Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3603/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il tarixli X6 və xx.xx.2015ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaqa 220 manat miqdarında aliment tutulması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Fərəcova (Həsənova) Ülviyyə İlqar qızı Cavabdeh ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddiası olub. İki övladı var. Cavabdehlə münasibətləri əvvəllər yaxşı olsa da, sonralar kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmış, bu da ailənin dağılmasına səbəb olmuşdur. Ailəsi artıq dağılmış, onun bərpası mümkün deyildir. Cavabdeh həyatyoldaşı kimi ona hörmət etmir, ailənin saxlanması üçün heç bir müsbət davranış göstərmir. Uşaqlar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-581 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasında onun himayəsində saxlanılmışdır. Ata uşaqlarla maraqlanmır. Bunun nəzərinə çatdıraraq bildirir ki, aliment tələbi barədə Bakı 8 saylı Mediyasiya təşkilatına müraciət etməyinə baxmayaraq cavabdeh ona hər uşağa görə 100 manat ödəyəcəyini bildirdi. Onun hüquqi savadı olmadığına görə cavabdehlə razılıqa gəlmişdir. Sonradan ona məlum oldu ki, ’’Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il tarixdən uşaqlar üçün yaşayış minumumu 220 manat məbləğində müəyyən edilmişdir. Qanunu nəzərə alaraq arasında olan əsassız razılaşmanı nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin təmin edilməsini,barışıq sazişi olduğunu, hər uşağa 50 manat olmaqla, cəmi 100 manat aliment müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 691064 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. 4 saylı Bakı “ASAN Xidmət” X2 AZ İİİ seriyalı, 562897 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası isə X3r. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Sabunçu Rayon Qeydiyyat Şöbəsində 16 iyun 2010-cu il tarixdə bağlanmış və 625 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahıın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması müəyyən edilməsi qərara alınmışdır. İlkin mediasiya sessiyası barədə xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00203 nömrəli bildirişdən görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, ikinci tərəf Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh ona hər növbəti ayın 10-dək hər uşağa görə 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat aliment ödəməyə dair götürdüyü öhdəliklə razıdır. Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. İkinci tərəf öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlamış, birinci tərəf İddiaçı ilə birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər növbəti ayın 10-dək hər uşağa görə 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) AZN aliment ödəməyə dair öhdəlik götürür. Bu mübahisə ilə bağlı Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Öhdəliklərini pozduqda, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna eiraz etməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Belə ki, məhkəmə araşdırması zamanı məlum olur ki, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq əldə edilmiş və ikinci tərəf Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh ona hər növbəti ayın 10-dək hər uşağa görə 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat aliment ödəməyə dair götürdüyü öhdəliklə razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, tərəflər xx.xx.2023-cü il tarixli Barışıq Sazişi ilə alimentlə bağlı razılığa gəldiklərindən iş məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizənin icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3603/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3603/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver