Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1930/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs kimi Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilməklə uşaqla ünsiyyətə yaradılan maneənin aradan qaldırılması və uşağa psixoloq təyin edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs kimi Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 09.04.2012-ci il təvəllüdlü X2 ilə onun ünsiyyətdə olmaq hüququna yaradılan maneənin aradan qaldırılması, uşağa psixoloji təsir göstərilməsinin cavabdehlərə qadağan edilməsi və uşağın psixoloji vəziyyətinin normallaşdırılması üçün psixoloji yardım göstərilməsi ilə bağlı psixoloq təyin edilməsi və mediasiya prosesi ilə bağlı ödədiyi 50 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sabunçu rayon məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 09.04.2012-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günləri 10:00-dan 18:00-dək ünsiyyət hüququ təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sabunçu rayon icra şöbəsinə göndərilmişdir. Sabunçu rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Abışova X1 rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli icra sənədini icra etməkdən qərəzli şəkildə yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib və o, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi iddiaçının uşaqla ünsiyyətə yaradılan maneənin aradan qaldırılması məsələsi icra mərhələsində həll edilən məsələdir. Digər tələblərə gəldikdə isə iddiaçının həmin tələbləri qeyri-müəyyəndir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi düzgün tərtib edilməmiş və mübahisələndirdiyi tələb qeyri-müəyyəndir. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1930/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1930/2022
02.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver