Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2310/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X8 ilə hər həftənin cuma günü axşam saat 18.00-dan bazar günü saat 180.00-dək, bayram günləri olan Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı günlərində tam bir gün, yəni axsam saat 18:00-dan ertəsi günü saat 18:00- dək, uşağın doğum günlərində saat 11:00 dan-17:00-dək olmaqla sərbəst görüşüb ünsiyyətdə olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə xx.xx.2016-cı il tarixində rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Bu rəsmi nikahdan xx.xx.2017-ci il təvəllüdlü X8 adlı bir uşağı dünyaya gəlmişdir. Cavabdeh Sabunçu Rayon Məhkəməsinə müraciəti əsasında xx.xx.2016-cı il tarixi rəsmi nikahları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2821/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə xəbəri olmadan pozulmuşdur. Rəsmi nikahları pozulduğu zaman azyaşlı uşaqları Nəsib cavabdehin himayəsində saxlanılmışdır. Məhkəməin qətnaməsindən azyaşlı oğlu Nəsibin cavabdehin himayəsində saxlanılması hissəsindən apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6625/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Hal-hazırda məhkəməyə müracət etməyinin səbəbi Cavabdeh azyaşlı oğlu Nəsibi ona göstərməməsi, onunla ünsüyyət qurmağının qarşısını bütün cəhdi ilə almasıdır. Qeyd etdiyi ki, səkkiz aya yaxındır ki, uşağının üzünü görə bilmir. Uşağının cavadehlə birlikdə harda yaşaması, neçə yaşaması, hansı vəziyyətdə olması barədə məlumat ala bilmir. Bircə ondan məlumatı var ki, hansısa bir rəfiqəsi ilə şəhərin hansısa hissəsində kirayəyə tutduqları evdə yaşayır. Azyaşlı oğlu Nəsib atası olaraq ona çox bağlı bir uşaq olub. Bu qədər uzun zamanda onun da onu görməməsi onun da psixologiyasında güclü sarsıntə keçirməsinə əsas verə bilər. Birdən birə atasına bağlı bir uşağı ondan ayrıraraq bağlantısını kəsmək olduqca zərər verici bir hərəkətdir. Məhkəməyə qədər onunla nə qədər təmas saxlayaraq etdiyi bu hərəkətin sadəcə olaraq uşağına zərə verəcəyini başa salmağa çalışsaq da heç bir nəticəsi olmadı. xx.xx.2017-ci il təvəllüdlü oğlu X5 validenynlərindən biri kimi ona qayğı göstərmək, onu tərbiyə etmək hüququ vardır və bu hüquq ona həm qanunla, həm də Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınmışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razı olduğunu bildirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildiridi ki, İddiaçı narkomandır və narkotik vasitələrdən istifadə edir. Hazırda istifadə etməkdə də davam edir. Cavabdehin İddiaçı Nəsib oğlu ilə boşanmağının səbəbi onun pis vərdişlərinin olmasıdır yəni İddiaçı narkotik vasitədən istifadə edir içki aludəçisidir. Bununla bağlı cavabdehin əlidə sübüt var. Onun narkotik vasitədən övladı və onun gözünün qarşısında istifadə edəndə 6-7 saniyəlik telefonda videoya çəkmiş. Həmin şəkli və video görüntünü etiraza əlavə etmişdir. Narkotik vasitədən istifadə edən insana cavabdeh övladını necə təhvil verə bilər. Hətda azyaşlı övladına narkotikin necə çəkilməsini öyrətmiş, içkilər içizdirmiş və nəlayiq söyüşlər öyrətmişdir. Ondan ayrıldıqdan sonra övladı özü anasına bir bir danışmışdır və narkotik istifadəsinin qaydasını və necə etməsini başa salmışdır. Belə ataya övlad verilərmi. Belə “ata” atalıqdan məhrum edilməlidir və cəmiyyətə yararsız olduğuna görə yandırılmalıdır. Belə insanla yaşamağın artıq mənasız olduğunu, övladının həyatını məhv etdiyi anladıqdan sonra boşanmağa qərar vermişdir. Övladını təkbaşına saxlayır özü işləyir övladına baxır kirayədə yaşayır. Övladının ehtiyaclarını təkbaşıma qarşılayır. Cavabdehin özü tüfeyli həyat sürür istəyirki övladını da özü kimi tüfeyli həyata cəlb eləsin. Övladına içkiyə qədər içməyi öyrədib hətda spritli içkilərdə içmişdir. Övladına dəhşət dərəcədə pis pis söyüşlər öyrətmişdir. Belə bir insanın atası ilə görüşməyinə cavabdeh necə razı ola bilər. Hətda övladı atasının narkotik vasitədən istifadə edəndən sonra hansi vəziyyətdə olduğunu anlayıb ona bildirir ki, ana “atam hazırda nəşəlidir ona bir söz demə”. Baxın görün o, necə ailə həyatı yaşamışdır. O, övladının başına pis bir iş gəlsə kim ona cavabdeh olcaq ona cəza veriləcək çıxıb gedəcək bəs onun həyatım övladının həyatı. Uşaqla ünsiyyətin əsaslarında biri atanın narkotik vasitələrdən istifadə etməməsidir. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6625/2022 nömrəli 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2821/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X4 ilə İddiaçı Nəsib oğlu ararsında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2017-ci il təvəllüdlü X12 aoğlu anansı X1 himayəsinə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6625/2022 nömrəli 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2821/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/1-0688 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir . AZ-T seriyalı 200950 nömrəli doğum haqqlnda şəhadətnamənin surətindən görünür ki, X8 15 sentyabr 2017-ci ildə Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası X2r. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-18/2-1402/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinin iddia ərizəsinə uyğun təmin edilməsini məqsədəuyğun hesab etmişdir. Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Haqqında BMT-nin Kоvensiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün оlan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaхşı maraqları оnların əsas оbyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-ci maddəsinə əsasən Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırılması zamanı habelə Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, atanın uşağı ilə görüşməsinə maneə olan, onların tərbiyəsinə və pisxologiyasına mənfi təsir edən hallar müəyyən edilməmişdir. Lakin məhkəmə ata ilə övladının görüş vaxtının saatlarını müəyyən edərək, xx.xx.2017-ci il təvəllüdlü X5 yaşını, məktəbə getməsini, bayram və istirahət günlərinin digər valdeyini, dostları ilə keçirməli olmasını və əlavə məşquliyyətlərini nəzərə alaraq hesab edir ki, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 19:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan Bayramı və Qurban bayramı günlərinin ilk günü saat 11:00-dan 19:00-dək, doğum gününün ertəsi günü saat 11:00-dan 19:00-dək sərbəst şəkildə görüş vaxtı müəyyən müəyyən edilməlisi kifayətdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı, övladı ilə ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar – xx.xx.2017-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 19:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan Bayramı və Qurban bayramı günlərinin ilk günü saat 11:00-dan 19:00-dək , doğum gününün ertəsi günü saat 11:00-dan 19:00-dək sərbəst şəkildə görüş vaxtı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2310/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2310/2023
27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver