Məhkəmə qərarları › İş №2(008)-1708/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1708/2020

12.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1708/2020 12.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi x1, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan övladı ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən özbaşina tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 14.06.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh1 və onun valideyinləri ilə eyni ünvanda ünvan 1 ünvanında yaşamışlar. Birgə nikahlarından 21.03.2014-cü il təvəllüdlü Xəlilzadə Aidəİkram qızı və 19.02.2016-cı il təvəllüdlü x3 adlı 2 uşaqlarıda var. Keçmiş yoldaşı ilə münasibətləri pozulduğundan məcburiyyət qarşısında qalaraq nikahin pozulması barədə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həyat yoldaşi ona qarşı çox haqsız davranıb, onu 2 uşaqla çətin vəziyyətə qoyub. Onu dəfələrlə döyüb evdən qovmağa cəhd etmişdir. Buna görədə cavabdehlə arasında olan münaqişənin həll olunmasına və uşaqlarınin psixiologiyasının düzəlməsi üçün çarəsiz qalıb müvəqqəti olaraq atası evinə gedib. Cehiz əmlakları hazirda onun evindədir. Həmin mənzil özbaşına tikili olmaqla mülkiyyətdə deyildir. Onun başqa yaşayış ünvanı yoxdur. O, dəfələrlə övladları ilə birlikdə əmlaklarının olduğu evə qayıtmaq istəsə də,cavabdehlər onu evə buraxmaqdan imtina etmişlər. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərilən ünvan 1 ünvanındakı mənzilin iddiaçıya heç bir aidiyyətı yoxdur, çünki həmin ev atası Cavabdeh2 adınadır və onun istifadəsindədir. İddiçının yazdığı kimi ev özbaşına tikili deyildir. İddia ərizəsindən göründüyü kimi iddiaçı özü Bakı şəhəri, Bilgə qəsəbəsi, Dəniz küçəsi, ev 16-da qeydiyyatdadır. Həmçinin iddiaçının psixi durumu da yaxşı deyil, dərmanlar qəbul edir. İddiaçı nikahin pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir və o, artıq ailə üzvü deyildir. Hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində özü-özünü təkzib edən və yalan ifadələr işlədir. İşin hallarından açıq aydın məlum olur ki, onun istinad etdiyi dəlillərin bu işə heç bir aidiyyəti yoxdur. İddiaçının iddia ərizəsində yazılanları təsdiq edən hər hansı bir sübut və fakt göstərilməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid x2 izahatında qeyd etdi ki, İddiaçı ünvan 1 ünvanına gəlin köçmüş və həmin ünvanda yaşamışdır. Məhkəmə tərəflərin vəşahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş 15.01.2020-ci il tarixli 123 №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında (sonradan-mübahisəli ev) qeydiyyatsız yaşamışdır. İş materiallarından görünür ki, SSRİ Maliyyə Nazirliyi tərəfindən Cavabdeh2 mübahisəli evə dair tikinti sahiblərindən alınan vergi və torpaq vergisinin ödənilməsi barədə 07.01.1991ci il tarixli 569 №-li tədiyyə bildirişi göndərilmiş və həmin bildirişə əsasən Cavabdeh2 tərəfindən verginin ödənilməsi barədə 25.03.1991-ci il tarixli qəbz verilmişdir. İş materiallarından görünür ki, mübahisəli evə dair Cavabdeh2 adına yaşayış evinə dair texniki pasport verilmiçdir. Hazirda iddiaçi övladı ilə birlikdə mubahisəli evə köçürülməsini istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianın əsassiz olduğu nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, iddiaçı mübahisəli evə gəlin köçmüşdür. Cavabdeh1 ilə birgə nikahdan iki uşaqları doğulmuşdur. Bir müddət həmin evdə birgə yaşadıqdan sonra münasibətləri pozulmuş və azyaşlı uşaqları ilə birlikdə yaşadığı evi tərk etmişdir. Hazırda iddiaçı uşaqları ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Bilgəh qəsəbəsi, Dəniz küçəsi, ev 16 yaşayır. Həmçinin iş materiallatından müəyyən edilmişdir ki, mübahisəli ev texniki pasporta əsasən Cavabdeh2 məxsusdur, iddiaçı mübahisəli evə köçürülməsini tələb etsə də, həmin evin əri iş üzrə Cavabdeh1 məxsus olmasını təsdiq edən hər hansi bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işüzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, mübahisə predmeti olan ev Cavabdeh2 məxsusdur, iddiaçının mübahisəli fərdi yaşayış evinə hər hansı sahiblik və istifadə hüququ yaranması sübuta yetmir. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinəəsaslanaraq, məhkəmə qət e t d i: İddiaçı rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində BakıŞəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar