Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3549/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul vəsaitinin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2144 (iki min yüz qırx dörd) manat sığorta ödənişi məbləğinin 500 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2674 (iki min altı yüz yetmiş dörd) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında 04.02.2019-cu il tarixdə, PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Volkswagen Vento” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 17.12.2019-cu il tarixdə “Volkswagen Vento” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21154” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2 144,00 (iki min yüz qırx dörd manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Sabunçu RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 19.12.2019-cu il tarixli, 37564 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Volkswagen Vento” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Hadisə ilə bağlı Cəmiyyətimizə təqdim olunmuş Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Volkswagen Vento” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Volkswagen Vento” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2 144,00 (iki min yüz qırx dörd) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 06.11.2020-ci il tarixli, AS-SHTD-20/434 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı "xxxx" ASC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 2144 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərclərinin və 30 manat dövlət rüsumunun, cəmi 2 674 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. İddia ərizəsində qeyd edilir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Volsvagen Vento” markalı, ** OA *** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ olmayıb, avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Göründüyü kimi, maddənin məzmunundan da aydın olur ki, qanunvericilik xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında ölkə ərazisinə daxil olan vaxtdan 1 ay ərzində nəqliyyat vasitəsini idarə etməyə icazə verir. Yol nəqliyyat hadisənin baş verdiyi vaxt, yəni 18.12.2019-cu il tarixdə onun sürücülük hüququ olmuş və Rusiya Federasiyasından 2 gün idi ki, qayıtmışdır, belə olduğu təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin İ bəndinin təsiri altına düşərək, 1 ay müddətində nəqliyyat vasitəsini idarə etməyə hüququ olub. Onun barəsində nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə əsasına görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmiş və eyni tarixli qərar qəbul edilmişdir. Əgər onun sürücülük hüququ olmasa idi, o, AR İXM- nin 327.1-ci maddəsi ilə deyil, sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsini nəzərdə tutan başqa maddələri ilə məsuliyyətə cəlb edilərdi. Çünki, AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Bundan başqa, iddia ərizəsində “İcbari sığortalar haqqında” AR Qanununun 25.1.3 və 25.2-ci maddəsinə istinad etməklə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yarandığını, Qanunun 25.1-ci maddəsində nəzirdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yarandığı qeyd edilmişdir. Göstərilən xüsusatla bağlı qeyd edilməlidir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın, yəni “Volsvagen Vento” markalı, ** OA *** dövlət nömrə nişanlı avtomobili onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə onun hüququ olub. Belə ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 ona etibarnamə vermiş, həmin etibarnamə əsasında avtomaşını idarə etmişdir, “icbari sığortalar haqqında” AR Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri onun əməlində müşahidə edilməyib ki, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmış olsun. İddiaçının iddia tələbini əsassız olduğundan və mötəbər sübutlara söykənmədiyindən təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə müraciət edərək tələb olunan bütün sənədlər məhkəməyə təqdim edildiyindən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş İXP serialı, ******* nömrəli, 18.12.2019-cu il tarixli inzibati xəta haqqında protokolun və TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən müəyyən olunur ki, "Volkswagen" markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh 18.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının İnzibai Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətməkdə təqsirli bilinmiş və barsədində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -Azəbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin 19.12.2019cu il tarixli, 073-37564 nömrəli məktubunun surətindən görünür ki, 18.012.2019-cu il tarixdə "Volkswagen" markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilim iştirakı ilə baş vermiş YNH-si Sabunçu RPİ DYPŞ-nin əməkdaşları tərəfindən sənədləşdirilmiş və hadisəsə günahkar sürücü Cavabdeh üzərinə AP-0143298 saylı inzibati orotokol tərtib edilmiş və toplanmış sənədlər "xxxx" ASC-yə göndərilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 18.12.2019-cu il tarixində saat 00.10 radələrinə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Volksvagen Vento markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibarnamə əsasında idarəetmə hüququ olmuşdur. 20-00290/01/AA-9946/19 saylı 16.01.2020-ci il tarixli Siğorta aktından görünür ki, PAA ********** saylı siğorta şəhadətnaməsi əsasında müəyyən olunur ki, 04.02.2019-cu il tarixindən 04.02.2020-ci il tarixədək AtaSiğorta ASC ilə X2 arasında 55.000 AZN siğorta məbləğində VolksvagenVento markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil siğorta olunmuşdur. 23.04.2019-cu il tarixli etibarnəminin surətindən görünür ki, X2 mülkiyyətində olan VolksvagenVento markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili 23.04.2020-i il tarixədək Cavabdeh idaret etmək üçün etibarnmə vermişdir. Cavabdeh Rusiya Federasiyası tərəfindən təqdim edilmiş sürücülük vəsiqəsinin surətindən görünürki, sürücülük vəsiqəsinin müddəti 29.01.2029-cu il tarixində başa çatacaqdır. - Dəymiş zərərin hesabatı ilə bağlı 19.12.2019-cu il tarixli arayışın surətindən görünür ki, X1 idarə etdiyi VAZ-21154 markalı, **-VR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ hissəsi zədələnmişdir. - 17.01.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 2144 (iki min yüz qırx dörd) manat məbləğində sığorta ödənişi X3 ödənilmişdir. -13.02.2020-ci il tarixli, AS – 20/327 nömrəli geriyə tələb məktubundan görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş 2144 manat sığorta haqqını ödəmədiyi təqdirdə, pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. -“Elektron Məhkəmə” Sistemindən əldə edilmiş sorğuya cavab məktubuna əsasən Cavabdeh 16.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi hüdudlarına daxil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. X5 Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 17.12.2019-cu il tarixdə “Volkswagen Vento” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yol nəqliyyat hadisəsi törətmiş və “VAZ 21154” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Volkswagen Vento” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. İddiaçı "xxxx" ASC Cavabdeh sığortalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə sığorta müqaviləsinin şərtlərini pozduğu üçün iddiaçının subroqasiya hüququnun yarandığına istinad edir və onlar tərəfindən ödənilən 2674 manat məbləği cavabdehdən bu əsasla geri tələb edir. İşin mübahisələndirilən halı cavabdehin həqiqətən də sürücülük hüququnun olubolmamasını müəyyən etməkdən ibarətdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ölkə ərazisinə 16.12.2019-cu il tarixdə daxil olmuş, nəqliyyat hadisəsi isə 17.12.2019-cu il tarixdə baş vermiş və beləliklə yol nəqliyyat hadisəsi baş verən zaman onun Rusiya Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsilə avtomobili idarə etməyə hüququ olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının subroqasiya hüququ Cavabdeh qarşı yaranmamışdır. Belə ki, Cavabdeh 16.12.2019-cu il tarixdə ölkəyə daxil olduğundan onun 1 ay müddətində sürücülük vəsiqəsini dəyişməsi üçün vaxtı olmuşdur. Nəqliyyat hadisəsi isə həmin ərəfədə 1 aylıq müddət ötməmiş baş vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-in 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “2144 (iki min yüz qırx dörd ) manat sığorta ödəniş məbləğinin, 500 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2674 (iki min altı yüz yetmiş dörd) manat məbləğində pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3549/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3549/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver