Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2353/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İddiaçı qızının iştirakı ilə, İddiaçı cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsinə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adma verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyatdan keçən RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışın (252) kv.m hissədə) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0,24 hektar torpaq sahəsini almışdır. Onunla Əmlak Məsələləri Dövlət Komitəsi arasında həmin torpaq sahəsinin alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, sözügedən torpaq sahəsinə dair adına RX seriyalı, ******* nömrəli çıxarış almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1820/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı ilə onun iddiası təmin edilərək, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 06 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252.0 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci .il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 958/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 9249/2021 saylı Qətnaməsi ilə onun Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı qərarın, dövlət aktının, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X1 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarış iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4728/22 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilkin iddia tələbinin xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və ’’hərrac prorokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra tərəfindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh1) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2358/2023 nömrəli, 6 fevral 2023-cü il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2193/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- l(102)-2302/2023 saylı qərarı ilə kassasiya şikayətim də təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı iddia tələbi qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X2 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarış İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissəsində etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçılara hazırkı tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Məmmədəli Məmmədəliyev küçəsi 86 saylı ümumi sahəsi 214.7 kv metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.0252 ha olar torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsinin mülkiyyətçisi X3r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsin əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş sənəd 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Sözügedən 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə isə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə sözügedən qətnamənin vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində qüvvədə saxlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədərki çxarının verilməsinə əsas olmuş sənəd hesab edilən vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmişdir, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın iddiaçının torpaq sahəsinə aid olan hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 adına 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın İddiaçı aid olan (0.0252 ha) hissədə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2353/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2353/2024
24.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver