Məhkəmə qərarları › İş №2(008)-228/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-228/2023

16.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-228/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2, İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti yanında X6 Tingliyi xə Toxumçuluğun Mərkəzinin cavabdehlər "xxxx" QSC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı «tikinti işləri aparılan meşə fondu olması və həmin tikilinin qanunsuz hesab olunması, sökülüb sahənin əvvəlki vəziyyətinə gətirilməsi, P-43/5 saylı, xx.xx.2001-ci il tarixli və P-38/1 saylı xx.xx.2001-ci il tarixli müqaviləyə xitam verilməsi» tələbinə dair ilk iddia, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti yanında X6 Tingliyi xə Toxumçuluğun Mərkəzinə, Cavabdeh2 Telma oğluna, Cavabdeh3 qarşı “qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti yanında X6 Tingliyi xə Toxumçuluğun Mərkəzinin cavabdehlər "xxxx" QSC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı «tikinti işləri aparılan meşə fondu olması və həmin tikilinin qanunsuz hesab olunması, sökülüb sahənin əvvəlki vəziyyətinə gətirilməsi, P-43/5 saylı, xx.xx.2001-ci il tarixli və P-38/1 saylı xx.xx.2001-ci il tarixli müqaviləyə xitam verilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tikinti işləri aparılan sahənin meşə fondu olması və həmin tikilinin qanunsuz hesab olunması; Cavabdeh2 hesabına sökülüb sahənin əvvəlki vəziyyətinə gətirilməsi, P- 43/5 saylı xx.xx.2001-ci il tarixli və P-38/1 saylı xx.xx.2001-ci il tarixli müqaviləyə xitam verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti yanında X6 Tingliyi xə Toxumçuluğun Mərkəzi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Dəmir Yolu, Yol Təsərrüfatı İB tərəfindən dəmir yolunun Sabunçu rayonu, Pirşağı qəsəbəsindən keçən hissəsinin mühafizə zolağından Cavabdeh2 P-43/5 saylı xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən 12,5 sot və Cavabdeh3 P-38/1 saylı xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən 12,5 sot torpaq sahəsi olmaqla, cəmi 0,25 ha torpaq sahəsi bağ-bostan salmaq məqsədilə icarəyə verilmişdir. Sözügedən ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X6 Tingliyi və X1 meşə sahəsinin 8-ci kvartalının 1 və 2-ci bölməsindən 0,25 ha meşə fondu torpaqları ilə üst-üstə düşür. Müqavilə şərtlərinə əsasən ərazidə əsaslı tikinti aparılması qadağandır. Lakin, müqavilə şərtlərinə zidd olaraq həmin meşə fondu ərazisində qanunsuz əsaslı tikintilər aparılmışdır. Belə ki, ərazi 204 metr uzunluqda , 0,5 metr enində və 0,5 metr dərinlikdə qazılmışdır, bundan başqa Cavabdeh2 tərəfindən müqaviləyə əsasən ona məxsus olan ərazidə 500 ədəd mişar daşı gətirilmiş və perimetr boyunca 120 metr uzunluqda 0,5 metr enində 0,5 metr dərinlikdə özül beton tökülmüşdür. Meşə fondu torpaqlarında əsaslı tikinti aparmaq qadağandır. Meşə Məcəlləsinin 76-cı maddəsinin 4-cü bəndinə əsasən meşə fondu torpaqlarının dəmir yolunun mühafizə zonasında yerləşən həmsərhəd sahələrdə torpaqlarının istifadəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 saylı qərarının tətbiq edilməsi qaydalarının 21 və 23-cü bəndlərinin tələbləri pozulmuşdur. İddiaçı "xxxx" QSC-nin cavabdehlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti yanında X6 Tingliyi xə Toxumçuluğun Mərkəzinə, Cavabdeh2 Telma oğluna, Cavabdeh3 qarşı “qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti yanında X6 Tingliyi və Toxumçuluğu Mərkəzinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı ilkin iddia tələbi rədd edilməsi, Pirşağı-Yeni Sumqayıt mənzilinin 32 km pk6 + 10 m-dən, 32 km pk6 + 50 m-ə kimi yolun sol artım istiqaməti ilə və 32 km pk5 + 65 mdən pk6 + 05 m-nə kimi yolun kilometr artım istiqamətinin sol tərəfində dəmiryolunun təhkim zonasının 30 metrliyində inşa edilmiş qanunsuz tikili cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti yanında X6 Tingliyi və Toxumçuluğu Mərkəzinin cavabdehlər "xxxx" QSC-nin İnfrastruktur departamentinə. Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək tikinti işləri aparılan sahənin meşə fondu olması, tikilinin qanunsuz hesab olunaraq Cavabdeh2 hesabına sökülərək sahənin əvvəlki vəziyyətinə gətirilməsini və xx.xx.2001-ci il tarixli P-43/5 nömrəli və xx.xx.2001-ci il tarixli P-38/1 nömrəli müqavilələrə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti yanında X6 Tingliyi və Toxumçuluğu Mərkəzi iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" QSC dəmir yolunun Sabunçu rayonu, Pirşağı qəsəbəsindən keçən hissəsinin mühafizə zolağından Cavabdeh2 xx.xx.2001-ci il tarixli P-43/5 saylı müqaviləyə əsasən 12,5 sot torpaq sahəsi və Cavabdeh3 xx.xx.2001 -ci il tarixli P-38/1 saylı müqaviləyə əsasən 12,5 sot torpaq sahəsi olmaqla cəmi 0,25 ha torpaq sahəsi bağ-bostan salınması məqsədilə icarəyə verilmişdir. Lakin, müqavilə şərtlərinə əsasən ərazidə əsaslı tikinti işlərinin aparılması qadağan olduğu halda müqavilə şərtlərinə zidd olaraq həmin əraziyə mişar daşları gətirilərək Cavabdeh2 tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamenti hüquqi şəxs deyil, "xxxx" QSC tabeliyində fəaliyyət göstərən idarədir. Həmin idarənin hazırkı iddia tələbi üzrə cavabdeh qismində çıxış etməsi yolverilməzdir. Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “ADY- nin İnfrastruktur departamenti” adı ilə qeydə alınmış hüquqi şəxs mövcud deyildir. Göründüyü kimi İnfrastruktur departamenti "xxxx" QSC-nin tabeliyində fəaliyyət göstərən idarə olduğu halda, məhkəmə hüquqi şəxs olmayan bir qurumu məhkəmə baxışının subyekti kimi tanımışdır. "xxxx" QSC-nin balansında olan Pirşağı-Yeni Sumqayıt mənzilinin 32 km pk6 + 10 m-dən, 32 km pk6 + 50 m-ə kimi yolun sol artım istiqaməti ilə dəmir yolunun təhkim zolağında 12,5 sot torpaq sahəsi xx.xx.2001-ci il tarixli razılıq məktubu ilə Cavabdeh3, 32 km pk5 + 65 m-dən pk6 + 05 m-nə kimi yolun kilometr artım istiqamətinin sol tərəfində dəmir yolunun təhkim zolağında 12,5 sot torpaq sahəsi xx.xx.2001 -ci il tarixli razılıq məktubu ilə Cavabdeh2 bağ- bostan salmaq üçün istifadəyə verilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 100 metr təşkil etdiyi halda cavabdehlər tərəfindən 30 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı “Azərbaycan Dəmir Yolları" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə aktlar tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı-dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Qeyd etmişlər ki, ‘‘Azərbaycan Dəmir Yollan” QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında hər hansı icarə müqavilələri bağlanmamışdır. Onların ailə vəziyyəti nəzərə alınaraq bağ-bostanın salınması məqsədilə sözügedən dəmir yolunun mühafizə zonasında yerləşən ərazidə əsaslı tikintinin işlərinin aparılmasına qadağan olunmasını nəzərə alınmaqla xx.xx.2001 -ci il tarixli P-38/1 nömrəli və xx.xx.2001-ci il tarixli P-43/5 nömrəli razılıq məktublarına əsasən istifadəyə verilmişdir. Eyni zamanda qeyd edirik ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 76-cı maddəsində meşə fondu torpaqlarının dəmir yolunun mühafizə zonasında yerləşən həmsərhəd sahələrdə torpaqların istifadəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalı olduğu göstərilmişdir. Lakin sözügedən maddə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X5 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı nümayəndəsi Nümayəndə ilk iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Digər ilk və qarşılıqlı iddia üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ilk və qarşılıqlı iddia üzrə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Tingliyi və Toxumçuluğu Mərkəzinin 53/2 nömrəli, xx.xx.2021-ci il tarixli "xxxx" QSC İnfrastruktur Departamentinə ünvanlanmış məktubun surətindən görünür ki,X3 və Cavabdeh3 verilmiş müqavilənənin ləğv edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunması ilə əlaqədar məlumatlandırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Tingliyi və Toxumçuluğu Mərkəzinin 53/3 nömrəli, xx.xx.2021-ci il tarixli Cavabdeh3 ünvanlanmış məktubdan görünür ki, dəmir yolunun mühafizə zonasında yerləşən meşə fondu torpaqlarında mehafizə və xidmət işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı əsasında aparıldığından belə bir razılığın olmadığını, meşə fondunun torpaqlarının əvvəlki vəziyyətə gətirilməsi üçün 10 gün vaxt verilməsini, əks təqdirdə sənədlərin məhkəməyə təqdim ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Tingliyi və Toxumçuluğu Mərkəzinin 47/2 nömrəli, xx.xx.2021-ci il tarixli Cavabdeh2 ünvanlanmış məktubdan görünür ki, ərazidə gördüyü işlərin qanunsuz olduğu , 10 iş günü ərzində meşə fondunda olan mişar daşlarının götürüb, ərazini əvvəlki vəziyyətə qaytarmasını qanunamüvafiq tədbirlər görülməsi üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. "xxxx" QSC-nin xx.xx.2020-ci il tarixli, İD-693/1 nömrəli Cavabdeh2 ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Dəmir yolu nəqliyyat təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının və Dəmir yolları üçün və dəmir yolunun sanitariya mühafizə zonası üçün torpaqayırma Normalarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli, 33 saylı qərarına əsasən müəyyən olunmuş məsafə daxilində ərazinin özəlləşdirilməsinə və orada əsaslı tikinti işlərinin aparılmasına icazə verilmədiyi bildirilmişdir. "xxxx" X4 Birliyinin P-38/1 nömrəli, xx.xx.2001-ci il tarixli Cavabdeh3 ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Dəmir Yolları rəisinin 3 aprel 1979-cu il tarixdə verilmiş 29/N əmrinə əsasən Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyinə yazılı müraciətini rəhbər tutub və ailə vəziyyətini nəzərə alaraq, Cavabdeh3 Pirşağı-Yeni Sumqayıt mənzili 32 km PK6+10 PK6+50 m-ə qədər yolun sol artım istiqaməti ilə dəmir yoluna məxsus 12.5 sot torpaq sahəsi bağ-bostan salmaq üçün onun istifadəsinə verilmişdir. "xxxx" X4 Birliyinin P-43/5 nömrəli, xx.xx.2001-ci il tarixli Cavabdeh2 ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Dəmir Yolları rəisinin 3 aprel 1979-cu il tarixdə verilmiş 29/N əmrinə əsasən Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyinə yazılı müraciıti rəhbər tutub və ailə vəziyyətini nəzərə alaraq, Cavabdeh2 Pirşağı-Yeni Sumqayıt mənzili 32 km 32 km pk5+65m-dən pk6+ 05 m-nə kimi yolun kilometr artım istiqamətinin sol artım istiqaməti ilə dəmir yoluna məxsus 12.5 sot torpaq sahəsi bağ-bostan salmaq üçün onun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Tingliyi və Toxumçuluğu Mərkəzinin 64674 nömrəli, xx.xx.2021-ci il tarixli aktının surətindən görünür ki, Cavabdeh2 ilə söhbət zamanı əraziyə əsaslı tikinti materialı gətirilərək tikinti aparmağın qanunsuz olduğu barədə xəbərdarlıq edilmiş və bununla əlaqədar akt tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Tingliyi və Toxumçuluğu Mərkəzinin 64676 nömrəli, xx.xx.2021-ci il tarixli aktının surətindən görünür ki, Cavabdeh3 tikinti işlərinin aparılmasının qanunsuz olduğu barədə xəbərdarlıq edilmiş, tikinti işlərinin dərhal dayandırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələb edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, dəmir yolunun mühafizə zolağının yaxınlığında olan torpaq sahəsinə tikinti üçün nəzərdə tutulan mişar daşları gətirilmişdir. Məhkəmə ilkin olaraq ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək tikinti işləri aparılan sahənin meşə fondu olması və həmin tikilinin qanunsuz hesab olunması; Cavabdeh2 hesabına sökülüb sahənin əvvəlki vəziyyətinə gətirilməsi barədə tələb ilə məhkəməyə müraciət etsədə tikinti aparılan sahənin meşə fondu torpaqlarıan aid olmasını təsdiq edəcək heç bir möhtəb sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda ilkin iddia üzrə iddiaçı P43/5 saylı xx.xx.2001-cvi il tarixli və P-38/1 saylı xx.xx.2001-ci il tarixli müaviləyə xitam vermilməsinini tələb etsədə mülki işin matriallarından görünür ki, "xxxx" QSC ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında sözügedən müqavilə olmamış, ilkin iddia üzrə iddiaçının hüquq və mənafeylərinə toxunana hər hansı bir hal mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən ilkin iddia tələbi ilkin iddia üzrə iddiaçının subyektiv hüququnun mövcud olmaması əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan sonra məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Cavabdeh3 xx.xx.2001-ci il tarixli və Cavabdeh2 Qurban oğluna ünvanlanmış xx.xx.2001ci il tarixli razılıq məktublarından görünür ki, Azərbaycan Dəmir Yolları” QSC tərəfindən cavabdehlərə yalnız onların mühafizə zonası daxilində yerləşən torpaq sahələrində- Pirşağı-Yeni Sumqayıt mənzili 32 km PK6+10 PK6+50 m-ə və 32 km 32 km pk5+65m-dən pk6+ 05 m-nə kimi yolun kilometr artım istiqamətinin sol artım istiqaməti ilə dəmir yoluna məxsus 12.5 sot torpaq sahəsində yalnızca bağ-bostan salınmasına icazə verilmişdir. Lakin mülki işin matriallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, cavabdehlər Cavabdeh2 Qurban oğlu və Cavabdeh3 onların istifadəsinə verilmiş torpaq sahəsində qanunsuz olaraq tikinti işləri apardığından qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən Dəmir yolunun təhkim zolağı hüdudlarında aşağıda göstərilən torpaqlar yerləşir: 1.2.1. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus dəmir yolları ilə, sənaye, kənd təsərrüfatı və meşə emalı müəssisələrinin xarici dalan dəmir yolları ilə, həmçinin bu dəmir yollarına bitişik dəmir yol nəqliyyatı təyinatlı tikililər, qurğular və binalarla (dəmir yolları və onların altında olan torpaq yataqları, stansiya yollan və stansiyalar, sərnişin vağzalları, dəmir yol təyinatlı süni tikililər, rabitə və enerji təchizatı, lokomotiv-vaqon, yol, yük və sərnişin təsərrüfatları üzrə bina və tikililər, dəmir yol nəqliyyatı təyinatlı su təchizatı və kanalizasiya qurğu və tikililəri ilə) tutulmuş torpaqlar; [11] 1.2.2. dəmir yolunun xüsusi mühafizə zonasının torpaqlan; 1.2.3. dəmir yollarını qum və qar basqınından, həmçinin yarğanəmələgəlmədən və digər zərərli təsirlərdən qorumaq məqsədilə salınmış meşə zolaqları ilə tutulmuş torpaqlar; 1.2.4. dəmir yol nəqliyyatının fəaliyyətini təmin edən xidməti, yaşayış, mədəni-məişət və digər təyinatlı bina və tikililərlə tutulmuş torpaqlar. Həmin Qərarın 15-ci bəndinə əsasən xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Həmin Qərarın 16-cı bəndinə əsasən dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Həmin Qərarın 17-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti yanında X6 Tingliyi xə Toxumçuluğun Mərkəzinin ilk iddia üzrə cavabdehlər "xxxx" QSC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı «tikinti işləri aparılan meşə fondu olması və həmin tikilinin qanunsuz hesab olunması, sökülüb sahənin əvvəlki vəziyyətinə gətirilməsi, P-43/5 saylı, xx.xx.2001-ci il tarixli və P-38/1 saylı xx.xx.2001-ci il tarixli müqaviləyə xitam verilməsi» tələbinə dair ilk iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən Pirşağı-Yeni Sumqayıt mənzilinin 32 km pk6 +10 m-dən, 32 km pk 6+50 m-ə kimi yolun sol artım istiqaməti ilə və 32 km pk5+65 m-dən pk6+05 m-ə kimi yolun kilometr artım istiqamətinin sol tərəfində dəmir yolunun təhkim zonasının 30 metrliyində inşa edilmiş qanunsuz tikili cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar