Məhkəmə qərarları › İş №2(008)-3022/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3022/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3022/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X14 katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində sabit pul məbləğində alimentin, habelə mediatora ödədiyi 60 manat, hüquqi yardım üçün ödədiyi 300 manat və etibarnamə üçün ödədiyi 17,25 manat pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2008-ci ildə ailə həyatı qurmuş, lakin nikahı qeyd etdirməmişdir. Birgə ailə həyatından bir uşağı olmuşdur. xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş X5. Onlar ailə qurduqdan sonra bir müddət bir yerdə yaşasalar da, sonradan ayrılmışlar. Cavabdeh evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Onlar əvvəllər bir yerdə onun valideyinlərinin evində yaşamışlar. Cavabdeh evdən gedəndə uşağın 2 yaşı var idi. Həmin vaxtdan cavabdeh öz uşağı ilə maraqlanmamış və uşağa heç bir maddi yardım etməmişdir. Hal-hazırda da uşaq onun himayəsindədir. Cavabdeh öz uşağına aliment ödəmək istəmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh X9 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, X6 adlı şəxslə xx.xx.2013-cü il tarixdə nikaha girdiyini, həmin nikahdan X7, X11, X8 və X10 adlı 4 övladının olduğunu, hazırda Riad Ticarət Mərkəzində işlədiyini, aylıq gəlirinin 350 manat təşkil etdiyini, iddiaçının isə qadın salonunda işlədiyini və 1000-1500 manat qazancının olduğunu və X1 üçün 100 manat aliment ödəyə imkanının olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Həmçinin müvəqqəti alimentin tutulması ilə bağlı MTT ilə məhkməyə müraciət etdiklərini və cavabdehin 235 manat ödədiyini, lakin ona kimi heç bir ödəniş etmədiyini billdirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehin 12 ildir uşağa heç bir ödəniş etmədiyini, salonda işlədiyini, qazancının 300-350 manat olduğunu, uşağın hazırlıqlara getdiyini və bununla bağlı tələblərinin artdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, 235 manatı ödəməyə imkanı olmadığını, iddiaçının uşağı ona göstərmədiyini, bununla bağlı iddia qaldırdığını və uşağı göstərməsi qarşılığında iddiaçının ondan 1000 dolar tələb etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZ-İİ 655929 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 dekabr 2009-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 566642 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə, X6 arasında nikah xx.xx.2013-cü il tarixdə Cəlilabad Rayon Romanlı kənd icra nümayəndəliyində 25 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AA1261953 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AA5305994 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AZE nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 116654 nömrəli ödəniş qəbzinə əsasən 300 (üç yüz) manat 7 saylı vəkil bürosuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 176-35 nömrəli qəbzdən görünür ki, 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat rüsum İddiaçı tərəfindən xüsusi notarius X4 AZ86AİİB******************** nömrəli hesabına ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin faktiki nikahından doğulmuş övladı ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Eyni zamanda cavabdehin yeni nikahdan 4 (dörd) övladı var. Məhkəmə işin hallarını və yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, məhkəməyə müraciət edilmiş xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Həmçinin mediasiya üçün 60 manat, hüquqi yardım üçün 300 manat və etibarnamə üçün 17 manat ödənilmiş pul Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya üçün 60 manat, hüquqi yardım üçün 300 manat və etibarnamə üçün 17 manat ödənilmiş pul Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumü tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar