Məhkəmə qərarları › İş №2(008)-2203/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2203/2022

06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2203/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8, Cavabdeh, 74 saylı məktəbin müəllimi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 09 aprel 2012-ci il təvəllüdlü nəvəsi X12 ilə onun ünsiyyətdə olmaq hüququna yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə oğlu X13 12 iyul 2011-ci il tarixdə rəsmi nikaha girərək evlənib ailə qurmuşlar və birgə nikahlarından 09 aprel 2012-ci il tarixdə X12 anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2013cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və 09 aprel 2012-ci il təvəllüdlü Quluzadə Zəhranın cavabdehin himayəsində saxlanılması qət edilmişdir. 07 sentyabr 2013-cü il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nəvəsinin anası Cavabdeh uzun müddətdir ki, onun nəvəsi ilə görüşməyinə , ünsiyyətdə olmağına imkan vermir və o, nəvəni görə bilmir . Onun da nəvəsi ilə ünsiyyət hüququ vardır və bu heç bir halda məhdudlaşdırılmamalıdır . Onun bir nənə kimi nəvəsi ilə ünsiyyətdə olmağı uşağın hərtərəfli inkişafı üçün vacibdir. Göründüyü kimi uşağın bu hüququ anası tərəfindən məhdudlaşdırılmışdır. Onun pozulmuş hüquqları bərpa edilməlidir , nəvəsi ilə sərbəst surətdə ünsiyyətdə olmağına şərait yaradılmalıdır. O, nəvəsi ilə ünsiyyətdə olmağı ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmiş , onun ərizəsinə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında baxılmışdır. Komissiyanın iclasında Cavabdeh uşaqla ünsiyyətin yaradılmasına etiraz etmədiyini, lakin azyaşlı övladının on il ərzində nənəsini görmədiyini əsas gətirərək ünsiyyətin uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərəcəyi ehtimalı olduğunu bildirmişdir. Həmçinin onun təsiri altında uşaq da yaxın qohumlarını tanımadığını və onlarla ünsiyyətdə olmaq istəmədiyini vurğulamışdır. Bu səbəbdən də ona uşaqla ünsiyyətə yaradılan maneənin aradan qaldırılması barədə 19 yanvar 2022-ci il tarixdə məhkəməyə müraciət edilməsi ilə bağlı cavab verilmişdir. Cavabdeh onun barəsində uşaqda mənfi rəy formalaşdırır və bu da təbii uşağın ona olan münasibətinə çox ciddi şəkildə mənfi təsir göstərir. Cavabdeh tərəf uşağın psixologiyasına təsir göstərir, uşaqda nənəyə qarşı mənfi emosiyaların formalaşmasına şərait yaradır və cavabdeh tərəf bununla uşağın onunla ünsiyyət qurmasına süni maneçilik yaradır . Uşağa bu cür təsir göstərilməsi təbii ki, onun tərbiyəsinə, psixi inkişafına pis təsir göstərəcəkdir, halbuki uşağın normal inkişafı üçün onun yaxın qohumlarının qayğısı ilə əhatə olunması zəruridir. Cavabdeh uşağın onun himayəsində qalmasından və valideynlik hüquqlarından sui - istifadə edir, uşağın onunla normal qaydada ünsiyyətdə olmasına ciddi maneələr yaradır. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X3 ilə 09 aprel 2012-ci il tarixdə doğulmuş X12 ilə hər həftənin şənbə günü saat 10:00-dan axşam 18:00-dək görüş verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X13 Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razılaşmadığını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, iddia tələbinə etiraz edərək bildirmişdir ki, X13 ilə onun 12 iyul 2011-ci il tarixdə rəsmi nikahı olmuş və bu nikahdan 09 aprel 2012-ci il təvəllüdlü Zəhra anadan olmuşdur. Onların ailə münasibətləri çox qısa bir müddət olmuşdur. Vahid Quliyevin ailədə gərgin, emosianal olması və ona şiddət göstərməsi, yəni onu təhqir edərək döyməsi səbəbindən ailə münasibətləri cəmi bir neçə ay çəkmişdir. Qızı Zəhra o, atası evində olarkən anadan olmuşdur. X18 nikahı Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş və övladı Zəhra onun himayəsində saxlanılmışdır. Məhkəmə azyaşlı övladı Zəhranın üç yaşına çatana kimi hər ay 50 (əlli) manat və yetkinlik yaşına çatanadək saxlanması üçün 93 manat aliment ödənilməsini qət etmişdir. X4 üç yaşına çatanadək hər ay ödənilməsi qət edilmiş 50 manat pul məbləğini Ali Məhkəməyədək şikayət edərək ləğv etdirmişdir. Övladı anadan olandan altı il sonra Vahid Quliyev övladla ünsiyyət üçün məhkəməyə müraciət etmiş və məhkəmə də qanuna müvafiq uşaqla ünsiyyət hüququ vermişdir. Vahid Quliyev ilə Zəhranın ünsiyyət hüququ barədə Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar Sabunçu rayon İcra Şöbəsində və müxtəlif yerlərdə X13 ilə Zəhra Quluzadə arasında görüş keçirilsə də ünsiyyət alınmamışdır. Belə ki, Vahid Quliyevin özünü çox emosianal və gərgin aparmasından Zəhra qorxmuş və onunla ünsüyyətdən imtina etmişdir. Belə ki, onun iştirakı ilə görüş zamanı X16 özü ilə evlərinə aparmaq istəyəndə Zəhra getməkdən imtina etmişdir. Vahid Quliyev isə ona bildirmişdir ki, uşaq özbaşına deyil ki, bir şillə vur otursun maşına aparıb evinə deyərək Zəhraya qarşı çox kobud rəftar etmişdir. Onun bu sözündən Zəhra bərk qorxmuşdur. Görüşlər bir neçə dəfə həm nümayəndələrin, həm də icra hakimiyyəti tərəfindən təyin edilmiş psixoloqun iştirakı ilə təşkil edilsə də Zəhra qorxduğu üçün Vahid Quliyevlə ünsiyyəti alınmamışdır. Hər dəfə də görüşdən Zəhra imtina etmişdir. Zəhranın doğulduğu gündən altı il ərzində həm atasını, həm də iddiaçı Reyhan Quliyevanı 10 ilə yaxın müddət ərzində görməmişdir. Buna baxmayaraq Zəhranın hazırda iddiaçı olan nənəsi Reyhan Quliyeva ilə görüşərək ünsiyyətdə olması barədə Zəhranın özü ilə o, dəfələrlə söhbət etməyinə baxmayaraq o görüşdən qəti şəkildə imtina etmişdir. Ünsiyyətlə bağlı Zəhra ilə söhbətlər onun psixologiyasına çox pis təsir etmiş və hər dəfə görüşdən danışarkən psixoloji sarsıntı keçirmiş və bir neçə gün özünə qapanaraq heç kimlə danışmayaraq ağlamışdır. Hətta ona söyləmişdir ki, sən onu istəmədiyinə görə onlara vermək istəyirsən. Ona görə də o heç kimi görmək istəmir deyərək bir neçə gün oxuduğu orta məktəbə də getməmişdir. İddiaçı X3 ona qarşı uşaqla ünsüyyətdə yaradılan maneənin aradan qaldırılması tələbi ilə hazırda məhkəməyə müraciət etsə də, özü nənə kimi nəvəsi Zəhra ilə doğulduğu vaxtdan hal-hazıradək heç vaxt ünsiyyət qurmamış və görüşmək təşəbbüsündə olmamışdır. Nədənsə hazırda ünsiyyətdə olmaq istəmişdir. Zəhra da nənəsini heç vaxt görməmiş və tanımır. Ona görə də Zəhranın iradəsi əleyhinə olacaq və onun psixologiyasına mənfi təsir göstərəcək hər hansı görüşün olmasını istəmir. Qanunvericilik nəvə ilə uşağın ünsüyyyətdə olmaq hüququna malik olmasını qeyd etsə də, bu hüququn uşağın mənafeyi nəzərə alınmaqla tətbiqini nəzərdə tutmuşdur. Göründüyü kimi qanunvericilik valideynlərin uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə məhkəməyə müraciət hüququnu ehtiva edir. Hazırkı vəziyyətdə cavabdeh kimi o, nənə ilə ünsiyyətə etiraz etməmiş və heç bir maneə yaratmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. İddiaçı X1 ona qarşı uşaqla ünsiyyətdə yaradılan maneənin aradan qaldırılması tələbi əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təhsil aldığı məktəbin müəlliminin iştirakı ilə dindirilmiş xx.xx.2012ci il təvəllüdlü X12 nənəsini sevmədiyini, onunla görüşməkdən imtina etdiyini, onları görmədiyini, bundan sonra da görmək istəmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-505/2018 nömrəli, 26 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən X8 xx.xx.2012-ci il təvəllüdlü X12 ilə hər həftənin şənbə günləri 10:00-dan 18:00-dək ünsiyyət hüququ təmin edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X8 anası X12 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, anası Cavabdehdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X8 anası X2r. - Q-372-075 nömrəli, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin məktubundan görünür ki, Cavabdeh ilə söhbət zamanı bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X7 yaxın qohumları ilə ünsiyyətinə etiraz etməsə də, xx.xx.2012-ci il tarixdə doğulmuş X12 10 il müddətdə nnəsini görmədiyi üçün bu ünsiyyət onun psixologiyasına mənfi təsir edəcəkdir. İddiaçıya məhkəməyə mürciət etməsi tövsiyyə edilmişdir. - xx.xx.2022-ci il tarixli Cavabdeh ərizəsinin surətindən görünür ki, Zəhra Quluzadənin fikri nəzərə alınmaqla və ona mənfi təsir göstərməməklə X3 ilə ünsiyyətdə olmasına etiraz etməmişdir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İ seriyalı, 170489 nömrəli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X13 ilə X9 xx.xx.2013-cü il tarixdə, 296 nömrəli ilə nikahın pozulması qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1/852 nömrəli, 05 avqust 2022-ci il tarixli rəyinin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X12 ilə hər həftənin şənbə günü saat 11:00dan 13:00-dək Rayon İcra Şöbəsində ünsiyyət vaxtının təyin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. -Məhkəmə iclasında dindirilən 74 saylı məktəbin müəllimi X11 ifadəsində bildirdi ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X12 dərslərində fəal iştirak edir, psixoloji durumu normaldır. Bir neçə dəfə söhbət zamanı ona yaxın qohumları ilə görüşməyi təklif edilsə də, o bundan qəti şəkildə imtina etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçın oğlu X14 ilə Cavabdeh birgə nikahından anadan olmuş xx.xx.2012-ci il tarixdə X12 Cavabdeh himayəsindədir. İddiaçı azyaşlının nənəsidir. X13 ilə X9 aralarında olan nikah xx.xx.2013-cü il tarixdə, 296 nömrəli ilə pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-505/2018 nömrəli, 26 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən X8 xx.xx.2012-ci il təvəllüdlü X12 ilə hər həftənin şənbə günləri 10:00-dan 18:00-dək ünsiyyət hüququ təmin edilmişdir. Lakin xx.xx.2012-ci il təvəllüdlü X7 nənə ilə ünsiyyətinə maneçilik törədilir. Bu səbəbdəndə iddiaçı əvvəlcə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmadığından məcbur qalıb məhkəməyə müraciət etmişdir. Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Haqqında BMT-nin Kоvensiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün оlan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaхşı maraqları оnların əsas оbyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-ci maddəsinə əsasən Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırılması zamanı habelə Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, nənə iıə nəvənini ilə görüşməsinə maneə olan, onların tərbiyəsinə və pisxologiyasına mənfi təsir edən hallar müəyyən edilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın yaşı, onun məktəbə getməli olduğunu habelə həftəsonu valdeyini ilə vaxt keçirməli olmasının onun mənafeyinə uyğun olması nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar nəvəsi – xx.xx.2012-ci il tarixdə doğulmuş X12 hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək sərbəst şəkildə görüş vaxtı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar nəvəsi – xx.xx.2012-ci il təvəllüdlü X12 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək sərbəst şəkildə görüş vaxtı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar