Məhkəmə qərarları › İş №2(008)-2506/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2506/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2506/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması və ödənilməmiş aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması və ödənilməmiş aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(010)-531/2020 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarının dəyişdirilərək iki uşağa ümumilikdə 50 manat sabit pul məbləğində alimentin tutulması və bu günə qədər ödənilməmiş 2500 manat aliment borcundan tamamilə azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə ailə həyatı qurmamışdan əvvəl evli olmuşdur və bir övladır vardır. Cavabdeh onunla ailə həyatı qurduqu zaman iddiaçının himayəsində bir övladı olduğunu bilirdi. Cavabdehlə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bir müddət mehriban yaşasalar da sonradan aralarındakı münasibət pozulmuşdur. Cavabdehin anası ailəyə müdaxilələr etməyə başlamışdır. Lakin ailənin dağılmaması və azyaşlı uşağların atasız böyüməməsi üçün bütün bu mənəvi pisxoloji təziqlərə dözmüşdür. Lakin təsüflər olsunki cavabdeh və onun anası günü-gündən ona qarşı dahada aqressiv münsibətlər bəsləməyə başlamışdır. O hər zaman övladlarının tərbiyəsi ilə ciddi məşğul olmuşdur. Onların gündəlik maddi və mənəvi təlablarını ödəmişdir. Hər zaman işləyərək övladlarının yaxşı yaşamasına çalışmışdır. Lakin bunlara baxmayaraq cavdeh 2020-ci ildə nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizədi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənın 2(010)531/2020 saylı qətnamsi ilə iddia tələbi təmin olunmuşdur. İddiaçı qətnamədən narazı qalaraq Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 6664 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək hər uşağa görə 120 manat olmaqla ümumilikdə 240 manat aliment məbləği müəyyən olunmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Uşaq vaxtı kəllə-beyin travması almışdır. 2 nömrəli Kliniki Psixatiriya xəstəxanasında müalicə olunur. Heç bir yer ona iş vermir. Bu günə qədər 2000 manatda çox aliment borcu yığılıb qalmışdır. Psixi xəstəliyi və işsizliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Bu səbədəndə aliment borcunun silinməsini ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onu da qeyd edir ki, anası öz pensiyası ilə onun övladlarına aliment ödəyir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanada iş matriallarına əlavə olunması üçün yazılı ərizlərini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda bildirmişdir ki, iddiaçının heç bir psixi pozuntusunun olmamaşdır. Onlar ailəli olduğu bütün müddətdə fəhlə və ya usta kimi işləmişdir. Qazancı hər zaman yaxşı olmuşdur. Uşağlarına və ailəsinə yaxşı baxmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-531/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixindən hesablanmaqla uşaqlara xx.xx.2013-cü il təvəllüdlü Şahmuradov Könül Səməndər qızı və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi hər ay 320 manat manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı Kliniki Psixiatriya xəstəxanasının 1125 nömrəli xx.xx.2016-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında aktın kseri surətindən görünür ki, 1988-ci il təvəllüdlü İddiaçı oğluna “mülayim dərəcədə ifadə olunmuş üzvü emosional-lyabil pozuntusu” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışının kseri surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində onun hal-hazıda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı iddia ərizəsinin məzmununda xx.xx.2020-ci iil tarixdə Bakı Apellyasiya Məhkəməsinin 6664 saylı qətnaməsi ilə Baki Suraxanı Məhkəməsinin qətnaməsinin dəyişdirildiyini qeyd etsədə həm məhkəmə iclası zamanı həmdə iddia ərizəsinin xahiş etdim hissəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin azaldılmasını və bu günədək ödənilməmiş 2500 manat aliment borcundan tamamilə azad olunmasını məhkəmədən xahiş edir və eyni zamanda müli işin matriallarına yalnız Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qətnaməsini əlavə etmişdir. Belə növ iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin qeyd olunan müddəasının mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimenti ödəməkdən azad edilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməli və ya tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, alimentin məbləğinin azaldılması onun övladlarının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun azaldılması zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Həmçinin qeyd olunmalıdır ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “bu günə qədər ödənilməmiş 2500 manat aliment borcundan tamamilə azad olunmağa” dair hissəsinə də hüquqi qiymət verərək bildirir ki, bu tələbin hüquqi əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsi təşkil edir. Belə ki həmin maddəyə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Yuxarda göstərilən qanunvericiliyin müddalarındanda müəyyən olunur ki, alimentə ehtiyacı olan şəxsin hüquqlarının qorunması üçün qanunvericilik məhkəmə qaydasında tutulan aliment borcundan azad edilmə əsasının yalnız Azərbaycan Respublikasının Ailə Məcəlləsini 107.2 maddəsi ilə əhatə edərək məhdudlaşdırılmışdır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsində göstərilən hər hansı bir hal alimentin miqdarı müəyyən olunduqdan sonra aşkar edilmədiyindən iddial tələbinin “bu günə qədər ödənilməmiş 2500 manat aliment borcundan tamamilə azad olunmağa” dair hissəsi də təmin edilməməlidir. Məhkəmə onunda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən məhkəmədə işlərə baxılarkən lazımı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Lakin iddiaçı tərəfindən mülki işin matriallarına yalnız sənədlərin kseri surətləri təqdim edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-531/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il tarixdə doğulmuş Şahmuradova Könül Səməndər qızı və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulmuş alimentin azaldılaraq iki uşaq üçün cəmi 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması və bu günədək ödənilməmiş 2500 (iki min beş yüz) manat aliment borcundan tamamilə azad olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar