Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2967/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 800 manat alimentin və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçı üçün hər ay 100 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. İlk vaxtlar mehriban yaşamış, lakin sonradan aralarında münaqişələr yaranmışdır. İddiaçı 3-4 aydır ki, valideynlərinin yanında yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır və onlara maddi yardım göstərmir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 062249 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında Sabunçu Rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə 489 nömrə ilə qeyd olunaraq rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Haqverdiyev, arvada Haqverdiyeva soyadı verilmişdir; - 4 saylı Bakı Asan Xidmət Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 980797 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. -4 saylı Bakı Asan Xidmət Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 841875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. - 5 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh hal-hazırda Xəzər rayonu 256 nömrəli tam orta məktəbdə direktor və azərbaycan dili müəllimi vəzifəsində işləyir və onun ümumi aylıq əmək haqqı 1552.95 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissənə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.2.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda uşaqlar iddiaçının himayəsindədir və o, təkbaşına uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/3 məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçının uşaq 3 yaşına çatanadək uşağa qulluq etməyə görə cavabdehdən 100 manat pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, həmin pulun tutulması məhkəməyə müraciət olunan xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən məhkəmə qaydasında aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən 100 manat sabit pul məbləğində alimentin tutulması ədalətli hesab olunmalıdır. Belə ki, 5 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehin aylıq əmək haqqı 1552,95 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanədək uşağa qulluğa görə anaya hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2967/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2967/2024
06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver