Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3634/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov İskəndər Nəriman oğlunun katibliyi, İddiaçı1, İddiaçı3 nümayəndəsi İddiaçı1, Cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızına qarşı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızına qarşı iddia ərizəsi ilə Ağdam rayon Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il təvəllüdlü X2 babası, nənəsi və əmisi olmalarını nəzərə alaraq hər həftənin şənbə və bazar günlərində, Yeni il bayramı günlərində 2 gün, Novruz bayramı günlərində 2 gün, Ramazan bayramı günlərində 1 gün, Qurban bayramı günlərində 1 gün olmaqla, eyni zamanda azyaşlı Turqutun anadan olduğu gün görüşüb ünsiyyət saxlamaq hüquqlarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh İddiaçı2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızının nümayəndəsi (vəkili) Nümayəndə vəsatət təqdim edərək hazırki mülki işin həmin işlə əlaqəli olan və hazırda Sabunçu Rayon Məhkəməsinin icraatında olan X1 hazırkı iş üzrə cavabdehə qarşı «xx.xx.2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətə dair» 2(008)-3014/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, İddiaçı3 nümayəndəsi İddiaçı1 sözügedən işin bir icraata birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Sabunçu rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 hazırkı iş üzrə cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızına qarşı «xx.xx.2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətə dair» mülki işlə bir icraatda baxılması üçün hakim Nilufər Cəfərlinin icraatına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Sabunçu rayon Məhkəməsinin hakimi Nilufər Cəfərlinin icraatında olan iddiaçı X1 cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızına qarşı «xx.xx.2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətə dair» mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında, eyni əsaslar üzrə yarandığından və sözügedən mübahisələr üzrə ilkin olaraq mülki iş hakim Nilufər Cəfərlinin icraatına verildiyindən həmin işlər bir icraatda birləşdirilməsi üçün həmin hakimin icraatına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızına qarşı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş Sabunçu rayon Məhkəməsinin hakimi Nilufər Cəfərlinin icraatında olan iddiaçı X1 cavabdeh Zeynallı (Qazıyeva) Süsən Əsgər qızına qarşı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətə dair 2(008)-3014/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3634/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3634/2022
30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver