Məhkəmə qərarları › İş №2(008)-3501/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3501/2024

10.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3501/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəsatət təqdim edərək, iddia tələbini qəbul etmədiyini, onun iddiaçıya qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin hazırda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olduğunu, hazırkı iddia ərizəsinin süründürməçilik məqsədilə verildiyini, bu səbəbdən mülki işlərin birləşdirilərək birlikdə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini və mülki işlərin birləşdirilərək birlikdə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-2810/2024 nömrəli mülki işlə Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-3501/2024 nömrəli mülki iş biri-biri ilə əlaqəlidir (mübahisə predmeti olan mənzil eynidir) və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-2810/2024 nömrəli mülki iş ilkin olaraq icraata qəbul edildiyindən və Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-3501/2024 nömrəli mülki iş ilə əlaqəli olduğundan onlara birgə baxılması məqsədilə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-3501/2024 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-2810/2024 nömrəli mülki işlə birgə baxılması məqsədilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar