tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli kredit məbləğinin limiti artırılaraq 1 000.000 manat müəyyən edilməsi və əsas kredit müqaviləsinin son bitmə tarixi xx.xx.2019-cu ilədək uzadılması barədə razılığa gəlmişlər. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, xx.xx.2011-ci ildə 20 il müddətinə İddiaçı Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı etibar etmişdir. xx.xx.2012-ci ildə iddiaçı "X5" ASC ilə kredit müqaviləsi bağlamışdır, öhdəliklərinin təminatı olaraq iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 34 saylı mənzil ipotekaya qoyulmuşdur. İddiaçı qeyd edilən müqavilələrinin etibarnamə əsasında cavabdeh tərəfindən bağlandığına istinad edərək etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 307-ci maddəsində göstərilir ki: 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.1-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 346.1-ci maddəsinə görə, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Sadalanan normaların birgə təhlilindən görünür ki, hər hansı əqdin etibrasız hesab edilməsi üçün əsas həmin əqdin bağlanması qaydasına və ya şərtlərinə uyğun olmayaraq bağlanmasıdır. Məhkəmə də bu müddəanı rəhbər tutaraq mübahisə edilən ipoteka müqaviləsini və sazişi təhlil edərək nəticəyə gəlir ki, həmin müqavilə düzgün formada bağlanmış, orada əhəməyyətli bütün şərtlər göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən öz müstəqil iradə ifadəsini bildirərək bağlamışlar. Başqa sözlə mübahisə edilən ipoteka müqaviləsinin və sazişin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də onlar iddiaçı tərəfindən imzaladığından, iddia tələbi təmin edilə bilməz. İddiaçı sözügedən ipoteka müqaviləsinin və sazişin etibarnamə əsasında cavabdeh tərəfindən bağlandığını iddia etsə də, həmin müqavilələrdə iddiaçı X2 adı qeyd olunmuş, həmin müqavilələr onun tərəfindən imzalanmışdır. Eyni zamanda iddia edildiyi kimi müqavilələr cavabdeh tərəfindən bağlansa idi belə, bu müqailələrinin etibarsızlığı üçün əsas ola bilməzdi. Çünki, iş üzrə sübutlarla iddiaçının AR-İ seriyalı 120396 nömrəli xx.xx.2011-ci il tarixli etibarnamənin verildiyi zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi (anlaqsız) vəziyyətdə olması və ya etibarnamənin aldatma yolu ilə verilməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçının nümayəndəsi Vəkil tərəfindən xx.xx.2022-ci ildə ********** nömrəli qəbzlə 100 manat dövlət rüsumu ösənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "X5" ASC-yə, "xxxx" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi"tələbinə dair iddiası rədd edilsin. xx.xx.2022-ci ildə ********** nömrəli qəbzlə 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar