Məhkəmə qərarları › İş №2(5-88)-45/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-88)-45/2026

14.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(5-88)-45/2026 14.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı cavabdehlər Gülməmməd, Baxşəliyə qarşı qeyri qanuni tikinti, mülkiyyət hüququnun pozulması, zərərin ödənilməsi və söküntü tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi:

1. İddiaçı cavabdehlər Gülməmməd, Baxşəliyə qarşı qeyri qanuni tikinti, mülkiyyət hüququnun pozulması, zərərin ödənilməsi və söküntü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun şəxsi həyətyanı sahəsinin dibində tikilmiş 3 ədəd mağazanın qeyri-qanuni tikili kimi tanınmasını, sözügedən 3 dükanın tam sökülməsi barədə qərarın qəbul edilməsini, hasarının uçması və evinə dolan sular nəticəsində maddi zərərin ekspertiza yolu ilə müəyyən edilərək cavabdehin tutulmasıni, iş üzrə məhkəmə tikinti və texniki ekspertzianın təyin edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.

3. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir.

4. Lakin, İddiaçı cavabdehlərin yuxarıda qeyd edilən məlumatlarını, yəni (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) ərizəsində göstərməmişdir.

5. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini yönəltdiyi cavabdehləri ərizəsində dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəqiq müəyyən edilməsi iddia ərizəsinin ərazi aidiyyatı üzrə hansı məhkəməyə aid olması məsələsinin həlli üçün də zəruridir.

6. Həmçinin, həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir.

8. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.

10. Məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemində İddiaçı ödəniş etməsi barədə heç bir məlumat tapılmamışdır.

11. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Gülməmməd, Baxşəliyə qarşı qeyri qanuni tikinti, mülkiyyət hüququnun pozulması, zərərin ödənilməsi və söküntü tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

12. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdehlər Gülməmməd, Baxşəliyə qarşı qeyri qanuni tikinti, mülkiyyət hüququnun pozulması, zərərin ödənilməsi və söküntü tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hаkim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar