Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2222/2022 10.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh oğluna qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.09.2007-ci il tarixdə X6 və 24.01.2009-cu ildə X2 onların yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə hər ay sabit pul məbləğində hər bir övladına 250 manat ümumilikdə 500 manat məbləğində pulun xeyrinə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 14 yanvar 2007-cü il tarixində faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Lakin həmin dövr bəzi səbəblərdən rəsmi nikah bağlanılmamışdır. Onların birgə ailə münasibətindən 12.09.2007ci il tarixdə X6 və 24.01.2009-cu ildə X7 doğulmuşdur. Övladları dünyaya gələrkən doğum haqqında şəhadətnamə alınarkən ataları öz istəyi ilə onların atası olduğunu bildirmişdir. Bir müddət qeyri-rəsmi ailə münasibətləri sakit keçsə də, sonradan münasibətləri pozulmuş və faktiki olaraq 2011-ci ildən sonra münasibətləri tamamilə kəsilmişdir. Qeyd edir ki, birgə münasibətindən olan övladları X6 və X7 hal-hazırda onun himayəsindədirlər. Xüsusilə vurğulamaq istəyir ki, 2011-ci ildə münasibətləri kəsilərkən tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsində aliment iddiası qaldırılmış və cavabdehin uşaqların atası kimi tanınması tələb olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2011 -ci ildə 2(008)-2159/11 nömrəli qətnaməsi ilə Cavabdeh övladları 12.09.2007-ci il təvəllüdlü X6 və 24.01.2009-cu ildə təvəllüdlü X2 atası kimi tanınmış və onlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin qazancının hər ay üçün üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bilir ki, cavabdeh tərəfindən həmin qətnamə 2018-ci ilə kimi mütəmadi şəkildə icra olunmuş və aliment ödənilmişdir. 2018-ci il cavabdeh avtoqəza keçirmiş və iş fəaliyyəti dayanmışdır. Bundan sonra o işləmədiyindən alimentin ödənişi də dayanmışdır. Həmin dövrdə onda onun vəziyyətini başa düşərək alimentin ödənilməsini tələb etməyib. Lakin hal-hazırda Günel və Gülay yuxarı sinifdə oxuyurlar və onların orta məktəbdən əlavə olaraq repititor yanına hazırlığa da gedirlər ki, buda onun üzərinə əlavə xərclərin düşməsinə səbəb olur. Həmçinin qızları yaşa dolduqca da həm onların gündəlik xərcləri, geyimləri və.s kimi tələbatları da artır ki, bütüri bunlar onu həmin tələbatları qarşılamaqda aciz edir. Bu kimi hallar isə onun onların normal yaşayışını təmin etməyində böyük çətinliklər yaradır. Bu baxımdan da, hal-hazırda övladlarının normal yaşayışını maddi tərəfdən təmiri edə bilmir. Artıq 2018-cı ildən etibarən yəni ki, 3 ildən artıq müddət ərzində onların atası onlara heç bir maddi köməklik göstərməmişdir. Onların həm gündəlik yaşayış təlabata, həm də təhsil və.s xərcləri yalnız onun tərəfindən qarşılanmışdır. Lakin o, onun düşdüyü vəziyyəti anlayaraq keçmiş müddət arzində ödənilməyən alimenti hal-hazırda tələb etmir. Ancaq hazır ki, tələbi onun bundan sonrakı müddətdə ödənilməsi cavabdehin maddi durumu isə kifayət normaldır, ailə münasibətində olan dövrdə də heç vaxt maddi problem yaşamamışlar. Cavabdehdən dəfələrlə şifahi olaraq övladları həm təhsili, həmdə digər xərclərini qarşılamaq üçün maddi köməklik tələb etsə də, onlara heç bir maddi köməklik göstərməmişdir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Yetkinlik yaşına çatmamış övladları böyüdükcə onların tələbatı və müvafiq olaraq xərcləri də artır ki, bu onun tək bir qadın olaraq qarşılaya biləcəyi xərc deyildir. Bundan başqa cavabdehlə ailə münasibətində olmağına baxmayaraq o ata kimi öz vəzifələrini icra etməmiş, bunun da nəticəsində o, onun da vəzifələrini icra etməyə məcbur olmuşam. Dəfələrlə ondan tələb etməyinə baxmayaraq onuq öz vəzifələrini yerinə yetirməməsi onun mütəmadi əsəb və stress çəkməyinə, daim əsəbi gərgin vəziyyətdə qalmağına və mənəvi iztirab keçirməyinə səbəb olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2159/11 saylı, 2 sentyabr 2011-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş aliment məbləğinin dəyişdirilərək Cavabdeh 12.09.2004-cü il tarixdə X6 və 24.01.2009-cu ildə X2 onların yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay hər bir övladına 250 manat, ümumilikdə 500 manat məbləğində pulun xeyrinə tutularaq ona ödənilməsi barədə qətnamə çıaxrılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-2159/2011 saylı, 02.09.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X8 oğlundan 03.06.2011-ci il tarixdən başlayaraq 12.09.2007-ci il təvəllüdlü X3 və 24.01.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması hər ay qazancının və başqa gəlrilərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 781597 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12.09.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 781596 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 24.01.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2159/2011 saylı, 02.09.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay hər ay qazancının və başqa gəlrilərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı qızına verilməsi qət edilmişdir. Hazırda iddiaçının rəsmi iş yeri olmadığından alimentə dair qətnamə icrasız qalmışdır. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı dəyişdirilməli və alimentin dəyişdirilmiş məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli 2(008)- 2159/2011 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 12.09.2007-ci il tarixdə doğulmuş X5 və 24.01.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2222/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2222/2022
10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver