Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-262/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 21.10.202-ci il tarixdə bağlanmış "xxxx" ləğv edilməsi, OKA Construction MMC-dən 8000 manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin oktyabr ayında yeni aldığı ünvan 1 ünvanda yerləşən 19 saylı mənzili təmir etdirmək üçün internet vasitəsi ilə tapdığı Cavabdeh MMC-yə müraciət etmişdir. Şirkətin qanuni təmsilçisi X1 rayonu, N.B.Vəzirov küçəsi 10 ünvanda yerləşən 19 saylı mənzilinə gələrək, baxış keçirib təmir xərclərini qiymətləndirdi və müəyyən etdi. Bu hadisədən bir neçə gün sonra, yəni 21 oktyabr 2020-ci il tarixdə o, atası - X2 ilə birlikdə X5 ofisinə getmişlər. Orada onunla Cavabdeh MMC arasında 21 oktyabr 2020-ci il tarixli “Tikinti podrat müqaviləsi” bağlandı. Müqavilənin şərtinə əsasən, padratçı 3 ay müddətində ona məxsus mənzili təmir edilməli və o, müqavilənin qiyməti olan 12000 manat ödəniş edilməli idi. O, ilkin olaraq 5100 manat ödəniş etmiş və ona bu barədə 212601 saylı, 21.10.2020-ci il tarixli kassa mədaxil orderi verildi. 26.11.2020-ci il tarixdə 3000 manat və 25.01.2021-ci il tarixdə isə 4400 manat ödənişlər etmişdir. Yekunda o, Cavabdeh MMC-yə ümumilikdə 12500 manat ödəniş etmişdir. Təmir işləri 2020-ci ilin noyabr ayında başlamışdır. 2021 -ci ilin yanvar ayının sonunda təmir işləri yarımçıq saxlanıldı. Mənzilində təmir işləri görən ustalarla əlaqə saxlayıb təmirin niyə saxlanıldığını soruşduqda ona bildirdilər ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi X11 onların maaşını vermir və bu səbəbdən də onlar təmir işlərini görmürlər. O, baş verənlərə aydınlıq gətirmək üçün Cavabdeh MMC- nin qanuni təmsilçisi X8 müraciət etmişdir. X11 hər dəfə ona yalan vədlər verərək, təmirin tamamlanacağı barədə söz versə də, lakin təmir işləri tamamlanmamışdır. Ona aydın oldu ki, Cavabdeh MMC müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Təmir işləri üçün 12500 manat ödəniş etməyinə baxmayaraq, mənzilində ümumilikdə 4500 manat dəyərində təmir işləri görülmüşdür. Belə olan halda o, pretenziya məktubu ilə Cavabdeh MMC- yə müraciət edib, müqavilə üzrə öhdəsinə götürdüyü təmir işləri yerıda saxlanıldığına görə, ödədiyi 12500 manat pulun, 8000 manat hissəsinin iddiaçıya qaytarılmasını tələb etmişdir. Lakin Cavabdeh MMC iddiaçının pretenziya məktubuma heç bır cavab verməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, aralarında yaranan mübahisə məhkəmə qaydasınd həll edilməli, onunla Cavabdeh MMC-yə arasında 21 oktyabr 2020-ci il tarixdə bağlanmış “Tikinti Podrat müqaviləsi” ləğv edilməli, ünvan 1 ünvanda yerləşən 19 saylı mənzilin təmiri üçün ödədiyi 12500 manat pulun 8000 manat hissəsi "xxxx" MMC_də alınaraq ona qaytarılmalıdır. Göründüyü kimi, o mənzilinin təmir etdirilməsi üçün 12500 manat ödəniş etsə də, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilinin təmir işlərini tamamlamamışdır. Bu səbəbdən də, mənzilin təmir etdirilməsi üçün ödədiyi 12500 manat pul vəsaitinin 8000 manat hissəsi, eləcə də iddia ərizəsi vermək üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat pul məhkəmə qaydasında Cavabdeh MMC-dən alınaraq, ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2020-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış tikinti podrat müqaviləsindən görünür ki, sifarişçi təmir-tikinti işlərini yerinə yetirilməsini “Podratçı”-ya həvalə edir, Podratçı isə öz növbəsində bu işlərin görülməsini öz üzərinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin müddəti 3 ay müəyyən edilmişdir. - X6 tərəfindən Cavabdeh MMC-yə yönəldilmiş pretenziya məktubundan görünür ki, müqaviləyə əsasən tikinti işlərinin 3 ay ərzində yerinə yetirilməli olduğu halda, 4 aydan çox müddətdə tikinti işləri tamamlanmamışdır. Bu səbədən də ödədiyi 12500 manat puldan 8000 manat pulun geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar edilmişdir. - 21 oktyabr 2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı 5100 manat təmir üçün Cavabdeh MMC-yə ödəniş etmişdir. - 25.01.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı 4400 manat təmir üçün Cavabdeh MMC-yə ödəniş etmişdir. - 26.11.2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı 3000 manat təmir üçün Cavabdeh MMC-yə ödəniş etmişdir. - 11.05.2012-ci il tarixli, Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, ünvan 2 ünvanının hüquq subyekti hər birinə 1/3 hissə olmaqla X9, X4, X7r. - İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, mənzildə natamam təmir işləri aparılmışdır. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 28.10.2021-ci il tarixli, 10/3776 nömrəli ekspertizarəyindən görünür ki, Cavabdeh MMC tərəfindən aparılmış söküntü və digər işlərin görülməsinə tələb olunan məbləğ və sonra görülmüş işlər üzrə 21.10.2020-ci il tarixli tikinti podrat müqaviləsinə uyğun hissə üçün aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6351.75 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinin tələbinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 756.1-ci maddəsinə əsasən Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsaəsn podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Beləliklə məhkəmə araşdırması zaman müəyyəm olundu ki, iddiaçı ilə cavabdeh arasında 21 oktyabr 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyi tam şəkildə yerinə yetirsə də, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, 21.10.2020-ci, 26.11.2020-ci il, 25.01.2021-ci il tarixli kassa məxaric orderlərindən də görünür ki, iddiaçı tərəflər arasında təmir üçün sərf olunan məbləği və əlavə olaarq 500 manatı cavabdehə ödəmişdir. Cavabdeh isə öhdəliyini qismən icra etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 28.10.2021-ci il tarixli, 10/3776 nömrəli ekspertiza rəyindən göstərilən Cavabdeh MMC tərəfindən aparılmış söküntü və digər işlərin görülməsinə tələb olunan məbləğ və sonra görülmüş işlər üzrə 21.10.2020-ci il tarixli tikinti podrat müqaviləsinə uyğun hissə üçün aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6351.75 manat məbləğ iddiaçının ümumi ödəmiş olduğu məbləğdən çıxılmalı, təmirə sərf edilməmiş məbləğ (12500 manat-6351.75 manat=6148.25 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə məhkəmə iddia tələbinin podrat müqaviləsinin ləğv olunması hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci maddəsindən də görünür ki, podrat müqaviləsi bağlandığı tarixdən müddəti 3 ay müəyyən edilmişdir, yəni podrat müqaviləsinin müddəti 21.01.2021-ci il tarixində başa çatdığından, 21.10.2020-ci il tarixli müqavilənin ləğvi qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 6148.28 (altı min bir yüz qırx səkkiz manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqtının dəyəri olaraq 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutlaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595 büdcə səvitəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22,Məhkəmə ekspertiza MƏrkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-262/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-262/2022
23.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver