Məhkəmə qərarları › İş №2(105)-1435/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1435/2025

19.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1435/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyini cəlb edilməklə) Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X13 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-37/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının “İddiaçı Mənzil Tikinti Kooperativinə Sumqayıt şəhərində çoxmənzilli yaşayış binaları tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 725 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazidə "BEK-A” Mənzil Tikinti Kooperativinə çoxmənzilli yaşayış binaları tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilməsi, layihə sənədlərinin mərhələsindən asılı olmayaraq, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməsi və aidiyyəti orqanlarla razılaşdırılması təmin edilməsi, yaşayış binalarının işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş idarəsində ekspertiza edilərək layihələndirmə işləri tam başa çatdırıldıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş texniki sənədlər qeydiyyatdan keçirilməsi, tikintiyə icazə verilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilməsi, layihələndirmə başa çatdırıldıqdan sonra, mövcud sərəncam inşaat pasportu, işçi layihəsi, ekspertiza rəyi, kommunikasiyaların texniki şərtləri, tikintinin qeydiyyat və icazə vərəqəsi ilə birlikdə tikinti işlərinin aparılması üçün əsasdır. "BEK-A” Mənzil Tikinti Kooperativinə ərazinin sanitar vəziyyətinə nəzarət etməsi, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma idarəsinin tapşırıqlarını, inşaat pasportunda nəzərdə tutulmuş digər göstərişlərini yerinə yetirsin və layihələndirməni ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində, müvafiq qaydalara uyğun başa çatdırılmasını təmin etməsi, ərazinin və yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun hazırlanmış işçi layihəsi tam həcmdə Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilməsi, layihələndirmə zamanı nəzərdə tutulmuş ərazidən keçən və ya əvvəlcədən müəyyən, olunmamış kommunikasiya xətləri aşkar olunarsa, həmin xətlərin aidiyyati təşkilatlarla razılaşdırılaraq öz vəsaiti hesabına sahədən kənarlaşdırılmasını təmin edilməsi tapşırılmışdır. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalrtız layihələndirmə üçün əsasdır. İddiaçı Mənzil Tikinti Kooperativi Sumqayıt şəhər Bələdiyyəsi ilə torpaq münasibətlərini həll etdikdən, DƏDRX-də sifarişçinin torpaq üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan və tikintinin aparılmasını əlaqədar təşkilatlarla müvafiq qaydada razılaşdırdıqdan sonra tikinti işlərinə başlaya bilər. ‘‘BEK-A" Mənzil Tikinti Kooperativi tərəfindən binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqların qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi təmin olunsun. Yuxarıda qeyd edilən bəndlər “BEKA" Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilməzsə, sərəncamın ləğv edilməsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması qərara alınmışdır. Sərəncamın müddəti bir ildir. Sərəncamın icrasına nəzarət Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

2. 15 saylı Mənzil-Kommunal sahəsinin mühəndisləri X6, X8, sahə ustası X9 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 15 və 17 saylı binaların yanında yerləşən avtodayanacaqla əlaqədar Cavabdeh dayanacağa aid sənədlərin və özünün şəxsiyyət vəsiqəsini istəsələr də, vətəndaş öz narazıçılığını bildirmiş, sənədlərin verilməsindən imtina etmişdir. Ona həmin ərazinin İcra Başçısınin sərəncamı ilə çoxmərtəbəli bina tikilməsi üçün başqa vətəndaşa verilməsini izah etmişlər və həmin ərazinin boşaldılması tələbi olunduğunu bildirmişlər.

3. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7648 nömrəli müqavilədən görünür ki, icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanıda Əmlak Məsələləri Dövlət Xidmətinin icarəyə verdiyi Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisi ünvanında yerlən 4196.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul etmişdir. Müqavilənin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək göstərilmişdir.

4. Əmlak Məsələləri Dövlət XidmətiFaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından görünür ki, ünvan 2 ünvanında 0,4196 ha torpaq sahəsi İddiaçı MTK-nın xeyrinə yüklü edilmişdir, yüklüyün növü icarə, əsas öhdəliyin mahiyyəti və icra müddəti 7648 nömrəli xx.xx.2024-cü il tarixli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilədir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9948 saylı ekspert rəyinə əsasən baxış zamanı təqdim olunan qeyri-yaşayış obyektinin (avtodayanacaq) rəyin tədqiqat hissəsində qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edildi. Həmçinin qeyd olunur ki, həmin qeyriyaşayış obyektinə (avtodayanacaq) dair mülki iş materiallarında hüquqmüəyyənedici və texniki sənəd olmadığından və ekspert vəsatətinə əsasən Mərkəzə təqdim olunmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyini cəlb edilməklə Cavabdeh Məhəmməd oğluna qarşı «qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 18 noyabr 2022-ci il tarixli, 725 saylı sərəncamı ilə BEK-A Mənzil Tikinti Kooperativinə Sumqayıt şəhərində çoxmənzilli yaşayış binaları tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Hal-hazırda Cavabdeh Məhəmməd oğlu qeyd olunan 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazini Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən verilmiş müqavilə əsasında dəmir setka ilə çəpərə alaraq avtodayanacaq kimi istifadə edir və 25 kv.metr sahəsində özbaşına tikinti apararaq orada yaşayır. Məsələ ilə əlaqədar tərəflərindən Sumqayıt şəhər Bələdiyyəsinin rəhbərliyi ilə əlaqə saxlanılmış və onların verdiyi məlumata əsasən məlum olmuşdur ki, bələdiyyə tərəfindən verilmiş müqavilənin müddəti 2019-cu ildə bitmişdir. Avtodayanacağın boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması ilə əlaqədar 15 saylı Mənzil Kommunal Sahəsinin rəhbərliyi tərəfindən əraziyə baxış keçirilmiş və Cavabdeh zəbt etdiyi ərazini boşaltması tapşırılmışdır. Lakin, Cavabdeh ərazini boşaltmaqdan və avtodayanacaq və tikintiyə dair digər sənədləri verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh Məhəmməd oğlu tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17- yə yaxın hasarlayaraq avtodayanacaq kimi istifadə etdiyi ərazinin boşaldılması və avtodayanacaqda özbaşına apardığı tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Daha sonra iddiaçı X4 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iddiaçı X2 əsl İddiaçı MTK ilə əvəz edilməsi məhkəmədən xahiş edilmişdir.

9. Daha sonra İddiaçı MTK-nın nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlanaraq avtodayanacaq kimi istifadə etdiyi ərazinin boşaldılması və avtodayanacaqda özbaşına apardığı tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-37/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlanaraq avtodayanacaq kimi istifadə edilən ərazinin boşaldılması və avtodayanacaqda aparılmış özbaşına tikintinin sökülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutulması qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.4, 157.4, 157.8, 158.4, 170.2, 180.1, 180.2, 180.3, 180.4, 240-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-37/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunun normalarına müvafiq olaraq pozuntularla tikilmiş bina və ya qurğular müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı tərəfin iddiası üzrə məhkəmənin qərarı əsasında sökülə bilər. Şübhəsiz ki, belə özbaşına tikililərin sökülməsi onu həyata keçirmiş şəxsin hesabına həyata keçirilməli, onların tikintisinə sərf edilmiş materiallar isə onun mülkiyyətində saxlanmalıdır. Özbaşına tikilmiş binaların və qurğuların sökülməsini məhkəmə qaydasında yerli icra hakimiyyəti orqanları və belə tikililərin aparılması nəticəsində hüquqları pozulmuş və ya həyatı və sağlamlığı üçün təhlükə yaranmış şəxslər tələb edə bilərlər. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlanaraq avtodayanacaq kimi istifadə edilən ərazi boşaldılmalı və avtodayanacaqda aparılmış özbaşına tikinti sökülməlidir.

14. Maddi hüquq normaları pozulmuşdur. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. İstinad olunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

15. Beləliklə iki halda torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olmalıdır və 2) sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır. Hazırki işdə də qanunda göstərilmiş birinci hal mövcuddur. Göründüyü kimi, cavabdehin həmin torpaq sahəsinə dair üstünlük hüququ vardır. O həmin torpaq sahəsini bu və ya digər hüquqi əsasla əldə etmək üçün üstünlük hüququna malikdir.

16. Mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Belə ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması— məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. İki dəfə iş üzrə icraatın dayandırılması barədə vəsatət verilsə də, məhkəmə icraatı dayandırmamış, iş üzrə yekun məhkəmə aktı çıxarmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

17. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Belə ki, Sumqayıt Şəhər Xalq X5 Heyətinin 1 fevral 1994-cü il tarixli, 35 protokol nömrəli “torpaq sahəsinin ayrılması barədə” qərarı ilə Sumqayıt şəhər xalq deputatları Soveti torpaq komissiyasının 16 nömrəli, 31 yanvar 1994-cü il tarixli protokoluna əsasən Mənzil-Kommunal təsərrufatı istehsalat birliyinə 9-cu mikrorayon ərazisində avtomobillərin dayanacağı üçün 0.32 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Bundan sonra Bələdiyyə ilə vətəndaş arasında ilbəil yenilənən torpaqdan istifadəyə dair müqavilələr bağlanmışdır. Hazırda da həmin torpaq sahəsi iddiaçının qanuni istifadəsində və faktiki sahibliyindədir. Lakin onun torpaqdan istifadə (icarə) hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sumqayıt Şəhər Xalq X5 Heyətinin 1 fevral 1994-cü il tarixli, 35 protokol nömrəli “torpaq sahəsinin ayrılması barədə” qərarı ilə Sumqayıt şəhər xalq deputatları Soveti torpaq komissiyasının 16 nömrəli, 31 yanvar 1994-cü il tarixli protokoluna əsasən Mənzil-Kommunal təsərrufatı istehsalat birliyinə 9-cu mikrorayon ərazisində avtomobillərin dayanacağı məqsədilə Cavabdeh adına rəsmiləşdirilmiş 0.32 ha torpaq sahəsi üzərində istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunmuşdur. Müraciətə “Ərizənizə əlavə edilmiş Sumqayıt bələdiyyəsi ilə bağlanmış müqavilələrin müddəti bitmiş, həmçinin müqavilədə sahə göstərilməmişdir. Bundan əlavə, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi dövlət mülkiyyətindədir. Nəzərinizə çatdırırıq ki, "Dövlət əmlakının özəlləşdirilməsi " haqqında Azərbaycan Respublikası Qanunun müddəalarna uyğun olaraq sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə Müraciət etməyiniz tövsiyyəv olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir” məzmununda cavab verilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir.

21. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

22. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

23. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

25. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

30. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

33. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

35. Maddə 240. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə öz sahəsində binalar və qurğular ucalda bilər. Belə tikililərin inşası üçün müəyyən edilmiş qaydada icazə alınmalıdır. Göstərilən qaydalara əməl etməklə mülkiyyətçi öz mülkiyyətində olan torpaq sahəsində ucaltdığı binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Lakin bu qaydaların pozulması ilə inşa edilmiş tikililər özbaşına tikili hesab edilir və yuxarıda qeyd olunan maddəyə əsasən belə tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının

44. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

45. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

46. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya baxışının hədləri

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

50. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-37/2025 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

51. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Beləliklə, iş üzrə məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 725 saylı Sərəncamına əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazidə çoxmənzilli yaşayış binaları tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilməsi "BEK-A” Mənzil Tikinti Kooperativinə həvalə edilmişdir. Sumqayıt şəhəri, 13-cü mikrorayon, 15 və 17 saylı binaların yanında yerləşən avtodayanacaq cavabdehin istifadəsindədir və həmin ərazinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. İşdən görünür ki, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanıda Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisi ünvanında yerlən 4196.0 kv.m torpaq sahəsini icarəçi İddiaçınə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək icarəyə vermişdir. Həmin icarə hüququ dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı MTK-nın adına qeydiyyata alınmışdır.

54. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsinin qərardadı əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, baxış zamanı təqdim olunan qeyriyaşayış obyektinin (avtodayanacaq) rəyin tədqiqat hissəsində qeyd olunan koordinatlar daxilində yerləşir.

55. Gəlinən nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iki dəfə iş üzrə icraatın dayandırılması barədə vəsatət verilsə də, məhkəmə icraatı dayandırmamış, iş üzrə yekun məhkəmə aktı çıxarmaqla Mülki Prosessual Məcəllənin 254,255-ci maddələrinin tələbləriini pozmuşdur.

56. Qeyd edilən dəlillə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1-ci maddəsinə əsasən əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili X10 iş üzrə icraatın dayandırılmasına dair ərizəsinin təmin edilməməsi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1676/2024 nömrəli qərardadında qeyd edilmişdir ki, iddia tələbi Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxən hasarlayaraq avtodayanacaq kimi istifadə etdiyi ərazinin boşaldılması və avtodayanacaqda özbaşına apardığı tikintinin sökülməsi olduğu halda, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)- 1831/2024 saylı iş üzrə iddia tələbi Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində avtomobillərin dayanacağı məqsədilə X7 adına rəsmiləşdirilmiş 0,32 ha torpaq sahəsi üzərində istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Repsublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasıdır.

57. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməmişdir. Belə ki, həmin qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olduğu halda torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər. Göründüyü kimi, cavabdehin həmin torpaq sahəsinə dair üstünlük hüququ vardır. O həmin torpaq sahəsini bu və ya digər hüquqi əsasla əldə etmək üçün üstünlük hüququna malikdir.

58. Məhkəmə kollegiyası göstərilən dəlillə də razılaşmayaraq qeyd edir ki, mübahisəli ərazinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı sənəd olmadığı halda onun istifadəsindədir. Ona görə də Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

59. Yekun olaraq Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır. Mülkiyyətçi öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum olduğundan, mülkiyyətin müdafiəsi haqqında iddia qaldırmaq məcburiyyətində olmuşdur.

60. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin müddəalarına görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.

61. Milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

63. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

64. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-37/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar