Məhkəmə qərarları › İş №2(008)-325/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-325/2024

26.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-325/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı X2, Cavabdeh iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı pul və digər tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: cavabdehdən 23 min manat pul vəsaitinin tutulması, cavabdeh tərəfindən onun sahibliyində və istifadəsində olan torpaq sahəsindən iddiaçıya məxsus fərdi evin sökülməsilə inşa edilmiş özbaşına tikilinin cavabdehin maliyyə vəsaiti hesabına sökülməsi və sahədən daşınılması, sahibliyində və istifadəsində olan torpaq sahəsində inşa edilmiş fərdi evin 2 il kirayə verilməsi nəticəsində əldə edilmiş 7200 manat pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş vəsaitin qaytarılması, torpaq sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 1 sot torpaq sahəsin və torpaq üzərində inşa edilmiş 2 otaqlı özbaşına tikilini eyni ünvanda yerləşən ona məxsus fərdi evlə dəyişmişdir. Sonra tikili və torpaq üzərində mülkiyyət hüququ olmadığı üçün aidiyyatı qurumlara müraciət etmiş, kommunal xidmətlərlə bağlı müqavilə bağlamış, özbaşına tikili fərdi evin eskiz lahiyyəsini hazırlatmışdır. Tikilidə 2017-ci ilədək atası Abızadə Azadla yaşamış, 2017-ci ildə RF Peterburq şəhərinə getmiş, 2021-ci il tarixdə atasının vəfat etdiyini bacısından öyrənmiş, pandemiya ilə əlaqədar atasının yasında iştirak etmək imkanı olmamış, bacısına fərdi evdə yığ-yığış etməsi, qapıları kilidləyib açarların onda olması məlum etmişdir. 2023-cü ildə Bakıya qayıtmış və fərdi evinə gələrkən ona məxsus evin söküldüyünü, yerində yeni ev tikildiyini görmüşdür. Maraqlanmış, hazırda cavabdeh olan A. Mustafayev məlum etmişdir ki, fərdi evi mərhum atasından 7800 manata almış, lakin bu barədə rəsmi qəbzi yoxdur. Eskiz layihədən məlum olur ki, mübahisə predmeti fərdi ev qiymətləndirilmiş və 23 min manat təşkil edir. Cavabdeh şifahi olaraq məlum etsə də ki, guya özbaşına tikilini öz adına rəsmiləşdirmiş və «Çıxarış» almışdır, bu sənədləri Polis araşdırmasına təqdim etməmişdir. Həmçinin cavabdeh artıq 2 ildir ki, onun sahibliyində olan əmlakdan kirayəşinlər saxlamaqla istifadə etmiş və faydalanmışdır. Bu iki il ərzində cavabdeh ayda 300 manat kirayə haqqı almaqla 2 il ərzində 300 x 12 ay = 3600 manat + 12 ay növbəti il = 7200 qazanc əldə etmişdir. Məhkəmə baxış iclasında tərəflər məhkəməyə ərizə ilə müraciət edərək aşağıdakı məzmunda barışığın təsdiq edilməsini xahiş etdilər. Cavabdeh 17000 manat pul vəsaitini aşağıdakı cədvələ uyğun ödəməyə öz üzərinə öhdəlik götürür:

1. Cavabdeh 17000 manat pul vəsaitini aşağıdakı cədvələ uyğun ödəməyə öz üzərinə öhdəlik götürür: 10000 manat xx.xx.2024-cü il tarixdə məhkəmə zalında X3 verir; X4 10000 manatı xx.xx.2024-cü il tarixdə məhkəmə zalında Cavabdeh alır;

2. Cavabdeh qalan 7000 manat pul vəsaitini 10 gün ərzində ödəməyə öz üzərinə öhdəlik götürür, X4 bu şərti qəbul edir.

3. Cavabdeh qalan 7000 manat pul vəsaitini 10 gün ərzində ödəmədiyi təqdirdə əlavə olaraq 5000 manat ödəməyi öz üzərinə öhdəlik götürür və qərardadın icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilməsinə etiraz etmir, X4 bu şərti qəbul edir. Məhkəmə iclasında iştirak edən hər iki tərəf barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və barışıq sazişini araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Cavabdeh 17000 manat pul vəsaitini aşağıdakı cədvələ uyğun ödəməyə öz üzərinə öhdəlik götürür:

1. Cavabdeh 17000 manat pul vəsaitini aşağıdakı cədvələ uyğun ödəməyə öz üzərinə öhdəlik götürür: 10000 manat xx.xx.2024-cü il tarixdə məhkəmə zalında X3 verir; X4 10000 manatı xx.xx.2024-cü il tarixdə məhkəmə zalında Cavabdeh alır;

2. Cavabdeh qalan 7000 manat pul vəsaitini 10 gün ərzində ödəməyə öz üzərinə öhdəlik götürür, X4 bu şərti qəbul edir.

3. Cavabdeh qalan 7000 manat pul vəsaitini 10 gün ərzində ödəmədiyi təqdirdə əlavə olaraq 5000 manat ödəməyi öz üzərinə öhdəlik götürür və qərardadın icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilməsinə etiraz etmir. X4 bu şərti qəbul edir. İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar