Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-337/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və digər iddiaçı X4 nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar X4, X6 və X1 Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızına qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü oğlu X20 ilə onun həftənin şənbə və bazaar günlərində onda qalmaq şərtilə görüşmək, ünsiyyətdə olmaq hüququnun müəyən edilməsinə, mobil telefon vasitəsilə əlaqə saxlamaq hüququnun təmin edilməsinə, o cümlədən görüşün hər həftənin şənbə və bazar günlərində günün bütün saatlarında və ilin əlamətdar günlərində, əni Yeni il Bayramı günlərində 2 gün, Novruz bayramı günlərində 3 gün onda qalmaq şərtilə, habelə həftənin günündən asılı olmayaraq azyaşlı Turqutun ad günündə onunla ünsiyyətdə olmağının həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X16, X7 cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızına qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X12 babası, nənəsi ilə həftənin şənbə və bazar günlərində onda qalmaq şərtilə görüşmək, o cümlədən ilin əlamətdar günlərində, əni Yeni il Bayramı günlərində 2 gün, Novruz bayramı günlərində 2 gün, Ramazan bayramı günlərində 1 gün, Qurban bayramı günləri 1 gün olmaq, eyni zamanda azyaşlı Turqutun anadan olduğu üçün onların görüşmək, ünsiyyət saxlamaq hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi İddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ər-arvad olmuşlar. Birgə nikahdan bir övladı var. X20 -xx.xx.2018-ci il təvəllüdlü. xx.xx.2021-ci il tarixədək cavabdehlə birgə yaşamışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5338/2021 nömrəli. xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında olan rəsmi nikahın pozulması, azyaşlı övladının Cavabdeh himayəsində saxlanılması və azyaşlı Qazı Turqutun saxlanması onun 250 (iki yüz əlli) manat aliment öhdəliklərinin yaranması qət edilmişdir. O aliment öhdəliklərini icra edir. Eyni zamanda azyaşlı övladı ilə görüşmək, onunla ünsiyyətdə olmaq istəyir. Bununla bağlı, cavabdehə müraciət edərək qarşılıqlı razılıq əsasında, yəni mübahisənin mediasiya qaydasında həll edilməsinə cəhd etmişdir. Lakin, azyaşlı Qazı Turqutla görüşməklə bağlı Cavabdeh ilə qarşılıqlı razılıq əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçılar X16, X7 iddia tələbini onunla əsaslandırmışdır ki, X16 və X7 ər-arvaddılar. 21 sentyabr 1990-cı ildə rəsmi nikah qeydiyyatdan keçmişlər. Onların birgə nikahdan 2 övladı var. xx.xx.1991-ci il təvəllüdlü İddiaçı, xx.xx.1994-cü il təvəllüdlü X9. Digər ərizəçi Qazıyev Cavidan ilə onların birgə məhkəmədə iddia irəli sürərək hazırki iddia tələbinin əsası ailənin ən kiçik üzvü, xx.xx.2018-ci il təvəllüdlü X20 ilə görüşü, ünsiyyət qurmağının təmin edilməsi ilə bağlıdır. X20 ailənin digər üzvü İddiaçı yeganə övladıdır. Onlar Turqutun babası, nənəsi və əmisi olaraq onunla görüşmək, ünsiyyətdə olmaq istəyir. Azyaşlı Turqutun anası Zeynallı (Qazıyeva) Süsən Əsgər qızı buna maneçilik törədir. xx.xx.2021-ci il tarixədək onlar Zeynallı (Qazıyeva) Süsən Əsgər qızı və azyaşlı Turqut birgə yaşamışlar. xx.xx.2021-ci il tarixdə Cavabdeh ailədə, o cümlədən öz valideynlərinə də məlumat vermədən, naməlum maşınla əzizi Turqutu da götürərək yaşadığı evi tərk etmişdir. Hazırda ailənin kiçik üzvü, sevimli Turqutun taleyi onları çox narahat edir. Odur ki, hazır ki iddia ilə məhkəməyə müraciət etmək zəruriyyətində olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Qazıyeva (Zeynallı) Süsən Əsgər qızı arasında Yexlav Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 312 nömrəli akt qeyd ilə tərtib olunmuş xx.xx.2015-ci il tarixli nikah pozulmuş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahından olan xx.xx.2018-ci il tarixdə doğulmuş X12 iddiaçı Qazıyeva (Zeynallı) Süsən Əsgər qızının himayəsində saxlanılması, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh ilə İddiaçı birgə nikahından olan xx.xx.2018-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli ) manat sabit pul məbləğində alimentin alınaraq Qazıyeva (Zeynallı) Süsən Əsgər qızına ödənilməsi qət edilmişdir. Məhkəməyə müraciət etməmişdən öncə aidiyyəti üzrə Ağdam Rayon İcra Hakimiyyətinin Başçısına müraciət edərək azyaşlı Turqut ilə onların görüş, ünsiyyət hüququnun müəyyən edilməsini xahiş etmişdir. Müraciət müsbət cavablandırsa da, yenə də cavabdeh azyaşlı Turqut ilə onların görüşməyinə ünsiyyət yaratmağına şərait yaratmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3634/2022 nömrəli qərardada əsasən iddiaçılar X6, X1, X2 iddiası ilə İddiaçı cavabdeh Zeynallı (qazıyeva) Süsən Əsgər qızına qarşı “uşaqla ünsiyyət” tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən X16 Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razılaşdığını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək mülki işin üzürlü səbəblərdən təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Bundan əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci i tarixdə cavabdeh etiraz ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdirki, iddiaçılar ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018ci il təvəllüdlü övladı X20 ilə hər həftənin şənbə və bazar günlərində onda qalmaq şərti ilə görüşmək, ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, mobil telefon vasitəsilə əlaqə saxlamaq hüququnun təmin edilməsi, o cümlədən görüşün hər həftənin şənbə və bazar günlərində günün bütün saatlarında və ilin əlamətdar günlərində, yəni Yeni il bayramı günlərində 2 gün, Novruz Bayramı günlərində 3 gün iddiaçıda qalmaq şərti ilə, habelə həftənin günlərindən asılı olmayaraq azyaşlı Turqutun ad günündə onunla ünsiyyətdə olmağının həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında nikahın pozulmasına səbəb iddiaçıların cavabdehə şiddət göstərməsi və onu döyərək səhhətinə xəsarətlər yetirməsi olmuşdur. İddiaçı Babək məişət zorakılığını azyaşlı övladının gözləri qarşısında etmişdir. Eyni zamanda, iddiaçı Babək psixi vəziyyəti gərgin olduğu zaman qeyri-adekvat rəftar nümayış etdirir. Bundan başqa, iddiaçının yaxın qohumları da ona dəstək olaraq vurmaq, döymək, itələmək kimi müxtəlif şiddət formalarını göstərməyə meyillidirlər. Həmçinin, uşağın atası və qohumları tərəfindən mütəmadi olaraq anasının şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə olunur və onun uşaq qarşısında nüfuzdan salınması üçün hərəkətlər edirlər. Uşaqla ünsiyyət üçün iddia qaldırmaq niyyəti də həmin imkandan maksimum istifadə edilməsinə hesablanıb. İddiaçı tərəf cavabdehlə evliliyinin ilk ilində onunla mehriban olsa da, sonrakı illərdə ona qarşı olan münasibəti dəyişmişdir. Belə ki, mütəmadi olaraq iddiaçı onu uşağın gözləri qarşısında döymüş və ona qarşı zorakılıq göstərmişdir. Bunun nəticəsində uşağın psixoloji durumu pozulmuş, uşağın psixoloq və loqoped müalicəsi almasına ehtiyac yaranmışdır. İddia ərizəsində göstərilən şərtlərlə iddiaçının uşaqla ünsiyyət hüququnun təmin edilməsi uşağın maraqları baxımından mümkün deyil və onun ümdə maraqlarına tamamilə ziddir. Ona görə də, uşağın hazırkı psixoloji durumu, yaşı və anasına bağlı olduğu nəzərə alınaraq, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının 61 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X13 babası X16 və nənəsi X7 ilə hər həftənin 2 günü (şənbə və bazar) saat 10:00-dan, 18:00-dək nəvələri ilə ünsiyyətdə olması komissiya tərəfindən məqsədə uyğun hesab edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, 007526 nömrəli arayışdan görünür ki, X18 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödənmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumlu və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, 1/1380 nömrəli rəyinə əsasən iddiaçılar X16, X7 və X5 xx.xx.2018-ci il təvəllüdlü X20 ilə hər həftənin bazar günü saat 12:00-dan 17:00-dək sərbəst şəkildə ünsiyyət vaxtının təyin edilməsini məqsədəuyğun hesab etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, 005925 nömrəli arayışdan görünür ki, İddiaçı Eçin oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödənmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsinin AZ-İV nömrəli, 100486 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X20 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası isə X10r. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumlu və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, 1/1374 nömrəli rəyinə əsasən İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X20 ilə hər həftənin bazar günü saat 12:00-dan 17:00-dək sərbəst şəkildə ünsiyyət vaxtının təyin edilməsini məqsədəuyğun hesab etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5338/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, ddiaçı Qazıyeva X21 ilə cavabdeh İddiaçı arasında Yevlax Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 312 nömrəli akt qeydi ilə tərtib olunmuş 08 oktyabr 2015-ci il tarixli nikah pozulmuş, iddiaçı Qazıyeva X21 ilə cavabdeh İddiaçı birgə nikahlarından olan xx.xx.2018-ci il tarixdə doğulmuş X20 iddiaçı Qazıyeva X14 himayəsində saxlanılmış, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən iddiaçı Qazıyeva X21 ilə cavabdeh İddiaçı birgə nikahından olan xx.xx.2018-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq Qazıyeva X17 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızının birgə nikahından anadan olmuş xx.xx.2018-ci il tarixdə X20 cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızının himayəsindədir. İddiaçılar azyaşlının atası, babası, nənəsidir. Ağdam Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının 61 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X13 babası X16 və nənəsi X7 ilə hər həftənin 2 günü (şənbə və bazar) saat 10:00-dan, 18:00-dək nəvələri ilə ünsiyyətdə olması komissiya tərəfindən məqsədə uyğun hesab edilmişdir. Lakin xx.xx.2018-ci il təvəllüdlü X15 ata, baba, nənə ilə ünsiyyətinə maneçilik törədilir. Bu səbəbdəndə iddiaçılar əvvəlcə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmadığından məcbur qalıb məhkəməyə müraciət etmişdir. Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Haqqında BMT-nin Kоvensiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün оlan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaхşı maraqları оnların əsas оbyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-ci maddəsinə əsasən Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırılması zamanı habelə Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, baba, ata, nənə ilə uşağın görüşməsinə maneə olan, onların tərbiyəsinə və pisxologiyasına mənfi təsir edən hallar müəyyən edilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın yaşı, onun günlük ana qayğısına ehtiyacı olması habelə həftəsonun bir günü anası ilə vaxt keçirməli olmasının onun mənafeyinə uyğun olmasını, habelə qəyyumluğ və himayəçilik komissyasının rəyi ilə iddiaçıların razı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumlu və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, 1/1374 və 1/1380 saylı rəyinə uyğun təmin edilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçılar X8, X11 və X3 ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar – xx.xx.2018-ci il təvəllüdlü X20 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 17:00-dək sərbəst şəkildə görüş vaxtı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-337/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-337/2023
27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver