Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2545/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi Vəkil Məhəmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona kirayə verdiyi, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 305 nömrəli mənzildə qalan 1 ədəd Paltrayuyan dəyəri 1000 manat, 1 ədəd “Samsung” markalı televizor dəyəri 899 manat, 1 ədəd “LG” markalı soyuducu dəyəri 1170 manat, 1 ədəd Toster maşını dəyəri 40 manat, 1 ədəd Blender ağ dəyəri 35 manat, 2 ədəd Ütü simbo qırmızı dəyəri 90 manat, 1 ədəd Printer dəyəri 250 manat, Sok çəkən maşın və ət çəkən maşın dəyəri 450 manat, Ağ güllü servis (kitay) dəyəri 2210 manat, 2 ədəd Xrustal böyük vaz dəyəri 300 manat, 4 ədəd Xrustal balaca boy vaz dəyəri 200 manat, 1 ədəd meyvə qabı xrustal dördkünc dəyəri 40 manat, 2 ədəd meyvə qabı xrustal dəyəri 90 manat, 2 ədəd meyvəqabı xrustal böyük boy dairəvi dəyəri 100 manat, 2 ədəd mürəbbə vazları xrustal böyük dəyəri 100 manat, 1 ədəd mürəbbə vaz xrustal balaca boy dəyəri 30 manat, 2 ədəd tülpan xrustal konfet qabı dəyəri 60 manat, 2 ədəd xrustal konfet qabı çexski dəyəri 100 manat, 2 ədəd xrustal əl işi salfetka qabı çexski dəyəri 100 manat, 2 ədəd xrustal konfetqabı balaca dəyəri 80 manat, 1 ədəd xrustal su pribolu dəyəri 60 manat, 12 ədəd xrustal su stəkanları dəyəri 90 manat, 2 ədəd qapaqlı konfetqabı rəngli yaponiya dəyəri 100 manat, 2 ədəd şüşə qapaqlı mürəbbəqabı dəyəri 30 manat, 2 ədəd xrustal konfetqabı Rusiya dəyəri 70 manat, 1 ədəd xrustal böyük qapaqlı qəndqabı çexski dəyəri 120 manat, 1 ədəd ortaboy xrustal qəndqabı dəyəri 20 manat, 1 ədəd xrustal qəndqabı lotka formalı dəyəri 40 manat, 6 ədəd tam xrustal mürəbbə razetkası yelbik formalı dəyəri 60 manat, 6 ədəd razetka qırağı göy çexski dəyəri 40 manat, 18 ədəd madonna qırağı göy böyük nəlbəki dəyəri 60 manat, 12 ədəd qırağı qızılgüllü böyük göy nəlbəki dəyəri 40 manat, 24 ədəd qırağı ağ böyük madonna qiyməti 65 manat, 24 ədəd göy nəlbəki sadə dəyəri 40 manat, 12 ədəd armudu nəlbəki ağ madonna dəyəri 25 manat, 12 ədəd armudu nəlbəki göy madonna dəyəri 25 manat, 12 ədəd razetka mürəbbə üçün göy madonna dəyəri 25 manat, 12 ədəd razetka mürəbbə üçün ağ madonna dəyəri 25 manat, 12 ədəd razetka qızılgüllü göy dəyəri 20 manat, 1 ədəd bagema güldan göy rəngli dəyəri 50 manat, 6 ədəd yaşıl rəngli lepkalı rumka dəyəri 75 manat, 1 ədəd külqabı göy rəngli bogema külqabı dəyəri 40 manat, 1 ədəd madona ağ kruşka dəyəri 10 manat, heykəl ər-arvad fiquru çexski dəyəri 120 manat, 12 ədəd xrustal böyük rumkalar dəyəri 120 manat, 6 ədəd xrustal balaca rumkalr dəyəri 60 manat, 12 ədəd madonna ürək formalı duz qabı çexski dəyəri 25 manat, 18 ədəd xrustal stəkan dəyəri 180 manat, 6 ədəd xrustal rumka türkiyə istehsalı dəyəri 45 manat, 1 ədəd su üçün qrafinka dəyəri 12 manat, 6 ədəd xrustal sok stəkanı dəyəri 45 manat, 1 ədəd şüşə qrafinka ağzı əyri olan dəyəri 45 manat, 2 ədəd şüşə paşabahçe meyvə qabı dəyəri 30 manat, 1 ədəd Paşabahçe şüşə tort qabı dəyəri 30 manat, 2 ədəd xrustal ləpə qabı bölünmə dəyəri 48 manat, 6 ədəd tünd bənövşəyi konfetqabı dəyəri 30 manat, 3 ədəd bənövşəyi meyvəqabı dəyəri 24 manat, 18 ədəd bənövşəyi rəngli şüşə boşqab dəyəri 72 manat, 1 ədəd tünd bənövşəyi vaz dəyəri 20 manat, 1 ədəd dördkünç şüşə tort qabı dəyəri 25 manat, 1 ədəd aval dəst şüşə tort qabı dəyəri 25 manat, yaşıl qıraqlı ağ elit kofe dəsti dəyəri 30 manat, Kofeyni madonna çexski dəyəri 60 manat, 2 ədəd setkalı meyvə qabı şəkilli yaponiya 80 manat, 2 ədəd göy şirniyat nimçə madonna çexski dəyəri 80 manat, 2 ədəd üç mərtəbəli ağ madonna çexski orjinal dəyəri 50 manat, 2 ədəd üç mərtəbəli güllügüllü boşqab dəyəri 50 manat, 2 ədəd İrandan alınma içi yazılı bulud dəyəri 30 manat, 4 ədəd iran istehsalı yaşıl zolaqlı bulud qovurma qabı dəyəri 70 manat, 6 ədəd madonna boşqablar dəyəri 36 manat, 4 ədəd yumurta qabı ikisi ağ ikisi göy madonna dəyəri 60 manat, 18 ədəd İran istehsalı güllü sümük boşqabı, 6 ədəd qırağı yaşıl zərli boşqab cəmi 24 ədəd dəyəri 200 manat, 12 ədəd göy qıraq zərli boşqab dəyəri 150 manat, 12 ədəd aş boşqabı, 2 ədəd aş buludu, 4 ədəd duz qabı dəst dəyəri 200 manat, 6 ədəd Özbək istehsalı qırağı göy kasa dəyəri 150 manat, 6 ədəd böyük və 6 ədəd kiçik qaşılı göy kasalar dəyəri 300 manat, 12 ədəd versaci zərli kasa, 12 ədəd qatıq qabı və 12 qaşıq dəyəri 180 manat, 6 ədəd düşbərəxur göy güllü dərin boşqab və 6 ədəd ağ zərli dəyəri 60 manat, 30 ədəd sadə aş boşqabı 30 ədəd düşbərəxur dəyəri 80 manat, 24 ədəd İran istehsalı zərli boşqab, 1 ədəd bulud, 6 ədəd balaca bulud, 4 salat qabı dəyəri 150 manat, 1 ədəd göy oval çexski ləpə qabı dəyəri 25 manat, 2 ədəd göy güllü ləpə qabı dəyəri 30 manat, 12 ədəd qırmızı rəngli Cem firması olan tavalar dəyəri 250 manat, 1 ədəd qapaqsız güllü tava dəyəri 45 manat, 1 ədəd iki qulplu Cem firması olan yastıtava dəyəri 40 manat, göy güllü ağ güllü qazan, aşsüzən dəst dəyəri 50 manat, 10 ədəd döy güllü göy naxışlı dəm çaynikləri dəyəri 150 manat, 1 ədəd güllü çaynik dəsti iki mərtəbə dəyəri 45 manat, 1 ədəd göy servisin çayniki dəyəri 30 manat, 12 ədəd yarpaq şəkilli salat qabı dəyəri 24 manat, 6 ədəd ağ şüşə böyük qovurma qabı dəyəri 30 manat, 6 ədəd böyük 6 ədəd kiçik ağ şüşə salat qabı dəyəri 50 manat, 6 ədəd ağ salat qabı dəyəri 35 manat, 6 ədəd İran istehsalı ağ zərli aş boşqabı dəyəri 35 manat, 3 ədəd böyük, orta, kiçik şüşə qapaqlı limon qabı dəyəri 45 manat, 12 ədəd qu quşu qabı olan qaşıq dəsti dəyəri 25 manat, 8 ədəd saxlama qabı ayıcıq dəyəri 25 manat, 2 cür kapron saxlama qabları dəyəri 18 manat, 1 ədəd Allah yazılı boşqab 10 ədəd mətbəxdə istifadə olunmuş fincanlar dəyəri 30 manat, 24 ədəd tort üçün qaşılar (alamn) dəyəri 25 manat, 12 ədəd limon götürən gümüş çəngəllər dəyəri 120 manat, 36 ədəd çay qaşıqları dəyəri 60 manat, 2 ədəd tort üçün qızıl, 2 ədəd böyük qızılı qaşıq dəyəri 60 manat, 6 ədəd balaca abgərdənlər, 2 ədəd böyük dəyəri 30 manat, 30 parça Məkkədən alınma qaşıq dəsti dəyəri 180 manat, göy rəngli sarımsaqsıxan, qozqıran, qəndqıran dəyəri 20 manat, taxta qaşıqlar, meyvəli, sadə, qəhvəyi rəngli dəyəri 15 manat, 6 ədəd çörək qabı güpürlü dəyəri 30 manat, 3 ədəd padnos kapron 2 ədəd dəmir göy nerj dəyəri 25 manat, çuğun taslar,balaca nerj 3 ədəd dəyəri 12 manat, süd qabı dəyəri 15 manat, güzgülü xonçalar üç dənəli dəyəri 36 manat, yuxayayan, 5 ədəd göyərti taxtaları 2 ədəd bambuk 3 ədəd taxta dəyəri 15 manat, qazantutanlar, qazanaltılar, taxtadan, meyvə şəkilli, həsirli dəyəri 15 manat, qırmızı rəngli, göy böyük karon taslar dəyəri 30 manat, şotkalar, qayçı, iynə sap dəsti, yağ qabı sünbüllü dəyəri 40 manat, çəngəl, qaşıq bıçaq dəsti dəyəri 350 manat, qırmızı pakrıval yataq örtüsü zoğalı dəyəri 250 manat, quran kitabları, aş qazanı böyük alminum dəyəri 50 manat, dəmir paltarasan dəyəri 35 manat, 2 ədəd stul tabretka dəyəri 80 manat, qapaqlı tava böyük alminum dəyəri 40 manat, 12 ədəd xrustal 12 ədəd sadə araq stəkanları dəyəri 50 manat, tom xrustal güldan çexski dəyəri 250 manat, qırmızı qıraq madonna serviz 12 ədəd çay dəsti 12 ədəd yemək dəsti dəyəri 950 manat, İran servizi dəyəri 350 manat, 2 ədəd torka, badam maşını 2 ədəd, aşsüzən kapron qablı dəyəri 35 manat olan cəmi 13579 (on üç min beş yüz yetmiş doqquz) manat dəyərində əşyaları və ya həmin əşyaların dəyərini və 131 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət Cavabdeh kirayə verdiyi ünvan 2 ünvanında hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 305 nömrəli mənzildə kirayə qalıb. Kirayə qaldığı mənzilin mülkiyyətçisi Sevda adlı şəxs xaricdə yaşadığından cavabdeh həmin mənzili onlara kirayə vermişdir. İddiaçının əvvəllər öz evi olub, lakin qızı nişanlı olduğundan cehiz əşyalarının alınması üçün özünə məxsus evin satışından əldə etdiyi vəsait hesabına qızına cehiz əşyaları almış müəyyən səbəblərdən qızının toyu gecikdiyindən həmin əşyaları kirayə qaldığı mənzilə gətirmişdir. Kirayə haqqını 1-2 ay ödəyə bilmədiyindən cavabdeh onların evdə olmadığı vaxtda mənzilin qapısının özündə olan ikinci açarı ilə bağlamış və bir müddət əşyalarını həmin mənzildən götürə bilməmişdir. Daha sonra cavabdehin işlədiyi dükana gedərək əşyalarını tələb etsə də, cavabdeh onu döyüb, döyülməsi və əşyalarının verilməməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, müstəntiq Cümşüdov Məhəmmədəli baxış keçirmək üçün həmin ünvana gəlsə də, onun da evə girməsinə icazə verilməmişdir.Cavabdeh polisə verdiyi ifadəsində mənim həmin ünvanda paltaryuyan və soyuducunun qaldığını digər əşyalarımın isə aprdığımı bildirmişdir. Müstəntiq şikayəti araşdıraraq, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Cavabdehin qızına toy elədiyini mənim qızım üçün aldığım əşyaları qızına cehiz verdiyindən onu həmin mənzilə buraxmır, əşyalarını ordan çıxarmasına mane olur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdeh 14 mart 2023-cü il tarixli iddiaya etiraz etiraz edərək, İddiaçı 2020-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına kimi onun bacısına məxsus evdə kirayə qaldığını, bacısı başqa şəhərdə yaşadığından kirayə pulunu o alıb. Bacısı Bakıya gəlib evinə baxmağa getdikdə evin vəziyyətini görəndən sonra iddiaçıdan mənzili boşaltmasını tələb etmişdir. Lakin bacısı Azərbaycanda çox qala bilmədiyindən bu işlərə onun nəzarət etməsini istəmişdir. 2022-ci ilin mart ayının əvvələrində ona xəbər vermişlər ki, İddiaçı ailə üzvləri ilə özünə məxsus əşyaları maşın çağıraraq yüklədir. Bu halı dəqiqləşdirmək üçün onunla qonşuluqda işləyən Bayram adlı şəxsi həmin mənzilə göndərmiş, Bayram ona bildirmişdir ki, iddiaçı yük maşını gətirərək əşyalarını maşına yükləyir. Bir neçə saatdan sonra işlədiyi yerdə qonşu olan Kənan adlı şəxsi göndərmiş o qayıdıb gələrək artıq ikinci maşını yüklədiklərini bildirdi. Daha sonra özü həmin mənzilə getmiş, orda dayanaraq daha sonra mənzili onda olan ikinci açarı ilə bağlamışdır. Daha sonra iddiaçının həyat yoldaşı ona zəng edərək mənzildə qalan gülü götürmək istədiyini demiş o, mənzilin qapısını açmış, xahiş etmişdir ki ödənilməmiş kirayə pulunu və mənzildə qalan soyuducusunu götürsün. 2022-ci ilin oktyabr ayında iddiaçı onun iş yerinə gələrək, mənzildə qalan əşyalarını götürmək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixində polis əməkdaşlarının iştirakı ilə bloka yığılmş əşyalarını aparmış onun ünvan 3 ünvanında heç bir əşyası qalmamış odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 12 noyabr 2022-ci il tarixli Cinayət işi başlanmasının rədd olunması barədə qərardan görünür ki, 20 oktyabr 2022-ci il tarixdə iddiaçı və cavabdehin ərizələri əsaında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılmış, nəticə olaraq Cavabdeh tərəfindən İddiaçı kirayə qaldığı evdən çıxmasına qəsdən şərait yaratmaması və əmlakın verilməməsi halları müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı verilən suallara cavab olaraq, xx.xx.2022-ci il tarixində ünvan 3 ünvanından çıxan zaman yalnız mebel və yorğan döşəklərinin apardığını qalan əşyalarının həmin mənzildə qaldığını bildirdi. Həmi iclasda iştirak edən cavabdehin nümayəndəsi iddiaçının bütün əşyalarını apardığını lakin soyuducu və paltaryuyanı qaldığını dedi. xx.xx.2023-cu il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı izahatında bildirir ki, kirayə pulunu 1-2 ay ödəyə bilmədiyindən cavabdeh əşyalarını özündə saxlayaraq qaytarmır. Aramızda razılıq olmuşdur ki, 2 ədəd əşyam cavabdehdə qalsın pulu ödədikdən sonra əşyalarımızı qaytaracaq. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində ünvan 3 ünvanında mühafizəçi işlədiyini 27 fevral tarixində iddiaçının həyat yoldaşının əşyaları maşın gətirərək yüklətdirdiyini gördüyünü dedi. X3 ifadəsində Firuzə xanımın göstərişi ilə ünvan 3 ünvanına getdiyini 8-ci mərtəbəyə qalxan zaman 4 nəfər şəxsin əşyaları daşyaraq, liftin qarşısına qutularda yığıldığını dedi. X2 ifadəsində Firuzə xanımın oğlunun dostu olduğunu fevral-mart ayları olardı Firuzə xanımın xahişi ilə ünvan 3 ünvanına getdim və bir nəfər şəxsin əlində qutu ilə liftə mindiyini yük daşınması üçün çağrılmış maşın görmədiyini dedi. X1 ifadəsində evin mülkiyyətçisi Abuşova Səməni onun bacısı olduğunu, oktyabr ayında ünvan 3 ünvanına getdiyini, bütün əşyalar qutularda bloka yığılmışdı, mənzildə soyuducu və paltaryuyan qalmışdı və paltaryuyanı özü şəxsən bloka çıxartdığını və həmin vaxt mənzildə İddiaçı tərəfindən çağrılmış polis əməkdaşları olduğunu dedi. xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil məhkəməyə vəsatətlə müraciət edərək, iddiaçının hazırda yaşadığı ünvana baxış keçirilməsini xahiş etdi və iddiaçı X9 vəsatətə etiraz etmədi. Lakin yerli baxışa gedən zaman iddiaçı mənzilinə baxış keçirilməsinə etiraz etdiyindən yerli baxış baş tutmadı. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bolməsinin baş təhqiqatçısı X5 ifadəsində 20 oktyabr 2022-ci il tarixində İddiaçı əşyalarının Cavabdeh adlı şəxs tərəfindən verilməməsinə görə müraciət etmiş, əməlyyat qrupu ilə bilikdə evə getdiklərini, əşyaların bloka yığıldığını və ev sahibinin razılığı ilə mənzilə baxış keçirilmiş, mənzildə paltaryuyan və soyuducudan başqa heç bir əşya olmadığını gördüyünü bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin dəyəri 13579 manat olan əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin araşdırılması zamanı məlum olur ki, iddiaçının həqiqətən də kirayə qaldığı ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 305 nömrəli mənzildə 1 ədəd “LG” markalı dəyəri 1170 manat olan soyuducusu mövcud olmuşdur. Qeyd edilən “LG” markalı soyuducunun iddiaçıya məxsus olması mülki işin matrialları ilə habelə cavabdehin vermiş olduğu izahat, şahid ifadələri ilə sübuta yetirilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin digər əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin əşyaların cavabdehə məxsus ünvan 2 ünvanında qalmasını təsdiq edəcək möhtəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının hazırda yaşadığı ünvana yerli baxış keçirilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən vəsatət verildi iddiaçı vəsatətə etiraz etmədi, məhkəmə tərəfindən dərhal yerli baxış keçirilməsi qərara alınaraq iddiaçının yaşadığı mənzilinə baxış keçirilməsi üçün gedən zaman iddiaçı X9 etiraz etdiyindən yerli baxış baş tutmamışdır. Məhkəmə bu halı qərəzli hesab edərək, iddiaçı tərəfindən işin obyektiv araşdırılmasına qəsdən edilən maneə kimi qiymətləndirir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kirayə qaldığı mənzili tərk edərkən özünə məxsus olan əşyaları da götürüb getmək imkanının olduğu halda, bunu etməməsi mübahisəli əşyalarının cavabdehdə olması dəlilini şübhə altına salır. Məhkəmə iclasında iddiaçı bunun əksini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ona məxsus əşyaların ünvan 2 ünvanında qaldığını və həmin əşyaların ona qaytarılmasını tələb etsə də, qeyd olunan əşyaların həmin ünvanda qaldığını təstiq edən halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında olan 1 ədəd “LG” markalı soyuducu, olmadığı halda əşyanın dəyəri 1170 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin 131 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməli, 37 (otuz yeddi) manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında olan 1 ədəd “LG” markalı soyuducu, olmadığı halda dəyəri 1170 (min yüz yetmiş) manat və 37 (otuz yeddi) manat dövət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2545/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2545/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver