Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1111/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpa edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə əsasında çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Yergüc kəndi ərazisində yerləşən 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin qanunsuz olaraq istifadə etdikləri 4 sot torpaq sahəsinin istifadəsinə qaytarılması, cavabdehlərdən əldən çıxmış faydaya görə 10000 manat pulun, torpaq sahəsinin ölçmə işlərinin aparılmasına görə ödədiyi 96 manat pulun və ödənilmiş 149 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin icraatında olan e-*-*(*-*)-***/**** saylı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.
3. Iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili vəkil1 Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından şikayət verərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Ərizəni onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ##.##.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Yergüc kəndi ərazisində yerləşən 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin əri qanunsuz olaraq istifadə etdikləri 4 sot torpaq sahəsinin istifadəsinaə qaytarılması, cavabdehdən əldən çıxmış faydaya görə 10000 manat pulun, torpaq sahəsinin ölçmə işlərinin aparılmasına görə ödədiyi 96 manat pulun və ödənilmiş 149 manat dövlət rüsumu pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(067)- ***/**** saylı qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan verdiyi şikayətə baxaraq məhkəmə ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ləğv etmişdir. Bundan sonra məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin icraatında olan e-2- *(*-*)-***/**** saylı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qərardad ləğv edilməlidir. Qərardada göstərilir ki, cavabdehin nümayəndəsi və vəkili vəsatət verərək hazır ki, mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Qərardada göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilibedilməməsi mübahisəli 4 sot torpaq sahəsinin iddiaçıya məxsus 0,29 ha torpaq sahəsinin hüdudlarına daxil olub-olmamasından asıllıdır. Məhkəmənin gəldiyi nəticə qanuni və əsasslı deyildir. Belə ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/** saylı ##.##.2024-cü il tarixli qərarı ilə ona məxsus 0.29 ha torpaq sahəsini dövlət aktında olan ölçülərinə uyğun çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra hüquqlarım qeydiyyata alınaraq ona Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ##.##.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış verilmişdir. 2024-cü ilin sonlarında cavabdehə qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb olunması barədə iddia qaldırmışdır. Artıq bir ildən çoxdur ki, iş məhkəmənin icraatındadır. Işin baxılmasını və nəticə verilməsini yubatmaq üçün cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək Sumqayıt Inzibati Məhkəməsində DWG və TEKUIS xəritələrinin düzəliş edilməsilə bağlı iddia qaldırdığı üçün Xaçmaz Rayon Məhkəməsində iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə Müiki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad etmişdir. Iş üzrə cavabdeh cavabdeh2 Sumqayıt Inzibati Məhkəməsində ünvanladığı iddia ərizəsində adına verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışa əsasən Xaçmaz rayonu, Yergüc kəndi ərazisində yerləşən 1.1299 ha kənd təsərüffatı təyainatlı torpaq sahəsinin plan və ölçüsü sənədində olan sürüşmənin aradan qaldırılması, DWGvə TEKUIS-də ona məxsus olan torpaq sahəsinin düzgün olmayan cizgi və ölçülərdə düzəliş aparılması və ona məxsus yuxanda qeyd olunan torpaq sahəsinə dair hüququların dövlət reyestrindən təkrar plan və ölçü sənədinin və çıxarışın verilməsi və öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iş üzrə cavabdeh cavabdeh2 qaldırdığı (iddia ərizəsinin icraata qəbul edilməsi barədə heç bir sübut təqdim edilməmişdir) iddianın hazırki iddia tələbinə heç bir aidiyyəti yoxdur. Başqa sözlə cavabdehin inzibati məhkəməyə müraciət edib-etməməsindən asılıolmayaraq hazırki işə baxılaraq nəticə verilməlidir. Xaçmaz Rayon Məhkəməsinin icraatında olan mülki işlə əlaqədar məhkəmənin qərardadına əsasən mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində göstərilir ki, İddiaçı adına verilmiş ##.##.2024cü il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Yergüc kəndi ərazisində yerləşən 0,29 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0,04 ha hissəsi X1 və cavabdeh1 tərəfindən istifadə olunur. Məhkəmə mütəxəssis rəyinə müvafiq olaraq mülki işə baxıb nəticə vermək əvəzinə yenidən icraatın dayandırılması barədə qərardad qəbul etmişdir. Başqa sözlə məhkəmə icraatın dayandırılması barədə ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ləğv etsə də özünün hüquqi mövqeyinə zidd olaraq ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə yenidən icraatı dayandırmışdır. Göründüyü kimi məhkəmə icraatı dayandırmaqla səhv nəticəyə gəlmişdir. Ona görə də, hesab edir ki, qərardad ləğv edilməlidir.
Birinci instansiya məhkəməsində icraat
5. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (hakim Nərmin Ağazadə) ərizənin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır.
6. Cavabdeh cavabdeh2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadın tamamilə ləğv edilməsini xahiş etmişdir.
7. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (hakim Samir Bayramov) cavabdeh cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
9. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə razı deyil, qərardad ləğv edilməlidir. Məhkəmənin prosessual müddəti bərpa etmə qərardadı, məhkəmənin iş üzrə qənaəti prosessual qanunvericiliyin tələbinə zidd olmaqla, məhkəmə tərəfindən qanunvericiliyin əsassız pozulmasına səbəb olmuşdur. Hesab edir ki, qəbul edilmiş qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və işin faktiki halları düzgün qiymətləndirilmədən qəbul edilmişdir. Məhkəmənin qərardadında göstərilən əsaslar iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən qərardaddan şikayət prosesual müddət ötürüləndən sonra verilmişdir. Mülki prosesdə müddətlər ədalət mühakiməsinin düzgün qurulması, işin vaxtında baxılması və hüquqların qorunması üçün vacibdir. Onlar hərəkətlərin nizamlı olmasını, hüquqi sabitliyi və sürəti təmin edir. Işlərə lazımi vaxtda baxılmasına və məhkəmə çəkişmələrinin uzanmasının qarşısının alınmasına kömək edir. Tərəflərin qeyri-müəyyən vəziyyətdə qalmaması üçün hərəkətlərin konkret zaman çərçivəsini müəyyənləşdirir. Iştirakçıların və məhkəmənin öz vəzifələrini vaxtında yerinə yetirməsini təmin edir. Müddətin bərpa edilməsi məsələsi yenidən baxılaraq araşdırımalı və obyektiv həqiqət müəyyən edilməlidir. Iş üzrə iddiaçı vəkillə təmin edildiyindən və vəkili olduğundan onun prosesual müddəti buraxmaq hüququ üzrlü sayıla bilməz. Çünki vəkil peşəkar hüquqşunasdır və prosessual müddətlərin, şikayətlərin verilməsi qaydasının necə tənzimləndiyini yaxşı bilməkdədir. Xaçmaz Rayon Məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bu qərardad qəbul olunan zaman məhkəmə onun üçün lazimi şərait yaratmamış, işi obyektiv və hərtərəfli araşdırmamışdır. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişəm Məhkəmə işə obyektiv, qərəzsiz və hərətfli baxmamış, sübutları araşdırmamışdır. O, öz faktlarını hesab edir ki, sübut etmişdir. Məhkəmənin prosesual müddəti bərpa etmə qərardadı, məhkəmənin iş üzrə qənaəti prosessual qanunvericiliyin tələbinə zidd olmaqla, məhkəmə tərəfindən qanunvericiliyin əsassız pozulmasına səbəb olmuşdur. Hesab edir ki, qəbul edilmiş qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və işin faktiki halları düzgün qiymətləndirilmədən qəbul edilmişdir. Məhkəmənin qərardadında göstərilən əsaslar iş materialları ilə təsdiq olunmur və belə ki, iddiaçı tərəfindən qərardaddan şikayət prosesual müddət ötürüləndən sonra verilmişdir. Mülki prosesdə müddətlər ədalət mühakiməsinin düzgün qurulması, işin vaxtında baxılması və hüquqların qorunması üçün vacibdir. Onlar hərəkətlərin nizamlı olmasını, hüquqi sabitliyi və sürəti təmin edir. Işlərə lazımi vaxtda baxılmasına və məhkəmə çəkişmələrinin uzanmasının qarşısının alınmasına kömək edir. Tərəflərin qeyri-müəyyən vəziyyətdə qalmaması üçün hərəkətlərin konkret zaman çərçivəsini müəyyənləşdirir. Iştirakçıların və məhkəmənin öz vəzifələrini vaxtında yerinə yetirməsini təmin edir. Müddətin bərpa edilməsi məsələsi yenidən baxılaraq araşdırımalı və obyektiv həqiqət müəyyən edilməlidir. Məhkəmə qeyri-mötəbər ziddiyətli, faktlara və sübutlara söykənməyən qərardad çıxarmışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.
Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Göründüyü kimi birinci instansiya məhkəməsi şikayət vermə müddətinin bərpa edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf müddət ötürmədən qərardaddan şikayət edərək iradə ifadələrini bildirmişlər, lakin forma və məzmun baxımından qanunvericiliyinin tələblərinə riayət etməmişlər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qərardaddan şikayət vermə üçün buraxılmış müddət üzrlü hesab edilməklə müddət bərpa edilməlidir.
15. Cavabdeh cavabdeh2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadın tamamilə ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıda şərh olunanları qeyd edir:
17. Qüvvədə olan mülki prosessual qanunvericiliyin göstərişinə əsasən şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini araşdırır.
18. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.
19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur.
20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
21. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
22. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Kollegiyanın qənatincə məhkəmə qərarının çıxdığı vaxtdan keçən müddət nəzərə alınmalı və bu müddətin buraxılması prosesual normaların ciddi tətbiqi üçün və şəxsin məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması üçün formal əsas kimi çıxış etməməlidir. Odur ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
qərara a l d ı:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.