Məhkəmə qərarları › İş №2(008)-1940/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1940/2023

18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1940/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçı X10 nümayəndəsi (anası) X4, Cavabdeh1, X1 iştirakları ilə İddiaçı X10 Cavabdeh1 qarşı uşağın atasının iddiaçı olmaması faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində ata haqqında məlumatın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 Cavabdeh1 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə doğulmuş X5 atasının iddiaçı X8maması faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində ata haqqında məlumatın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X2 qızı deyil, o, qısır olduğundan uşaq sahibi ola bilmir, nikahları olduğu üçün uşağın atası kimi onu yazmışdılar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) X6 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdi, X3 qızının atası olmadığını təsdiq etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı X14 və cavabdeh Quliyeva (Sapelkina) Aliyə Əlibaba qızı xx.xx.2022-cı il tarixdə nikahları ləğv edilmişdir (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 431222 №-li nikahın pozulması haqqında şəhadətnamə). X13 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur, onun atası kimi X14, anası kimi X12 qeyd edilmişdir (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xx/xx-1885 №-li arayış). Hazırda iddiaçı onun uşağın atası olmasını mübahisələndirir, cavabdeh bu halı qəbul edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-cı maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-cı maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan normalarının sistemli təhlili ona dəlalət edir ki, nikahda olan ata uşağın valideyni kimi qeyd olunduqdan sonra atalığa dair mübahisənin açılması yalnız doğum haqqında şəhadətnamədə müvafiq qeydin mübahisələndirilməsi yolu ilə həyata keçirilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı X14 həmin qeydi mübahisələndirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının izahatı, cavabdehin etirafı ilə müəyyən olunur ki, xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuş Məryəm adlı uşağın əsl atası iddiaçı X14 deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixdə doğulmuş X5 atasının iddiaçı X8maması faktı müəyyən edilməli və doğum haqqında akt qeydində ata haqqında məlumat ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə doğulmuş X5 atasının iddiaçı X8maması faktı müəyyən edilsin və doğum haqqında akt qeydində ata haqqında məlumat ləğv edilsin. Qətnamənin icrasının təmin edilməsi üçün Cavabdeh1 xx.xx.2022-ci il tarixdə doğulmuş X5 doğum haqqında şəhadətnaməsinin əslinin məhkəməyə təqdim edilməsi tələb edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar