Məhkəmə qərarları › İş №2(027)-42/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-42/2025

19.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-42/2025 19.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 0.94 ha bağ sahəsindən çıxarılması və 77 000 (yetmiş yeddi min) manat məbləğində (adi mülki dövriyyə şəraitində əldə edəcəkləri gəlirlər - əldən çıxmış fayda), 321 (üç yüz iyirmi bir) manat məbləğində məhkəmə rüsumunun - ümumilikdə 77 321 (yetmiş yeddi min üç yüz iyirmi bir) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq onlara ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 vefral 1998-ci il tarixli 03 saylı qərarı ilə "Torpağa mülkiyyət hüququna dair " JN 0064 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən (İddiaçı1, İddiaçı2, İddiaçı3) ailə üzvləri olmaqla 1.24 ha pay torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin 1.24 ha torpaq sahəsindən 0.94 hektarı əmlak payı olmaqla bağ sahəsi, 0.3 hektarı isə əkin sahəsidir. 2003-cü il tarixdən həmin pay bağ sahəsindən istifadə etmiş, yeganə gəlir mənbəyi olmaqla hər il əldə etdikləri meyvə və yetişdirdikləri k/t məhsullarından istifadə etməklə dolanaraq 9 000 (doqquz min ) manat gəlir əldə ediblər. 2013-cü ildən mərhum Hüseynov Sərxanın ağır xəstəliyi ilə əlaqədar müalicənin aparılması üçün müvəqqəti X10 şəhərində yaşamağa məcbur olublar. Sərxan ağır xəstəlikdən 2017-ci il tarixində vəfat etdikdən sonra yaşadığları Quba rayonu Mirzəmmədkənd kəndinə qayıdıblar. Mülkiyyətlərində olan 0.94 ha bağ sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 oğlu tərəfindən zəbt edilərək istifadə edildiyindən onlara etirazlarını bildiriblər. Lakin cavabdehlər həmin torpaq sahəsinin nənələri X2 miras qalan pay torpaq sahəsinə aid olmasını, həmçinin artıq sahibsiz qalan bağın isə Ərazi İdarəsinin vəzifəli şəxslərindən alaraq miras əmlakına daxil etdiklərini, bu haqda mülkiyyət sənədinin olmasını bildirərək mülkiyyətləri olan 0.94 ha bağ sahəsindən çıxmaqdan imtina etmişdilər. Müxtəlif orqanlara şikayətlərinə isə baxılmamış saxlanılmışdı. Dövlət Aktına əsasən çıxarışın və plan cizginin hazırlanması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon Şöbəsinə təqdim ediblər. Lakin ərizənin icrasından imtina olunmuşdu. İmtinanı qanunsuz hesab edərək Sumqayıt İnzibati Məhkəməsinə məcburetmə haqqında iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalıblar. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1043/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəriçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən (Torpağa mülkiyyət hüququna dair JN-0872 kodf 30301004 nömrəli aktının, həmin Akt əsasında hazırlanan 16.12 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməsi, 0.80 ha bağ sahəsindəki tikilinin sökülməsi, 0.80 ha torpaq sahəsindən çıxarılma haqqında JN 0064 kod 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Quba rayonu, Mirzəmmədkənd ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mərhum X4, 0 cümlədən iddiaçılar İddiaçı1, İddiaçı2 qıznın, İddiaçı3 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 sayh Xaçmaz Ərazi İdarəsinə həvələ edilmişdir. Həmin qərardan cavabdeh orqanın Apellyasiya şikayəti 30 yanvar 2023-cü il tarixli 2-1(105)-63/2023 saylı qərarı ilə təmin edilməmiş, həmçinin həmin tarixli qərardadla X14 və X3 hazırki iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Beləliklə Torpağa mülkiyyət hüququna dair JN 0064 kod 30311028 nömrəli 19 dekabr 2003-cü il tarixli Dövlət Aktına əsasən 1.24 ha torpaq sahəsi onların qanuni mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktalrı ilə bir daha təsdiqini tapmşdır. Həmin qərarlarla müəyyən olunub ki, hazırkı mülki işdə cavabdehlər, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinin məsul şəxsləri ilə əlbir olub vahid niyyətlə əhatə olunan qəsdlə 2013-cü il tarixindən hazırkı müddətədək 1.24 ha torpaq sahəsindən 0.94 ha bağ əmlak pay sahəsini zəbt edərək ələ keçirməklə torpaq sahəsində yerləşən meyvə ağaclarından alma meyvəsini yığıb, bir müddət sonra isə ağacları qanunsuz çıxararaq onların razılığı olmadan yeni bağ salmaqla bilərəkdən onlara külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Eyni zamanda 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin imzası ilə verilən imtina və şikayətlərində "müraciət edilmiş torpaq sahəsinin digər şəxs tərəfindən istifadə edilməsi, Torpağa mülkiyyət hüququna dair JN 0064 kod 30311028 nömrəli 19 dekabr 003-cü il tarixli Dövlət Aktının 0064 planşet nömrədə göstərilən 0.938427 ha torpaq sahəsini yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsinin 0.72 ha kimi göstərilməsi qeyd etməsi Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin mülki iş üzrə cavabdehlərlə əlbir olub vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını ələ keçirmək niyyətini bir daha təsdiq etmiş olur. Əslində məhkəmə bu halı nəzərə almaqla AR MPM-nin 265- ci maddəsinin tələblərinə uyğun əməldə cinayətin əsasları olması səbəbindən xüsusi qəradadla prokurora xəbər verməlidir. Qeyd edirlər ki, cavabdehlər bu gündə torpaq sahəsindən çıxmır və həmin bağ sahəsinin guya nənələri X2 qəbul etdiyi miras əmlakına qataraq özünün əmlakı hesab edir. Halbuki cavabdeh eyni zamanda nənəsinə məxsus bağ sahəsindən də istifadə edir. Bu hal inzibati məhkəmə tərəfindən təyin olunan ekspert rəyi ilə də təsdiq olur. xx.xx.2024-cü il tarixində iddiaçılar məhkəməyə ərizə təqdim edərək, ərizədə iş üzrə Cavabdeh1 vəfat etdiyini və onu cavabdelikdən çıxarılmasını xahiş etmişdilər. Bundan sonra iddiaçılar iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 onların mülkiyyətində olan Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.94 ha bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişlər ki, cavabdehlər heç bir halda onlara məxsus torpaq sahəsinin boşaltmaq istəmirlər və onlarla heç cür razılığa gələ bilmirlər, ona görə də məhkəmədən onlara məxsus bağ sahəsindən çıxarılmaqla, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etməyərək, bildiriblər ki, onlar ailədə 5 nəfər olublar, AİK-nın qərarı ilə onlara adam başına 0.32 ha torpaq sahəsi verilmişdir. Ayrı-ayrı dövlət aktları ilə 0.65 ha torpaq sahəsi X17 və X7, 0.96 ha torpaq sahəsi onlara verilən əmlakdır. 30 ildir həmin sahədə bağ salıb qulluq edirlər, vergisini ödəyirlər. Onlar heç kimin sahəsini zəbt etməyiblər. İddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-63/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 1.24 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(118)-1043/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(118)-1043/2022 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1043/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəriçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən (Torpağa mülkiyyət hüququna dair JN-0872 kodf 30301004 nömrəli aktının, həmin Akt əsasında hazırlanan 16.12 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməsi, 0.80 ha bağ sahəsindəki tikilinin sökülməsi, 0.80 ha torpaq sahəsindən çıxarılma haqqında) JN0064 kod 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Quba rayonu, Mirzəmmədkənd ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mərhum X4, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı2 qıznın, İddiaçı3 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-63/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilmiş, kassasiya şikayəti qismən təmin edilərək yenidən baxılması üçün məhkəməyə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-651/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(118)- 1043/2022 nömrəli qərarı qismən dəyişdirilmiş, JN0064 kod 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Quba rayonu, Mirzəmmədkənd ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mərhum şəxs (xx.xx.2017-ci il tarixdə vəfat etmiş) X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi, habelə JN0064 kod 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Quba rayonu, Mirzəmmədkənd ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1, İddiaçı2 və İddiaçı3 adlarına qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarıyla Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-651/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-651/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı qismən ləğv edilmiş, yəni “JN0064 kod 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Quba rayonu, Mirzəmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mərhum şəxs (xx.xx.2017-ci il tarixdə vəfat etmiş) X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi; “JN0064 kod 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Quba rayonu, Mirzəmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsinin İddiaçı3 məxsus sahə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü ölçü sənədinin hazırlanıb verilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi; “JN0064 kod 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Quba rayonu, Mirzəmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1, İddiaçı2 adlarına qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun” hissəsində dəyişdirilməsi; İddiaçılar İddiaçı1, İddiaçı2 adlarına onlara məxsus paylar və mərhum X8 məxsus pay üzərində JN0064 kod 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Quba rayonu, Mirzəmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında əlavə olunan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6047 saylı rəyindən görünür ki, İddiaçı1, X11, İddiaçı3 Heyydər oğlu və X8 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-10595/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən: İddiaçı1, İddiaçı2 Beykər oğlu və İddiaçı3 və X8 məxsus Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.94 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12 olan çıxarış üçün məhkəmə qətnaməsi əsas götürülmüş və JN-064 nömrəli Dövlət Aktı əsasında verilmişdir. Həmin məhkəmə işi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə mütəxəssis rəyi verilmişdir. Həmin mütəxəssis rəyi baza məlumatlarında olan DWJ xəritələri əsasında hazırlanmışdır. Baza məlumatlarında olan DWJ xəritələri üzərində iddiaçı və cavabdehlərə məxsus torpaq sahələri üst-üstə düşmür. Təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrinə (TEKUİS) əsasən iddiaçı və cavabdehlərə məxsus torpaq sahələri üst-üstə düşmür. Araşdırma nəticəsi olaraq, mübahisəli torpaq sahəsi yerləşən massivdə olan mülkiyyətçilərin faktiki istifadə etdiyi torpaq sahələri ilə baza məlumatlarında olan DWJ xəritələri arasında kəskin fərq vardır, belə ki, baza məlumatlarında olan DWJ xəritələri ilə də torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) arasında da kəskin fərq mövcuddur. Lakin Məhkəmə qətnaməsi əsasında hüquqları tanınmış Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.94 ha torpaq sahəsinə dair tərtib olunmuş **********12 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsinin 0.2566 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və JN:00167, KOD 30311028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, X1 və X5 mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********12 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən, Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.94 ha torpaq sahəsi birgə xüsusi mülkiyyət əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın Dövlət reyestrinin 493 nömrəli reyestr kitabının15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan torpağın mülkiyyət hüququ haqqında JN-0167 nöməli aktla 0.65 ha torpaq sahəsi X9, X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpağın mülkiyyət hüququ haqqında JN-0079 nöməli aktla 0.96 ha torpaq sahəsi Cavabdeh1 Xunbatan oğlu, Cavabdeh2 Eldar qızı, Cavabdeh3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İİ 001341 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. İddiaçı1 və İddiaçı2 xx.xx.2017-ci il tarixində vəfat etmiş X4 vərəsələri müəyyən edilməklə, xx.xx.2023-cü il tarixdə Qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmişdilər. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək və Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-993/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarını və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025ci il tarixli 10/6047 saylı rəyini əsas götürərək, iddia tələbinin əsaslı olması sübuta yetirilir. Ona görə də cavabdehlər iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmaqla iddiaçıların zəbt olunmuş həmin torpaq sahəsinə mülkiyyət hüququ tam şəkildə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizasının mütəxəssis rəyi əsasında hüquq müəyyənedici sənədlər üzrə tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşmədiyi və iddiaçılara məxsus Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.94 ha torpaq sahəsinin cavabdehlər tərəfindən faktiki olaraq bütünlüklə istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X13 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protkollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu qanun normasına görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün həmin əmlak şəxsin mülkiyyətində olmalı, bu əmlak başqasının sahibliyində olmalı və başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarından göründüyü kimi, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın 5-ci abzasında İddiaçılar İddiaçı1, İddiaçı2 adlarına onlara məxsus paylar və mərhum X8 məxsus pay üzərində JN0064 kod 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 651/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı qalan hissələrdə iəğv edilərək iddia həmin hissələrdə rədd edilmişdir ki, bu da hazırki iş üzrə iddia tələbinin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********12 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 mülkiyyətində olan Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.94 ha torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə keçirilmiş ekspertizaların xərci 150 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5181 saylı və xx.xx.2025-ci il tarixli, 10/6047 saylı ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizaları tədqiqatının dəyəri müvafiq olaraq 50 (əlli) və 100 (yüz) manat olmaqla cəmi 150 (bir yüz əlli) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. İddiaçılar tərəfindən ödənilmiş 320 manat dövlət rüsumundan 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməli, ödənilmiş dövlət rüsumununu qalan hissəsi iddiaçılara aid edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 320 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak eldən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********12 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı1 adına rəsmiləşdirilmiş ümumbirgə mülkiyyətdə olan Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.94 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə keçirilmiş ekspertizaların xərci 150 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddiaçılar tərəfindən ödənilmiş 320 manat dövlət rüsumundan 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. Ödənilmiş dövlət rüsumununu qalan hissəsi iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar