Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1575/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borclu olduğu 2900 manat pulun, 92 manat notariat rüsumunun və 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 vəsatət verərək cavabdehin Xətai rayonunda qeydiyyatda olmaqla yaşadığını nəzərə alaraq mülki işin baxılması üçün ərazi aidiyyətı üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Xətai rayonu ərazisində yaşadığını nəzərə alaraq işin ərazi aidiyyətı üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətınə görə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İşə baxılan zaman məhkəmə tərəfindən cavabdehə məxsus şəxsiyyət vəsiqəsinin məlumatları portaldan çıxardılmış və cavabdehin yaşayış yeri Xətai rayonu, 127 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli, 4 nömrəli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Q ƏRARA ALDİ: İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1575/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1575/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver