Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1911/2023 23.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı Cavabdeh qarşı 4 saylı Bakı Maraqlı şəxs kimi qeyd edilməklə bəxşiş müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı 4 saylı Bakı Maraqlı şəxs kimi qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisində Cavabdeh ilə arasında bağlanan xx.xx.2021-ci il tarixli 4Ə-1420 №-li reyestr Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 22, 17 saylı mənzilin və xx.xx.2021-ci il tarixli 4Ə-1421 №-li reyestr Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, b 3, 66 saylı mənzilin Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Beləki, iddia icraatında tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxslər ola bilər. Azərbaycan Respublikası MPM-nə əsasən maraqlı şəxs xüsusi icraatda baxılan işlər üzrə proses iştirakçısıdır. Hazırki iddia ərizəsində isə iddiaçı və cavabdehlə yanaşı maraqlı şəxs də qeyd edilmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq tərtib edilməli, üçüncü şəxsin statusu (iddiaçı, yoxsa cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən) müəyyən edilməklə yenidən verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur 263.1-cimaddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263,və 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı 4 saylı Bakı Maraqlı şəxs kimi qeyd edilməklə bəxşiş müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim TahirəƏsədova
Məhkəmə qərarları › İş №2(008)-1911/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1911/2023
23.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver