Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-226/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “birgə nikah dövründə alınan kreditin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “birgə nikah dövründə alınan kreditin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə birgə nikah dövründə əldə etdiyi kreditin 2/1 hissəsinin yəni 8800 (səkkiz min səkkiz yüz) manat pulun X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu ildə X6 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahda olan zaman xx.xx.2022-ci il tarixdə onlar 22838,82 manat kredit götürmüşlər. Lakin Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Nikah pozulandan sonra krediti o ödəmişdir. xx.xx.2023-cü ildə krediti ödəyib bitirmişdir. Bu dövr ərzində 17601 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş bildirmişdir ki, tərəflər birgə nikah dövründə olduqları müddətdə Xalq Bank ASC-dən bir neçə kredit götürmüşdülər. İlkin kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə götürülmüş, həmin kredit müqaviləsi üzrə borcu tam ödəmək üçün ikinci kredit müqaviləsi xx.xx.2022-ci il tarixdə götürülmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş kredit müqaviləsinin məbləği tərəflərin birgə nikah dövründə əldə etdilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borc ödənmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmiş, bildirmişdir ki, hazırki kredit götürülən zamn onlar faktiki ayrılmış, ümumiyyətlə götürülmüş kreditin nəyə sərf olunmasından məlumatlı olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Mingəçevir şəhəri Məhkəməsinin 2(051)-1497/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X6 ilə İddiaçı Eldar oğlu arasında xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmış və 56 nömrə ilə dövlət qeydiyyatına alınmış nikahın pozulması qət edilmişdir. Mingəçevir şəhəri Məhkəməsinin 2(051)-112/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı izahat verərək bildirmişdir ki, iddiaçı X3 onun Xalqbank ASC-yə 29.000 manat məbləğində kredit borcunun olduğun bildiyini, evlilikdən 1 il sonra iddiaçı X3 müalicəsinə başlandığını, müalicəyə 6-7 min manat pul xərcləndiyini bildirmişdir. 15 mart 2023-cü il tarixli Barışıq sazişindən görünür ki, İddiaçı 17 mart 2023-cü il tarixli Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-112/2023 nömrəli qətnaməsinə əsasən X5 qızıl tələbinə qarşı qızılın normal dəyəri olan 10288 manat kompensasiya ödənişi etmək öhdəliyini üzərinə götürür. İddiaçı öz üzərinə öhdəlik götürür ki, X5 atası X4 borc olaraq verdiyi 2000 manat pulu nağd olaraq xx.xx.2023-cü il tarixdə X5 ödəyir. X6 öz üzərinə öhdəlik götürür ki, qeydiyyatda olduğu Mingəçevir şəhəri M.maqomayev küçəsi 73 sayı evin 33 saylı mənzilindən 17 mart 2023-cü il tarixdə könüllü olaraq qeydiyyatdan çıxır və gələcəkdə İddiaçı qarşı bununla bağlı heç bir tələbi olmayacaq. X6 öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri M.Maqomayev küçəsi 73 saylı evin 33 saylı mənzilində olan özünə məxsus cehiz əşyalarını xx.xx.2023-cü il tarixədək çıxaracaqdır. “Xalq Bank” Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, basnk tərəfindən 72 ay müddətinə illik 13 faiz ödəmək şərti ilə 29.000 manat məbləğində pul vəsaiti İddiaçı verilmişdir. “Xalq Bank” Mingəçevir filialının xx.xx.2023-cü il tarixli MGR-XO -xx.xx.2023-001 nömrəli məktubundan görünür ki, İddiaçı ilə ASC “Xalq” Bank Mingəçevir filialının DKM/003N04A00679021 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəlikləri o, cümlədən əsas borcun, faiz borcunun ödənilməsi və digər ödənişlərin aparılması üzrə öhdəliklərini yerinə yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankını 04 sentyabr 2024cü il tarixli 6-1-16/3-8414/2024 nömrəli məktubundan görünür ki, qanunvericiliyə əsasən qeyri-bank hüquqi şəxslərə və fiziki şəxslərə Mərkəzi bank tərəfindən bank xidmətləri göstərilmir və həmin şəxslərlə bank arasında bağlanan kredit müqavilələri Mərkəzi bankda saxlanılmır. İş materiallarında olan “Xalq Bank” Mingəçevir filialının xx.xx.2024-cü il tarixli MGR- XO-13.9.2024-001 nömrəli məktubundan görünür ki, İddiaçı ilə “Xalq Bank” Mingəçevir filialı arasında DKM/003N04A00679021 nömrəli, xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞM/MT031/2023-01255 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün müəyyən olunmuş 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 110 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə məhkəmə iclasında iştirak edən iddiaçı tərəfin nümayəndəsi izahat verərək bildrmişdir ki, tərəflərin birgə nikah dövründə olduğları dövürdə iddiaçının iki kredit müqaviləsi üzrə borc götürmüş olduğunu, bunun birinin ilk olaraq xx.xx.2021-ci il tarixli kredit müqaviləsi olduğunu, ikinci kredit müqaviləsinin isə xx.xx.2022-ci il tarixdə götürülmüş olduğunu bildirsədə (xx.xx.2025-ci il tarixli baxış iclası), mülki iş matriallarına xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin matrialları iddiaçı tərəfindən təqdim edilməmiş, yəni sözügedən kredit müqaviləsinin mövcüdluğunu təsdiq edən sübutlar mövcud deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, sözügedən kredit müqaviləsi mövcud olduğu hesab edilsə belə, iddiaçının həmin kredit müqaviləsi üzrə əldə edilmiş məbləğin birgə nikah dövründə ümumi xərclərə sərf olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin vəkili xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə əldə edilmiş pulun xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanmasına sərf edilməsini təsdiq edən sübut kimi Mingəçevir şəhəri Məhkəməsinin 2(051)-112/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı məhkəmədə vermiş olduğu izhatını və “Xalq Bank” Mingəçevir filialının xx.xx.2023-cü il tarixli MGR-XO -xx.xx.2023-001 nömrəli məktubunda göstərilmiş İddiaçı ilə ASC “Xalq” Bank Mingəçevir filialının DKM/003N04A00679021 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəlikləri o, cümlədən əsas borcun, faiz borcunun ödənilməsini” məhkəmənin diqqətinə çatdırsada məhkəmə sözügedən sübutlara münasibət bildirərək qeyd edir ki, sözügedən sübutlar nə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin mövcudluğunu, nədəki həmin kredit müqaviləsi üzrə əldə edilmiş vəsaitinin birgə nikah dövründə yaranmış xərclərə sərf edilməsini təsdiq etmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X5 qarşı “birgə nikah dövründə alınan kreditin bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-226/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-226/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver