Məhkəmə qərarları › İş №2(008)-3079/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3079/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3079/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə , İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun İddiaçı MMC-yə ödənilməmiş 150 manat icarə haqqı, 219 manat inzibati cərimə ödənişi, vurmuş olduğu 630 manat həcmində maddi zərər və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğini, cəmi 1029 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində nəqliyyat vasitəsinin icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən mülkiyyətində olan Toyota Prius (hibrid) minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilini təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə icarəçi Cavabdeh təhvil verir. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixində xitam verilmiş və atomobilin qaytarılması ilə bağlı təhvil-təslim aktı tərtib olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən və atomobilin qaytarılması ilə bağlı təhvil-təslim aktını imzalamaqdan boyun qaçırsa da, avtomobil müəssiəsinin direktor müavininə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı MMC, mülkiyyətində olan Toyota Prius (hibrid) minik markalı **-PU-*** dövlət qeydiyyat nişanı olan avtomobilini təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə icarəçi Cavabdeh təhvil vermişdir. - X1 Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri 630 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsinə verilmiş saz vəziyyətində olan və Xəzər-222 MMC-nin mülkiyyətində olan “Toyota Prius” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan müəyyən edilir ki, cavabdeh, 5 gün ərzində müqavilənin birtərəfli qaydada ləğv edilməsi və yaranmış borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; -Elektron çıxarışların surətlərindən görünür ki, EQ11015342, EQ11269702, İXP4784731, İXP5023258, EQ11974836, EQ1155834, EQ11290682, EQ11480260, İXP4784731, EQ11015342, İXP4772360, EQ12031648, EQ11780580, EQ11480260, EQ1269702, EQ11290682 saylı protokollara əsasən Cavabdeh **-PU-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə cəmi 558.20 manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə icarə müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.1.-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdeh həmin müqavilə üzrə icarə obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş icarə ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh icarə obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu icarə ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, cavabdeh 150 manat məbləğində pul iddiaçının xeyrinə ödəməyə borcludur. Eyni zamanda məhkəmə avtomobilə dəymiş zərərin cavabdehdən tutulması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Yuxarıdakılara əsasən X1 Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən müəyyən olunmuş 630 manat maddi zərərin əvəzi də cavabdehdən tutulmalıdır. Həmçinin, iş materiallarında olan protokolların surətləri ilə Cavabdeh sözügedən avtomobili idarə edən zaman yol hərəkəti qaydalarını pozduğuna görə cəmi 558.20 manat məbləğində inzibati qaydada cərimə olunması müəyyən olunmuşdur. Lakin, iddiaçının nümayəndəsinin izahatından məlum olmuşdur ki, həmin cərimələrin ödənilməyən hissəsi 219 manat təşkil edir. Həmin borc cavabdehin hərəkətləri nəticəsində yarandığından onun özü tərəfindən ödənilməli olduğuna görə ondan tutulmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 150 (yüz əlli) manat icarə haqqı, 219 (iki yüz on doqquz) manat inzibati cərimə ödənişi, 630 (altı yüz otuz) manat maddi zərər, 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1029 (min iyirmi doqquz) manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar