Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1767/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul tələbi, mənəvi zərərin ödənilməsi və yalan məlumatların təkzib edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «mənəvi zərərin ödənilməsi və yalan məlumatların təkzib edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi yalan məlumatların onun polis zabiti olaraq işgüzar nüfuzunu ləkələyən məlumatlar olaraq hesab edilməsi, cavabdehlərin əməli nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən 20.000 (iyirmi min) manat olmaqla, cəmi 40.000 (qırx min) manat pulun tutulması, Cavabdeh1 Mahır qızının ondan aldığı 22.000 (iyirmi iki min) manat pul məbləğinin Cavabdeh1 tutularaq ona ödənilməsi və cavabdehlərin onun barəsində verdikləri böhtan xarakterli məlumatların cavabdehlərin özləri tərəfindən müraciət etdikləri orqanlara (AR Daxili İşlər Nazirliyi və AR Baş Prokurorluğuna) rəsmi məktub vasitəsilə təkzib edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehlərə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsinin xahiş etdi hissəsində nəzərdə tutulan “Cavabdeh1 Mahır qızının ondan aldığı 22.000 (iyirmi iki min) manat pul məbləğinin Cavabdeh1 tutularaq ona ödənilməsi” tələbləri ilə “mənəvi zərərin ödənilməsi və yalan məlumatların təkzib edilməsi” tələbi bir-biri ilə əlaqədar olmadığı üçün ayrı-ayrı iddia ərizəsi formasında verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan qanunvericilik aktı normasına, əsasən, hesab edirəm ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul tələbi, mənəvi zərərin ödənilməsi və yalan məlumatların təkzib edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1767/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1767/2025
09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver