Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3618/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin, mediasiya xidməti üçün ödədiyi 61 manat rüsumun cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin, mediasiya xidməti üçün ödədiyi 61 manat rüsumun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2010-cu ildə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşlar. Cavabdeh uşaqlarla maraqlanmır, maddi tələbatlarının ödənilməsi üçün heç bir köməklik göstərmir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh usta işləyir, 1500-2000 manat qazancı olur. Cavabdeh ikinci dəfə ailə qurub, bir uşağı var. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı ümumi uşaqları vardır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5888/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu ildən başlayaraq hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7742/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2019-cu ildən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hər iki qətnamə əsasında Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə icra sənədləri verilmiş, lakin tələbkar İddiaçı icra sənədlərinin məhkəməyə qaytarılmasını xahiş etdiyinə görə icra məmurunun xx.xx.2020-ci il tarixli qərarları ilə hər iki icra sənədi məhkəməyə qaytarılmışdır. İşdə olan AZ-İ seriyalı 620895 nömrəli "Nikah haqqında şəhadətnamə"nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2010-ci ildə Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində nikah bağlamış və həmin nikahın bağlanması haqqında akt qeydləri kitabında 1505 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ seriyalı 540381 nömrəli "Doğum haqqında şəhadətnamə"nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2008-ci ildə doğulmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İİ seriyalı 540382 nömrəli "Doğum haqqında şəhadətnamə"nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu ildə doğulmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İV seriyalı 361426 nömrəli "Doğum haqqında şəhadətnamə"nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2016-cı ildə doğulmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşdən görünür ki, iddiaçı cavabdehdən hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. "Elektron məhkəmə" informasiya sistemində Cavabdeh əmək müqaviləsi barədə məlumat aşkarlanmadığından, həmçinin iddiaçı məhkəməyə onun gəliri haqqında sübut təqdim etmədiyindən cavabdehin aylıq gəlirinin məbləğini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini ədalətli hesab edir. Ona görə də iddia qismən təmin edilməlidir. Aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü ildən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddiada artırılması tələb edilən alimentin bir illik miqdarı (600 manat – 480 manat = 120 manat x 12 ay) 1440 manat təşkil edir. Bu iddiaya görə 34,40 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cəmi 705 manat iddia tələbinin 600 manat (85,10%) hissəsi təmin edildiyinə görə dövlət rüsumunun müvafiq olaraq 29,27 manat hissəsi cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməli və iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunması nəzərə alınmalıdır. Bundan başqa, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdən görünür ki, 60 manat məbləğində mediasiya xərci xx.xx.2024-cü ildə iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya təşkilatının hesabına ödənilmiş, cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü ildən başlamaqla hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 60 manat mediasiya xərci alınaraq İddiaçı, 29,27 manat dövlət rüsumu isə alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X10.
Məhkəmə qərarları › İş №2(008)-3618/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3618/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver