Məhkəmə qərarları › İş №2(008)-295/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-295/2025

10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-295/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə aliment və digər tələbləri barədə ilk iddia, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəyişdirilmiş tələblə) məhkəməyə müraciət edərək, cavabdehdən: xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (bütün növ gəlirlərinin) 1/4 (dörddə bir) hisəsi miqdarında alimentin tutularaq ödənilməsi; xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il təvəllüdlü X7 üç yaşına çatanadək özü üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi; xx.xx.2023-cü il təvəllüdlü X4 anadan olmasına görə ödənilmiş 500 manat məbləğində birdəfəlik müavinətin alınıb verilməsi; 40 manat dövlət rüsumunun cavabdehdən dövlət nəfinə tutulması, 60 manat mediasiya xərcinin, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manatın əvəzi olaraq, cəmi, 360 manat məbləğində pulun Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuş, nikahlarından xx.xx.2023-cü il tarixdə X7 doğulmuş, münasibətlər getdikcə pisləşməyə başlamış, cavabdeh daim onu istismar etmiş, qayğı və diqqət göstərməmiş, özünün ailə başçısı olaraq məsuliyyət və öhdəliklərini dərk etməmiş, daim valideyinlərinin təsiri altında olmuş, sərbəst fikir və düşçüncəsi olmamışdır. Onunla faktiki xx.xx.2023-cü il tarixdən ayrılmış, məcbur qalıb həmin tarixdən valideyinlərinin yanına sığınmışdır. Azyaşlı övladı onun yanındadır. Cavabdeh keçən müddət ərzində bir dəfə də olsun ata olaraq aşyaşlı övladının taleyi ilə maraqlanmamış, onun maddi və mənəvi ehtiyaclarını qarşılmamamış, qarşılamağa, qayğı göstərməyə cəhd belə etməmişdir. Cavabdehə aliment və digər tələblərlə bağlı təklif versə də, ilkin mediasiya prosesində iştirak etsələr də, cavabdeh təklif və tələblərin bir hissəsini qəbul etsə də, saziş bağlamağı qəbul etməmiş, məhkəmədə qəbul edəcəyini bildirmiş, nəticədə müsbət nəticə əldə edilməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia (azalmış tələblə) verərək onunla cavabdeh X2 arasında 5 saylı Bakı “Asan Xidmət” X3 xx.xx.2022-ci il tarixdə 1290 №-li qeydlə bağlanmış nikahın pozulması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, 300 manat məbləğində hüquqi yardım pulunun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, ailə həyatlarının əvvəlki dövrlərində ər-arvad münasibətləri normal olsa da, bir müddət sonra münasibətlər pisləşməyə başlamışdır. Bunun səbəbi isə cavabdehin ailə üzvlərinin onların ailə həyatına olan əsassız müdaxilələri olmuşdur. Cavabdeh bir həyat yoldaşı kimi ona hörmət etməmiş, birgə yaşayış qaydalarına əməl etməyərək ailənin dağılmasının qarşısını almaq üçün heç bir səy göstərməmişdir. Bunun nəticəsidir ki, cavabdeh azyaşlı övladlarını da götürərək yaşadıqları evi tərk etmiş və atasının evinə qayıtmışdır. Cavabdeh yaşadıqları mənzili könüllü tərk edib gedib, onu evdən qovan olmayıb. Məhkəmə Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 ilk iddia iddia ərizəsinin məzmununa uyğun izahat verərək hər iki iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 qarşqılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsini xahiş etdi. Nümayəndə eyni zamanda qeyd etdi ki, uşaq üçün ödənilmiş 500 manat müavinat həqiqətən Cavabdeh tərəfindən alınmış və uşaq üçün xərclənmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyrək, iş materiallarını araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia təmin, ilk iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Quliyeva (Cənnətova) Zenfira Cənnət qızıCavabdeh ilə xx.xx.2022-ci il tarixdə 1290 №-li akt qeydilə nikahlarını bağlamışlar (5 saylı Bakı “ASAN xidmət” X5 tərəfindən verilmiş AZ-İİ seriyalı 488006 №-li nakah haqqında şəhadətnamə). Onların yetkinlik yaşana çatmamış bir uşağı var - xx.xx.2023-cüil tarixdə doğulmuş X7 (5 saylı Bakı “ASAN xidmət” X5 tərəfindən verilmiş AZ-İV seriyalı 924760 №-li doğum haqqında şəhadətnamə). Cavabdeh "xxxx" MMC-də aparıcı mütəxəssis vəzifəsində işləyir və 1365 manat məbləğində əmək haqqı alır, İddiaçı işləmir (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Hazırda İddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixdən hesablanmaqla uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (bütün növ gəlirlərinin) 1/ hisəsi miqdarında alimentin, uşaq üç yaşına çatanadək özü üçün hər ay 100 manat 4 sabit pul məbləğində alimentin, uşağın anadan olmasına görə ödənilmiş 500 manat məbləğində birdəfəlik müavinətin alınıb verilməsini, Cavabdeh isə nikahın pozulmasını istəyir, uşağının anasının yanında qalmasına və 235 manat sabit pul məbləğində alimentin ondan tutulmasına etiraz etmir, lakin ilk iddianı qalan hissədə qəbul etmir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə qarşılıqlı iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür. Belə ki, tərəflərə barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq, onlar barışmamışdır, hazırda da hər iki tərəf nikahın pozulmasını istəyir. Odur ki, qarşılıqlı iddia təmin edilməli, tərəflərin arasındakı nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.1-ci maddələrinə görə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Odur ki, məhkəmə xx.xx.2023-cü il tarixdə doğulmuş X4 yaşını, hazırda atanın da bunu razı olduğunu nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra X7 anasının yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İlk iddia üzrə ddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı alimentin xx.xx.2023-cü il tarixdən hesablanmasını istəyir (cavabdehlə faktiki ayrıldığı və valideyinlərinin yanına sığındığı tarix). Lakin, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının həmin tarixdən aliment tələbi ilə müraciət etmək hüququndan istfadə etmədiyindən, hazıda aliment məhz məhkəməyə müraciət edilən vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Odur ki, məhkəmə hesab edir ki, ilk iddia alimentin tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (bütün növ gəlirlərinin) 1/ 4 (dörddə bir) hisəsi miqdarında aliment tutularaq ödənilməli; iddia alimentin xx.xx.2023-cü il tarixdən hesablanması hissəsində rədd edilməlidir. İddiaçı eyni zamanda uşağı üç yaşına çatana qədər hər ay sabit şəkildə 100 manatın tutulmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Odur ki, hazırda ilk iddia üzrə iddiaçı əmək qabiliyyəti olmadığına, cavabdehin isə zəruri vəsaitə malik olduğuna görə, eyni zamanda uşağın üç yaşına 1 il yarımdan az vaxt qaldığına görə 100 manat aliment ana üçün tutulmalıdır. Lakin, məhkəmə hesab edir ki, iddia uşağın anadan olmasına görə ödənilmiş 500 manat məbləğində birdəfəlik müavinətin alınıb verilməsi hissəsində rədd edilməlidir. Belə ki, həmin məbləğ tərəflərin bir yerdə yaşadıqları dövrdə götürülmüş və həmin məbləğin ilk iddia üzrə cavabdeh tərəfindən uşağın deyil, öz mənafeyi üçün xərclənməsinə dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Hər iki tərəf məhkəmə xərclərinin tutulmasını istəyirlər. Məhkəmə hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia təmin edildiyindən, hər iki iddiaçı tərəfindən vəkillərə ödənilmiş xərclər tərəflərin özlərinə aid edilməlidir. İlk iddia üzrə iddiaçı 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən dövlət nəyinə tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ tutulmamalıdır, belə ki, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcindən azdır. İlk iddia 60 manat mediyasiya xərcinin cavabdehdən tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ ilk iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediasiya sessiyasında ilk iddia üzrə cavabdeh iştirak etməmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı 100 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1290 №-li akt qeydilə 5 saylı Bakı “ASAN xidmət” X3 bağlanmış nikah pozulsun, Tərəflərin arasındakı nikah pozulduqdan sonra xx.xx.2023-cü il tarixdə doğulmuş X7 anası İddiaçı yanında qalsın. İlk iddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (bütün növ gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, eyni zamanda xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il təvəllüdlü X7 üç yaşına çatanadək anası üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulsun. İlk iddia qalan hissədə rədd edilsin. 60 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tkutulsun, diəgr məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar