Məhkəmə qərarları › İş №2(008)-1938/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1938/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1938/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Əyyub oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” tələbinə dair, İddiaçı cavabdeh X9 qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi yalan məlumatların onun polis zabiti olaraq işgüzar nüfuzunu ləkələyən məlumatlar olaraq həqiqəti əks etdirməyən məlumatlar hesab edilməsi, cavabdehlərin əməli nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən 20.000 (iyirmi min) manat olmaqla cəmi 40.000 (qırx min) manat pulun tutulması və cavabdehlərin onun barəsində verdikləri məlumatların cavabdehlərin özləri tərəfindən müraciət etdikləri orqanlara (AR Daxili İşlər Nazirliyi və AR Baş Prokurorluğu) rəsmi məktub vasitəsilə təkzib edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh X9 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə arasında bağlanmış şifahi müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 22.000 (iyirmi iki min) manat pulun və 156 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq vəzifəsində polis mayoru rütbəsində işləmişdir. Ümumilikdə daxili işlər orqanlarında 16 il iş stajı vardır. Hazırki iş üzrə hər iki cavabdehlə 2015-2016-cı illərdə tanış olmuşdur. Cavabdehlərlə tanışlığı da əməliyyat müvəkkili vəzifəsində işləyərkən xidməti işlərlə əlaqədar olmuşdur. 2018-ci il tarixdən o, Sabunçu rayon polis idarəsinə istintaq şöbəsinə müstəntiq vəzifəsində işləməyə başladığından cavabdehlərlə əlaqələri demək olar ki kəsilmişdi. Arabir özləri zəng edərək haləhval tuturdular. Daha sonra o, Xətai rayonuna polis idarəsində işlədiyinə dövrdə X11 ilə yenidən ünsiyyəti bərpa olundu. Belə ki, Cavabdeh1 ona zəng edərək 20-30 min manat borc pula ehtiyacı olduğunu bildirdi. O, da uzun müddətdir ki, onu tanıdığı üçün ona 2022-ci ilin mart ayında bir həftə ara ilə 9000 (doqquz min) və 13.000 (on üç min) manat ümumilikdə 22.000 (iyirmi iki) manat pul vermişdir. Borc pulu alarkən qısa müddət ərzində pulu qaytaracağını söz versə də Cavabdeh1 pulu qaytarmaq əvəzinə hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınır və hər dəfə vaxtı uzadırdı. O, bir neçə aydan sonra yenə də ondan pulu qaytarmasını tələb etdiyi üçün cavabdeh ona qarşı aqressiv və həqiqətə uyğun olmayan yalan məlumatlar verədyini bildirib pulu ondan istəməməyi bildirdi. Razı olmayacağı təqdirdə polis əməkdaşı olduğu üçün AR Daxili İşlər Nazirliyinə barəsində yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatlar verəcəyini bildirdi. O, onun bu hədələrinə baxmayaraq pulu tələb etməyə davam etmişdir. Cavabdeh1 puldan imtina etməyəcəyinə əmin olduqdan sonra ona bildirdiyi kimi yalan və işgüzar nüfuzuma xələl gətirən məlumatlan aidiyyəti üzrə polis və prokurorluq orqanlarına ünvanlamağa başladı. Belə ki, əvvəlcə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna, daha sonra Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək guya onun ondan şantaj və hədə-qorxu yolu ilə ilk ərizəsində 250.000 (iki yüz əlli min) manat, digər şikayət ərizələrində 375.000 (üç yüz yetmiş min) manat pul aldığını və qaytarmadığını bildirən həqiqətə uyğun olmayan, yalan və işgüzar nüfuzuma xəlil gətirən məlumatlar verməyə başlamışdır. Həmin məlumatları verən zaman hazırki iş üzrə Cavabdeh2 da digər cavabdehə qoşulub mövcud olmayan pulda guya onun da 62.500 manatın ona məxsus olduğunu və ona da zərər dəydiyini əsassız olaraq bildirmişdir. Bundan əlavə Cavabdeh2 Nurlana Quliyevanın şantaj xarakterli videolarının çəkilməsini də həyata keçirmişdir. O, şikayət ərizələrini daxil olduğu aidiyyəti orqanlarda izahatlarını vermiş və araşdırmaların hər biri üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Cavabdehlərin məlumatlarının heç biri həqiqəti əks etdirdirmədiyindən Sabunçu rayon prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi şikayət ərizələri üzrə müvafiq qərarlar qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi yalan məlumatlar onun polis zabiti olaraq işgüzar nüfuzunu ləkələyən və həqiqəti əks etdirməyən məlumatlar hesab edilməli, cavabdehlərin əməli nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən 20.000 (iyirmi min) manat olmaqla cəmi 40.000 (qırx min) manat pul tutulmalı və cavabdehlərin onun barəsində verdikləri məlumatlar onların özləri tərəfindən müraciət etdikləri orqanlara rəsmi məktub vasitəsilə təkzib edilməlidir. Mənəvi zərərlə əlaqədar isə cavabdehlərin əsassız və işgüzar nüfuzumu ləkələyən məlumatları hüquq-mühafizə orqanlarına bildirməsi ilə əlaqədar barəsində başladılmış xidməti yoxlama və hüquq-mühafizə orqanlarındakı yoxlamalar zamanı işgüzar nüfuzunu ləkələnməklə yanaşı sarsıntı hissi də keçirmiş və uzun müddət bununla əlaqədar stress vəziyyətində qalmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq vəzifəsində polis mayoru rütbəsində işləmişdir. Ümumilikdə daxili işlər orqanlarında 16 il iş stajı vardır. Hazırki iş üzrə cavabdehlə 2015-2016-cı illərdə tanış olmuşdur. Cavabdehlə tanışlığı da əməliyyat müvəkkili vəzifəsində işləyərkən xidməti işlərlə əlaqədar olmuşdur. 2018-ci il tarixdən o Sabunçu rayon polis idarəsinə istintaq şöbəsinə müstəntiq vəzifəsində işləməyə başladığından cavabdehlərlə əlaqələri demək olar ki kəsilmişdi. Arabir özləri zəng edərək hal-əhval tututdular. Daha sonra o, Xətai rayonuna polis idarəsində işlədiyi dövrdə Cavabdeh1 ilə yenidən ünsiyyəti bərpa olundu. Belə ki, Cavabdeh1 ona zəng edərək 20-30 min manat borc pula ehtiyacı olduğunu bildirdi. O, da uzun müddətdir ki, onu tanıdığı üçün ona 2022-ci ilin mart ayında bir həftə ara ilə 9000 (doqquz min) və 13.000 (on üç min) manat ümumilikdə 22.000 (iyirmi iki) manat pul vermişdir. Borc pulu alarkən qısa müddət ərzində pulu qaytaracağını söz versə də Cavabdeh1 pulu qaytarmaq əvəzinə hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınır və hər dəfə vaxtı uzadırdı. O, bir neçə aydan sonra yenə də ondan pulu qaytarmasını tələb etdiyi üçün cavabdeh ona qarşı aqressiv və həqiqətə uyğun olmayan yalan məlumatlar verədyini bildirib pulu ondan istəməməyi bildirdi. Razı olmayacağı təqdirdə polis əməkdaşı olduğum üçün AR Daxili İşlər Nazirliyinə mənim barəsində yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatlar verəcəyini bildirdi. O onun bu hədələrinə baxmayaraq pulu tələb etməyə davam etmişdir. Cavabdeh1 puldan imtina etməyəcəyinə əmin olduqdan sonra ona bildirdiyi kimi valan və işgüzar nüfuzuma xələl gətirən məlumatları aidiyyəti üzrə polis və prokurorluq orqanlarına ünvanlamağa başladı. Bu səbəbdən də hazırda ona qarşı pul tələbi ilə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Əyyub oğlu hər iki iddia tələbini müdafiə edərək iddialarının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 oğlu ona qarşı yönəlmiş iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmiş sorğulara cavab gələnədək mülki işin təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.20022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o iddiaçının işgüzar nüfuzuna xəlil gətirən hər hansı bir məlumatı yaymamışdır. İddiaçının ona və digər cavabdehə borcu olduğundan onlar həmin pul qaytarılması üçün aidiyyatı orqanlara müraciət etmişdir. İddiaçının hazırda ona 62.500 manat məbləğində borcu mövcuddur. Qeyd edilən borc məbləği dolayısı ilə yaranmışdır. Belə ki, iddiaçı ondan birbaşa pul almamışdır. Həmin borc məbləği Elşənin Nurlanəya olan borcu əsasında yaranmışdır. Belə ki, iddiaçı digər cavabdehdən küllü miqdarda borca pul almış və qaytarmamışdır və buna görədə cavabdeh Nurlanə ilə onun həyat yoldaşı arasında söz söhbətin qarşısını almaq üçün Nurlanənin Elşənə evdən gizli götürüb verdiyi pulu Elşənin əvəzinə o Nurlanəyə ödəmişdir. Bu səbəbdən o Nurlanəyə verdiyi pulu Elşəndən tələb etmişdir. O pozulmuş hüquqlarının bərpası üçün DİN-nin online səyfələrinə Ayka Əliyeva adı ilə müraciət etmişdir. Həmin məsajları Nurlanənin sözləri ilə o yazmışdır. Yəni Nurlanənin adından yazılan sözləri Nurlanənin xahişi ilə o yazmışdır, Nurlanənin yazıb oxuması olmadığından DİN-nin rəhbəri Vilayət Eyvazova o yazmışdır. Lakin iş matriallarına əlavə edilmiş ona məxsus videogörüntüləri o heç bir yerə göndərməmişdir. Həmin videogörünütüləri çəkib o Nurlanəyə göndərmişdir ki, Elşən ona olan borcunu qaytarsın, qaytarmadığı təqdirdə həmin görüntüləri Youtube-də yayacağını bildirmişdir. xx.xx.20022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Cavabdeh1 DİN-nin rəhbərliyinə müraciət etməsinə dair onda hər hansı bir məlumat yoxdur. İddiaçı cavabdeh X9 qarşı “pul” tələbinə dair mülki iş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixdə təyin edilmiş məhkəmənin baxış iclasında iştirak edən cavabdeh X14 izahat verərək bildirmişdir ki, o həqiqətəndə İddiaçı 2022-ci ilin yanvar ayında 13000 və 9000 manat pul almışdır. Pulu alan zaman Elşənin yanında Turqay adlı şəxs, onun yanında isə Cavabdeh2 olmuşdur. O Elşəndən almış olduğu pulu Anaşkin küçəsində yerləşən evini sataraq Elşənə qaytarmışdır. Həmin pulu o Elşəndən borca almışdır. Beləki ona təcili pul lazım olduğundan o Elşəndən pul idəmişdir. Elşən ona pulu verən zaman Cavabdeh2 zamin qoymuşdur. Həmçinin Elşən ona pul verərkən Turqay adlı şəxsdə Elşənin yanında olmuşdur. Elşən Turqayı onlara Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir ki,əgər pulu ona qaytarmasa onlar üçün problem yaranacaqdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə müraciət edərək, onlara qarşı mənəvi zərərin ödənilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi tamamilə əsassız və absurddur, mənəvi zərərin mövcudluğu baxımından heç bir sübuta, fakta söykənmir. İddiaçı işgüzar nüfuzunun ləkələndiyini iddia edir. Halbuki, sözügedən şəxs vəzifəli şəxs olduğu dövrdə bir sıra intizamsızlıqlara, habelə polis adına yaraşmayan hərəkətlərə yol vermişdir ki, buna da heç şübhəsiz onlar məsul deyillər. Onlar sadəcə olaraq iddiaçının həm maddi, həm də mənəvi cəhətdən vurduğu ziyanlara görə aidiyyatı üzrə əsaslandırılmış şikayətlər etmiş və buna dair müəyyən sübutlar göstərmişlər. Etdiyi müraciətin nəticəsi olaraq şəxsin haqqında “cinayət işinin başladılmasının rədd edilməsi haqqında” ayrı-ayrı zamanlarda təkrar olmaqla qərarların qəbul edilməsi onu təsdiq etmir ki, həqiqətən onlar iddiaçıya böhtan atmışdır. Onu da nəzərə almaqda fayda var ki, məlum sonuncu rədd qərarından hazırda Baş Prokurorluğa şikayət verilmiş, eyni zamanda nəticəsindən aslı olaraq məhkəmə-nəzarəti qaydasında da şikayətin verilməsi nəzərdə tutulur. Əlqərəz şəxsin haqqında cinayət işinin başladılmasının rədd edilməsi konkret olaraq onun öz fəaliyyətində pozuntulara yol vermədiyini təsdiq etmir. Belə ki, şikayəti əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsində uzun müddət araşdırma aparılmış və nəticədə yol vermiş olduğu nöqsanlara görə İddiaçı haqqında Nazirliyin müvafiq əmri ilə tənbeh tədbiri görülmüşdür. Bu haqda o, X7 11 dekabr 2024-cü il tarixli məktubla məlumat verilmişdir. Qeyd olunan hal onu təsdiq edir ki, tərəfilərindən qərəzli olaraq iddiaçının işgüzar nüfuzuna qarşı hər hansısa ləkələyici addımlar atılmamış, əksinə iddiaçı özü işgüzar nüfuzuna öz tamahına məğlub olaraq zərər vurmuşdur. Odur ki, göstərilənlərə əsasən haqlı olaraq hesab edirik ki, iddia tələbi işin hallarına dair təsviri ilə bağlı heç bir sübuta, qanuni əsasa söykənmədiyindən əsassızdır və sözsüz ki, rədd edilməlidir. Cavabdeh1 ona qarşı yönəlmiş “pul” tələbinə dair iddia ərizəsinə xx.xx.2025-ci il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının vicdansız hərəkətinə söykənən məlum iddia tələbini qəbul etmir və etiraz edir. Ona görə ki, iddiaçı ona faktiki olaraq borclu olduğu halda bu gün ondan heç bir əsasa və sübuta istinad etmədən 22000 manat pul tələb edir. İddiaçı tələbinin təsviri hissəsində göstərir ki, guya o, sözügedən məbləği ona borc qismində vermiş, daha sonra isə tələb etməsinə baxmayaraq o həmin borcu ödəməkdən guya yayınmışdır. Hansı ki, bu barədə məhkəməyə bir dənə belə olsun sübut təqdim edə bilməmişdir. Maraqlısı da odur ki, iddiaçı 2021-ci ilin sözügedən məbləği ona borc qismində qısa müddətliyinə verdiyi iddia etsə də, nədənsə bu barədə iddia tələbini yol vermiş olduğu pozuntulara əsasən polis orqanında tutduğu vəzifəsindən azad olunmaq məcburiyyətini yaşayandan sonra irəli sürmüşdür. Elə buradan müəyyən etmək mümkündür ki, iddiaçının tələbi tamamilə əsassız, qanunsuz və qərəzli olmaqla həqiqətə uyğun deyil və məhkəməni aldatmaq cəhddir. İşin faktiki halları isə ondan ibarətdir ki, həqiqətən o-X12 2021-ci ilin fevral ayında 9000 manat, həmin ayın sonunda isə 13000 manat pulu Sabunçu rayonunun ərazisində iddiaçıdan almışam. Sonuncu aldığı 13000 manat pula qonşusu Cavabdeh2, eləcə də iddiaçının dostu kimi təqdim etdiyi Turqay adlı şəxs şahidlik etmişdir. Lakin iki epizod üzrə qeyd olunan ümumi vəsaiti o, iddiaçıdan verdiyi külli miqdarda pulun bir hissəsi olaraq geri almış. Aralarında bu baxımdan borc məsələsi olmamışdır. Bundan sonra Elşən ondan verdiyi 22000 manat pulu tələb etməyə başlamış və bununla bağlı qeyd etmişdir ki, həmin pullar dostu Turqay adlı şəxsə məxsusdur. Əgər həmin pul qayıtmasa Turqay "MTN" işçisi olduğundan ona problem olacaqdır. İddiaçı tərəfindən ona edilmiş təzyiq və hədə-qorxuların nəticəsi olaraq o, 2021-ci ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən evimi 19000 manata sataraq həmin məbləğin 7500 manatını, daha sonra isə qonşusu Cavabdeh2 Ramana ərazisində yerləşən evinin 8500 dollara, başqa sözlə 14450 manata satılması nəticəsində həmin məbləğin bütövü tərəfindən İddiaçı verilmişdir. Bununla da Elşən aldığı borclardan qaytarmış olduğu 22000 manatı hədə-qorxu və təzyiq yolu ilə yenidən geri almağa müvəffəq olmuşdur. Qeyd olunan faktları onu İddiaçıla tanış etmiş X13, habelə qonşusu Cavabdeh2 şahid qismində təsdiq edə bilərlər. Odur ki, iddiaçının tələbi həqiqətə uyğun olmamaqla qərəzli söz yığınağından ibarət hesab edir. İş materiallarında olan Nərimanov rayon prokurorunun 10 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Nərimanov RPİnin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edən İddiaçı 2015-ci ildən 2022-ci ilin avqsust ayına kimi hissə-hissə olmaqla Cavabdeh1 ümumilikdə 375000 manat pul alaraq ələ keçirməsi yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sabunçu rayon prokurorunun 23 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Nərimanov RPİnin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edən İddiaçı 2015-ci ildən 2022-ci ilin avqsust ayına kimi hissə-hissə olmaqla Cavabdeh1 ümumilikdə 250.000 manat pul alaraq ələ keçirməsi yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-22/2-5818/2024 nömrəli məktubdan görünür ki, X8 102 nömrəsinə zəng edərək intihar edəcəyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15 may 2024-cü il tarixli 49-1/2-9443 nömrəli məktubundan görünür ki, Cavabdeh2 102 nömrəyə zəng edərək intihar edəcəyini bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 05 mart 2024-cü il tarixli 50/2-6563 nömrəli məktubundan görünür ki, X15 102 nömrəyə zəng edərək intihar edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-13-22/2-5818/2024 nömrəli cavab məktubunda bildirmişdir ki, vətəndaş Cavabdeh1 müraciəti əsasında Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqat zamanı müəyyən edilmişdir ki, Nərimanov Rayon Polis İdarəsinin sabiq müstəntiqi İddiaçı həmin qadınla uzun müddət əxlaq normalarına zidd münasibət qurmaqla sonuncunun ailəsində gərginliyə zəmin yaratmışdır. Yaxınlıq əlaqəsindən istifadə edən İddiaçı 2016-2019-cu illərdə ondan müxtəlif məbləğlərdə pul alıb qaytarmamış, eləcə də “Kontakt Home” mağazasından kreditə götürdüyü mobil telefonun ödənişlərini Cavabdeh1 həyata keçirmişdir. Pulunun qaytarılmaması zəminində aralarında baş vermiş mübahisə zamanı İddiaçı Cavabdeh1 qarşı kobud davranmışdır. Bundan başqa polis mayoru İddiaçı səlahiyyət həddini aşaraq Cavabdeh1 borclu olan şəxslərdən pulun geri qaytarılmasını əsassız tələb etmişdir. Yol verdiyi nöqsanlara görə E.X27 Nazirliyinin xx.xx.2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Sərəncamda olan İddiaçı sonradan öz arzusu ilə xx.xx.2025-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1939/2025 nömrəli 27 may 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X10 qarşı “borc” tələbinə dair mülki iş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatda olan İddiaçı cavabdehlər Cavabdeh2, X10 qarşı “şərəf və laəyaqəti müdafiəsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair e-2(008)-1938/2025 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış sorğulardan görünür ki, Cavabdeh1 müraciəti əsasında Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinədə aparılmış araşdırılma nəticəsində alınmış İddiaçı izhatının sürəti məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən təqdim edilən diskdə olan “Ayka Aliyeva” adlı istifadəçi tərəfindən Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanladığı şikayət ərizəsində qeyd edilmişdir ki, “Hörmətli cənab nazir, mən X12, Sizə müraciət edərək bildirirəm ki, Nərimanov rayon polis idarəsinin müstəntiqi vəzifəsində işləyən İddiaçı ilə bağlı şikayət etmişəm, lakin İddiaçı məndən şantaj edərək hissə-hissə küllü miqdarda götürdüyü pullarımı qaytarmaq əvəzində hər yerdə bildirir ki, pulları qaytarmayacağ, mənim və rəfiqəm Cavabdeh2 ailəsində problemlər yaradacağını və bizi məhv edəcəyini. Hörmətli cənab nazir Azərbaycan polisi bizi qoruyan bir orqan olduğunu bilirəm, lakin İddiaçı əksinə bizə qotrxuducu və təhlükə yatardığı ismarıclar göndərir. Sizdən köməklik etməyinizi xahiş edirəm. İddiaçı tərəfindən təqdim edilən diskdə olan “Ayka Aliyeva” adlı istifadəçi tərəfindən Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanladığı digər bir müraciətində qeyd edilmişdir ki, “Hörmətli cənab nazir, mən Sizə hər dəfə Nərimanov rayon polis idarəsinin müstəntiqi vəzifəsində işləyən İddiaçı ilə bağlı şikayətimi bildirirəm. İnan ki, özüm etdiyim əməli dərk edirəm, bilirəmki yoldaşıma qarşı çox böyük səhv və günah etmişəm. Odur ki bugün cəzasını çəkirəm. Sizə yalvarıram sığınıram, bilirəmki siz çox ədalətli və mərhəmətli bir insansınız. İnan ki, mən İddiaçı şər atmıram. Sizdən xahiş edirəm mənə köməklik edəsiniz, elə bilin ki, bir yetimə dəstək oldunuz, bir yetimi çuxurdan çıxartdınız. Onsuzda abrım gedib, elşən pulları danmaqla deyil, sosial şəbəkəyə çıxıb onunda abrını apararam, lakin sizi böyük bilib artıq hərəkət etmək idsdəmirəm. İddiaçı tərəfindən təqdim edilən diskdə Cavabdeh2 məxsus video görüntülərin Arzu Babyevanın kimə göndərməsi və bunun yayılmamasını təsdiq edən sübutlar olmadığından həmin görüntülər sübutlar siyahısından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş ********* nömrəli xx.xx.2024-cü il tarixli və ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 271 manat və 7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X3 izahat verərək bildirmişdir ki, o Cavabdeh1 ilə qonşu olmuşdur. İddiaçı ilə isə birlikdə lotariya oynayarkən tanımışdır. Nurlanə onunla hələdə lotariya oynayır. Bir nəfər Raya adlı qadın Nurlanədən pul almış sonra isə qaytarmamışdr. Nurlanə Elşəni onunla tanış etmiş və bildirmişdir ki, Elşən onun dostudur, müstəntiqdir, Rayadan pulun alınmasında ona kömək edəcəkdir. 2018-ci ildə Elşən ilə Nurlanə birlikdə olanda o avtobusdan çönüb arxaya baxanda Nurlanənin Elşənə pul sayıb verdiyini görmüşdür. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X17 izahat verərək bildirmişdir ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onun İddiaçı Nurlanəyə borc verməsi ilə bağlı məlumatı olmamışdır. O evdə olan zaman İddiaçı Cavabdeh1 zənglər gəlmişdir. Bundan sonra Nurlanə ona bildirmişdir ki, onunla Elşən arasında pul haqq-hesabı olmuşdur. O evə qoyduğu pulları Nurlanə götürüb Elşənə vermişidr. Bunu ona qonşuluqdakı qadın məlumat vermişdir. Beləki onun evdə olan pulunun harda olduğunu soruşarkən Nurlanə həmin pulu qonşuya verdiyini bildirmiş, bundan sonra o qonşudan pulu tələb edərkən qonşu ona bildirmişdir ki, Nurlanə pulu Elşən adlı şəxsə verir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X13 izahat verərək bildirmişdir ki, İddiaçı onunla onun evində əvvəl kiradə qalan Pərviz adlı şəxs tanış etmişdir. O Elşəni tanıdığdan sonra ona bildirmişdir ki, onun qonşusu Nurlanə adlı qadının başqalarından alacağı var lakin borclular pulu qaytarmadığını buna görədə ona kömək etməsini məhkəmədən xahiş etmişdir. Elşən ilə Nurlanə arasında pul haqq hesabından məlumatı olmadığını, sonrdan Nurlanə ona bildirmişdir ki, o Elşənə xeyli məbləğdə borca pul vermişdir. O Elşənin Nurlanəyə və ya Nurlanənin Elşənə pul verməsini heç vaxt görməmişdir, sadəcə eşitmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, İddiaçı Sabunçu polis İdarəsindən tanıdığını, Nurlanəni isə onla Elşən tanış etmişdir. 2022-ci ildə Elşən Nurlanəyə onun yanında 13000 manat pul vermişdir. Pul verilən pul zaman oda Nurlanənin yanında olmuş, Elşənində yanında Turqay adlı şəxs olmuşdur. Elşən Nurlanəyə 13000 manatı verərkən onuda zamin qoymuşdur. Həmin pulu qaytarmaq üçün o öz evi satmış və pulunu Nurlanəyə vermişdir ki Elşənin borcunu qaytarsın. O evlərin alqı-satqısı ilə məşğulo lduğunu əldə etdiyi qazancı Nurlanəyə saxlamağa verdiyini vermişdir. Nurlanə isə həmin pulu Elşənə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. X1 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardırş Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Jheç bir hal şəxsiyyətin ləyaqətini alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməi təcrübəsi haqqında 14 may 1999cu il tarixli 7 saylı qərarında qeyd olunur ki, şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikas Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən isə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Məhkəmə xüsusi ilə qeyd edir ki, şərəf dedikdə şəxsə mənəvəi keyfiyyətlərə görə cəmiyyətin verdiyi qiymətdir. Şəxsi nüfuz mənəvi keyfiyyətlərinə, ictimai-sosial xidmətlərinə və davranışlarına görə şəxsin cəmiyyətdə qazandığı hörmət və təsir gücüdür. İşgüzar nfuz isə fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşakar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşan rəydir. Məhkəmələrdə şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzun müdafiəsinə dair işlərə baxarkən məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini, şəxsi və işgüzar nüfuzun ləkələməsi, məlumatın doğru olmaması və yayılmanın mövcudluğu yoxlanılmalıdır. Şəxsin şərəf və ləyaqtini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı, habelə şifahi bəyanlar başa düşülür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarında şərəf, ləyaqətini və işgüzar nüfuzunu zədələyin məlumatların yayılması dedikdə həmin məlumatın başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirməklə, əsərlərdə təsvir edilməklə və.sair üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə deyildikdə həmin məlumatın yayılması sayılmır. MM-nin 23.1-ci maddəsindən görünür ki, şərəf, ləyaqəti və işgüzar nüfuzu zədələyin hər hansı bir məlumatı həqiqətə uyğun olduğunu sübut etmək həmin məlumatı yaymış şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə ilk öncə iddianın “borc” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh1 2022-ci ilin fevral ayında ayrıayrı vaxtlarda İddiaçı 13000 və 9000 manat məbləğində borca pul almışdır. Borca alınmış pulun 13000 manat hissəsini həmçinin borc alınan zaman Cavabdeh1 yanında olan hazırki iş üzrə digər Cavabdeh2da etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən hər iki cavabdeh sözügedən borc məbləğini Cavabdeh1 İddiaçı qaytarmış olduğlarını bildirsədə, bu halı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdehlər yalnız şəxsi mülahizələrini məhkəməyə bildirmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh1 22.000 (iyirmiiki min) manat məbləğində pul tutularq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin pula dair hissəsinə münasibət bildirərəkən o hallarıda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hər iki cavabdehə onların dediyi kimi iddiaçının Cavabdeh1 küllü miqdarda borcu olduğu halda nə üçün Cavabdeh1 təcili pul lazım olduğda, o iddiaçıdan öz pulunu tələb etmək yerinə ondan borc almış olduğu sualına cavabdehlər izah verə bilməmişdir. Eyni zamanda məhkəmənin cavabdehlərə onların dediyi kimi iddiaçının Cavabdeh1 borcu olduğu halda nə üçün Cavabdeh1 İddiaçı almış olduğu pulu həmin borca hesablanmadığını cavabdhlərin dedikləri kimi özlərinə məxsus evi satıb İddiaçı borcunu qaytarmış olduğularına dair məhkəməyə vermiş olduğları izahatlarına aydınlıq gətirə bilməmişdirlər. Bundan sonra məhkəmə mülki işin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yönəlmiş “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 borca vermiş olduğu pul geri tələb etməsi səbəbindən onun və digər cavabdehin onun xidməti yeri olan DİN-nə və Prokrorluq orqanlarına müraciət etməsi onun şəxsi və işgüzar nüfuzunu zədələdiyini bildirərək AR Daxili İşlər Nazirliyi və AR Baş Prokurorluğunu cavabdehlər tərəfindən verilmiş məlumatların həqiqətən uyğun olmadığından təkzib edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair adiyyatı üzrə prokrorluq orqanalarının qərarından da görünür ki, iddiaçı Cavabdeh1 həqiqətəndə prokrorluq orqanlarına müraciət edərək İddiaçı ondan 2015-ci ildən 2022-ci ilin avqust ayınadək borca 250000-375000 manat məbləğində pul almış olduğunu bildirmiş, vətandaşın müraciəti əsasında xidməti araşdırılma aparılmış, lakin şikayət edilən şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məlum olur ki, vətəndaş Cavabdeh1 pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi məqsədi ilə adiyyatı qurum olan prokrorluq orqanına şikayət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 pozulmuş hesab etdiyi hüquqlarının müdafə edən orqana müraciət etməsi sözügedən əməli törədilməsində isnad edilən şəxsin şəxsi və işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirlə bilməz və iddia tələbin AR Baş Prokurorluğuna Cavabdeh1 tərəfindən verilmiş məlumatın həqiqətə uyğun olmamasına dair təkzib edilməsi öhdəliyinin qoyulması hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin bu hissəsinin- AR Baş Prokurorluğuna cavabdeh tərəfindən verilmiş məlumatların həqiqətən uyğun olmadığından təkzib edilməsinin digər Cavabdeh2 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, ümumiyyətlə Arzu Babyevanın prokrorluğ orqanlarına İddiaçı barəsində hər hansı bir məlumat və ya şikayət vermiş olması müəyyən edilmədiyindən iddia tələbinin bu hissəsi Cavabdeh2 münasibətdətəmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin AR Daxili İşlər Nazirliyinə cavabdehlər tərəfindən verilmiş məlumatların həqiqətən uyğun olmadığından təkzib edilməsi hissəsinə prokrorluq orqanlarına münasibətdən fərqli mövqe nümayiş etdirərək qeyd edir ki, iddiaçı nə qədərki, sözügedən orqanın əməkdaşı olmuşdur, həmin orqanda xidmət göstərmişdir, sözü gedən orqanın rəhbərinə cavabdehlər tərəfindən iddiaçının şəxsi və işgüzur nüfuzunu ləkləyən yalan məlumatların verilməsi şəxsin şəxsi və işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirməlidir. Belə ki işin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdehlər “Ayka Əliyeva” adlı istidafəçi vaistəsi ilə Cavabdeh1 adından Cavabdeh2 vaistəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinə müraciət edərək “İddiaçı məndən şantaj edərək hissə-hissə küllü miqdarda götürdüyü pullarımı qaytarmaq əvəzində hər yerdə bildirir ki, pulları qaytarmayacağ, mənim və rəfiqəm Cavabdeh2 ailəsində problemlər yaradacağını və bizi məhv edəcəyi” barədə məlumatlar vermişdir. Bundan başqa cavabdeh X4 yazmış olduğu etiraz ərizəsində, o cümlədəndə Cavabdeh2 məhkəmə iclaslarında vermiş olduğu izahatlarından, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-13-22/2-5818/2024 nömrəli cavab məktubunda bildirmişdir ki, vətəndaş Cavabdeh1 2016-2019-cu illərdə İddiaçı ondan müxtəlif məbləğlərdə pul alıb qaytarmamış olduğuna dair məlumatlar vermiş və sözügedən məlumatlar əsasında İddiaçı barəsində xidməti araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Lakin, nə cavabdehlər, nədəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi İddiaçı Cavabdeh1 pul almasını və onu qaytarmaması təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aparılmış xidməti araşdırılma zamanı izahatı alınmış İddiaçı izahatinin sürəti tələbi olunmuş, lakin məhkəmənin sorğusu aidiyyatı orqan tərəfindən cavabsız saxlanılmışdır. Beləliklə məhkəmə iclasında İddiaçı Cavabdeh1 pul almasını təsdiq edəcək hər hansı bir sübut olmadığından əksinə Cavabdeh1 İddiaçı 22000 manat məbləğində pul alması müəyyən edildiyindən Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə İddiaçı Cavabdeh1 pul alıb lakin qaytarmaması barədə vermiş olduğları məlumat həqiqətəuyğun hesab edilməməlidir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında izahat verən cavabdeh X6 Həsənovun ona hazırda borcu olduğunu bildirsədə, həmin borcun İddiaçı Cavabdeh1 aid olan borca görə yaranmış olduğunu, onun İddiaçı hər hansı bir pul məbləği vermədiyini məhkəmənin diqqətinə çatdırmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, nə qədərki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iddiaçının iş yeri olmuşdur cavabdehlərin həqiqətə uyğun olmayan məlumatın iddiaçının iş yerinin rəhbərinə vermiş olması iddiaçının şəxsi və işgüzar nüfuzunun ləkləyən məlumat hesab edilməli və cavabdehlər X5 və Cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinə “Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı Cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduğları məlumatların həqiqətən uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyi qoyulmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin “cavabdehlərin əməli nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən 20.000 (iyirmi min) manat olmaqla cəmi 40.000 (qırx min) manat pulun tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədərki cavabdehlərin üzərinə iddiaçının keçmiş iş yerinə təkzib məktubu yazılması öhdəliyi qoyulmuşdur, qeyd edilmiş hallın iddiaçının şəxs və işgüzar nüfuzuna vurulmuş zərərin aradan qaldırılmasına kifayyət etdiyindən iddia tələbi bu hissədə təmin edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X5 və Cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinə “Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı Cavabdeh1 onu şantaj edərək hissəhissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduğları məlumatların həqiqətə uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyi qoyulsun. Cavabdeh X2 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar